Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? .....                     Paşinyana qarşı SƏFƏRBƏRLİK... .....                     "Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" .....                     Hökumətin icra qolu problemləri etiraf edirsə... .....                     Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR .....                     "Fəhləni ixtisar etməyin, maaşını artırın..." .....                     Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... .....                     Push30'un biabırçı müştəri xidməti .....                     Ronaldo üçün hələ hər şey indi başlayır... .....                     Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... .....                     Elə bil Bakı mikrorayonu deyil, Pablo Eskobarın Kolumbiyasıdır... .....                     Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi .....                     Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... .....                     Başı getmiş Rusiya sülhə məcbur edilir... .....                     5 gündür susuz qalan jurnalistdən QARĞIŞ .....                     Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı .....                     18 milyon kapitallı 26 illik şirkət ləğv edilir .....                     Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb .....                     Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi .....                     Ölkədə anti-Ukrayna ab-havası hökm sürür .....                     Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... .....                     Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur .....                     Zelenski Polşaya səfərdən imtina etdi .....                     “Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub .....                     Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR .....                     İranda banklara növbəti kiberhücum olub .....                     BƏƏ şirkəti 18 ildən sonra .....                     11 milyonluq daha bir şirkət MMC-yə çevrilir .....                     Mourinyo Ardaya mesaj yazıb, deyib ki... .....                     Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib .....                     “Təhsil haqları həddən artıq yüksəkdir” .....                     Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı .....                     Tiktok davası QANLA BİTDİ: 27 il HƏBS CƏZASI .....                     Məktəb direktoruna kabinetində xəsarət yetirdi .....                     Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı .....                     “Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb .....                     Kəmaləddin Heydərov rəisi işdən çıxardı .....                     Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi .....                     Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu .....                     Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"ın lisenziyasını ləğv etdi .....                 

“Bizə tində duran beş qaqaşın səsi daha vacibdir, nəinki bir ziyalının” - Partiya sədri
Tarix: 21-05-2021, 10:09 | Çap et
“Bizə tində duran beş qaqaşın səsi daha vacibdir, nəinki bir ziyalının”
“Cümhuriyət” qəzetinin budəfəki müsahibi Ağ Partiyanın sədri Tural Abbaslıdır.

Tural Abbaslı ilə Zəngəzur dəhlizinin açılması, Azərbaycanın Qarabağ siyasəti, daxili siyasi proseslər və digər gündəm məsələləri ilə bağlı söhbətləşdik.

-Tural bəy, son günlərin əsas müzakirə mövzusu Zəngəzur dəhlizinin açılması və sərhədlərin delimitasiyası məsələsidir. Amma buna maneə törədən qüvvələr var. Ümumi olaraq prosesə münasibətiniz necədir?

-Düşünürəm ki, Zəngəzur dəhlizi bütün hallarda açılacaq. Çünki bu məsələ Rusiyanın maraqlarındadır, Ermənistanı blokadadan çıxarır, Laçın dəhlizinin ömrünün uzanmasına imkan verir. Məsələn, biz Laçın dəhlizini bağlasaq nə olacaq? Bu baxımdan Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Ermənilər sadəcə ona görə etiraz edir ki, onsuz da bəyanatda üzərinə götürdüyü və icra edəcəyi işi görmək üçün əlavə divident almağa çalışır. Azərbaycandan nəsə qopardaq, onsuz da bunu verəcəyik, düşüncəsindədirlər. Alverçi təfəkkürü ilə yanaşırlar ki, niyə bunu “havayı” verək? Amma artıq bunlar Ermənistanın verə biləcəyi qərar deyil. Bu qərarlar verilib və Ermənistan bunun qarşısında dura bilməyəcək. Gecikdirmələrin səbəbi Azərbaycandan daha çox güzəştlərin və imtiyazların qoparılmasıdır. Azərbaycan isə buna getməməli, basqı etməli, lazım gələrsə, Ermənistan qarşısında yeni situatsiya yaratmalıdır. Məsələn, Xankəndidəki qanunsuz silahlı hərbi birləşmələrin hamısını tərki-silah edib doldurarıq həbsxanalara, sonra şərt qoyarıq ki, nə zaman Zəngəzur dəhlizi açılar, o zaman erməniləri qaytararıq.

-Fransa hər zaman ermənipərəst mövqeyi ilə seçilib. Fransa Prezidenti Makron da birbaşa ermənilərə dəstək ifadə etdi. Eks-deputat Şamil Qurbanov o zaman belə bir ifadə işlətmişdi ki, Jak Şirak "qudurub". İndi Makron niyə “qudurub"?

-Makron sözün siyasi anlamında böyük dövlətin kiçik prezidentidir. O boyda böyük dövlətə rəhbərlik etməyin kompleksini yaşayır. Makron kimi siyasi anlamda kiçik prezidentdir və dünya liderləri ilə ayaqlaşa bilmir. Makron dünya siyasətində Boris Consona, Trampa, Ərdoğana, Merkelə uduzdu. İndi də güya dünyada “Makron imzası” olduğunu sübut etməyə çalışır, Qarabağı da bunun üçün münbit şərait kimi görür. Ona görə də müharibə dönəmində Fransa Rusiyadan daha sərt bəyanatlar verirdi, hətta Ermənistanın belə özününkü hesab etmədiyi torpaqları erməni ərazisi kimi görürdü. Amma proseslərə heç bir təsir edə bilmədi. Çünki nə Makron dünya lideridir, nə də Fransa regionda Rusiya, Türkiyə qədər söz sahibidir. Ona görə də Makron hazırda özünütəsdiqə çalışır. Növbəti seçkilərə səs yığmağı, erməni lobbisinin dəstəyini qazanmağı hədəfləyir. Amma uğursuz gedişlərdir, addımları cılızdır. Fransa regionda heç bir təsiri, geosiyasi gücü olmayan Ermənistana görə Azərbaycan kimi güclü bir dövləti itirir. Bu da o deməkdir ki, Makron siyasətçi deyil.

-Sizin Fransa ilə bağlı çıxışlarınız sosial şəbəkələrdə tənqid olundu, hətta bəzən gülüş hədəfinə çevrildi...

-Bəzi “liboşlar” götürüb yazırlar ki, Tural Abbaslı deyir Makron demokrat deyil, bəziləri də ona gülüş atırlar. İndi Fransanın bəyanatından sonra onlar nə düşünürlər? Fransa deyir ki, Azərbaycan torpaqları tərk etməlidir. Yenə də bizim “fransız aşiqləri” Makronu demokrat sayırlar?

-Tural bəy, sosial şəbəkələrdə son dönəmlər kifayət qədər aktivsiniz, videolarınıza, çıxışlarınıza minlərlə baxış olur. Amma sizi tənqid edənlər də az deyil...

-Belə addımlar cılız görünür. Məsələn, yazırlar ki, Tural Abbaslı Lukaşenkonun Azərbaycana gəlişini müsbət qiymətləndirir. Amma ondan əvvəlki cümlədi qoymurlar. Əvvəldə demişəm ki, dünənə qədər Rusiya Azərbaycana təzyiq edib istədiyini alırdı, indi isə elçi qismində Lukaşenkonu göndəribsə, bu, artıq müsbət haldır. Çünki Azərbaycanla artıq vasitəçi ilə danışmağa çalışırlar, təzyiq dili yox, tankları sərhəddə dirənmir, gəmiləri Xəzərə göndərmir. Bizim cəmiyyətdə “Avropa aşiqləri” yaranıb, bunlara manqurtlar da demək olar. Hər şeyə “Avropadan nə gəlirsə yaxşıdır” prizmasından baxırlar. Deyirlər ki, Makron demokratik yolla seçilib. Makron istəyir demokratik, istəyir qeyri-demokratik seçilsin, mənim ona verəcəyim qiymət onun Azərbaycana olan münasibətinə adekvatdır. Məsələn, Myanmarın təzə prezidenti Nobel “Sülh” mükafatı laureatıdır, amma orada uşaq qətlimanına susdu. İndi necə demək olar ki, o, Nobel “Sülh” mükafatı laureatıdır. Yəni istəyir orda mələk olsun, amma Azərbaycana münasibəti qərəzlidirsə, o, mənim üçün də qərəzlidir. Makron öz ölkəsi üçün demokrat ola bilər, amma azərbaycanlılara qarşı qərəzlidirsə, o, mənim üçün demokrat deyil. Kim ona demokrat deyirsə, getsin desin, sonra da gedib Fransa səfirliyindən qrantını alsın. Unutmasın ki, mayası batmasın.

-Tural bəy, Qarabağ məsələsinə qayıtmaq istəyirəm. Hazırda Qarabağ ətrafında gedən proseslərdə Azərbaycanın mövqeyini necə qiymətləndirirsiz?

-Qarabağ, ümumiyyətlə, Azərbaycanın bütövlüyü, suverenliyi məsələsində Azərbaycan hakimiyyətinə müxalifətçilik etmirəm. Ağ Partiya olaraq biz Qarabağ məsələsini siyasi predmet etmirik, etmərik. Ümumilli maraqlarda iki tərəf olur, Azərbaycan və digərləri. Burada müxalifət, iqtidar, bitərəf olmur. Kim bunu dəyərləndirirsə, öz işidir, bizdə dövlət maraqları gələn yerdə siyasət dayanar. Bəzi fikirlər səsləndiririk, onlar da Azərbaycanın daha güclü olması üçündür, siyasi divident əldə etmək üçün deyil. Azərbaycanın da Qarabağ məsələsində atdığı addımları doğru hesab edirik. Sərhəd məsələsində də hökumətin mövqeyini bəyənirik, dəstəkləyirik və sona qədər də oradan geri çəkilməməli olduğumuzu deyirik. Çünki oralar bizim ərazilərimizdir.

-Yay mövsümü siyasi durğunluq dövrü, istirahət ayları hesab olunur. AĞ Partiya olaraq yay mövsümü ilə bağlı nə planlarınız var?

-Məşhur bir ifadə var ki, istirahət bizim haramıza yaraşır? Partiya olaraq biz hələ istirahət edəcək statusda olacağımızı düşünmürük. Çünki biz yeni yaranmış partiyayıq. Ola bilsin ki, daxili siyasətdə durğunluq olsun, amma biz bundan istifadə edib partiyadaxili məsələləri, təşkilatlanma işlərini davam etdirəcəyik. Siyahılar hazırlanır, aidiyyəti qurumlara göndəriləcək məktublar var ki, bunlar texniki, cəmiyyət üçün maraqlı olmayan məsələlərdir. Məsələn, biz Zəngəzur komitəsi yaratmışıq, düşünürəm ki, hər partiyada bu olmalıdır. İndiyə qədər hər partiyanın daxilində Qarabağ komitəsi, komissiyası var idi. Artıq Zəngəzur komitəsinin, komissiyasının yaradılması vaxtıdır. Artıq bizdə yaradılıb, bəyanatlarını da veriblər.

-Sosial şəbəkədə sizin videolar “peçat sözlər”, “düz söhbət” və s. bunabənzər təqdimatla paylaşılır. Yazırlar ki, Tural Abbaslı “el dilində” danışır deyə hamı ona baxır. Bu videolar necə yaranır? Bilərəkdən belə danışırsıniz?

-Bu, təbii emosiyalardır. Bir problemi hiss etmədən, yaşamadan, onun barəsində danışa bilməzsən. İnsanlar arasında görünməyən bağlar, duyğular var. “Dərdlini dərdli anlar” məsələsi kimi. İnsanlar bizim çıxışlarımıza baxanda özlərinin sözçüsünü görürlər. Əslində mən qeyri-adi heçnə danışmıram, onların bildiklərini deyirəm. İnsanlar görür ki, onların deyə bilmədiyini kimsə deyir, ictimailəşdirir. Ona görə qucaq açırlar, yoxsa ki, bizdən asılacaqları yoxdur. Bu da təbii haldır. Adətən mən çıxış edirəm, sonra bizim komandamız var, onu kəsir, xüsusi yerlərini paylaşırıq. Amma sonra görürük ki, insanların özləri o çıxışın elə yerlərini kəsib paylaşırlar biz heç özümüz ona fikir verməmişik. Onların kəsib paylaşdıqları isə daha çox baxılır. Xalqın münasibəti mənim üçün daha vacibdir. Mənə bir partiya sədrinin münasibətindənsə, 2 nəfər məhlə uşağının münasibəti daha önəmlidir. Çünki iki nəfər məhlə uşağının iki səsi var, partiya sədrinin isə bir səsi var. Bizə tində duran beş qaqaşın səsi daha vacibdir, nəinki bir ziyalının. Demokratiya budur. Sabah deməyəcəklər ki, kimə bir ziyalı səs versə, o seçiləcək, kimə çox səs verəcəklər, o seçilir. Yəni biz xalqın ayağına getməliyik, xalqın dilində danışmalıyıq, xalqı öz dilimizdə danışdırmağa çalışmamalıyıq.

-Bu il rəsmi olaraq seçki yoxdur. Amma 2021-ci ilin dövlət büdcəsində seçki üçün 20 milyon manat ayrılıb. İddia olunur ki, parlamentdə boş qalan yerlərə seçki və refendum keçiriləcək. Siz bu haqda nə düşünürsünüz?

-Ümumiyyətlə, parlamentdə 5 boş yer var, bu da 200 min seçicinin təmsilçiyi deməkdir. Hazırda 200 min seçicinin parlamentdə təmsilçiyi yoxdur. Ona görə də bu seçki ən uzağı bu ilin sentyabrına qədər keçirilməlidir. Demokratiyadırsa, təmsilçilikdirsə, 200 min seçicinin səsini parlamentdə kim qaldırır? Bu seçki keçirilməlidir, bu ehtimal, xahiş olunmalı deyil. Bu, dövlətin borcudur. Digər tərəfdən hazırkı parlament ictimai, siyasi, sosial vəziyyətə cavab vermir. Bunun üçün yeni parlament lazımdır və o yeni parlament də bu deyil. Yeni parlament fotomodellərdən, pudralı, manikürlü qaqaşlardan ibarət olmamalıdır. Parlament xalqın içindən çıxan, yeni situatsiyalarla ayaqlaşan şəxslərdən və partiyalardan formalaşmalıdır. Yeni, güclü, Qarabağ azad etmiş Azərbaycana uyğun parlament formalaşmalıdır.

Digər tərəfdən, referendum olmalı və seçki sistemi dəyişməli, təsadüfi adamların parlamentə düşməməsi üçün proporsional seçki sisteminə keçid olmalıdır. Deputatların sayı 151-ə çatdırılmalıdır. Biz 7 milyon olanda 125 deputat mandatı var idi, indi 10 milyonuq yenə 125 deputat var. Bu düzgün deyil. Əhali artırsa, təmsilçilik də artmalıdır.

-Amma eks-spiker Rəsul Quliyev Cebhe.info-ya müsahibəsində demişdi ki, proporsional seçki anti-demokratik üsuldur. Bu sistem partiyanın nüfuzundan istifadə edərək parlamentə düşməsinə şərait yaradır...

-Rəsul bəyə hörmətimiz var, amma bu ifadəsi əslində qeyri -peşəkardır. Mən parlament üsul-idarəsini Azərbaycan üçün uğurlu model hesab etmirəm. Amma parlament üçün proporsional seçki sistemini uğurlu hesab edirəm. Mojaritar sistemi analiz edək. Məsələn bir fermer, deyək ki, Ziya Məmmədov- özünün dediyinə görə fermerliklə məşğuldur- yonca əkir, 5 min qoyununu satıb verəcək camaata, onlar da ona səs verib seçəcək. Tək-tək insanların parlamentə təsadüfi düşməsi daha böyük ehtimaldır. Amma partiya siyahı verəndə, onun məsuliyyətini daşıyır. Partiyalar siyahını hazırlayanda daxildə praymeriz (daxili seçkilər-müəll.) keçirir. İndi bilmirəm, Rəsul bəy praymerizin nə olduğunu bilirmi? Çünki Rəsul Quliyev YAP-da olub, sonra da ADP-ni qurub, orada da heç vaxt praymeriz olmayıb. Partiyada rəqabət var, deyək ki, mən kimisə gətirib siyahıya salsam, deməyəcəklər, hə Tural bəy, bu, sənin qohumundu, qoy olsun. Yerlər uğrunda rəqabət olacaq. Partiyalar siyasi institutlardır, təsadüfi adamlar orada qabağa keçə bilməz. Bu baxımdan proporsional seçki təsadüfi adamların parlamentə düşməsinin qarşısını alır. Digər tərəfdən insanlar partiyaya, onun siyasi xəttinə səs verməlidir, şəxslərə yox.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? - AKTUAL
Bu gün, 05:32
Paşinyana qarşı SƏFƏRBƏRLİK... - KREML HƏRƏKƏTDƏ...
Bu gün, 05:24
"Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" - Bennet deyir ki...
Bu gün, 05:19
Hökumətin icra qolu problemləri etiraf edirsə... - AKTUAL
Bu gün, 05:07
Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:03
"Fəhləni ixtisar etməyin, maaşını artırın..." - ÇAĞIRIŞ
Bu gün, 04:53
Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... - Ekspert deyir ki...
Bu gün, 04:09
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
Bu gün, 03:59
Ronaldo üçün hələ hər şey indi başlayır... - Çünki indi-indi ipə-sapa yatır...
Bu gün, 03:34
Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... - Pulu boşuna sərf etməsinlər...
Bu gün, 03:30
Elə bil Bakı mikrorayonu deyil, Pablo Eskobarın Kolumbiyasıdır... - REPLİKA
Bu gün, 03:27
Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi və qəribə kart bloklama alqoritmi
Bu gün, 03:23
Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... - ONA GÖRƏ DƏ...
Bu gün, 03:12
Başı getmiş Rusiya sülhə məcbur edilir... - GƏLİŞMƏ
Bu gün, 03:10
5 gündür susuz qalan jurnalistdən QARĞIŞ - "...mənə verilən su qədər ömür arzu edirəm"
Bu gün, 03:02
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı - BUNDAN SONRA...
Bu gün, 02:47
18 milyon kapitallı 26 illik şirkət ləğv edilir – 8,5 MİLYON VERGİ BORCU VAR
Dünən, 18:02
Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb
Dünən, 17:57
Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi
Dünən, 17:52
Ölkədə anti-Ukrayna ab-havası hökm sürür - Polşa Baş naziri
Dünən, 17:50
Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... - "Bütün qurumlar bir birinin üstünə atır..."
Dünən, 17:44
Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur - ÇÜNKİ...
Dünən, 17:35
Zelenski Polşaya səfərdən imtina etdi - KİV
Dünən, 17:31
“Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:28
Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR - AÇIQLAMA
Dünən, 17:25
İranda banklara növbəti kiberhücum olub
Dünən, 17:23
BƏƏ şirkəti 18 ildən sonra Azərbaycan bazarından çıxır
Dünən, 17:03
11 milyonluq daha bir şirkət MMC-yə çevrilir
Dünən, 17:01
Mourinyo Ardaya mesaj yazıb, deyib ki...
Dünən, 16:59
Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib - Dövlət Agentliyi
Dünən, 16:44
“Təhsil haqları həddən artıq yüksəkdir” – Ekspertdən nazirə sərt etiraz
Dünən, 16:37
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
Dünən, 16:35
Tiktok davası QANLA BİTDİ: 27 il HƏBS CƏZASI - TƏFƏRRÜAT
Dünən, 16:29
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
Dünən, 16:25
Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
Dünən, 16:22
“Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb - DETALLAR
Dünən, 16:20
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - BUNDNA SONRA...
Dünən, 16:17
Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi - BelTA
Dünən, 16:15
Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
Dünən, 16:04
Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"ın lisenziyasını ləğv etdi - RƏSMİ
Dünən, 15:54
Narkoloji Mərkəzin sabiq baş direktoru və müavininin işi ALİ MƏHKƏMƏDƏ
Dünən, 15:52
“Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN - ÇAĞIRIŞ
Dünən, 15:50
Elçin Şıxlınski qohumlarına oxunan hökmdən narazıdır - AÇIQLAMA
Dünən, 15:48
Bakı–Tiflis–Bakı qatarına bilet tapılmır: - Tur şirkətlərinə satılır?
Dünən, 15:44
Putin hədələdi – “Nəticələrini bilsəydilər, etməzdilər”
Dünən, 15:42
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Dünən, 15:37
Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi – İqtisadçıdan reaksiya
Dünən, 15:25
AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb
Dünən, 15:17
Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi - LƏĞV EDİLDİ
Dünən, 15:15
Ucuz satılan yumurtalar köhnədir? - "Sahibkarlar insanlara görə qiymət endirməyə qorxurlar"
Dünən, 15:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru