Evə buraxılan hər xəstədən 5 manat, yaxınlarından "hörmət" kimi 100 manat alınıb - Narkoloji Mərkəzin həbs edilən direktoru və müavininin məhkəməsi
Tarix: 10-09-2024, 16:19 | Çap et
 Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə Səhiyyə Nazirliyinin zərərçəkmiş qismində tanındığı bildirilib.
İlk olaraq Zamin Əliyevin vəkili müvəkkilinin həkim işlədiyi dövrdə təltifləri ilə bağlı məhkəməyə sənəd təqdim edib.
Sonra dövlət ittihamçısı Ziya Mansurov ittiham aktını elan edib.
İstintaq materiallarında qeyd olunub ki, mərkəzin baş direktoru və müavini əlbir olaraq alkoqolizmdən və narkomaniyadan əziyyət çəkən xəstələrin müalicəsinin təşkil edilməsi, müalicə olunma müddətinin uzadılması, müalicəsini birnəfərlik palatada davam etdirməsi, daha keyfiyyətli müalicə üçün xəstə yaxınlarından rüşvət alıb.
Bundan başqa, E.Mustafayev müavininin əli ilə Mərkəzin həkim narkoloqlarından birindən işini davam etdirməsində maneə yaradılmaması və yaş həddi ilə bağlı təqaüd məsələsinin qabardılmaması məqsədilə pul istəyib.
Belə ki, onun qarşısına xəstələrdən aldığı puldan rəhbərliyə çatdırılması tələbi qoyulub. Bu danışıqdan sonra həkimin evə buraxılarkən hər xəstədən aldığı 5 manat və yaxınlarının minnətdarlıq kimi 100 manat məbləğində etdikləri “hörmət”in 50 manatını Zamin Əliyevə verib.
Mərkəzin direktoru ifadəsində müavininin kimlərdən, hansı yolla pul almasından məlumatlı olmadığını, razılaşmaya əsasən, həftədə bir dəfə ona pul çatdığını etiraf edib.
E.Mustafayev Z.Əliyevin ümumilikdə ona 3 min 800 manat pul verdiyini deyib. Hər evə buraxılan xəstədən 5 manat, yaxınlarından 100 manat alınmasına gəlincə, sabiq direktor bundan xəbərsiz olduğunu bildirib. Zamin Əliyev isə ifadəsində kimlərdən necə rüşvət aldığını etiraf edib.
Elşən Mustafayev məhkəmədə özünü qismən təqsirli bildiyini deyib. Zamin Əliyev isə özünü tamamilə təqsirsiz bildiyini açıqlayıb.
Məhkəmə prosesi oktyabrın 8-nə kimi təxirə salınıb
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AZƏRİQAZ-da hansı qanunlar keçərlidir... BİLİNMİR! - NARAZILIQ VAR...
Bu gün, 07:28 |
|
|
|
| • "Mən göydə Allaha, yerdə Cənab Prezident İlham Əliyevə güvənirəm" - Əməkdar artist
Bu gün, 07:15 |
|
|
|
| • Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır - ARAŞDIRMA
Bu gün, 07:02 |
|
|
|
| • Həsənovun 7 aylıq xərci: 22 milyon... - İcazə verin şübhələnək...
Bu gün, 07:00 |
|
|
|
| • “Pilgrim Education“ xaricdə təhsil şirkətindən şikayət - “Pulumu alıb, lakin xidmət göstərməyib“
Bu gün, 06:55 |
|
|
|
| • Sabunçuda tam olaraq BAŞ(ÇI)SIZLIQDIR - VİDEOFAKT
Bu gün, 06:52 |
|
|
|
| • Pirallahıda məmurlar başçıdan gileylənir - "Məktəbli kimi dərs oxuyuruq..."
Bu gün, 06:41 |
|
|
|
| • Siqaretin qiyməti 2 dəfə BAHALAŞACAQ - AÇIQLAMA
Bu gün, 06:36 |
|
|
|
| • Polisin qanuni əmrinə tabe olmayan Vətən müharibəsi iştirakçısı cərimə edilib - TƏFƏRRÜAT
Bu gün, 06:30 |
|
|
|
| • "Tamam başqa cür qız idi... ...mənimlə onun arasında çox fərq var idi"
Bu gün, 06:28 |
|
|
|
| • Azərbaycanda bu nazirliklər və qurumlar birləşə bilər – Siyahı yayıldı
Bu gün, 06:24 |
|
|
|
| • Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb - Ağ Ev
Bu gün, 06:20 |
|
|
|
| • ABŞ-la Ermənistana qalsa, layihə iki il ləngiyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:29 |
|
|
|
| • İrəvanda sirli iclas: Azərbaycanın 4 kəndinə qarşılıq... - GƏLİŞMƏ
Bu gün, 01:26 |
|
|
|
| • Samirə Əfəndi “sülh göyərçini” oldu, amma qalib olmadı - AKTUAL
Bu gün, 01:24 |
|
|
|
| • Qarabağa Bakıdan MÜHÜM TRANSFER - bu, baş tutarsa...
Bu gün, 01:22 |
|
|
|
| • Ayda 16 manat ödəməyən işsiz cərimələnəcək - Qanuna dəyişiklik nələri tələb edir?
Dünən, 19:48 |
|
|
|
| • Ramiz Mehdiyev vəkilindən imtina etdi: “Boz kardinal” nə düşünür? - İLGİNC
Dünən, 19:44 |
|
|
|
| • Psixoloq Hacı Şahinə sataşdı - "O, hər ağlına gələni deyib"
Dünən, 19:40 |
|
|
|
| • FHN şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi - DETALLAR
Dünən, 19:38 |
|
|
|
| • Agentlik Şərqi Zəngəzur filialı üçün ofis axtarır – Ayda 8 285 manat ödəyəcək
Dünən, 18:31 |
|
|
|
| • Avropa Parlamentinin keçmiş deputatı Rusiyadan rüşvət alıb – qalmaqalın TƏFƏRRÜATLARI
Dünən, 18:30 |
|
|
|
| • Bakıda ardıcıl baş verən yanğın və partlayış: Bədbəxt hadisə, yoxsa terror? - AKTUAL
Dünən, 18:14 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankı Yaşıl İstiqraz Fonduna investisiya edib
Dünən, 18:13 |
|
|
|
| • “AFB Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:49 |
|
|
|
| • Meqa Həyat və Meqa Sığorta şirkətində riskləri bu şəxs idarə edəcək - YENİ TƏYİNAT
Dünən, 17:45 |
|
|
|
| • İşsizlərə tibbi sığorta ödənişi tələbi narazılıq yaratdı - Deputat dəyişikliyə yenidən baxılmasını istəyir
Dünən, 17:39 |
|
|
|
| • “Başına benzin tökdü, gördüm ki, yanır” – Yanaraq ölən Zəhmətin MƏHKƏMƏSİ
Dünən, 17:36 |
|
|
|
| • 27 senator Bakıya qarşı - erməni canilərin azad edilməsi və sanksiyalar tələb olunur
Dünən, 17:33 |
|
|
|
| • Qərbi Azərbaycana qayıdış konsepsiyası - Tarixi ədalət, milli kimlik və beynəlxalq hüquq kontekstində yeni mərhələ
Dünən, 17:31 |
|
|
|
| • Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri və tanışının məhkəməsi başlayır
Dünən, 17:15 |
|
|
|
| • “SOCAR-AQŞ”nin xüsusilə külli miqdarda vergi borcu var
Dünən, 17:06 |
|
|
|
| • “Zəngəzur dəhlizi layihəsinin tamamlanması 4-5 il çəkəcək” - İranlı deputat
Dünən, 17:03 |
|
|
|
| • Paşinyan Amerikanın agenti olub - Eks-müdafiə naziri
Dünən, 16:59 |
|
|
|
| • Azarkeşlər TVNET platformasında matçları türkiyəli Ertem Şenerin şərhi ilə izləyəcəklər
Dünən, 16:51 |
|
|
|
| • Pedofil Mərdanı ögey qızı İFŞA EDİBMİŞ... - TƏFƏRRÜAT
Dünən, 16:45 |
|
|
|
| • Ərdoğan Putinlə ABŞ-ın Ukrayna üzrə sülh planını müzakirə edib
Dünən, 16:32 |
|
|
|
| • “Üzünə tüpürməliydi?” - Xalq artisti Samirənin müdafiəsinə qalxdı
Dünən, 16:31 |
|
|
|
| • Obyektlərində faciə olan Elçin və Murad qardaşları OLİQARX İMİŞ - “Lake Hotel”ində başqa “Xan Hamam”, “Çırağan Palace” da işlədirlər
Dünən, 16:26 |
|
|
|
| • “Aztelekom”un 2 xidməti ləğv edilir - TƏFƏRRÜAT
Dünən, 16:14 |
|
|
|
| • “Bu komandanın etdiyi hərc-mərcliyi keçmişdə görməmişəm” - NHMT sədri elə faktları açıqladı...
Dünən, 16:09 |
|
|
|
| • Pirallahı MKTB rəisinin ölkədən çıxışına məhdudiyyət qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:02 |
|
|
|
| • Nazir yüksək vəzifəli şəxsi işdən çıxardı - FOTO
Dünən, 15:58 |
|
|
|
| • Bakıda kişi onunla kobud danışan bacısı qızının ərini döydü - HÖKM
Dünən, 15:55 |
|
|
|
| • “Ömürlük Mübariz” növbəti dəfə əməliyyat olundu - AİLƏSİ PREZİDENTDƏN HUMANİZM GÖZLƏYİR
Dünən, 15:52 |
|
|
|
| • Bankların kredit və faiz MƏNGƏNƏSİ - "Borc gecikmələri zamanı tətbiq olunan mexanizm..."
Dünən, 15:22 |
|
|
|
| • Gərginlik pik həddə: 4 məşhur nazirliyə qarşı birləşdi – Nə baş verir?
Dünən, 15:18 |
|
|
|
| • Müdafiə Nazirliyi 4 milyon manata dərman preparatları alacaq
Dünən, 15:16 |
|
|
|
| • “Ermənistanda buna qarşı çıxan ya agent, ya alçaqdır” - Bakıdan qayıdan Koçinyan
Dünən, 15:14 |
|
|
|
| • Qızı Nəriman Həsənzadənin son vəziyyətini açıqladı
Dünən, 15:12 |
|
|
|
|