Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb .....                     Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi .....                     Bu qrupa yeni sədr seçildi .....                     BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı .....                     “Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi .....                     Müctəba Xameneyi sağdır? .....                     Rusiyada Putinin reytinqi kəskin azaldı .....                     "Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Süleyman Nemətov "general-leytenant" oldu .....                     Natiq Şirinov məhkəmədə qalib gəldi: .....                     Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs .....                     Əməkdar artist əməliyyat olundu .....                     “Dayı”ya hökm oxundu .....                     Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... .....                     Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... .....                     Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib .....                     Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı .....                     Paşinyan Rusiyaya gedir .....                     Tbilisi-Bakı qatarı ilə Azərbaycana nə qədər əcnəbi gəlib? .....                     Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib? .....                     Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: .....                     Misir Mərdanovun Ermənistana səfərinin təfərrüatları: .....                     İnterpolun qırmızı bülleteni ilə axtarılan Azərbaycan vətəndaşı Batumidə tutuldu .....                     Ermənilər Naxçıvanın statusunu qəbul etmir .....                     Oğlunu azad etdirmək üçün evini satdı, kredit götürdü .....                     Moskvada 17 il əvvəl baş vermiş azərbaycanlının qətli: .....                     “Azərişıq”ın 13 milyonluq tenderini bu şirkət uddu .....                     Rusiyanın qərarına İrəvandan şərh: .....                     “PASHA Bank Georgia”nın rəhbərliyində iki mühüm təyinat olub .....                     “Azenco”nun sabiq rəhbəri həbs edilib .....                     Talıstanda meşə torpaqları SATIŞA ÇIXARILIB... .....                     Eldar Əzizov onu rəis təyin etdi .....                     İranın azərbaycanlı generalından Bakıya ikibaşlı REVERANS .....                     Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir .....                     Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ... .....                     Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir? .....                     Bakı şərtləri diktə edir: Leyenin Azərbaycana səfərinin pərdəarxası .....                     Dövlət torpaqlarını qanunsuz satanların .....                     “Qumar kralı”nın adamları ilə bağlı qərar ləğv edildi .....                 

"Heç vaxt mənim belə bir qorxum olmayıb, qorxum bir Allahdandır" - Müsahibə
Tarix: 7-04-2015, 08:52 | Çap et
"Heç vaxt mənim belə bir qorxum olmayıb, qorxum bir Allahdandır"
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat” qəzetinə müsahibə verib. O, müsahibəsində partiyanın keçiriləcək qurultayından, partiyadakı vəziyyətdən, həmçinin parlament seçkilərinə hazırlıqdan danışıb.

- KXCP sədri olaraq son zamanlar tez-tez bölgələrə səfərlər edirsiniz, müşavirə və görüşləriniz olur. Məqsəd nədir?

- Bu il KXCP-nin qurultayını keçirəcəyik. Qurultaya qədər də zona müşavirələri, ümumi yığıncaqlar keçiririk. Hər həftənin şənbə və bazar günləri bölgələrə səfərlər edirik və təşkilati işlərimizi görürük. İctimai-siyasi müzakirələrimizi aparırıq.

- Sədr seçkisi olacaqmı həmin qurultayda?

- Təbii ki, olacaq.

- Sizə alternativlər, rəqiblər varmı?

- Onu təşkilatdan soruşmaq lazımdır. Olacaqsa, mən buna sevinəcəm.

- Rəqiblərinizin sayı çox olsa, siz namizədliyinizi geri götürə bilərsinizmi?

- Yox, nəzərdə tutmuşam ki, bu dəfə iştirak edəcəm və yarışacam.

- Bəs KXCP parlament seçkisinə necə hazırlaşır? Bu il həm də Milli Məclisə seçkilər keçiriləcək...

- Biz artıq Klassik Xalq Cəbhəsi Partiyası olaraq öz müttəfiqlərimizlə - Demokratiya və İnsan Hüquqları Mərkəzi ilə bir yerdə seçki bloku təsis etmişik. Səkkiz partiya bir aradayıq. Hesab edirəm ki, 2015-ci il parlament seçkiləri ilə bağlı bu səkkiz partiyadan başqa hələ ki seçkiyə start verən və seçkidə təşkilatlanma ilə bağlı iş görən başqa bir qurum yoxdur ölkədə. MSK öz işi ilə məşğuldur, işini görür. Bölgə səfərlərimizdə də ikinci məsələ kimi parlament seçkiləri, orada iştirak, dairələrdən namizədin müəyyənləşdirilməsi kimi məsələlər müzakirə edilir.

- Milli Şura ilə KXCP-nin münasibətləri necədir? Partiyanın MŞ-dəki üzvlərinin və sədrin qurumu tərk edəcəyi bildirilsə də, bu, hələ baş verməyib.

- KXCP Milli Şurada üzv deyil, bizim üzvlərimiz orada üzvdür. Bu gün münasibətlər bizim üçün, ola bilsin, MŞ-nın özü üçün də əhəmiyyət kəsb edən məsələ deyil. Xeyli zaman öncə MŞ-nın bizim qərargahda keçirilən sessiyasında məsələyə münasibət bildirdik. MŞ-nin tərkibinin genişləndirilməsi ilə bağlı müzakirələr aparıldı, təkliflər oldu. O təkliflər zamanı belə qənaətə gəldik ki, MŞ-nın tərkibi kənar şəxslərlə genişləndirilsin. Amma təklif ediləndə bəlli oldu ki, genişləndirilmədə nəzərdə tutulan daha çox bir partiyanın üzvləridir.

- Hansı partiyanın?

- Orada olan məlum partiyanın... Və biz açıq sözümüzü dedik ki, əgər genişləndirilmə belə nəzərdə tutulubsa, sizin partiyada da yüzə qədər Ali Məclis üzvü var, bizim də partiyanın elə bu qədər Ali Məclis üzvü var. Elə gəlin, biz ümumi şəkildə Ali Məclis üzvlərinin hamısını oraya qəbul edək, olsun genişlənmə. Bununla məsələ həll olunmur. Həmin gün sessiyada bu məsələ gündəlikdən çıxarıldı. Sonradan da bu məsələyə münasibət bildirəndə elə qənaətə gəlindi ki, mən sessiyanı tərk etdim. Bu münasibət sonda da təkrarlandı və mənim Milli Şurada iştirakıma ehtiyac qalmadı. Bizim ki, orada təklifimiz keçmir, orada yeniləşmə yoxdur, biz orada nə səbəbdən olmalıyıq? Orada insanlar var ki, Azərbaycan üçün çox qiymətli insanlardır. Amma Milli Şura öz missiyasını bitirib. Bu, o demək deyil ki, həmin adamlar öz missiyasını bitirib. Bu qurum 2013-cü il prezident seçkilərində təsis olunub. Artıq prezident seçkiləri keçirilib qurtarıb. Bu il parlament seçkiləridir. Daha MŞ-də təmsil olunanlar fəaliyyətlərini necə quracaq, bu, onların öz işidir. Bizim artıq Milli Şuralıq işimiz qalmayıb.

- Ancaq bu yekun və konkret qərarınız hələ də gözlənilirdi, bunu deməmişdiniz. Bu səbəbdən MŞ-dən nə zaman çıxacağınız aktual idi. Çünki Milli Şuranın mitinqlərində lider olaraq təmsil olunmursunuz, iştirak etmirsiniz...

- İştirak edənlərin bəyəm nəsə bir söz demək imkanları varmı ki, iştirak etməyənlərdən ötrü belə narahatçılıq keçirənlər olsun? Xeyli müddətdir Azərbaycan siyasi səhnəsində məşhur tezis var, təşkilində iştirak etmədiyimiz tədbirdə iştirak etmirik. Onlar da nəzərdə tuturlar ki, mitinqə gələnlərdən kim əvvəlcədən orada olmayıbsa, təşkildə iştirakı, yoxsa vətəndaş kimi orada iştirak edə bilərlər.

- Bir müddət əvvəl Müsavat Partiyasının keçmiş və indiki sədri, həmçinin AXP sədri də Milli Şuranın mitinqində tribunaya dəvət edilməmişdilər. Siz də onlar kimi meydanda diqqətsiz qalacağınızdan çəkinirsiniz? Qorxursunuz ki, sizi tribunaya dəvət etməzlər?

- Heç vaxt. Heç vaxt mənim belə bir qorxum olmayıb. Qorxum bir Allahdandır. Qətiyyən narahat deyiləm. Nə üçün? Bu gün Azərbaycan siyasi səhnəsində olan adamların böyük əksəriyyəti zaman olub ki, iki adam tapıb söz deməyə həsrət çəkiblər. İndi orada, yüzlərlə, minlərlə adam var, biz niyə qorxuruq ki? Öz adamlarımızdır. Hər zaman da tribunada olmaq doğru deyil. Və yaxud başqaları qorxu keçirdir ki, belə bir adam gəlsə, tribuna əldən gedər. O qorxu ola bilsin kimdəsə var, amma məndə yoxdur.

- İddia var ki, narazılıq səbəbindən KXCP rəhbərliyi MŞ-nin mitinqinə üzvlərinin qatılmasına qarşıdır. Hətta təzyiqlər olur, sonradan danlayırlar ki, niyə mitinqdə iştirak etmisiniz. Bu iddialar doğrudurmu?

- Qətiyyən. Biz öz adamlarımızı kifayət qədər tanıyırıq. Təbii, elə insanlarımız var ki, mitinq kimin olur olsun, hətta bizə alternativ qurumun, şəxsin olsun, mitinqdə ürəyimizdən keçən şüarlar varsa, iştirak edəcəklər. KXCP-də belə adamlar çoxdur. Biz hətta qərar qəbul etsək ki, iştirak etməyin, adamlar var ki, onlar partiyadan ayrılmaq dərəcəsinə qədər razı olarlar, amma mitinqdən qalmazlar. Bizim şöbə sədrlərimiz var ki, mitinqlərdə iştirak edirlər, təşkil edirlər, adamlar gətirirlər...

- Yəni sizin iradənizin əksinə olaraq...

- Xeyr. İradəmizin əksinə deyil. Biz qadağa qoymamışıq. Təbii ki, siz sualı real vəziyyətdən və eşitdiklərinizdən formalaşdırmısınız. Amma orada məsələ nədir - biz nə deyiriksə, onu edirik. Göründüyümüz kimi oluruq. Biz adamlara deyə bilmərik ki, sən niyə getmisən mitinqə? Niyə deməliyik ki? Onlar bizə irad tuta bilirlər hətta - niyə gəlmirsiz deyə. Biz isə bu iradı tuta bilmirik. Sərbəstlik vermişik, kim istəyir iştirak edir. Məsələn, martın 15-dəki mitinqdə həmin gün müşavirədə olmasaydım, iştirak edəcəkdim.

- Ölkədə seçkiqabağı mühiti necə dəyərləndirirsiniz? Artıq seçki ilinin üç ayı arxada qalıb...

- Azərbaycanda bu gün seçkiqabağı mühit yoxdur. AvropaOyunları qabağı mühit var. Ölkənin siyasi səhnəsi də, iqtisadi səhnəsi də, hakimiyyətin daxili, xarici siyasəti də, hətta hərbi siyasət də, Qarabağla bağlı məsələlər də o yarışa köklənib. Ona görə də indi seçkidən danışmaq tezdir. Böyük ehtimalla, seçkiyə avqustun sonundan etibarən start veriləcək.

- Milli Şuranın missiyasının bitməsindən danışdınız. Bundan əvvəl də İctimai Palatada təmsil olunmuşdunuz, sonra bildirildi ki, onun da missiyası başa çatıb. Seçkiqabağı birliklərin missiyası nədir sizcə - seçkiqabağı birləşib, seçkidən az sonra dava-dalaşla ayrılmalar, sonra yenə zəncirvari proses?

- İnsan elementar olaraq plan qurur, sabaha aid proqramı yazmaq üçün bugünkü səhifəni çevirir. Azərbaycan siyasətində bu, yoxdur. Hər şey baş-ayaqdır. Məsələn, nizamnamədə göstərilir ki, qurultay olmalıdır, partiya sədr seçkisinə gedir, parlament seçkisinə gedir. Qurumun nə məqsədlə yaradıldığı, nə zaman xitam veriləcəyi də qeyd olunur. Məsələn, 2013-cü ilin prezident seçkiləri ilə bağlı yaradılmış Demokratik Qüvvələrin Milli Şurası.

- Mirmahmud bəy, gənclər niyə azdır partiyanızda? Niyə gənclər sizin partiyaya gəlmirlər, aktiv deyillər, sayları azdır?

- Gənclərimiz var, sadəcə, bizim gənclərimiz güclü, başqa partiyaların gənclərindən fərqli, bir az da elmi araşdırma aparan, kitablar yazan gənclərdir. Bizim ruporumuz, təbliğatımız yoxdur. Azərbaycan gənclərinin elmi əsaslarla simvoluna çevrilib Cavid Mehrəliyev. Onu 2011-ci ilin aprel mitinqləri ilə bağlı Bakı Dövlət Universitetindən xaric etdilər, bərpa olunmaq üçün məhkəməyə verdi, sonunda Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Bu gün ortalığa “Əski Əhəməni yazısı” əsəri ilə çıxıb. Bu, bizim gəncimizin birinin gördüyü iş və bütün Azərbaycan gəncliyinə nümunə olan işdir.

- Doğru. Amma o, bir nəfərdir. İddialar isə budur ki, kifayət qədər narazılıqlar var gənclərin partiyaya qoşulmaması ilə bağlı. İcazəmi verilmir?

- Elə bir şey yoxdur. Gənclərimiz var ki, saytlara rəhbərlik edirlər. Gənclərimiz var, xüsusi olaraq bələdiyyə seçkilərində iştirak etdilər, namizədliyini irəli sürdülər, təcrübə qazandılar. Başqa heç bir partiyadan bu qədər gənc bələdiyyə seçkilərində iştirak etmədi. YAP-dan da məcburi getdilər. Gənclərimizin bir qismi xaricdədir. Təbii ki, kütləvi şəkildə Azərbaycanın gəncləri də bir arada deyil. Könül istəyər ki, gənclər doğrudan doğruya bu estafeti qəbul etsinlər. Gənclərimiz var, ancaq kifayət qədər deyil. Sizi və bizi qane edəcək qədər deyil. Bu, reallıqdır.

- KXCP-nin yeddi partiya ilə birlikdə seçkidə iştirakı yekun qərardır? Ola bilərmi ki, partiyanız boykota getsin?

- İstənilən məsələ ola bilər. Amma düşüncəmizdə boykot yoxdur. Mənb məsələn, boykotun əleyhdarıyam. Təşkilat qərar qəbul edərkən də mənim də sözüm təsirli ola bilər. Nə üçün? Azərbaycanda kimsənin etmədiyini etdiyimizə görə. Qazandığımız deputat mandatından imtina etdiyimizə görə. Hesab edirəm ki, hətta 1998-ci ildə də boykotunuz doğru deyildi. O zaman da fərd olaraq əleyhinə idik. Amma daxili müzakirələrdən, verilən qərardan sonra ya qərarı yerinə yetirməli idik, ya da çıxıb getməli idik. Boykot o zaman ola bilər ki, təsiri, nəticəsi olsun. AXC vaxtı boykotun təsiri var idi, nəticəyə təsir edə bilirdi. Bu gün həmin boykot nəticəyə təsir edə bilmirsə, nəyisə dəyişdirə bilmirsə, bunu etmək doğru deyil.

- Bəs iştirakın da nəticəyə təsir etməyəcəyi, edə bilməyəcəyi əvvəlcədən bəllidirsə, bu seçkidə iştirak lazımdırmı?

- Əsas odur ki, haqq bildiyin işi edirsən. Qısa ömründə tribunada sözünü deyirsən. 1993-cü ildə qiyamdan sonra bizim çıxışlarımızdan, artıq yavaş-yavaş sıralar seyrələndən sonra mandatdan məhrum olanlar, olandan sonra bizə bu sözləri deyənlər bildirirdilər ki, ekranın qabağında oturmuşdum, sən məni infarktdan qurtardın, sağ ol. Sonra həmin adamların özləri gəlib deputat oldular. Və hətta başqa işlər də oldu. Amma mən onlara həmin “sağ ol”u deyə bilmədim. Həqiqətən millətin sözünü deməkdən ötrü tək də olsan, bu işi görmək lazımdır. Mən 2000-ci ildə parlamentdə mandatdan imtina edəndən sonra Elçibəyi yaxından tanıyan adamlar sual verirdilər ki, Elçibəy sağ olsaydı, sən parlamentə gedərdinmi?

Mən də dedim ki, bu gün Elçibəy yoxdur və mənə o sözü deyən, təsiredici olaraq deyən yoxdur. Bilirdim parlamentə getmək lazımdır. Həm də bu hərəkətimi də düz sayırdım ki, 19 kişi söz vermişdik. Kişi sözü vermişdik ki, mandatdan imtina edirik. Bir adam sözünün üstündə dayanmadı. Dedim, heç olmasa bir nəfər dayansın. Ancaq seçicilərimin qarşısında borclu qaldım. Hər dəfə Əli Bayramlıya gedəndə, ovaxtkı seçicilərim qarşısında söhbət edəndə deyirəm ki, həyatda borclu olduğum çox adam var, amma sizin qədər borclu olduğum yoxdur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb - “Reuters”
Bu gün, 14:56
Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Bu gün, 14:55
Bu qrupa yeni sədr seçildi
Bu gün, 14:49
BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı - DETALLAR
Bu gün, 14:47
“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi - DİQQƏT
Bu gün, 14:46
Müctəba Xameneyi sağdır? - Tabutlar bir-bir sayıldı
Bu gün, 13:40
Rusiyada Putinin reytinqi kəskin azaldı
Bu gün, 13:38
"Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" - NARAZILIQ VAR...
Bu gün, 13:31
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:20
Süleyman Nemətov "general-leytenant" oldu
Bu gün, 13:18
Natiq Şirinov məhkəmədə qalib gəldi: - 35 min manat təzminat ödəniləcək
Bu gün, 13:11
Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs HAKIM QARŞISINDA
Bu gün, 13:10
Əməkdar artist əməliyyat olundu - Son durumu açıqlandı
Bu gün, 13:00
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
Bu gün, 12:58
Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... - GİLEY
Bu gün, 12:48
Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... - Bunun başqa adı yoxdur...
Bu gün, 12:44
Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib - NAZİR ÖZÜ DEDİ...
Bu gün, 12:35
Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 12:31
Paşinyan Rusiyaya gedir - KİV
Bu gün, 12:26
Tbilisi-Bakı qatarı ilə Azərbaycana nə qədər əcnəbi gəlib?
Bu gün, 12:24
Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib? - KİV
Bu gün, 12:17
Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: - "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram"
Bu gün, 12:15
Misir Mərdanovun Ermənistana səfərinin təfərrüatları: - Niyə ağlayıb, Köçəryandan nə xahiş edib?
Bu gün, 12:06
İnterpolun qırmızı bülleteni ilə axtarılan Azərbaycan vətəndaşı Batumidə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:58
Ermənilər Naxçıvanın statusunu qəbul etmir - yeni oyun
Bu gün, 11:52
Oğlunu azad etdirmək üçün evini satdı, kredit götürdü - 57 minlik dələduzluq
Bu gün, 11:50
Moskvada 17 il əvvəl baş vermiş azərbaycanlının qətli: - "Lazım gələrsə, ürəyimi ona verəcəyimi dedim"
Bu gün, 11:46
“Azərişıq”ın 13 milyonluq tenderini bu şirkət uddu
Bu gün, 11:41
Rusiyanın qərarına İrəvandan şərh: - Təsəvvür edə bilməzsiniz, necə sevindik
Bu gün, 11:37
“PASHA Bank Georgia”nın rəhbərliyində iki mühüm təyinat olub - ADLAR
Bu gün, 11:35
“Azenco”nun sabiq rəhbəri həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:28
Talıstanda meşə torpaqları SATIŞA ÇIXARILIB... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 11:19
Eldar Əzizov onu rəis təyin etdi - ƏMR
Bu gün, 11:10
İranın azərbaycanlı generalından Bakıya ikibaşlı REVERANS - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir - DETALLAR
Bu gün, 11:07
Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:03
Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir? - AKTUAL
Bu gün, 10:55
Bakı şərtləri diktə edir: Leyenin Azərbaycana səfərinin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 10:52
Dövlət torpaqlarını qanunsuz satanların MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 10:50
“Qumar kralı”nın adamları ilə bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:49
Tək RUS BAZARINA ümidli olsaq... - BATARIQ!
Bu gün, 10:44
Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi - Digər generala yüksək vəzifə verdi
Bu gün, 10:32
Hüquqları pozulan sakinləır FHN şefindən MƏDƏT UMUR... - Aksiya keçirdilər və...
Bu gün, 10:27
Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material Baş Prokurorluğa göndərilib
Bu gün, 10:23
Özü bir yana, köməkçisi də SÜLALƏ HAKİMİYYƏTİ qurub... - BU NƏDİ BELƏ...
Bu gün, 10:17
Çay evində bakalla müştərinin başına zərbə vuran şəxs məhkəmə zalında HƏBS EDİLDİ
Bu gün, 09:59
“Rusiya rəhbərliyi işğalçıdır, o, ölkəni məhz bu üsullarla idarə edir” - Beqlaryan
Bu gün, 09:54
İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu – İnanılmaz detallar
Bu gün, 09:53
Qazaxda POLİS GÜNÜ qeyd olundu - FOTO
Bu gün, 09:49
Taksi sürücüsü qısqanclıq zəminində onunla mübahisə edən müştərini bıçaqladı - HÖKM
Bu gün, 09:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru