Müctəba Xameneyi sağdır? .....                     Rusiyada Putinin reytinqi kəskin azaldı .....                     "Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Süleyman Nemətov "general-leytenant" oldu .....                     Natiq Şirinov məhkəmədə qalib gəldi: .....                     Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs .....                     Əməkdar artist əməliyyat olundu .....                     “Dayı”ya hökm oxundu .....                     Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... .....                     Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... .....                     Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib .....                     Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı .....                     Paşinyan Rusiyaya gedir .....                     Tbilisi-Bakı qatarı ilə Azərbaycana nə qədər əcnəbi gəlib? .....                     Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib? .....                     Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: .....                     Misir Mərdanovun Ermənistana səfərinin təfərrüatları: .....                     İnterpolun qırmızı bülleteni ilə axtarılan Azərbaycan vətəndaşı Batumidə tutuldu .....                     Ermənilər Naxçıvanın statusunu qəbul etmir .....                     Oğlunu azad etdirmək üçün evini satdı, kredit götürdü .....                     Moskvada 17 il əvvəl baş vermiş azərbaycanlının qətli: .....                     “Azərişıq”ın 13 milyonluq tenderini bu şirkət uddu .....                     Rusiyanın qərarına İrəvandan şərh: .....                     “PASHA Bank Georgia”nın rəhbərliyində iki mühüm təyinat olub .....                     “Azenco”nun sabiq rəhbəri həbs edilib .....                     Talıstanda meşə torpaqları SATIŞA ÇIXARILIB... .....                     Eldar Əzizov onu rəis təyin etdi .....                     İranın azərbaycanlı generalından Bakıya ikibaşlı REVERANS .....                     Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir .....                     Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ... .....                     Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir? .....                     Bakı şərtləri diktə edir: Leyenin Azərbaycana səfərinin pərdəarxası .....                     Dövlət torpaqlarını qanunsuz satanların .....                     “Qumar kralı”nın adamları ilə bağlı qərar ləğv edildi .....                     Tək RUS BAZARINA ümidli olsaq... .....                     Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi .....                     Hüquqları pozulan sakinləır FHN şefindən MƏDƏT UMUR... .....                     Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material .....                     Özü bir yana, köməkçisi də SÜLALƏ HAKİMİYYƏTİ qurub... .....                 

“Bunlar “siyasətin Biləcərisi” olan “Facebook”dan o yana çıxa bilmirlər” - Elşən Musayev
Tarix: 3-04-2015, 17:04 | Çap et
“Bunlar “siyasətin Biləcərisi” olan “Facebook”dan o yana çıxa bilmirlər”
Yazın gəlişi ilə radikal müxalifət də “mitinq mövsümü”nü açıq elan edib. AXCP sədri Əli Kərimlinin kurasiyasına daxil olan Milli Şura bu məqsədlə martın 15-də birinci aksiyasını keçirib. Dünya bazarında neftin qiymətinin aşağı düşməsinin təbii olaraq bunun dünya ölkələrinin iqtisadiyyatına təsirini, qonşu ölkələrdə olduğu kimi Azərbaycanda da milli valyuta ilə bağlı gedən obyektiv prosesləri bəhanə edən müxalifətçilər “Məhsul” stadionunda hakimiyyətin ünvanına əsassız ittihamlar irəli sürüb, az qala bütün dünyada baş verən hadisələrə görə də iqtidarı günahkar biliblər. “Ölü doğulan” qurum olaraq heç vaxt xalqın etimadını qazana bilməyən Milli Şura növbəti belə aksiyanı bu bazar gününə təyin edib. AXCP-nin təşkilatçılığı ilə Milli Şuranın mitinq keçirməsi, cəmiyyətdə belə aksiyalara marağın az olması, AXCP-nin gözlənilən qurultayı, partiya funksionerlərinin açıqlamaları və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev cavablandırır.

- Elşən müəllim, AXCP-nin nəzarətində olan Milli Şura yenidən mitinq keçirmək qərarına gəlib. Azərbaycan cəmiyyətində belə mitinqlərin keçirilməsi üçün sosial sifariş varmı?

