"Vərdiş yaratmalıyıq ki, şəhid ailələrinə və qazilərə həssaslığı artırsınlar" - deputat
Tarix: 17-05-2021, 08:34 | Çap et
 Azərbaycanın Ermənistan üzərinə qələbəsini bütün dünyaya əyani nümayiş etdirən Hərbi Qənimətlər Parkına girişin ödənişli olması ilə bağlı müzakirələr hələ də davam edir.
Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova özünün sosial şəbəkədəki hesabında bildirib ki, Hərbi Qənimətlər Parkında girişdə onlardan pul alıblar. Xanım şəhid ailəsi olduğunu götərən vəsiqəni təqdim etməsinə baxmayaraq, giriş üçün adambaşına 2 manat ödəməli olublar.
Başqa bir sosial şəbəkə istifadəçisi Vüqar Seyidov isə köhnə bilet satıldığını iddia edib:
“Bu gün nəhayət ki, Hərbi Qənimətlər Parkına getdim. 30 dəqiqəlik növbədən sonra kassaya çata bildik. 6 bilet istədim, xanım 3-5 dəq qurdalanandan sonra qarşısında qalaqlanmış biletlərdən 6 dənə seçib verdi. Bu ana qədər hər şey normal görünürdü.
Amma qarşıda turniket və əllərində QR kod yoxlamaq ücün cihaz olan iki xanım gözləyirdi. Xanimlar bir-bir biletləri “scan” edir və cihaz hər dəfə “not found” siqnalı verir. Səbəbini soruşduqda “Olur belə” dedilər.
Biletləri atmaq üçün zibil qutusu olmadığından, cibimə qoydum. Daha sonra atmaq istəyərkən bizə köhnə bilet satıldığını, cihazın bu səbəbdən QR tanımadığını anladım. Yəni bilet alarkən saat 16.45 göstərsə də, biletin üzərində saat 10.00 qeyd olunmuşdu və kassada onu çap edilmədiyini məhs masa üzərində seçilib verildiyinə şahidəm. Toplanan vəsait Yaşat Fonduna yatırıldığından buna bir açıqlama verilməsi lazımdır”.
Cebhe.info məsələ ilə bağlı Hərbi Qənimətlər Parkı ilə əlaqə saxlamaq istəsə də, bu, mümkün olmayıb. Parkın saytında əlaqə üçün sadəcə email adresi verilib.
Email adresinə yazmaq istədikdə, ünvanın səhv olduğunu üzə çıxıb. Beləliklə, məsələ ilə bağlı parkdan kimdənsə rəsmi məlumat almaq mümkün olmayıb.
Cebhe.info-ya açıqlamasında deputat Fazil Mustafa bildirib ki, cəmiyyətdə şəhid ailələrinə və qazilərə həssaslıq artırılmalıdır:
“Belə insidentlər ayrı-ayrı yerlərdə ara-sıra olur. Cəmiyyətdə artıq vərdiş yaratmalıyıq ki, şəhid ailələrinə və qazilərə həssaslığı artırsınlar, diqqət göstərsinlər. Ola bilər ki, orada hansısa məmur, ya da səlahiyyətli şəxs məsələnin mahiyyətini unudar. Belə hal olanda işıqlandırmaq lazımdır ki, kimsə bu kimi məsələlərdə səhvə yol verməsin. Mən ümumiyyətlə, həm şəhid ailələrindən və qazilərdən, həm də vətəndaşlardan pul alınmasının əlehinəyəm. “YAŞAT” Fonduna pul yığmaq olar, ancaq Hərbi Qənimətlər Parkının pullu edilməsi doğru deyil. İndi bu qayda qoyulubsa, heç olmasa, şəhid ailələrinə və qazilərə güzəşt olunmalıdır. Bilinməlidir ki, Parka kim baxır. Koordinasiya olunmalı, yoxdusa, bu nöqsan düzəldilməlidir”.
“Hərbi Qənimətlər Parkından “YAŞAT” Fonduna pul köçürülməsi xəbəri səhvdir”.
Bu sözləri isə Cebhe.info-ya “ASAN” Xidmətin mətbuat katibi Elnur Niftəliyev deyib:
“Hərbi Qənimətlər Parkı ilə “YAŞAT” Fondunun heç bir əlaqəsi yoxdur. Ordan gələn pulun bu Fonda köçürülməsi ilə bağlı heç bir rəsmi xəbər yoxdur. Sadəcə, kimsə belə bir xəbər deyib və yayılıb”.
“YAŞAT” Fondundan da bildirilib ki, Parkdan yığılan pullar quruma köçürülmür: “Bu, yalnış məlumatdır. Bunu kim deyibsə, çox yalnış məlumat verib”.
Qazi Natiq Mehdiyev də şəhid ailələrindən və qazilərdən pul alınmasını “yolverilməzdir və utancverici hal” adlandırıb:
“Birincisi elə bir hadisənin olması, şəhid ailələrinə və ya qazilərə biletlərin satılması yolverilməzdir. O qənimətlər şəhidin sayəsində ora gətirilib. Kimsə pul alıbsa, bu yolverilməzdir və utancvericidir”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? - AKTUAL
Bu gün, 05:32 |
|
|
|
| • Paşinyana qarşı SƏFƏRBƏRLİK... - KREML HƏRƏKƏTDƏ...
Bu gün, 05:24 |
|
|
|
| • "Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" - Bennet deyir ki...
Bu gün, 05:19 |
|
|
|
| • Hökumətin icra qolu problemləri etiraf edirsə... - AKTUAL
Bu gün, 05:07 |
|
|
|
| • Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:03 |
|
|
|
| • "Fəhləni ixtisar etməyin, maaşını artırın..." - ÇAĞIRIŞ
Bu gün, 04:53 |
|
|
|
| • Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... - Ekspert deyir ki...
Bu gün, 04:09 |
|
|
|
| • Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
Bu gün, 03:59 |
|
|
|
| • Ronaldo üçün hələ hər şey indi başlayır... - Çünki indi-indi ipə-sapa yatır...
Bu gün, 03:34 |
|
|
|
| • Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... - Pulu boşuna sərf etməsinlər...
Bu gün, 03:30 |
|
|
|
| • Elə bil Bakı mikrorayonu deyil, Pablo Eskobarın Kolumbiyasıdır... - REPLİKA
Bu gün, 03:27 |
|
|
|
| • Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi və qəribə kart bloklama alqoritmi
Bu gün, 03:23 |
|
|
|
| • Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... - ONA GÖRƏ DƏ...
Bu gün, 03:12 |
|
|
|
| • Başı getmiş Rusiya sülhə məcbur edilir... - GƏLİŞMƏ
Bu gün, 03:10 |
|
|
|
| • 5 gündür susuz qalan jurnalistdən QARĞIŞ - "...mənə verilən su qədər ömür arzu edirəm"
Bu gün, 03:02 |
|
|
|
| • Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı - BUNDAN SONRA...
Bu gün, 02:47 |
|
|
|
| • 18 milyon kapitallı 26 illik şirkət ləğv edilir – 8,5 MİLYON VERGİ BORCU VAR
Dünən, 18:02 |
|
|
|
| • Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb
Dünən, 17:57 |
|
|
|
| • Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi
Dünən, 17:52 |
|
|
|
| • Ölkədə anti-Ukrayna ab-havası hökm sürür - Polşa Baş naziri
Dünən, 17:50 |
|
|
|
| • Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... - "Bütün qurumlar bir birinin üstünə atır..."
Dünən, 17:44 |
|
|
|
| • Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur - ÇÜNKİ...
Dünən, 17:35 |
|
|
|
| • Zelenski Polşaya səfərdən imtina etdi - KİV
Dünən, 17:31 |
|
|
|
| • “Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:28 |
|
|
|
| • Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR - AÇIQLAMA
Dünən, 17:25 |
|
|
|
| • İranda banklara növbəti kiberhücum olub
Dünən, 17:23 |
|
|
|
| • BƏƏ şirkəti 18 ildən sonra Azərbaycan bazarından çıxır
Dünən, 17:03 |
|
|
|
| • 11 milyonluq daha bir şirkət MMC-yə çevrilir
Dünən, 17:01 |
|
|
|
| • Mourinyo Ardaya mesaj yazıb, deyib ki...
Dünən, 16:59 |
|
|
|
| • Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib - Dövlət Agentliyi
Dünən, 16:44 |
|
|
|
| • “Təhsil haqları həddən artıq yüksəkdir” – Ekspertdən nazirə sərt etiraz
Dünən, 16:37 |
|
|
|
| • Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
Dünən, 16:35 |
|
|
|
| • Tiktok davası QANLA BİTDİ: 27 il HƏBS CƏZASI - TƏFƏRRÜAT
Dünən, 16:29 |
|
|
|
| • Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
Dünən, 16:25 |
|
|
|
| • Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
Dünən, 16:22 |
|
|
|
| • “Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb - DETALLAR
Dünən, 16:20 |
|
|
|
| • Kəmaləddin Heydərov rəisi işdən çıxardı - BUNDNA SONRA...
Dünən, 16:17 |
|
|
|
| • Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi - BelTA
Dünən, 16:15 |
|
|
|
| • Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
Dünən, 16:04 |
|
|
|
| • Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"ın lisenziyasını ləğv etdi - RƏSMİ
Dünən, 15:54 |
|
|
|
| • Narkoloji Mərkəzin sabiq baş direktoru və müavininin işi ALİ MƏHKƏMƏDƏ
Dünən, 15:52 |
|
|
|
| • “Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN - ÇAĞIRIŞ
Dünən, 15:50 |
|
|
|
| • Elçin Şıxlınski qohumlarına oxunan hökmdən narazıdır - AÇIQLAMA
Dünən, 15:48 |
|
|
|
| • Bakı–Tiflis–Bakı qatarına bilet tapılmır: - Tur şirkətlərinə satılır?
Dünən, 15:44 |
|
|
|
| • Putin hədələdi – “Nəticələrini bilsəydilər, etməzdilər”
Dünən, 15:42 |
|
|
|
| • Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Dünən, 15:37 |
|
|
|
| • Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi – İqtisadçıdan reaksiya
Dünən, 15:25 |
|
|
|
| • AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb
Dünən, 15:17 |
|
|
|
| • Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi - LƏĞV EDİLDİ
Dünən, 15:15 |
|
|
|
| • Ucuz satılan yumurtalar köhnədir? - "Sahibkarlar insanlara görə qiymət endirməyə qorxurlar"
Dünən, 15:02 |
|
|
|
|