“SOCAR Petroleum” Naxçıvana benzin və dizel daşınmasını 17.2 milyon manata .....                     Uşaq bağçasında BÖYÜKLƏR HOQQA VERİR .....                     Bakı nefti 100 dolları keçdi, amma bazar aşağı baxır .....                     BTQ Korsika Assambleyasının qondarma "Artsax"la bağlı qanunvericilik təşəbbüsünü pisləyib .....                     Lerik rayon Dövlət Arxivinin eks-müdiri azadlığa buraxıldı .....                     Qorxu yaradırdınız: 300 min azərbaycanlı gəlir .....                     ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib .....                     "Mən nə millət vəkiliyəm, nə nazir, nə də hansısa dövlət qurumunun rəhbəri..." .....                     AzəriQaz-da KORRUPSİYA BUMU... .....                     PKK Türkiyə cəbhəsindən çəkilib İran sərhədlərinə toplandı .....                     İspaniya Avropa Birliyindən qovulur? .....                     "Məni hansı hüquqi əsasla bloklamısınız?" .....                     AzəriQaz-da hesab-kitabı da bilmirlər? .....                     Gürcüstanda ali təhsil pulsuz olacaq... BİZDƏ İSƏ... .....                     "Hökumətdə iqtisadi mövzulara hərtərəfli baxış niyə zəifdir?" .....                     Qusarda sağ qalmaq üçün... .....                     "Pulunuz yoxdursa su üzünə həsrət qalmalısınız..." .....                     Kartdan karta köçürməyə QADAĞA: Məmur korrupsiyası... .....                     10 il gizləndi, ancaq bu səhv onu ələ verdi .....                     Azərbaycan ət niyə bahalaşır? .....                     Yaqub Hüseynovun "Qaynana" restoranında QALMAQAL .....                     "Bir meymun var idi, konsertdə qəfəsin ağzını açıb tutuquşunu uçurtdu" .....                     "Brent" markalı neftin qiyməti 82 dollardan aşağı düşüb .....                     İranla danışıqlar bu gün bərpa olunacaq .....                     Günün günorta çağı QARƏT... .....                     Tramp razılaşmanın bağlanması şərtilə İrana hücumun ləğv edildiyini açıqlayıb .....                     Suriya İraqa xəbərdarlıq etdi: .....                     Bu ölkə bizə Qara dənizdə kömək edə bilər .....                     Müharibə Azərbaycan sərhədlərinə yaxınlaşır? .....                     AzəriQaz-da ABSURD BÜROKRATİYA... .....                     Vətəndə qəriblik... .....                     Gedişhaqqı artırılır? .....                     "Bu savadsız qarını hardan tapdınız?" .....                     Bayram Məmmədovun qardaşı tərəfindən qətlə yetirilən anasının .....                     Qızıl alıb-satmaqla qeyri-neft-qaz ixracının payı artır: İrəli getmək üçün geri addım atmaq .....                     "Biri sözümüzü ucaltdı, digəri səsi ilə milli ruhumuzu yaşatdı" .....                     Bakıda 14 yaşlı qızın uşaq dünyaya gətirməsinə görə .....                     Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi .....                     Rusiyada səfərbərlik vahiməsi .....                     Sabirabad Olimpiya İdman Kompleksinin dövlətə vergi borcu üzə çıxdı .....                 

Trampın qızıl dağları: Amerikanı nə gözləyir? - İNCƏLƏMƏ
Tarix: 3-02-2026, 06:53 | Çap et

Donald Trampın prezidentliyinin cəmi bir ili ərzində ABŞ “Amerika əzəmətinin qızıl dövrü”nə daxil olub. Bunu Trampın özü belə hesab edir və Ağ Ev saytının baş səhifəsində də belə yazılıb. İqtisadiyyat rekord templərlə böyüyür, əhali varlanır, ölkə isə qlobal enerji və texnologiya hegemonu mövqeyini möhkəmləndirir. Amma bu doğrudanmı belədir? Vəd edilən “Amerika əzəmətinin dirçəlişi” ümumən necə gedir?

“Mənim rəhbərliyim altında misli görünməmiş iqtisadi bum yaşayırıq”, — Tramp bu həftə Ayovada çıxış edərkən prezidentliyinin ilk ilinə yekun vurub. — “İnflyasiya dayanıb, gəlirlər artır, qiymətlər düşür. İqtisadiyyat sürətlə yüksəlir. Fəhlə sinfi çiçəklənir. Biz heç vaxt olmadığı kimi qələbədən qələbəyə gedirik”.

Bu arada bir çox amerikalının fikri fərqlidir. Yanvar sorğularına görə, respondentlərin 60 faizi Trampın inflyasiya ilə mübarizəsindən narazıdır, 57 faizi onun bütün dünya ilə apardığı ticarət–tarif müharibəsini bəyənmir, 51 faizi ümumilikdə Trampın iqtisadi siyasəti ilə razı deyil, onlardan 42 faizi isə qəti şəkildə narazıdır.

İqtisadçıların qiymətləndirmələri isə daha da bədbindir.

“Heç bir bum yoxdur. Üstəlik, bir sıra göstəricilər üzrə iqtisadi vəziyyət Co Baydendən Trampa miras qalan vəziyyətdən xeyli pisdir”, —Nobel mükafatı laureatı və Trampın uzun illərdir tənqidçisi olan Pol Kruqman hesab edir.

Bəs kim haqlıdır? Aşağıda Trampın ikinci müddətinin iqtisadi uğurları barədə 10 əsas bəyanatı, həmçinin bu iddiaları qiymətləndirməyə kömək edəcək statistika və iqtisadçı şərhləri toplanıb.

1. Amerika misli görünməmiş iqtisadi bum yaşayır

“Mənim rəhbərliyim altında misli görünməmiş iqtisadi bum yaşayırıq. Beləsi heç vaxt olmayıb”, — Tramp Ayovada deyib.

Dünya Bankının qiymətləndirməsinə görə, ABŞ iqtisadiyyatı 2025-ci ildə 2,1% artıb və yaxın iki ildə təxminən 2% artmağa davam edəcək. Co Bayden dövründə artım daha yüksək idi: 2024-cü ildə 2,8%, 2023-cü ildə isə 2,9%.

İqtisadçılar Trampın tarif müharibəsi, mərkəzi bankı hədə alması, miqrantlara və federal qurumlara təzyiqləri səbəbilə tormozlanma gözləyirdilər. Lakin reallıqda Trampın bir çox hədələri sosial şəbəkələrdən kənara çıxmadı, tariflər isə elan edilən səviyyədən xeyli aşağı oldu.

Artım inandırıcıdır, amma iqtisadiyyat bütün cəbhə boyunca deyil, daha dar istiqamətdə irəliləyir — əsasən “Microsoft”, “Amazon” və “Google” kimi nəhəng şirkətlərin süni intellektə yönəltdiyi milyardlarla dollarlıq investisiyalar hesabına. Hələlik bunlar xərclərdir; onların bəhrə verəcəyi, yoxsa köpüyə çevriləcəyi məlum deyil.

2. Trampın tarifləri Amerikanı daha varlı edir

“Tariflər sayəsində pullar sel kimi bizə axır. İndi biz varlı ölkəyik”, — Tramp Ayovada bildirib.

Pullar axır, amma Amerikaya yox. İdxal rüsumları iqtisadi və xarici siyasətdə Trampın ən sevdiyi alətdir. O, israr edir ki, bu rüsumları Amerika bazarına çıxış üçün xaricilər ödəyir. Alimlərin sübut edirlər ki, reallıq tam əksinədir.

“Tarif gəlirlərinin hər bir dolları — Amerika biznesindən və əhalisindən alınmış bir dollardır. Rüsumların cəmi 4%-ni xaricilər ödəyir, qalan 96%-ni isə amerikalılar”, — Almaniyanın “Kiel Institute” iqtisadçıları hesablayıblar.