- Əvvəla, ondan başlayaq ki, AXCP və onun sədri Əli Kərimli, eyni zamanda, bu iqtidarın çörəyini yeyərək, axırda çox şişib radikal müxalifətçi olan Cəmil Həsənli üçün sosial sifariş deyə bir anlayış keçərli deyil. Heç bir zaman da olmayıb. Bu tiplər xalqla təmasın çoxdan itdiyinin fərqindədirlər və ya bunu başa düşməyəcək, anlamayacaq qədər avam deyillər. Onlar “sosial” sözünə yaxın təyinatda bir tək sosial şəbəkələrin varlığı ilə hesablaşırlar. O da ki özlərinə sərf etdiyi üçün, qadın adı ilə yazışmaq, kimisə söymək Əli Kərimli və onun tərəfdarlarına adrenalin verdiyi üçün. Vəssalam. İkincisi, 3- 5 nəfərin toplandığı dərnəyi mitinq adı ilə təqdim etməyin qəti əleyhinəyəm. Çünki bir sünnət toyunun elektoratı qədər adam toplamayan, toplaya bilməyən aksiyaya qoyulacaq, veriləcək tək bir ad varsa, o da rəzalətdir. Əli Kərimli və ətrafında dolaşan siyasi qaragüruhun rəzaləti. O rəzalət ki, kvartalda ən azı 3-4 dəfə nümayişkaranə şəkildə sərgilənir, adına utanmadan “möhtəşəm” deyilir, radikal ünsürlərin media manşetlərində arsız-arsız tirajlanır və hələ bu da azmış kimi, estafet şəklinə salınır. Oysa, adamlara soran lazım: Hanı o dediyiniz xalq? Hardadır o adını eşidib üzünü bir türlü görə bilmədiyimiz izdiham? 800-1000 nəfər “bezdelnik” xalqdırsa, o zaman 9 milyon kimdir? Və nəhayət, bu siyasi toyuq korluğu, fenomenal mazoxizm görəsən, hardan qaynaqlanır? Bitmisiniz! Etiraf edin. Edin və geri çəkilin. İmkan verin yeni gənc nəsil, yeni müxalifətçilik ənənəsi formalaşsın. Biz də mübarizədən zövq alaq. Biz də bilək ki, əli hansısa dövlətin cibindən çıxanlarla, satılmışlarla, Azərbaycanı kiminsə ovcuna peşkəş etməyə hazır olanlarla deyil, kişi kimi müxalifətlə savaşırıq, döyüşürük. Amma harda?! Əli Kərimli və onun zombi dəstəsi, ta nə bilim bir mandata görə şəxsiyyətini ortalığa qoyan Cəmil Həsənli və onun kimi gündə bir sap dəyişən baltalar hələ də söylədiyim axına qarşı getməkdə israrlıdırlar. Sanki sözü bir yerə qoyub and veriblər ki, son nəfəslərinə qədər siyasi müqəvva statusundan o yana keçməyəcəklər, özlərini qram-qram bitirəcəklər, bu xalqa, bu cəmiyyətə mədhiyyələr oxumağa davam edəcəklər. Hər halda bunu bir tək mən demirəm. Siyasi mənzərə ortadadır. Kor kor, gör gör.

- AXCP funksionerləri bildirirlər ki, mitinqlə bağlı reportajı “Azadlıq” qəzetinin saytından yüz mindən çox insan izləyib. Sizcə, bu izləyicilərin hamısını aksiya dəstəkçisi, müxalifət tərəfdarı kimi təqdim etmək olarmı?

- Mövzuya bu cür yanaşma tərzi siyasi debilizmdən savayı bir şey deyil. Tam səmimi deyirəm. İnsan nə qədər düşük, avam təfəkkürdə olmalıdır ki, öz resursunu oxucu sayı ilə müəyyənləşdirsin. Və ya həmin yazını mən də oxumuşam, o zaman belə çıxır AXCP, ya da Milli Şura tərəfdarıyam? Ya da təvazökarlıqdan uzaq olsa da, bir fakt deyim. Elə bu yaxınlarda mənim ofisiantlarla bağlı yazdığım sosial yazı mətbu orqanlarda üst-üstə 2 milyondan çox insan tərəfindən oxundu. İndi həmin məntiqlə Elşən Musayevin ölkədə 2 milyon tərəfdaşı var? Bunlar haraları ilə düşünürlər, nə yeyib-içirlər, ilham qaynaqlarını hardan alırlar? Axmaqlığın da bir miqyası olmalıdır axı. Guya Əli Kərimli üçün “F5” düyməsini basıb yüz nəfər adam sayını yüz min eləmək nə böyük problemdir? Zatən “Azadlıq”qəzetinin korrektəsinə qədər hər şeyə özü nəzarət edir. Üstəgəl, bütün həyatı, məsləyi də saxta. Nəyi desən, 10 saniyə içində barmaq edib öz mənafeyinə, marağına uyğunlaşdırar. Özü də elə uyğunlaşdırar, adamın heç ruhu da inciməz. Odur ki, bu yüz min söhbətinə AXCP sədrinin növbəti sərsəmliyi kimi baxmağın, yanaşmağın tərəfdarıyam. Yəqin Əli bəyi hallusinasiyalar birtəhər edib. Bu səbəbdən gözünə görünənləri gözünün gördüyü kimi təqdim edir.

- Sizcə, radikal müxalifət liderləri nə üçün reallıqla barışmır, əksinə, xalqa yalan vədlər verməkdə davam edirlər?

- Onlar artıq vədi xalqa deyil, ətraflarında dolaşan, ömrü boyu bir kitab üzü açmayan, xalq siyasətçisi yox, xalq artisti Əli Kərimlinin çıxışlarına çəpik çalmaqdan savayı heç bir işə yaramayan kütləyə verirlər. Hansı ki, həmin kütlə də ara-sıra yenilənir. Yəni bir qrupun başı daşdan-daşa dəyəndən sonra işinin dalınca gedir, əvəzinə başqaları gəlir. Və beləcə, proses uzanır. Kasıbın balası müxtəlif cinayətlərə sövq edilərək həbsxanalara düşür, radikal müxalifətin liderləri isə bunun müqabilində hay-haray salıb ciblərini doldurur, xarici təşkilatlardan qrant, pul-para çırpışdırırlar. Ad da olur siyasi mübarizə. Yəni dediyim odur ki, bunların xalqla işi yoxdur. Heç qarşılarına belə bir məqsəd də qoymayıblar. Taleləri ilə tamamən barışıblar. Sadəcə, tək arzuları aksiyalarda bir az adam sayının çox olmasıdır ki, lazım gələndə kələk gələ bilsinlər, siyasi səhnədən birkərəmlik silinməsinlər. Yoxsa ay hakimiyyətə gəlmək, seçki udmaq-filan onlar üçün prioritet deyil. Belə şeyləri ağıllarından çoxdan çıxarıblar. Çünki müxalif liderlərın hansı kəramətə sahib olduğunu onların özündən gözəl bilən yoxdur. Amma siyasi səhnədən də getsələr, ac qalacaqlar. Məsələn, Əli Kərimli Londondakı villalarının sayını artıra, övladını ayı 20 min avro olan universitetdə oxutdura bilməyəcək. Ya da Cəmil Həsənlinin qızı ictimai nəqliyyatdan istifadə məcburiyyətində qalacaq, küçədə-bayırda adam vurub tapdalaya bilməyəcək və sair. Bax ona görə siyasətdədirlər. Yəni bu bir növ həm də məhkumiyyətdir. Bekarçılıqdan və maddi asılılıqdan doğan, qaynaqlanan məhkumiyyət. Belə də ki, guya nə əziyyət çəkirlər? Zatən siyasətin “Biləcəri”si olan “Facebook”dan o yana çıxa bilmirlər. Razi Nurullayev demişkən, “like”sayırlar, qadın profilləri ilə oğlan bişirirlər, adam söyürlər. Beləsinin vədinə ağlı başında olan biri inanarmı? Məncə, yox.

- Bəzi müxalifət təmsilçiləri Azərbaycandan xaricə qaçıb orada sərbəst həyatlarını yaşadıqları halda, sosial şəbəkələr, elektron KİV-lər üzərindən insanları iqtidara qarşı etiraz aksiyalarına, mübarizəyə səsləyirlər. Misal üçün, bu metoddan bu yaxınlarda Fransaya sığınan AXCP üzvü Natiq Güləhmədoğlu da istifadə edib. Belələrinin meydanlarda olmaya-olmaya başqalarını buna təhrik etməsi düzgündürmü?

- Natiq Güləhmədoğlu söyüşün və təhqirin “Google”udur. Hətta deyərdim ki, dünyanın heç bir axtarış saytının bilmədiyi söyüşlər haqda Natiq məlumatlıdır. İndi hara qaçıb gizlənib bilmirəm, amma onun molla sifəti və ləhcəli danışığı üçün darıxacağıq. Başqalarını bilmirəm, şəxsən mən darıxacam. Çünki Azərbaycan siyasətində məzə üçün də olsa Natiq tipində adamlara hər zaman ehtiyac var, olub və bundan sonra da olacaq. Təşkilatda AXCP sədrini Natiqdən gözəl kimsə hiss etmirdi. Və əgər “Facebook”da 50 min “feyk”, yəni saxta profil vardısa, onun 40 mini Natiqə aid idi. Odur ki, heyf bu adamdan. Çox heyf. İnanmıram onun Fransadakı “fəaliyyəti” Bakıdakı qədər effekt versin. O ki qaldı hansısa təhrikə, birmənalı şəkildə söyləmək istəyirəm: Natiq, Həbib və onlara bənzəyən şəxslər insanların yalnız və yalnız mədəni istirahətləri üçün yararlıdırlar. Onların təyinatı yazıb, danışıb güldürməkdir. Düşündürmək və təhrik etmək deyil.

- Radikal müxalifət liderlərinin digər siyasi partiyalara, xüsusən də müxalifət partiyalarına münasibəti də ürəkaçan deyil. Başqalarına qarşı belə münasibət nə dərəcədə düzgündür?

- Azərbaycan siyasətinin müxalif cəbhəsində mübarizə deyilən bir anlayış yoxdur. Onlar bütün etik kodekslərin altını üstünə çeviriblər, bir-birinə qarşı bütün riyakarlıqları ediblər. Ona görə də 3 nəfər yığışıb ortalığa mövqe qoya bilmir, mütəşəkkillik əmsalı sıfırın da altındadır. Ortalıqda iş olmayanda isə meydan ittiham və tənələrin girovuna çevrilir. Üstəgəl, korun kora kor demə prinsipi ilə. Sizə sadə bir faktı xatırladıb fikrimi tamamlayım. Dünən iş otağımda ulu öndər Heydər Əliyevlə bağlı kitabları vərəqləyirdim. İnanın, əlimə on kitab gəldisə, onun ən azı doqquzunun ön sözünü Cəmil Həsənli yazmışdı. İndi bu riyakar insan kiməsə “cib” müxalifəti, satqın deyirsə, gerisini özünüz qiymətləndirin. Və ya bir az da dəqiq deyim: çörəyi dizi üstündə olanın kimisə nədəsə ittiham etməsindən böyük nadanlıq tanımıram mən. Adamda abır yaxşı şeydir.

- AXCP sədrinin müavini Fuad Qəhrəmanlı mətbuata açıqlama verərkən partiyasının növbəti qurultayı barədə jurnalistin ona verdiyi sualdan yayınıb, gündəmdə olan əsas məsələnin mitinq hazırlığı olduğunu bildirib. Müsavatın qurultay şousundan sonra AXCP-nin də belə bir addım atması, yaxud Əli Kərimlinin sədrlikdən getməsi nə qədər inandırıcıdır?

- Əli Kərimli elə bir adamdır ki, ayağından, əlindən, gözündən imtina edər, amma sədrlikdən imtina etməz. Zatən öz lideri olan Elçibəyi də zaman-zaman çərlətməsinin, şərləməsinin səbəbi bu idi – sədrlik. İndi deyirsiz, Kərimli 25 ildir tikdiyi torbaların, qurduğu planların üzərindən xətt çəksin? Yox, təbii. Mümkün olan iş deyil. O ki qaldı müavininin qurultayla bağlı söylədiklərinə, Fuad Qəhrəmanlı belə də deməlidir. Deməlidir ki, məsələ gündəmdə deyil. Çünki Fuad Qəhrəmanlıya verilən təlimat, onun işi, görəvi budur. Bax elə AXCP belələrinin ümidinə qaldığı üçün də Əli Kərimli təşkilat daxilində ağlına yetəni etməkdə sərbəstdir. Amma ətrafda Qüdrət Həsənquliyev, Əliməmməd Nuriyev, Fazil Mustafa, Qulamhüseyn Əlibəyli olsa, adam bu qədər rahat davrana, özünəvurğunluğun bu həddinə qədər irəliləyə bilərdimi? Əsla! Gözünü tökərdilər onun. Sözlərini də yeridərdilər, qurultayı da keçirərdilər, lazım gəlsə, sədri də dəyişərdilər. Ona görə Kərimli zamanında bu insanlarla yollarını ayırmağı bacardı. Daha doğrusu, elə şərait yaratdı ki, onlar özləri belə bir mühitdə qalmasınlar, qalmaq istəməsinlər. İndi isə AXCP-də iddialı kimsə yoxdur. Əli Kərimlinin bir yanında Gözəl, digər yanında Fuad. Qurultaya bunlarlamı gedilsin? Varis bunlarınmı arasından seçilsin? Mümkün deyil təbii. Çünki Əli Kərimli AXCP-də despot rejimi yaradıb. Təşkilatdaxili diktaturanı, insanlara təlqin olunan kölə təfəkkürünü nəzərə alsaq, bu, heç mümkün deyil.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müctəba Xameneyi sağdır? - Tabutlar bir-bir sayıldı
Bu gün, 13:40
Rusiyada Putinin reytinqi kəskin azaldı
Bu gün, 13:38
"Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" - NARAZILIQ VAR...
Bu gün, 13:31
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:20
Süleyman Nemətov "general-leytenant" oldu
Bu gün, 13:18
Natiq Şirinov məhkəmədə qalib gəldi: - 35 min manat təzminat ödəniləcək
Bu gün, 13:11
Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs HAKIM QARŞISINDA
Bu gün, 13:10
Əməkdar artist əməliyyat olundu - Son durumu açıqlandı
Bu gün, 13:00
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
Bu gün, 12:58
Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... - GİLEY
Bu gün, 12:48
Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... - Bunun başqa adı yoxdur...
Bu gün, 12:44
Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib - NAZİR ÖZÜ DEDİ...
Bu gün, 12:35
Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 12:31
Paşinyan Rusiyaya gedir - KİV
Bu gün, 12:26
Tbilisi-Bakı qatarı ilə Azərbaycana nə qədər əcnəbi gəlib?
Bu gün, 12:24
Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib? - KİV
Bu gün, 12:17
Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: - "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram"
Bu gün, 12:15
Misir Mərdanovun Ermənistana səfərinin təfərrüatları: - Niyə ağlayıb, Köçəryandan nə xahiş edib?
Bu gün, 12:06
İnterpolun qırmızı bülleteni ilə axtarılan Azərbaycan vətəndaşı Batumidə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:58
Ermənilər Naxçıvanın statusunu qəbul etmir - yeni oyun
Bu gün, 11:52
Oğlunu azad etdirmək üçün evini satdı, kredit götürdü - 57 minlik dələduzluq
Bu gün, 11:50
Moskvada 17 il əvvəl baş vermiş azərbaycanlının qətli: - "Lazım gələrsə, ürəyimi ona verəcəyimi dedim"
Bu gün, 11:46
“Azərişıq”ın 13 milyonluq tenderini bu şirkət uddu
Bu gün, 11:41
Rusiyanın qərarına İrəvandan şərh: - Təsəvvür edə bilməzsiniz, necə sevindik
Bu gün, 11:37
“PASHA Bank Georgia”nın rəhbərliyində iki mühüm təyinat olub - ADLAR
Bu gün, 11:35
“Azenco”nun sabiq rəhbəri həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:28
Talıstanda meşə torpaqları SATIŞA ÇIXARILIB... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 11:19
Eldar Əzizov onu rəis təyin etdi - ƏMR
Bu gün, 11:10
İranın azərbaycanlı generalından Bakıya ikibaşlı REVERANS - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir - DETALLAR
Bu gün, 11:07
Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:03
Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir? - AKTUAL
Bu gün, 10:55
Bakı şərtləri diktə edir: Leyenin Azərbaycana səfərinin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 10:52
Dövlət torpaqlarını qanunsuz satanların MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 10:50
“Qumar kralı”nın adamları ilə bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:49
Tək RUS BAZARINA ümidli olsaq... - BATARIQ!
Bu gün, 10:44
Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi - Digər generala yüksək vəzifə verdi
Bu gün, 10:32
Hüquqları pozulan sakinləır FHN şefindən MƏDƏT UMUR... - Aksiya keçirdilər və...
Bu gün, 10:27
Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material Baş Prokurorluğa göndərilib
Bu gün, 10:23
Özü bir yana, köməkçisi də SÜLALƏ HAKİMİYYƏTİ qurub... - BU NƏDİ BELƏ...
Bu gün, 10:17
Çay evində bakalla müştərinin başına zərbə vuran şəxs məhkəmə zalında HƏBS EDİLDİ
Bu gün, 09:59
“Rusiya rəhbərliyi işğalçıdır, o, ölkəni məhz bu üsullarla idarə edir” - Beqlaryan
Bu gün, 09:54
İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu – İnanılmaz detallar
Bu gün, 09:53
Qazaxda POLİS GÜNÜ qeyd olundu - FOTO
Bu gün, 09:49
Taksi sürücüsü qısqanclıq zəminində onunla mübahisə edən müştərini bıçaqladı - HÖKM
Bu gün, 09:43
“Araz”dan oğurladığı 14 manatlıq malı geri qaytarsa da, həbs olundu - Biri uşaq qolbağıdır
Bu gün, 09:42
Paşinyan ən sadiq adamına - Simonyana qarşı niyə amansız davrandı? - “Joqovurd”
Bu gün, 09:41
İdmançı qardaşının qisasını alan şəxs: - “Heç bir kişi qardaşının ünvanına yazılan söyüşlərə dözməz”
Bu gün, 09:39
İrəvan bilməlidir ki, "havayı pendir" tələdə olur - Slutski
Bu gün, 09:38
“Azəristiliktəchizat”da 115 milyon manata yaxın zərər yığılıb - TƏFƏRRÜAT
Bu gün, 09:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru