Kulevi sanksiyaları və Azərbaycan maraqlarına təsir .....                     Sabiq nazirin müsadirə olunan mənzillərindən biri hərracda 463 minə satılıb .....                     “Qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxsə .....                     Azərbaycan İnvestisiya Holdinqini audit edəcək şirkət .....                     Borc üstündə yaranan mübahisə qanlı insidentlə nəticələndi .....                     Azərbaycan nefti ucuzlaşmaqda davam edir .....                     "Hamını aldatdılar ki, idarə ixtisara düşüb..." .....                     Bakıda həbsdə olan müxalifət Ermənistanda xilaskar rolunda .....                     Putinin Ukraynadan sonrakı ŞOK planı .....                     Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb .....                     "Qeyri-peşəkar xidmət göstərilir.." .....                     SOCAR-ın daha bir YEYƏNİ: Rüfət Rzayev... .....                     Tum aldı... içindən siqaret kötüyü çıxdı .....                     "Kapital Bank": bunlar sələmçidən də betərdilər... .....                     Həddindən artıq planlaşdırılmış uşaqlıq .....                     "Əgər "Kristal" belə bir şirkətlə əməkdaşlıq edirsə..." .....                     Ramik Əşrəfovun ört-basdır etməyə çalışdığı YAŞIL TERROR .....                     “Canlı Nostradamus”dan daha bir iddia: .....                     “A ƏND J Holdinq” DÖVLƏTİ HEÇƏ SAYIR? .....                     Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: .....                     "Dünyanın heç bir yerində belə dələduzluq yoxdur" .....                     "Plastcon Group" MMC BAĞLANDI: .....                     “Süni şəkildə yaradılan dialoq Qarabağ həqiqətlərini arxa plana keçirir” .....                     Erməni mallarının bazarı bağlanır: Yerini Azərbaycan tutacaq? .....                     Ermənistan sərhəddə hərbçilərə niyə silah vermir? .....                     Bölgələrdə ailə büdcəsini yandıran HOTELLƏR: Qiymətlər niyə ŞİŞİRDİLİR? .....                     Netanyahu ilə aramızda fikir ayrılıqları olur .....                     ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? .....                     İranla Ermənistan eyni layihədə... .....                     Son sutkada azı 10 ticarət gəmisi Hörmüz boğazından keçib .....                     Səhiyyə Nazirliyi mebel və peyvənd alır .....                     Səfər ayı bitir: Toy mövsümü yeni qiymətlərlə başlayacaq? .....                     Rusiya şirkəti Azərbaycandakı fəaliyyətinə xitam verir .....                     Putin yeni cəbhə qurur .....                     İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? .....                     Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... .....                     “Badamlı” zavodunda oğurluq .....                     "Modenis" MMC "MPAY" MMC-yə qoşulur .....                     Mərkəzi Bank "Mpay"ın lisenziyasını ləğv etdi .....                     Azərbaycana Paşinyan yox, sülh lazımdır .....                 

Amerika hakimiyyəti Ukraynanın ərazi bütövlüyü prinsipindən geri çəkilmək üçün zəmin hazırlayır - GÖRÜNƏNİ BUDUR...
Tarix: 29-03-2025, 00:05 | Çap et
Amerika hakimiyyəti Ukraynanın ərazi bütövlüyü prinsipindən geri çəkilmək üçün zəmin hazırlayır
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Riçard Qrenell Ukraynanın 1994-cü ildə Budapeşt Memorandumuna uyğun olaraq Rusiyaya verdiyi nüvə silahlarının artıq Rusiyaya məxsus olduğunu bildirib. Qrenell niyə bunu xatırlamağa qərar verdi? Düşünürəm ki, bu sözlər sadəcə bir sınaqdır. Məsələ burasındadır ki, görünür, Amerikanın yeni administrasiyasında xarici siyasət blokuna cavabdeh olan nisbətən adekvat insanlar – Uols və Rubio nüfuzlarını itirirlər və mövqelərini itirə bilərlər. Onları Qrenell əvəzləyə bilər (ötən il ABŞ-da prezident seçkilərindən əvvəl o, dövlət katibi vəzifəsinə mümkün namizəd kimi göstərilirdi). Ancaq Tramp və Qrenell xarici siyasətə cavabdehdirlərsə, bunun hansı qərarlara səbəb ola biləcəyini təxmin etmək çətin deyil.

Məsələ burasındadır ki, Bayden administrasiyası əvvəllər mövcud olan dünya nizamını qorumağa çalışarkən, Tramp administrasiyası “dünya nizamının məhv edilməsində heç bir qəbahət yoxdur, gəlin bu prosesdə iştirak edək və bəlkə də ona rəhbərlik edək” müddəasından çıxış edir. Bu mənada Kanada ilə bağlı deyilənləri xatırlaya bilərik: Tramp söz verib ki, ABŞ genişlənərsə, Kanada 51-ci ştat olacaq. Və ya Qrenlandiyaya iddia. Görünür, planda Qrenlandiyanın da 52-ci ştat olması var.

Tramp üçün ərazi bütövlüyü və suverenlik prinsipi, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlər anlamsızdır. Və nəhayət, əgər siz özünüz başqa əraziləri ilhaq etmək istəyən təcavüzkar kimi çıxış etməyi planlaşdırırsınızsa, o zaman başqasının təcavüzkar kimi çıxış etməsindən çox narahat olmamalısınız.

Xatırladaq ki, bu yaxınlarda Tramp komandasından olan Stiven Vitkoff Taker Karlsona müsahibəsində bəyan etmişdi ki, Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə maneə Ukraynanın Krım və digər dörd regionla bağlı mövqeyidir. Bu, əlbəttə, Vitkoffun şəxsi fikri deyil. ABŞ-ın vitse-prezidenti J.D.Vens də bu mövqenin Ağ Evdə paylaşıldığını faktiki olaraq təsdiqlədi.

İstisna etmək olmaz ki, Tramp administrasiyası Ukraynanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan qərarlar qəbul edərsə, ABŞ-ın özündə də bu hərəkətlərin tənqidi ilə qarşılaşacaq. Ona görə də buna əsaslanaraq, ABŞ-ın 47-ci prezidentinin komandası öz hərəkətlərini və qərarlarını daxili auditoriyaya – öz seçicilərinə və siyasi müttəfiqlərinə izah etmək üçün qabaqcadan variantlar hazırlayır.

Şərti olaraq, əgər Ağ Evin yeni administrasiyası Ukraynanın ərazi bütövlüyünü şübhə altına alırsa, o zaman ABŞ-ın özündə belə deyəcək siyasətçilər tapılacaq: “Ukrayna ABŞ-ın təhlükəsizlik zəmanəti müqabilində nüvə silahından imtina edib, indi isə ABŞ bu təminatlardan imtina edir”. Trampın müttəfiqləri Budapeşt Memorandumunun saxta bir şey olduğunu deyərək buna təzyiq edəcəklər. Və deyəcəkklər: "Baxın, Ukraynanın heç bir nüvə silahı yox idi! Buna görə də ABŞ-ın onun qarşısında heç bir öhdəliyi yoxdur".

Beləliklə, Amerika hakimiyyəti Ukraynanın ərazi bütövlüyü prinsipindən geri çəkilmək üçün zəmin hazırlayır.

Bununla belə, unutmaq olmaz ki, Konqresdə ABŞ-ın heç bir halda Ukraynada hər hansı ərazi dəyişikliyini tanımamasını şərtləndirən ikipartiyalı qətnamə təqdim edilib. Ona görə də ehtimal etmək olar ki, Konqresdə ərazi itkiləri ilə bağlı kifayət qədər ciddi müzakirələr aparıla bilər. Lakin Tramp administrasiyasının bu halda strategiyası sadə ola bilər: nüvə qorxusu mövzusunu yenidən gündəmə gətirin!

Bu yaxınlarda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Radklif Konqresdə çıxış edərək nüvə təhlükəsi məsələsinə qayıtmış, Rusiyanın Ukraynaya nüvə zərbəsi endirə biləcəyini bildirmişdi. Məntiq sadədir: nəyin bahasına olursa-olsun və mümkün qədər tez sülh sazişi bağlamaq cəhdi ilə onlar ABŞ Putinin ərazi tələbləri ilə razılaşmasa, Üçüncü Dünya müharibəsi və nüvə müharibəsi təhlükəsi barədə isterik qışqıracaqlar. Və deyəcəklər: Budapeşt Memorandumundan ikiəlli yapışanlar müharibə istəyənlərdir.

Müəllif: Petro Oleşçuk - Politoloq, Kiyev Milli Universitetinin müəllimi.

Mənbə: UNİAN

Tərcümə AYNA.AZ-a məxsusdur.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kulevi sanksiyaları və Azərbaycan maraqlarına təsir - İNCƏLƏMƏ
Bu gün, 10:11
Sabiq nazirin müsadirə olunan mənzillərindən biri hərracda 463 minə satılıb - DETALLAR
Bu gün, 10:10
“Qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxsə AĞIR CƏZA
Bu gün, 10:09
Azərbaycan İnvestisiya Holdinqini audit edəcək şirkət – MƏLUM OLDU
Bu gün, 10:07
Borc üstündə yaranan mübahisə qanlı insidentlə nəticələndi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Bu gün, 09:49
"Hamını aldatdılar ki, idarə ixtisara düşüb..." - "Azəriqaz"ın keçmiş işçisindən İFŞA!
Bu gün, 09:45
Bakıda həbsdə olan müxalifət Ermənistanda xilaskar rolunda - NƏ BAŞ VERİR?
Bu gün, 09:36
Putinin Ukraynadan sonrakı ŞOK planı – Postsovet ölkələrinə TƏHLÜKƏ!
Bu gün, 08:19
Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
Bu gün, 08:17
"Qeyri-peşəkar xidmət göstərilir.." - burda pullar yoxa çıxır...
Bu gün, 08:11
SOCAR-ın daha bir YEYƏNİ: Rüfət Rzayev... - İLGİNC İDDİALAR
Bu gün, 08:03
Tum aldı... içindən siqaret kötüyü çıxdı - FOTO
Bu gün, 07:53
"Kapital Bank": bunlar sələmçidən də betərdilər... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:46
Həddindən artıq planlaşdırılmış uşaqlıq - AKTUAL
Bu gün, 07:35
"Əgər "Kristal" belə bir şirkətlə əməkdaşlıq edirsə..." - İctimai fəaldan şikayət
Bu gün, 07:23
Ramik Əşrəfovun ört-basdır etməyə çalışdığı YAŞIL TERROR - BU DA FAKT...
Bu gün, 07:12
“Canlı Nostradamus”dan daha bir iddia: - Yeni müharibə olacaq
Bu gün, 07:02
“A ƏND J Holdinq” DÖVLƏTİ HEÇƏ SAYIR? - Qubada tikinti özbaşınalığı
Bu gün, 06:56
Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: - İNSANLARIN HƏYATI TƏHLÜKƏYƏ ATILIR
Bu gün, 06:49
"Dünyanın heç bir yerində belə dələduzluq yoxdur" - ETİRAZ
Bu gün, 06:44
"Plastcon Group" MMC BAĞLANDI: Dövlətə 60 min manatdan çox MALİYYƏ YÜKÜ QALDI
Bu gün, 06:22
“Süni şəkildə yaradılan dialoq Qarabağ həqiqətlərini arxa plana keçirir” - deputat
Bu gün, 06:20
Erməni mallarının bazarı bağlanır: Yerini Azərbaycan tutacaq? - GƏLİŞMƏ
Bu gün, 06:17
Ermənistan sərhəddə hərbçilərə niyə silah vermir? – Hərbi ekspert səbəbləri açıqladı
Bu gün, 06:14
Bölgələrdə ailə büdcəsini yandıran HOTELLƏR: Qiymətlər niyə ŞİŞİRDİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:12
Netanyahu ilə aramızda fikir ayrılıqları olur - Vens
Bu gün, 06:05
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
Bu gün, 06:02
İranla Ermənistan eyni layihədə... - GƏLİŞMƏ
Bu gün, 05:59
Son sutkada azı 10 ticarət gəmisi Hörmüz boğazından keçib - KİV
Bu gün, 05:57
Səhiyyə Nazirliyi mebel və peyvənd alır – 2.7 milyon xərclənəcək
Dünən, 18:03
Səfər ayı bitir: Toy mövsümü yeni qiymətlərlə başlayacaq? - AKTUAL
Dünən, 18:02
Rusiya şirkəti Azərbaycandakı fəaliyyətinə xitam verir
Dünən, 17:55
Putin yeni cəbhə qurur - Azərbaycanın adı...
Dünən, 17:40
İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
Dünən, 17:34
Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
Dünən, 17:23
“Badamlı” zavodunda oğurluq - Pulları götürən öz əməkdaşı imiş
Dünən, 17:19
"Modenis" MMC "MPAY" MMC-yə qoşulur
Dünən, 17:12
Mərkəzi Bank "Mpay"ın lisenziyasını ləğv etdi
Dünən, 17:11
Azərbaycana Paşinyan yox, sülh lazımdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
Azərbaycan və Qazaxıstan Transxəzər fiber-optik kabel xəttinin çəkilişini başa çatdırdı
Dünən, 17:02
Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti - Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu...
Dünən, 16:59
Erməni millətçiliyi kartı yenidən işə salınır - Politoloq
Dünən, 16:48
Halal qida şirkətinin borcu 1,6 milyon manatı ötdü - dövlətlə HALALLAŞMAQ yoxdur?
Dünən, 16:45
“Banklar və Fintex Assosiasiyaları kimdir ki, bizim bank sirrimizi bilsin?” - ETİRAZ VAR...
Dünən, 16:41
Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - VİDEO
Dünən, 16:40
FHN Üzeyir Mehdizadənin obyektinin istismarına icazə verdi - DETALLAR
Dünən, 16:37
Bir milyonluq “Kəpəz Mehmanxanası” ləğv ediləcək - YIĞINCAQ
Dünən, 16:35
“Utanın, ay Şamaxı camaatı!” cümləsini kim yazıb? - Xalq artistindən cavab
Dünən, 16:32
Nigar Fərhadın əri HƏBS EDİLDİ - FOTO
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru