“İbrahim sazişləri” Azərbaycana nə verəcək? .....                     Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq .....                     LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... .....                     Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... .....                     Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ .....                     “Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb .....                     Naftalanın yeni başçısı KİM OLACAQ?.. .....                     8 saatlıq iş rejimində... .....                     2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... .....                     "Hələ də inana bilmirəm..." .....                     AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... .....                     ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər .....                     Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu .....                     Azərbaycanın keçmiş Baş naziri 29 il sonra .....                     Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi .....                     Durmadan bahalaşır: .....                     Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək .....                     İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər .....                     Qətllərdən sonra 30 il gizlənə bilmişdi .....                     Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb .....                     Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir .....                     ""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" .....                     Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb .....                     İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar .....                     Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE .....                     Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi .....                     "Hansı bəyin səsi varsa, o da oxuya bilər" .....                     “ABŞ Qəzzanı zonalara bölür” .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     "Bizim üçün demokratiya Qərbin təqlidi deyil" .....                     Qərb nəşrindən ilginc iddia .....                     Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir .....                     Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb .....                     İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı .....                     DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı .....                     Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu .....                     "Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..." .....                     Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil .....                     TRAMP HAQLI İMİŞ... .....                 

İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Tarix: 16-01-2025, 15:41 | Çap et
İstəsəydim icra başçısı, nazir olardım
Bəstəkar, müğənni, şair, I dərəcəli vokalist, Əməkdar artist, Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elza Seyidcahan Modern.az-ın redaksiyasında qonaq olub.

O bəstəkarlıq və şairlik yaradıcılığı ilə yanaşı, iştirak etdiyi deputat seçkilərindən, Azərbaycan Yazıçılar Birliyinin və şou-biznesin vəziyyətindən danışıb.

- Elza xanım, bir ara teatr, kinolara musiqilər bəstələyirdiniz. İndi necə, yaradıcılığınız nə yerdədir?

- Yaradıcılığım özəl-gözəl yerdədir. O zaman insan yaşamır ki, öz yaradıcılığında fəaliyyyət göstərimir. Mən istədim-istəmədim həmişə yaradıcılıqla məşğulam. Burada sizinlə danışıram, beynimin bir nöqtəsində mahnı bəstələyirəm, bir nöqtəsində şeir yazıram, bir nöqtəsində də geyimim, ailəm, xalqımız, layihələrim və gələcəyimiz haqqında fikirləşirəm.

- Bu gün musiqi dünyasında Aygün Kazımova, Röya Ayxan trenddir. Siz onlara qulaq asırsınızmı?

- Mənə elə gəlir ki, trend ifadəsi insanları bir az kiçildir. Onlar bu sənətdə çox zəhmət çəkirlər, sənətlərinə hörmətlə, diqqətlə yanaşan xanımlardır. Onların da öz yolları var - estrada janırında oxuyurlar və uğurludurlar.

- Siz Nazpəri Dostəliyeva, Brilliant Dadaşova kimi bir çox sənətçilərin ifa etdiyi musiqilərin bəstəkarısınız. Bəs indi hansı müğənnilərlə əməkdaşlıq edirsiniz?

- Nazpəri xanım 1993-cı illərdən mənim bəstələrimi ifa edir. O vaxt mən hələ konservatoriyada ikinci kursda oxuyurdum. Nazpəri xanım mənim iki mahnımı oxudu – Nüsrət Kəsəmənlinin sözlərinə bəstələdiyim “Qadasın aldığım” və Sabir Rüstəmxanlının “Ömrümdən getmə” şeirinə bəstələdiyim mahnını. Ondan 3-4 il sonra Brilliant Dadaşova mənim Molla Pənah Vaqifin sözlərinə yazdığım “Toy adamları” kompozisiyasını ilk dəfə solo konsertində oxudu, böyük alqışlarla da qarşılandı. Daha sonra Brilliant xanım Cavid Novruzun sözlərinə yazdığım “Sizə güvəndiyim dağlar”, Qənirə Paşayevanın sözlərinə bəstələdiyim “Həyata küsmə” mahnılarını da oxuyub.
Brilliant xanımla çox istəyimiz var ki, görüşək, yeni mahnılar oxuyaq, sadəcə bunu reallaşdıra bilmirik. Mənim də şairlik fəaliyyətim məni məndən daha çox alıb. Əvvəl bəstəkar kimi fəaliyyət göstərəndə gedib otururdum onların yanında, onlarla vaxt keçirirdim, məşq edirdim. İndi o vaxt məndə yoxdur. Buna baxmayaraq indi də bir sıra müğənnilər – Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Əməkdar artistlər Gülüstan Əliyeva, Nüşabə Ələsgərli, Könül Kərimova ilə əməkdaşlıq edirik.

- Siz qeyd etmisiniz ki, şou-biznesdə olsanız da, sənətiniz başqadır, bəs sizi şou-biznesdə niyə görürük?

- Mən şou-biznesdə deyiləm, böyük səhviniz var. Şou-biznes məndədir, onlar məndə yaşayır, məndən istifadə edirlər. Mən 1993-cü ildən bu paltarları geyinirəm, o vactadək dünyada belə geyinən yox idi. Bu gün hamı Elza Seyidcahan kimi geyinir – avanqard, fəşin podiumlar, dəfilələr, vətənpərvər layihələrdə belə bu cür geyimlər geyinirlər. Ekstravaqant, post-moderinizm deyəndə mən yada düşürəm və buna çox sevinirəm. Hansı seriallarda, verlişlərdə Elza Seyidcahan varsa, o milyonların baxışını əldə edir. Əsl trend budur, amma yeganə mənəm ki, bu trendlərdən qazanmıram, məndən qazanırlar. Düzdür, mən seriallara çəkiləndə qonorarlar alıram, amma çox insanlar mənim adi sözümdən, şeirlərimdən qat-qat çox pul qazanır.

- Belə çıxır ki, Elza Seyidcahan hamıdan çox yaşayacaq?

- Əgər 30 ildən çoxdur ki, sağlığımda “Tənha”, “Son vida” mahnım, eyni zamanda digər müğənnilərə yazdığım bəstələr hələ də yaşayırsa, düşünürəm ki, buna şərh yoxdur. Mən narahat deyiləm hər ay bir mahnı çıxarım ki, birdən unudularam ya da kimsə məndən qabağa keçər, trend olar və sair. Mən rahat oturmuşam öz yerimdə. İl ərzində elə mənim “Son vida” mahnım trend olub.

- Bu gün Azərbaycan dinləyicisinin qulaq asdığı, daha doğrusu, ona təqdim edilən musiqilərlə bağlı nə düşünürsünüz?

- Bunlar ara musiqiləridir. Biz bu gün narkotiklə mübarizə aparırıq, amma ən böyük mübarizə ara musiqilərlə olmalıdır. Biz qılınc müsəlmanıq. Baxın, bu yaxınlarda “Tik-tok”da bayağılığıq təbliğ edən insanların bir qismini saxladılar. Gün gələcək ara musiqisi ifa edənləri də günahlandıracaqlar. “Yaşıl dünya naminə həmrəylik ili" oldu, mən hələ 2009-cu ildə "Elzanın Yaşıl dünyası” adlı konsert təşkil edəndə hamı mənə gülmüşdü. Bu gün isə COP29 onların hamısına güldü. COP29 elə mən demək istədiyimi dedi. Mənim “Bir damcı su”, “Heyvanların qorunması”, “Mən küləyin gəliniyəm”, “Elzanın yaşıl dünyası” adlı əsərlərimə güldülər. Kağızlardan, dəmirdən, uğur böcəyindən paltar geyindim yenə güldülər, ağac əkdim - "Elza ağaca konsert verir" dedilər. Bəşəri layihə olan COP29 mənə gülənlərin hamısının ağzını tikdi. Mənə gülənlərin hamısı dövlət televizyalarında bayağı mahnılar oxumaqla məşğuldular. Biz ağıllıyıqsa, baxmalıyıq ki, hansı mahnını oxuyuruq, dövlət kanalları səviyyəsində efirə çıxmağa çalışmalıyıq, amma nəinki ora çatmağa çalışırlar, əksinə, daha da aşağıya gedirlər. Nə türk, nə qırğız, nə fars, nə özbək mahnısı oxuyurlar. Bunlar çıxıb ortaya üfunətli mahnılar oxumaqla məşğuldur. Baş aça bilmirsən bu nədir, eşidirsən ürəyin sıxılır, heç özləri də bilmirlər nə edirlər. Bəzi aparıcılar da özlərinə bahalı maşın almaq, ev tikmək üçün pul alıb onları efirə çağırır, yalandan tərifləyirlər. Hamınız bilirsiniz ki, onlar kimlərdir...

- Amma bu gün böyük auditoriya onların arxasınca düşür, mahnılarını dinləyir.

- Onlar auditoriya deyil, onları elə həmin şəxslər kütlə adlandırıb. Özləri kütdülər, kütün də yanına bir “lə” artırıb deyirlər ki, kütlə bunu istəyir. Xalqı kütlə ediblər. Heç də xalq onları istəmir. Bizim gözəl və zəngin musiqi zövqünə malik xaqımız var.

- Gələcəklə bağlı planlarınız, yeni layihələriniz varmı, indi nələrə, kimlərə konsert vermək istəyirsiniz?

- Mənim layihələrimin çoxu heç həyata keçməyib. Təyyarədə konsert vermək istəyirəm, eyni zamanda qonşularıma da. Qoyunun qığından paltar geyinmək istəyirəm. Qoyun bizim folklorumzda xüsusi rol oynayır, buna diqqət çəkmək lazımdır. Fikirlərim, ideyalarım çoxdur. Hər bir geyim konsertdir, amma ayrıca olaraq dişlərə konsert vermək istəyirəm, onlarla bağlı şeirim də var. Biz diş deyəndə gülməli gəlir insanlara, amma insan bədənində onun sağlamlığını qoruyan birinci şey onun dişləridir.

- Siz Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvsünüz. Bu qurum şeirlərinizlə bağlı sizə xəbərdarlıq da etmişdi. Həmin hadisə və AYB-nin bugünkü fəaliyyəti haqqında fikirlərinizi öyrənmək istərdik.

- Bəzi yazarlar mənim şeirlərimi başa düşmür, onun açıqlamasını məndən öyrənmək istəyirlər. Həmin yazarların öz kitablarını toz basıb. Bu, eyni zamanda bəstəkarlara da aiddir. Sənin 30-40 kitabın, yüzlərlə mahnıların ola bilər, amma oxunmur. Burada bizim günahımız yoxdur. Biz də istərdik ki, onları da oxusunlar, dəstəyimizi də əsirgəmirik.

Mənim “Sapım” şeirimdə bir misra var:

- Tüpürcəyim baldır mənim,
Alın bunu ağzınıza.

Bu misra arıya şamil edilmişdi, eyni zamanda mənim üçün də kimlərinsə - dahilərimizin, imamlarımızın tüpürcəyi baldır. Tüpürcək vasitəsi ilə danışırıq. O olmasa, hikmətli sözləri necə deyərdik?! Burada böyük bir fəlsəfə yatır, bir damcı ağılları olsaydı, onu anlaya bilərdilər.
Xəbərim olmadan televiziya aparıcısı bu misranı efirdə səsləndirib. O oğlanı da məhkəməyə vermişəm. Sonra xislətində çirkablar yatan, yutub kanalında aparıcılıq edən xanım bunu müzakirə etdi. Görün, bu nə qədər adamın tüpürcəyini ağzına alıb ki, Elzanın misrası onu ora aparıb, amma Elza Seyidcahan elə söz deməyib. Mən insanların hətta o üzünü də açıram. Özümü buna görə alqışlayıram. Bu şeirlərimdə məni Allah danışdırır. Həmişə Allahın elçiləri olub, indi də məni hansısa qüvvələr danışdırır. O qüvvə mənə deyir ki, tik onların ağızların! Tikdim də! İndi də deyir ki, get onların ağzın aç! Dua edəndə deyirəm yaxşı, Allah bunu məndən istəyir, amma kənardan baxıram ki, heç nə başa düşmürlər. Bu şeirimə görə ingilis, rus məni alqışladı, dedi dahiyanədir, amma Yazıçılar Birliyinin heç nə etməyən “üzvücüyü” məni tənqid edir. Boş yerdə orada yer tutur, camaatı qızışdırır. Çünki Yazıçılar Birliyinin sədrinin əlindən yanır. Bizim sədr ana bətnindən seçilib. Siz doğurdan da onların tüpürcəyi ola bilməzsiniz. Çingiz Abdullayev, Anar olmasa, kimlərin yanına gedəcəyik biz?

- Gənclər iddialıdır. 2 il əvvəl seçkilər də ciddi müzakirələrə səbəb olmuşdu...

- Mən heç bir zaman o gənclərdən olmamışam.

- Amma şeirlərinizdə bir peyğəmbərlik iddiası var...

- Bunu siz indi deyirsiniz, amma mən 1988-ci ildən bu şeirləri yazıram. İddialı olsaydım, gedib bir vəzifədə oturaradım. Buna mənim gücüm də var. Olardım haranınsa direktoru, naziri, icra başçısı.

- Yaradıcılıqda iddia yaxşı şeydir...

- Mənim iddiam yoxdur, məndə vergi, xidmət, liderlik var. Xidmətinizdəyəm. Mənə xəbərdarlıq olub ki, əbləhlərdən özünü qoru. Mən bu qədər fəxri ad daşıyıram. Elza Seyidcahan bu gün o qədər fəxri ad alıbsa, siz Elzadan deyil, ona fəxri adlar verənlərin əlindən yanırsınız.

- Deputatlığa da iddianız var idi...

- O iddia deyil, o çağırış idi. Məni Allah ora göndərdi. Dedilər ki, sən Siyəzənə, Şabrana bilə-bilə getdin. Mən Gədəbəyə, Naxçıvana, Kəlbəcərə, hətta dünyanın harasına getsəydim, hörmətim olacaqdı, səs salacaqdım.

- Gələcəkdə yenidən seçkilərdə iştirak etməyi düşünürsünüzmü?

- Növbəti şüarım olacaq “Seçilənə qədər gedəcəyəm!”. Niyə də getməyim? Nə gec, nə tez - tam zamanında gəlirəm. Nə cavan deyiləm cahil olam, nə də qoca deyiləm ki, seçicilərim gəlsin, onlara "məni narahat etməyin" deyim. Xəstəsənsə, niyə seçilirsən? Seçicilərin yanında, evində olmalıyıq. Mən ora gedib seçkiyə qatılanda utanmıram. Çünki mən sizə lazımam.

- Deputatlığa məni Allah çağırdı deyirsiniz. Bəs siyasi görüşünüz, mövqeyiniz nədir?

- Düzlük və səmimilik.

- Deputat olsanız tərzinizdə dəyişiklik olacaqmı?

- Yox, niyə?! Mən deputat olanda da belə olacam. Milli Məclisdə də bir rəngarənglik olacaq. Mənə elə gəlir ki, gəlişimlə parlamentə zövq qatacam.

- Bir az rəsmilikdən kənar olur amma...

- Elə deputatlarımız var ki, rəsmilikdən kənardılar. Maşallah, pulları var, gözəl də geyinirlər.

- Konsertlərinizdən qazanc əldə edirsinizmi?

- Mən heç bir konsertimi nəsə qazanmaq üçün vermirəm. Mənim üçün ən böyük qazanc dinləyicimin gəlib "sənin musiqilərindən şəfa tapdım" deməsidir.

- Zamana da meydan oxuyursunuz, get-gedə gözəlləşirsiniz. Sirriniz nədir?

- Mənim nə yaşım var ki, elə əsl gözəl olan vaxtımdır. Allah da sevir ki, biz özümüzü sevək, tərifləyək. Yoxsa adamlar var ki, hər gün deyir "mən nəyə oxşayıram belə". Elə insanlar heç Allaha da xoş getmir. Həmişə deməliyik ki, biz gözəlik...

- Bəs şəxsi həyatınızda nə yeniliklər var. Dəfələrlə şahidi olmuşuq ki, dünyaca məşhur aktirisalar, müğənnilər, bəstəkarlar müəyyən yaşa gəldikdən sonra ikinci dəfə ailə həyatı qururlar. Hətta bu "ikinci baharı" özlərindən yaşca qat-qat kiçik biri ilə də yaşayırlar.

- Dünyaca məşhur insanlara baxanda da görürük ki, üç-dörd uşaqları olmaları olsa da, ailələri ilə ayrılırlar və ayrılandan həmən sonra yenisi ilə evlənirlər. Bu gün mənim sənətim mənə həm dostdur, həm ərdir, həm də sponsurdur. Ailəmə də, xalqıma da o qalacaq. Fikirləşirəm ki, gələcəyi heç kim sığortalamayıb, Allahın işini bilmək olmur. O, gələcəyi hamımızdan yaxşı bilir. Həyatımda nə olsa, hamınız biləcəksiniz, hətta ən birinci övladlarım biləcək. Müqəddəs kitabları oxuyanlar bilir ki, Allah deyir "yaxşısı budur, heç ərə getməyin". Onsuz da Allahdan başqa bizim nazımızı heç kim çəkməz. Namaz özü mənim üçün bir idmandır. Soruşursunuz ki, necə belə gözəl qalırsan? Məni bu qədər gözəl saxlayan namazdır. Gündə 5 rükət namaz qılırıq, namazdan sonra zikirlər edirik. “Allahu Əkbər”, “Əlhəmdülillah”, “Sübhanallah” deyirik. Bunların hamısı üzümüzün əzələləri üçündür. Allah bunu yaradıb ki, biz gec qocalaq. İki ildir namaza başlamışam, mənim heç bir ağrım qalmayıb.

- Yeni şeirlər yazırsınızmı?

- Bəli. Son şeirimin birini təyyarə qəzasında həlak olan Milli Qəhrəman Hökumə Əliyevaya, birini isə nəvəmin gülüşünə həsr etmişəm. “Həmişə varam” şeirim Hökumə xanıma həsr edilib:

Həyatın bu üzü belə, o üzü belə,
Aynanın görünüşü belə, doğuluşu elə,
Mələk çəkildi qeybə toxunuşu ilə.
Yaxşılığı car cəkən, pisliyə hökm oxuyan
" Höküməm" ilə.
Dünyaya varam deyə
Yaşamağa davam eylə, yaşamağa davam eylə!

“Dikəlsin” şeirimi isə nəvəmin gülüşü ilə dikələn sevincimizə həsr etmişəm.

Çağalarımız böyüsün
Gülüşləri doğulsun
Bəhrələri çoxalsın
Qəh-qəhimiz yayılsın
Ovqatımız açılsın
Sevincimiz dikəlsin

- Elza xanım, təyyarə qəzası ilə bağlı şeir yazmısınız. Vətən müharibəsi ilə bağlı dillərə dastan olacaq marşın hələ də yazılmaması təəssüf doğurur. Siz belə bir marş yaza bilərsiniz?

- Mən o qədər marş, vətənpərvər əsərlər yazmışam ki... Ötən il Heydər Əliyevin 100 illik yubleyində silsilə solo konsertlər verdim. Baxdım ki, 1990-cı ildən bu yana hərbi vətənpərvərliyə aid 46 əsər yazmışam. “Veteranlar marşı”, Heydər Əliyevin kəlamına Bəxtiyar Vahabzadənin yazdığı şeirə bəsələdiyim “Bir millət, iki dövlət”, uvertüra, simfonik əsərlər, romanslar, “Vətənə gələndə” kimi əsərlərim var. Mənim “İgid əsgərim” marşında 61 şəhidimizin adı çəkilir, anam deyir ki, sənin ən gözəl əsərin də elə budur. Bu mövzuda da yazdıqca yazmalıyıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İbrahim sazişləri” Azərbaycana nə verəcək? - AKTUAL
Bu gün, 04:37
Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq - "Frankfurter Allgemeine Zeitung" qəzeti
Bu gün, 04:24
LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... - BU DA FAKT...
Bu gün, 04:21
Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... - NƏ BAŞ VERİR?
Bu gün, 04:13
Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ - NBC
Bu gün, 04:07
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
Bu gün, 03:55
Naftalanın yeni başçısı KİM OLACAQ?.. - İDDİA
Bu gün, 03:50
8 saatlıq iş rejimində... - Ekspertdən TƏKLİF
Bu gün, 03:41
2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:38
"Hələ də inana bilmirəm..." - FOTO
Bu gün, 03:31
AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... - BU DƏFƏ İSƏ...
Bu gün, 03:27
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Dünən, 12:55
Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Dünən, 12:52
Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Dünən, 12:49
Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Dünən, 12:46
Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Dünən, 12:39
Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Dünən, 12:36
İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Dünən, 12:30
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Dünən, 12:22
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Dünən, 12:21
Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Dünən, 11:53
""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Dünən, 11:49
Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT
Dünən, 11:40
İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar - deputat
Dünən, 11:35
Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Dünən, 11:17
Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi - TƏFƏRRÜAT
Dünən, 11:08
"Hansı bəyin səsi varsa, o da oxuya bilər" - Xalq artisti
Dünən, 10:58
“ABŞ Qəzzanı zonalara bölür” - The Gardian
Dünən, 10:48
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Dünən, 10:41
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Dünən, 10:39
"Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Dünən, 10:25
Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Dünən, 10:21
Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:19
Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Dünən, 10:16
İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Dünən, 10:13
DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Dünən, 09:54
Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Dünən, 09:53
"Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Dünən, 09:36
Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil - ONA GÖRƏ DƏ...
Dünən, 09:23
TRAMP HAQLI İMİŞ... - belə çıxır...
Dünən, 09:17
Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb - FOTO
Dünən, 09:11
Gəncə Regional Kollecdə narazılıqlar... - bitmək bilmir!
Dünən, 09:02
İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Dünən, 08:54
İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Dünən, 08:46
Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır - Tramp
Dünən, 08:43
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir - FOTO
Dünən, 07:46
Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... - FAKT BUDUR!
Dünən, 07:41
"MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Dünən, 07:39
'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Dünən, 07:35
1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Dünən, 07:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru