“Rusiya onu mühakimə olunması üçün Suriya xalqına verməyəcək” - GÖRÜNƏNİ BUDUR
Tarix: 14-12-2024, 10:08 | Çap et
 Suriya diktatoru, yüz minlərlə günahsız soydaşının qətlinə bais olan Bəşər Əsəd qaçıb Rusiyada sığınacaq ala bildi. İndi əsas suallardan biri, yeni hökumətin onu geri tələb edib-etməyəcəyi və Əsədin oğurladığı qanunsuz sərvətlərin taleyi ilə bağlıdır.
“Devrilmiş Bəşər Əsədin gələcək taleyi əvvəlcədən müəyyəndir. Vladimir Putinin dəvəti ilə Əsəd Moskvaya uçdu. Düşünürəm ki, bu, onun müvəqqəti durumudur. Beynəlxalq hüquqa görə, o, təqib olunacaq və günün birində mühakimə ediləcək. Bu, illər çəkə, yaxud daha tez baş verə bilər. Amma Əsəd Rusiya ərazisində olsa belə, ədalət mühakiməsindən yayına bilməyəcək”.
Bunu Türkiyədə yaşayan tanınmış azərbaycanlı politoloq Toğrul İsmayıl Minval.az-a deyib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə NBC telekanalına müsahibəsində Bəşər Əsədin Rusiyada təhlükəsizlikdə olduğunu söyləyib.
Onun sözlərinə görə, Rusiya konvensiyaların və ya Beynəlxalq Cinayət Məhkəməsinin tərəfi (üzvü) deyil. Ryabkov bunu “Moskvanın Bəşər Əsəd mühakimə olunacağı təqdirdə ekstradisiya edib-etməyəcəyi” ilə bağlı sualı cavablandırarkən deyib.
Əsəd Rusiya vətəndaşlığı alacaqmı? Tutaq ki, yeni hökumət Suriyada Rusiya hərbi bazaları əvəzinə B.Əsədi tələb etsə, onda necə, Moskva onu verərmi? Yaxud Serbiya diktatoru Slobadan Miloşeviç kimi BMT-nin Ədalət Məhkəməsinə təhvil verilməsi mümkündürmü? Rusiya vətəndaşlığı onu cəzadan nə dərəcədə sığortalaya bilər? Toğrul İsmayılın gözləntisi nə qədər əsaslıdır?
Bəzi ekspertlər qeyd edir ki, əgər Bəşər Əsəd Rusiya vətəndaşlığı alarsa, bu, onun beynəlxalq hüquq qarşısında mühakimə olunmasına müəyyən qədər maneə yarada bilər. Çünki Rusiya Konstitusiyasına görə, Rusiya vətəndaşlarının xarici ölkələrə ekstradisiyası qadağandır. Bu, Əsədə müəyyən hüquqi müdafiə təmin edər, lakin beynəlxalq təzyiqin artması və siyasi vəziyyət dəyişərsə, bu, yetərsiz qala bilər.
Suriyada yeni hökumətin Əsədi geri tələb etməsi məsələsinə gəldikdə isə, ehtimal olunur ki, yeni hökumət Rusiyaya qarşı sərt mövqe tutarsa, Əsədin ekstradisiyası məsələsi gündəmə gələ bilər. Rusiya üçün strateji maraqları - xüsusilə Suriyadakı hərbi bazaları - qorumaq prioritet olacaq. Əsədin geri verilməsi bu maraqların təhlükəyə düşməsi ilə əlaqələndirilsə, Moskva onu təslim etməyə ehtiyat edə bilər.
Yəni, beynəlxalq ictimaiyyət Rusiyaya qarşı kifayət qədər güclü təzyiq göstərə bilərsə, bu, Əsədin mühakimə olunması məsələsində irəliləyiş yarada bilər. Lakin indiki şəraitdə, Rusiya üçün Əsədi təslim etmək böyük strateji və siyasi risklər daşıyır.
Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a danışıb:
“Həm Bəşər Əsəd, həm də atası Hafiz Əsəd dövründə onlar hakimiyyəti idarə edən vaxtlarda ölkə əhalisinə qarşı saysız-hesabsız cinayətlər törədiblər. Yüz minlərlə insan mühakimə olunub, ölkədən didərgin düşüb, həbsxanalara salınıb, hüquqları pozulub və eyni zamanda Suriyanın sərvəti Suriya vətəndaşları arasında bölünmək əvəzinə və bu ailə, onun yaxın qohum-əqrəbaları tərəfindən mənimsənilib. Və məlumatlara görə, Bəşər Əsəd Rusiyaya qaçarkən milyardlarla vəsaiti çıxarmağa nail olub. Və yenə də görürük ki, seçim Rusiyadır. Buna qədər bir neçə ölkələrin diktatorları son anda Rusiyaya üst tutublar. Amma onların heç birini demək olar ki, Rusiya sonradan ölkələrinə təhvil verməyib. Doğrudur, söhbət gedir ki, Suriyada Rusiya bazaları, donanması var və onların qalması, saxlanılması təqdirdə razılaşma əsasında Bəşər Əsədin Suriyaya təhvil verilməsi mümkündür. Amma mən hesab edirəm ki, bu mümkün deyil. Çox güman ki, Suriyanın yeni hökuməti öz ərazisində Rusiya hərbi bazalarının qalmasında maraqlı olmayacaq və bu baxımdan yavaş-yavaş o bazalar çıxarılacaq. Rusiya da birmənalı olaraq, Bəşər Əsədi yeni hökumətə və yaxud ədalətli mühakimə olunması üçün Suriya xalqına verməyəcək, bu mümkün deyil.
Bəzi politoloqların fikrinə hörmətlə yanaşıram, amma mənim gördüyüm, hiss etdiyim budur ki, Bəşər Əsəd Suriyaya təhvil verilməyəcək.
Digər tərəfdən, Rusiya bir çox beynəlxalq hüququn tərəfdaşı deyil. Buna görə də beynəlxalq məhkəmələr tərəfindən Bəşər Əsədin həbs edilməsi ilə bağlı orderi verilərsə belə, Rusiya bunu icra etməyəcək".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Fuad Nəcəfli Naxçıvanda yerli telekanalı ELƏ GÜNƏ QOYUB Kİ... - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 01:36 |
|
|
|
| • "Şəhidlərimizin, qazilərimizin sayı sizə yetmədi?" - Nura Suri MÜRACİƏT YAYDI
Bu gün, 01:15 |
|
|
|
| • Çoxmənzilli yaşayış binalarında TƏCİLİ YOXLAMA APARILMALIDIR - ÇAĞIRIŞ
Bu gün, 01:08 |
|
|
|
| • "Bu sahəyə heç kəs nəzarət etmir" - ETİRAZ
Bu gün, 00:58 |
|
|
|
| • Layihənin qəbulu Azərbaycan üçün də təhlükədir - NƏ ETMƏLİ?
Bu gün, 00:51 |
|
|
|
| • İrana casusluq: marjinal şəxslərdən tutmuş dindar ailələrə qədər - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
| • "Ondan ölüm iyi gəlmirdi..." - ANIM
Bu gün, 00:43 |
|
|
|
| • Rusiya tərəfindən döyüşən Gəncə sakini öldürüldü
Bu gün, 00:41 |
|
|
|
| • İran Azərbaycanın tankerini saxlayıb? - Deyilənə görə...
Bu gün, 00:35 |
|
|
|
| • Kreml Putin və Ərdoğan arasında telefon danışığının keçiriləcəyini təsdiqləyib - TASS
Bu gün, 00:33 |
|
|
|
| • "O Humayı döymək istəmirdi" - ANIM
Dünən, 18:11 |
|
|
|
| • Nazirlik 10 nəşriyyat ilə müqavilə imzaladı: “Qanun Nəşriyyatı” siyahıda yoxdur - AYRISEÇKİLİK?
Dünən, 18:06 |
|
|
|
| • “Dünyada mətbuatın funksiyası dəyişir” - Müsəllim Həsənov
Dünən, 18:03 |
|
|
|
| • Abu Hanzalanı Azərbaycanla nə bağlayır? - İŞİD-in “Türkiyə əmiri”nə ölkədən çıxış qadağası qoyuldu
Dünən, 17:55 |
|
|
|
| • “Dünyasını dəyişən insanlar haqda bir xoş söz tapıb danışa bilmirsinizsə...” -Namiq Mənadan Nizami Rəmzinin qızına
Dünən, 17:31 |
|
|
|
| • “Yanğının bizə aidiyyəti yoxdur” - Restoranın sahibi danışdı
Dünən, 17:27 |
|
|
|
| • Tramp-Putin razılaşması: bu ölkələr təhlükə altında - DÜNYANI BÖLÜBLƏR?
Dünən, 17:17 |
|
|
|
| • Paytaxt Bakıdan bu şəhərə köçürülür? - AÇIQLAMA
Dünən, 17:12 |
|
|
|
| • Yasamal rayonunda 3 nəfərin öldüyü yanğınla bağlı klinika direktoru saxlanılıb - Baş Prokurorluq açıqlama yaydı
Dünən, 17:10 |
|
|
|
| • Paşinyan yeni konstitusiyadan danışdı - “Yeni şərab yeni şərab tuluqlarına tökülür”
Dünən, 16:17 |
|
|
|
| • Ərdoğanla Putin arasında telefon danışığı olacaq
Dünən, 16:13 |
|
|
|
| • “Təsadüfi insanlar çoxdur, onlar gec-tez sənətdən gedəcəklər” - Əməkdar artist
Dünən, 15:10 |
|
|
|
| • "Burun və sinə əməliyyatı etdirmişəm, vəssəlam"
Dünən, 15:08 |
|
|
|
| • Ərdoğan Makronla görüşüb
Dünən, 15:05 |
|
|
|
| • Rəqsanə onlara xəbərdarlıq etdi - “İctimaiyyəti çaşdırmayın”
Dünən, 14:36 |
|
|
|
| • “Narkotikə görə onları itirdim” – Rüfətdən gözlənilməz etiraf
Dünən, 14:33 |
|
|
|
| • "Azərbaycan dünyada yaxşı mənada katalizator rolunu oynayır" - ŞƏRH
Dünən, 14:31 |
|
|
|
| • Rus ordusu Petrovskoyeni işğal etdi
Dünən, 14:28 |
|
|
|
| • BU NƏDİR BELƏ: Neftçilər üçün SÜNİ ƏNGƏL... - NARAZILIQ VAR...
Dünən, 14:21 |
|
|
|
| • Kremlin Bakı ilə bağlı planı var? – Vacib məqamlar
Dünən, 13:35 |
|
|
|
| • Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Bakı görüşündəki razılaşmalar açıqlanıb - TƏFƏRRÜAT
Dünən, 13:30 |
|
|
|
| • MİDA Sarayda milyonluq tikinti layihəsini “GM Construction”a həvalə edir, amma... – şirkətin isə dövlətə vergi borcu var
Dünən, 13:27 |
|
|
|
| • Kadırovun varisini müəyyənləşdirmək uğrunda “döyüş” gedir - “Важные истории”
Dünən, 13:12 |
|
|
|
| • Hazırda onun ailəsi də reanimasiyadadır... - FOTO
Dünən, 13:09 |
|
|
|
| • Odlar Yurdu Universitetinin adı müasir olub, özü olmayan “elmi” məqalələri - BU NƏDİ BELƏ?
Dünən, 13:05 |
|
|
|
| • İsrail mediasından Azərbaycanla bağlı açıqlama - “...imtina edib"
Dünən, 12:53 |
|
|
|
| • Bakı və İrəvan arasında 100 illik sənəd ortaya çıxdı – İnanılmaz detallar
Dünən, 12:50 |
|
|
|
| • Şəhidlərin əşyaları məzarda yox, muzeydə qorunsun! - AKTUAL
Dünən, 12:48 |
|
|
|
| • Ramiz Mehdiyev Ermənistanla necə əlaqə saxlayırmış? - “OTV Azerbaijan”
Dünən, 12:46 |
|
|
|
| • Təklif ürəkaçandır, amma büdcəyə pul lazımdır - ONA GÖRƏ DƏ...
Dünən, 11:33 |
|
|
|
| • "Ruslar yenə də tariximizi saxtalaşdırmaq istəyir..." - Görünəni odur ki...
Dünən, 11:29 |
|
|
|
| • Qida eksperti “monqol quzuları” ilə bağlı hər şeyi DANIŞDI - SƏN DEMƏ...
Dünən, 11:00 |
|
|
|
| • "Samirə qazi övladıdır və belə bir humanist addım atmağın onun üçün nə qədər çətin olduğunu təsəvvür etmək çətin deyil" - REAKSİYA
Dünən, 10:56 |
|
|
|
| • "Çalışın, burdan heç nə almayın..." - Müştərisi uyardı...
Dünən, 10:46 |
|
|
|
| • Müəllimlər məktəbdə qalmağa məcbur deyillər - ETİRAZ
Dünən, 10:38 |
|
|
|
| • Şimali Avropa və Baltikyanı dövlətlər Ukraynaya dəstəklərini bəyan edib - TƏFƏRRÜAT
Dünən, 10:31 |
|
|
|
| • Bax, indi nə hacı var, nə də rayon prokuroru... - replika
Dünən, 07:37 |
|
|
|
| • Gəncə Regional Kolleci BAĞLANA BİLƏR... - İTTİHAM VAR...
Dünən, 07:33 |
|
|
|
| • Ukrayna üzrə razılaşma demək olar ki, hazırdır - Trampın xüsusi nümayəndəsi
Dünən, 07:29 |
|
|
|
| • SOCAR-da MAAŞ ARTIMI: Bu sənədi saxtalaşdırıblar... - işçilər NARAZIDIR
Dünən, 07:27 |
|
|
|
|