Bu da Tramp tariflərinin yeganə problemi deyil. Onların dağıdıcı təsiri təkcə amerikalı idxalçıların xərclərinin artmasında deyil, həm də ixracatçıların gəlirlərinin azalmasındadır, çünki digər ölkələr cavab tədbirləri görür. Çin də belə etdi — ABŞ-dan kənd təsərrüfatı məhsullarının alınmasını məhdudlaşdırdı. Nəticədə Tramp fermerlərin müflis olmaması üçün onlara 12 milyard dollar subsidiya ayırmalı oldu.

Tramp Ayovada bu subsidiyalarla öyünərək, onları tarif siyasətinin uğurunun sübutu adlandırdı. Onun sözlərinə görə, rüsumlar büdcəyə artıq 200 milyard dollar gətirib və indi o, bu pulları istədiyi kimi paylaya bilər.

Bu isə pisdir, iqtisadçılar xəbərdarlıq edirlər. İqtisadiyyatın dövlətləşdirilməsi — yəni vəsaitlərin hara xərclənəcəyinə biznes və əhali yox, Trampın qərar verməsi — bazar mexanizmlərini təhrif edir, iqtisadi artımı ləngidir və rəqabət qabiliyyətini zəiflədir.

“Amerika xəzinəsinə toplanan tarif gəlirləri əcnəbilərdən yox, amerikalılardan yığılır. İqtisadi baxımdan onlar istehlak vergisindən heç nə ilə fərqlənmir”, — Almaniyanın “Kiel Institute” iqtisadçıları yazırlar.

Onların amerikalı həmkarları — “Tax Foundation” analitikləri — Trampın tariflərini ABŞ-da son 30 ildən artıq müddətdə ən böyük vergi artımı adlandırırlar.

“Problem deyil”, — Tramp cavab verir. Onun sözlərinə görə, amerikalılar onsuz da hər gün daha da varlanırlar.

3. Tramp amerikalılara iş verdi

“Bizim məşğulluq göstəricilərimiz parlaqdır və əgər mən yüzminlərlə büdcə işçisini ixtisar etməsəydim, onlar daha da yaxşı olardı”, — Tramp Ayovada deyib.

Lakin büdcə sektorunu nəzərə almasaq belə, Trampın ikinci müddətinin ilk ilində özəl sektorda məşğulluğun artımı son onillikdə (kovidli 2020-ci il istisna olmaqla) ən zəif olub. Səhiyyə və sosial sahədə çalışanlar da çıxılarsa, 2025-ci ildə ABŞ iqtisadiyyatında işçilərin sayı artmayıb, əksinə, azalıb, — bunu iqtisadçı Pol Kruqman qeyd edir.

Amma dövr hamı üçün çətin deyil.

“Amerikada nəsə sürətlə artırsa, bu, milyarderlərin sərvətidir. Orada sözün əsl mənasında partlayış var”, — Berkli Kaliforniya Universitetinin fransız iqtisadçısı Qabriel Zukman yazır.

Onun məlumatına görə, hələ 15 il əvvəl ABŞ-ın ən varlı 20 nəfərinin sərvəti illik milli gəlirin 3 faizinə bərabər idi. İndi isə bu göstərici 12 faizdir.

4. Tramp amerikalıları daha varlı etdi

“Mənim dövrümdə nə qədər insan varlandı. Mən sadəcə işləyirəm, onlar isə varlanırlar. Onların heç vaxt belə maaşları olmayıb. Amma ən yaxşısı — fond bazarıdır”, — Tramp Ayovada deyib.

Səhmlərin qiymətinin artmasından əsasən onlara sahib olanlar faydalanır; səhmi olmayan, lakin pensiya yığımları səhmlərə yatırılanlar isə bundan daha az qazanc əldə edir.

Trampın bəhs etdiyi aktivlərin sürətli bahalaşması Amerikada əmlak təbəqələşməsini daha da dərinləşdirir və yığımları olanlarla maaşdan maaşa yaşayanlar arasındakı uçurumu artırır.

Bundan əlavə, Tramp dövründə ABŞ fond bazarının artım tempi digər bütün bazarların birlikdə artımından geri qalır. Trampın Ağ Evə qayıdışından sonra vəsaitlərini ABŞ-dan çıxarıb xaricdə yerləşdirənlər, dollarda qalanlarla müqayisədə təxminən iki dəfə çox qazanc əldə ediblər.

5. Tramp inflyasiyaya qalib gəldi

“İnflyasiya dayandırılıb, — Tramp Ayovada bildirib. — Mağazalardakı qiymətlər, aviabiletlər, otellər, avtomobillər, kirayə haqları — hər şey ucuzlaşıb və çox sürətlə ucuzlaşıb”.

“YouGov”un son sorğusuna görə, Trampın inflyasiya ilə mübarizədə uğur reytinqi zəifdir: amerikalıların 60 faizi narazıdır (onların 48 faizi isə qəti narazıdır).

ABŞ-da qiymət artım tempi postkovid sıçrayışından sonra bütün dünyada olduğu kimi zəifləyib, lakin Trampın dediyi kimi hər hansı “qiymətlərin düşməsi” yoxdur — qiymətlər hələ də artır, sadəcə əvvəlki qədər sürətlə yox. İqtisadçılar “Peterson Institute for International Economics” (PIIE) institutuna istinad edərək bildirirlər ki, 2026-cı ildə bu artımın yenidən sürətlənməsi riski kifayət qədər realdır.

Onların proqnozuna görə, idxalçılar Trampın tətbiq etdiyi idxal vergisinin bir hissəsini kompensasiya etmək üçün nəhayət qiymətləri qaldırmağa başlayacaqlar, qeyri-leqal işçi qüvvəsinin deportasiyası isə maaş inflyasiyasını sürətləndirəcək. İnflyasiyanın yenidən artması mərkəzi bankın faiz dərəcələrini endirməsinə mane olacaq ki, bu da iqtisadi artımı ləngidəcək.

6. Pul Amerikaya sel kimi axır

“Biz 18 trilyon dollar həcmində rekord səviyyədə investisiya axını ilə bağlı zəmanətlər almışıq, — Tramp Ayovada deyib. — Tarixdə heç bir ölkədə belə bir şey olmayıb. Sadəcə möcüzədir — və bütün bunlar tariflər sayəsindədir”.

Doğrudan da, Tramp ikinci müddətinin ilk ili ərzində idxal tarifləri ilə hədələyərək ticarət tərəfdaşlarından güzəştlər qoparmağa çalışıb. Onlardan yalnız öz tariflərini azaltmağı deyil, həm də Amerika iqtisadiyyatına investisiya qoymaq və ya milyardlarla dollar dəyərində Amerika malları almaq barədə vədlər tələb edib.

Bir çoxları bu vədlərə imza atıb, lakin tarix və sağlam məntiq bu vədlərin səmimiliyinə və yerinə yetirilə biləcəyinə şübhə ilə yanaşmağa vadar edir.

Məsələn, Avropa ABŞ-a 600 milyard dollar investisiya yatırmağa razılaşdı. Amma iqtisadçılar bu rəqəmi əvvəlcədən şübhə altına alırdılar. Nəticədə isə iyulda bağlanan “razılaşma” uzunmüddətli qeyri-müəyyənliyə düşdü: Tramp Avropa Parlamenti onu ratifikasiya etməmişdən əvvəl razılaşmanı pozmağa qərar verdi və Danimarka Qrenlandiyanı ona verməsə, yeni tariflər tətbiq edəcəyi ilə hədələdi.

Trampın bəyan etdiyi 18 trilyon dollar investisiyanın 4 trilyonunu ərəb neft şeyxləri vəd edib. Lakin PIIE iqtisadçılarına görə, bu qızıl qum təpələri ərəb səhrasındakı bir ilğıma bənzəyir.

Onların qeyd etdiyinə görə, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ indiyədək ABŞ-a demək olar ki, investisiya yatırmayıb və Amerika ilə ciddi ticarət aparmır. Üstəlik, onların nə bu qədər pulu var, nə də Tramp naminə borca girmək, yaxud öz iqtisadiyyatlarına əvvəlcədən təsdiqlənmiş investisiyalardan imtina edib ABŞ iqtisadiyyatına sərmayə qoymaq istəkləri.

7. Amerikalı fəhlənin qızıl dövrü

Avqust ayında ABŞ Əmək Nazirliyi “sadə fəhlənin bumu”nu elan etdi.

Lakin bu qurumun keçmiş analitiki Cozef Politano məşğulluq statistikasını təhlil edərək, tamamilə fərqli nəticəyə gəlib.

2025-ci ildə sənayedə iş yerlərinin sayı 65 min azalıb, halbuki 2024-cü ildə 250 min yeni iş yeri yaradılmışdı. Ləngimə bütün fəhlə peşələri ilə bağlı sahələri — tikinti, nəqliyyat, mədənçilik və emal sənayesini əhatə edib.

O, yazır ki, “tariflər xammal və komponentlərin qiymətini artıraraq istehsalda məşğulluğu sarsıdır. Miqrantlara qarşı reydlər isə tikintidə məşğulluğu azaldır. Ağ Ev “sadə fəhlənin bumu”nu vəd edir. Amma belə bir şey baş vermir — hər şey tam əksinə gedir”.

8. Amerika sənayesi dirçəlir

“Prezident Trampın rəhbərliyi altında Amerika sənaye bumu yaşayır”, — Ağ Ev ötən ilin sonunda bəyan edib.

Artıq qeyd edildiyi kimi, məşğulluq statistikası bunun əksini göstərir. Amma Trampın ətrafının qələbə bəyanatlarına şübhə ilə yanaşmaq üçün başqa əsaslar da var.

Tramp dövlət dəstəyinə yox, xariciləri tariflərlə hədələyərək ABŞ ərazisində istehsala investisiya qoymağa məcbur etməyə üstünlük verib. PIIE iqtisadçıları bunun riskli yol olduğunu xəbərdar edirlər.

“Bayden dövründə sənaye siyasəti dövlət xərcləri, subsidiyalar və vergi güzəştləri hesabına maliyyələşdirilirdi. Tramp administrasiyası isə maliyyəni xaricdə axtarır”, — onlar yazırlar.

Bu yanaşma ilə investisiya üçün ən yaxşı layihələrin seçiləcəyinə yox, Trampa və ya onun sponsorlarına sərf edən layihələrin önə çıxacağına dair şübhələr yaranır ki, bu da yatırımların səmərəliliyini sual altına qoyur.

Üstəlik, Tramp investisiya vədlərini təhdidlə əldə edir və “məcburetmə uzaqlaşmaya səbəb ola bilər” — bunu ABŞ-la Aİ arasında Qrenlandiya ilə bağlı münaqişə də göstərdi.

Buradan isə daha bir problem doğur ki, o da növbəti bölmədə izah olunur.

9. Amerika dünya lideri rolunu möhkəmləndirir

“Biz heç vaxt olmadığı kimi qələbədən qələbəyə gedirik, — Tramp Ayovada deyib. — Amerikaya bütün dünyada əvvəllər olmadığı qədər hörmət edirlər”.

Quru rəqəmlər isə bunun əksini göstərir.

21 ölkədə aparılmış son rəy sorğusu göstərib ki, Trampın “Hər şeydən əvvəl Amerika” siyasəti digər ölkələri ABŞ-ın əsas iqtisadi, hərbi və siyasi rəqibi olan Çinə yaxınlaşmağa sövq edir.

“ABŞ-ın digər ölkələri “müdafiəyə görə ödəniş etməyə” məcbur etmək cəhdi müttəfiqlərlə münasibətləri korlaya və onları Amerikaya qarşı birləşməyə sövq edə bilər. Qrenlandiya əhvalatından sonra bu tendensiya daha da güclənib”, — PIIE ekspertləri qeyd edirlər.

Və bu, artıq baş verir. Kanadalılar Amerika burbonunu içməkdən imtina edir, Danimarkada isə alıcılara mağazalarda Amerika malları almamağa kömək edən mobil tətbiqlər yaranıb.

10. Hər şey hələ indi başlayır

“Rəhbərliyim altında biz görünməmiş iqtisadi bum yaşayırıq. Belə bir şey heç vaxt olmayıb. Və hər şey hələ indi başlayır”, — Tramp Ayovada tərəfdarlarına vəd edib.

Tramp əmindir ki, vəziyyət yalnız yaxşılaşacaq. İqtisadçılar isə yenə deyirlər ki, yalnız pisləşəcək.

Çünki Trampın ikinci müddətinin ilk ilinin əsas nəticəsi — biznesə və insanlara gələcəyi planlaşdırmağa mane olan qatı bir duman və qeyri-müəyyənlikdir.

PIIE rəhbəri Adam Pozenin qeyd etdiyi kimi, ABŞ-da rifahın artması üçün bütün şərtlər mövcuddur. Tramp vəd etdiyi kimi vergiləri azaldıb (hərçənd, yenisini də tətbiq edib, amma yalnız idxala). Kreditlər ucuzlaşır, şirkətlərin kifayət qədər pulu var, enerji daşıyıcılarının qiyməti düşür, tənzimləmə yumşaldılır.

Amma nə əhali, nə də biznes pulu xərcləməyə və iqtisadiyyatı böyütməyə tələsmir. Eyni zamanda, qiymətləri qaldırmağa və işçiləri ixtisar etməyə də tələsmirlər. Nəyə görə? Trampa görə.

“Günah qeyri-müəyyənlikdədir. O, qərarvermə prosesini iflic edir”, — Adam Pozen “Bloomberg Businessweek” üçün yazdığı məqalədə qeyd edib.

Bəs Tramp nəticə çıxarıb siyasətini dəyişəcəkmi?

Nobel mükafatlı iqtisadçı Pol Kruqman şübhə edir: “Bəli, 2025-ci ildə Amerika iqtisadiyyatı çökmədi. Amma nəticələr o qədər pisdir ki, istənilən başqa prezident özünə sual verər və siyasətini yenidən nəzərdən keçirərdi. Tramp isə açıq-aşkar bunu etməyəcək. Onun reaksiyası həmişə eynidir: uğursuzluğu inkar etmək və eyni şeyi ikiqat enerji ilə davam etdirmək”.

Hazırladı: Yadigar Sadıqlı pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“SOCAR Petroleum” Naxçıvana benzin və dizel daşınmasını 17.2 milyon manata BU ŞİRKƏTƏ TAPŞIRDI
Bu gün, 10:27
Uşaq bağçasında BÖYÜKLƏR HOQQA VERİR - İTTİHAM VAR...
Bu gün, 10:21
Bakı nefti 100 dolları keçdi, amma bazar aşağı baxır – ABŞ–İran danışıqları qiymətləri BELƏ DƏYİŞƏCƏK
Bu gün, 10:16
BTQ Korsika Assambleyasının qondarma "Artsax"la bağlı qanunvericilik təşəbbüsünü pisləyib - BƏYANAT
Bu gün, 10:14
Lerik rayon Dövlət Arxivinin eks-müdiri azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 08:24
Qorxu yaradırdınız: 300 min azərbaycanlı gəlir – Sona Qazaryan
Bu gün, 08:18
ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib - Tramp belə deyir...
Bu gün, 08:16
"Mən nə millət vəkiliyəm, nə nazir, nə də hansısa dövlət qurumunun rəhbəri..." - REPLİKA
Bu gün, 08:03
AzəriQaz-da KORRUPSİYA BUMU... - vətəndaşın canı ilə risqə gedirlər...
Bu gün, 07:59
PKK Türkiyə cəbhəsindən çəkilib İran sərhədlərinə toplandı - NƏ BAŞ VERİR?
Bu gün, 07:46
İspaniya Avropa Birliyindən qovulur? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:43
"Məni hansı hüquqi əsasla bloklamısınız?" - GİLEY
Bu gün, 07:41
AzəriQaz-da hesab-kitabı da bilmirlər? - GİLEY
Bu gün, 07:30
Gürcüstanda ali təhsil pulsuz olacaq... BİZDƏ İSƏ... - AXI NİYƏ?..
Bu gün, 07:21
"Hökumətdə iqtisadi mövzulara hərtərəfli baxış niyə zəifdir?" - ETİRAZ VAR!
Bu gün, 07:18
Qusarda sağ qalmaq üçün... - GƏRƏK YUXARIDA TANISIN OLA...
Bu gün, 07:10
"Pulunuz yoxdursa su üzünə həsrət qalmalısınız..." - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Kartdan karta köçürməyə QADAĞA: Məmur korrupsiyası... - BUNA GÖRƏ İMİŞ...
Bu gün, 06:51
10 il gizləndi, ancaq bu səhv onu ələ verdi – Ərdoğana sui-qəsd qrupunun son üzvü belə yaxalandı
Bu gün, 06:41
Azərbaycan ət niyə bahalaşır? - Deputat səbəbləri AÇIQLADI
Bu gün, 06:21
Yaqub Hüseynovun "Qaynana" restoranında QALMAQAL - Narazı qalan türkiyəli qonaq çağırış etdi
Bu gün, 06:15
"Bir meymun var idi, konsertdə qəfəsin ağzını açıb tutuquşunu uçurtdu"
Bu gün, 06:10
"Brent" markalı neftin qiyməti 82 dollardan aşağı düşüb
Bu gün, 06:08
İranla danışıqlar bu gün bərpa olunacaq - Tramp belə deyir...
Bu gün, 06:05
Günün günorta çağı QARƏT... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 08:36
Tramp razılaşmanın bağlanması şərtilə İrana hücumun ləğv edildiyini açıqlayıb - "Truth Social"
Dünən, 08:26
Suriya İraqa xəbərdarlıq etdi: - Hücum cavabsız qalmayacaq
Dünən, 08:24
Bu ölkə bizə Qara dənizdə kömək edə bilər - Zelenski
Dünən, 08:22
Müharibə Azərbaycan sərhədlərinə yaxınlaşır? – Tehran narahatdır…
Dünən, 08:21
AzəriQaz-da ABSURD BÜROKRATİYA... - Nəticədə vətəndaş yenə eyni sualı verir...
Dünən, 07:20
Vətəndə qəriblik... - Təbrizsiz elə hey belədir...
Dünən, 07:11
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Dünən, 07:06
"Bu savadsız qarını hardan tapdınız?" - ETİRAZ
Dünən, 07:04
Bayram Məmmədovun qardaşı tərəfindən qətlə yetirilən anasının - FOTOSU
Dünən, 06:50
Qızıl alıb-satmaqla qeyri-neft-qaz ixracının payı artır: İrəli getmək üçün geri addım atmaq - AKTUAL
Dünən, 06:48
"Biri sözümüzü ucaltdı, digəri səsi ilə milli ruhumuzu yaşatdı" - ANIM
Dünən, 06:41
Bakıda 14 yaşlı qızın uşaq dünyaya gətirməsinə görə - Qardaşı həbs olundu
Dünən, 06:37
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Dünən, 06:32
Rusiyada səfərbərlik vahiməsi – İnsanlar qaçmağa hazırlaşırlar
Dünən, 06:24
Sabirabad Olimpiya İdman Kompleksinin dövlətə vergi borcu üzə çıxdı - FOTOFAKT
Dünən, 06:19
Hörmüz boğazında Qətərdən maye qaz daşıyan tanker mərmi zərbəsinə məruz qalıb - "Bloomberg"
1-08-2026, 16:12
Göyçayın Təhsil Sektorunun müdiri vəzifəsindən azad olunub - BUNDAN SONRA...
1-08-2026, 16:04
Qusarda alternativ içməli su mənbəyi tikiləcək – 3,2 MİLYON MANATA
1-08-2026, 16:00
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır - MƏQALƏ
1-08-2026, 15:53
Bakıda ikinci telefon qalmaqalı: arvadın gizli əməli cinayətə səbəb oldu - TƏFƏRRÜAT
1-08-2026, 15:51
Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib - TƏFƏRRÜAT
1-08-2026, 13:27
"Sabah çörək qıtlığı yaransa..." - ÇAĞIRIŞ...
1-08-2026, 13:17
Bakıdakı bu universitet bağlandı: Diplomların taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
1-08-2026, 13:02
"Mənə qaranlığımdan qorxmayan insan lazımdır"
1-08-2026, 13:00
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu - FOTO
1-08-2026, 12:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru