"Avropa İttifaqına üzv olmaq üçün rəsmi ərizənin verilmə vaxtı bir çox amillərdən asılıdır".
Teleqraf xəbər verir ki, bu barədə DW- yə müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Biz nə vaxt müraciət edəcəyik dəqiq deyə bilmərəm. Bəlkə gələn ay, bəlkə gələn il. Bu, bir çox amillərdən asılıdır", - Mirzoyan bildirib.
Xarici işlər naziri Aİ ilə vizasız rejimin yaradılması perspektivlərini də şərh edərək, bu prosesin bir-iki il çəkə biləcəyini qeyd edib.