Valideynlər bir uşağı məktəbə neçəyə yola salacaqlar? .....                     Türkiyədə çökdürlən dini cərəyan Süleymançıların Azərbaycanda şəbəkəsi varmı? .....                     "Eurocar Rent A Car" MMC iflas etdi .....                     Zəngəzur dəhlizi: İldə 3 milyard qazanc və üstün mövqe .....                     Sərhəddə “güzgü effekti”? .....                     Ceki Çanın çəkildiyi filmin Azərbaycandakı çəkilişləri başa çatıb .....                     Vaşinqtonda yenilik: .....                     İvanişvili məni və ailəmi məhv etmək istəyir .....                     “Faytonçu” Nazimin görünüşündə diqqətçəkən dəyişiklik .....                     Ermənistanda şaftalı böhranı: .....                     TƏBİB 1,6 mln. manatlıq tibbi vasitə alır .....                     Agentlik rəhbəri bu peşə mərkəzinə direktor təyin etdi .....                     Lisenziyadan kənar işlər görülürmüş... .....                     İş adamı Quvat Beybutovun "pulunu yeyənlər" .....                     Moskvada terrora çağırış edən jurnalistə cinayət işi açıldı .....                     Paşinyanın yeni təhlükəsizlik şefi müharibə elan etdi .....                     Akademikin oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ .....                     “David Seliverstov” indi də ayın 20-də gəlir .....                     Sakinlər 114 sayılı marşrut avtobusundan narazıdırlar .....                     Fərhad Adıgözəlov 4 ay sonra bu idarəyə rəis əvəzi gətirdi .....                     Buğda bahalaşdı: Bəs çörək? .....                     “Əliyev son açıqlaması ilə əslində bizə xəbərdarlıq edib” .....                     Tramp İrana qarşı nüvə silahından istifadə edəcək .....                     Rusiya asılılığı ilə Azərbaycan alternativi arasında: .....                     Tiflisdən Qarabağ açıqlaması: .....                     Parisdə dincələn Səmradan .....                     TƏBİB sədri daha iki vəzifəlini işdən çıxardı .....                     Səfalı MTK ilə bağlı növbəti qalmaqal .....                     Marketlərdə erməni malları .....                     Sentyabrın əsas xərci: .....                     Ərzaq məhsulları xaricdən Azərbaycana neçəyə gətirilir? .....                     Gömrük sistemində ÖZBAŞINALIQ... .....                     Bunu necə Ermənistanla müqayisə etmək olar? Xəyanətdir! .....                     Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsi həbs edilib .....                     Palata ikisinin lisenziyasını ləvğ edib, .....                     Sumqayıtda FACİƏ: .....                     Arvadı Zelenskiyə təsir edir, “qızıl veto”ya malikdir .....                     Dünya çempionu niyə azadlıqda qaldı? .....                     Paşinyanın partiyasından Moskvaya cavab: .....                     Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi .....                 

Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti - Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu...
Tarix: 5-08-2026, 16:59 | Çap et

Bütün ölkələr üçün səhiyyə sahəsi və vətəndaşların sağlamlığı prioritet sahələrdən biri hesab olunur. Bu sahədə mövcud olan nöqsanlar isə cəmiyyətin inkişafına birbaşa təsir edir. Lakin ölkəmizdə səhiyyə sahəsi yetərincə ürəkaçandırmı? Bunu bilmirəm.

Bakının keçmiş "Sovetski" adlanan ərazisinin sökülməsi nəticəsində Xırdalan şəhərinə köçdük. İnsanın olduğu mühiti kəşf etməsi aspektindən yanaşsaq, mən də Abşeron rayonunu kəşf etməyə başladım. Əlbəttə, bəzən kəşf yalnız maraqdan doğmur, zərurət də öz sözünü deyir.

Xırdalan şəhərinə köçəndən sonra tibbi sənədlər üçün yolum Abşeron rayon Mərkəzi Xəstəxanasına düşdü. Məlumat üçün deyim ki, Abşeron rayonunda bir baş idarə kimi Mərkəzi Rayon Xəstəxanası, 2 qəsəbə xəstəxanası, 2 poliklinika, 11 həkim məntəqəsi, 2 tibb məntəqəsi, Mərkəzi Rayon Xəstəxanası nəzdində fəaliyyət göstərən təcili və təxirəsalınmaz yardım şöbəsi əhaliyə səhiyyə xidməti göstərir.

Abşeron rayon Mərkəzi Xəstəxanasının binası əvvəllər bir uşaq bağçası kimi fəaliyyət göstərib. Daha sonra əsaslı təmir olunaraq 1983-cü ildən 60 çarpayılıq uşaq infeksion xəstəxanası kimi istifadəyə verilib. 2006-cı ildən 2008-ci ilin avqust ayına kimi xəstəxana binası sabiq icra başçısı Zakir Fərəcovun göstərişi əsasında rekonstruksiya və əsaslı təmir olunaraq 80 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası kimi əhalinin istifadəsinə verilib. Müasir avadanlıqla təchiz edilmiş 2 mərtəbəli, 80 çarpayılıq xəstəxanada doğum, uşaq, cərrahiyə, ginekologiya və reanimasiya şöbələri, laboratoriya, 3 bufet, mətbəx, camaşırxana fəaliyyət göstərib.

2021-ci ilin fevralında isə prezident İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa olunan binası istifadəyə verilib. Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan mərkəzi xəstəxana, Abşeron rayon poliklinikası, Abşeron rayon uşaq poliklinikası və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin köçürülməsi nəzərdə tutulub. Ölkə başçısının müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsində cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərir. Tibb müəssisəsi TƏBİB-in tabeliyindədir. Bura qədər hər şey əladır. Ancaq indiki reallıq heç də ürəkaçan sayılmaz.

Abşeron rayon Mərkəzi Xəstəxanasının bitməyən problemləri davam edir

Dövlət səviyyəsində diqqətin ayrılmasına baxmayaraq, bu xəstəxanaya yolu düşənlərin gününün çox hissəsinin növbədə gözləməklə keçməsi, əsəb və stressin pik səviyyədə olması danılmazdır. Bu əsəb-stress yalnız vətəndaşlara da aid deyil. Elə tibb işçilərinin əksəriyyəti də gərgin və əsəbidir. Bunun səbəbini soruşduqda cavab olaraq bildirilir ki, xəstəxanada tələb-təklif disbalansı yaşanır. Belə ki, kifayət qədər böyük olan xəstəxanada bəzi tibbi sahələri üzrə cəmi bir həkim təyin olunub. Məsələn, o boyda xəstəxananın cəmi bir onkoloqu var. Onkoloji xəstələrin sayının getdikcə artığını nəzərə alsaq, əlillik üçün arayış almaq istəyənləri və həmin onkoloqun qapısının ağzında yaranan növbəni siz təsəvvür edin. Saatlarla çəkən uzun növbələr, gözləməkdən yorulan vətəndaşlar əsəbi, gün ərzində normadan çox xəstə qəbul edən həkim isə gərgin olur. Bu, hələ canlı şahidi olduğum haldır. Yəni, Abşeron rayonunun inzibati ərazisində yaşayan əhaliyə xidmət göstərən Xəstəxanada ciddi həkim çatışmazlığı yaşanır. Xəstəxanaya üz tutan vətəndaşların sayı isə ilbəil artmaqdadır.

Komissiya “bufet”də fəaliyyət göstərir

Xəstəxananın problemi bununla da bitmir. İlk dəfə biləndə mən də təəccüblənmişdim. Təsəvvür edin ki, ümumi ərazisi 4 hektar, tikinti sahəsi isə 6300 kvadratmetr olan bir xəstəxananın bufeti yoxdur. Xəstəxananın həkimləri nahar yeməyini xəstələri qəbul etdikləri otaqda edirlər. Necə? Çox sadə. Saat 13:00-14:00 nahar vaxtıdır və bu saatda qəbul otaqlarının qapıları içəridən bağlanır. Daha sonra tibb işçiləri ya sifariş etdikləri, ya da evdən gətirdikləri yeməklərlə nahar edirlər. Nahar saatı bitəndən sonra yemək iyi bürümüş otaqlarda yenidən xəstə qəbulu aparılır.

Əslində xəstəxananın bufeti var. Ancaq bu, fərqli bufetdir. Vətəndaşlara xidmət edir, amma kreativ formada...Geniş ərazisi olduğunu qeyd etdiyim xəstəxanada əlilliyin təyini üçün yaradılan komissiya qəbulu məhz "bufet"də aparılır. Bəli, bəli... Xəstəxanada boş bir otaq yoxdur ki, komissiya qəbulu aparılsın. İnsanlar yalnız həftənin bəlli günündə və saatında bufet deyilən, ancaq stol və stullardan ibarət olan otağa yığılırlar və komissiyadan keçirlər.

Bir sözlə, vətəndaşlara tibbi xidmət üçün nəzərdə tutulan xəstəxanadakı nöqsanlar insanların sağalmasından daha çox, əsəblərinin daha da pozulmasına səbəb olur. Günahkar kimdir? Yəqin ki, xəstəxananın tabe olduğu müvafiq qurum... Çünki elə həmin xəstəxananın tibb işçiləri də yaşadıqları vəziyyətdən məmnun deyillər.

Sonda müvafiq qurumlara Ulu Öndər Heydər Əliyevin bu fikirlərini xatırlatmaq istərdim: "Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir".

Ümid edirəm ki, 434 min nəfərlik Abşeron rayonu əhalisinin və Abşeron rayon Mərkəzi Xəstəxanasının tibbi heyətinin yaşadığı çətinliklər tezliklə öz həllini tapacaq.

Bakivaxti.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Valideynlər bir uşağı məktəbə neçəyə yola salacaqlar? - Sentyabrın əsas xərci...
Bu gün, 03:49
Türkiyədə çökdürlən dini cərəyan Süleymançıların Azərbaycanda şəbəkəsi varmı? - AKTUAL
Bu gün, 03:47
"Eurocar Rent A Car" MMC iflas etdi – 97 min manat borcu var
Bu gün, 03:40
Zəngəzur dəhlizi: İldə 3 milyard qazanc və üstün mövqe - ARAŞDIRMA
Bu gün, 03:34
Sərhəddə “güzgü effekti”? – yüzlərlə xarici TIR Azərbaycana keçə bilmir
Bu gün, 03:09
Ceki Çanın çəkildiyi filmin Azərbaycandakı çəkilişləri başa çatıb
Dünən, 18:04
Vaşinqtonda yenilik: - Bakının 34 ildir gözlədiyi qərar verilir?
Dünən, 18:02
İvanişvili məni və ailəmi məhv etmək istəyir - Gürcüstanın keçmiş baş naziri
Dünən, 17:53
“Faytonçu” Nazimin görünüşündə diqqətçəkən dəyişiklik - FOTO
Dünən, 17:51
Ermənistanda şaftalı böhranı: - Fermerlər yolu bağladı
Dünən, 17:49
TƏBİB 1,6 mln. manatlıq tibbi vasitə alır
Dünən, 17:47
Agentlik rəhbəri bu peşə mərkəzinə direktor təyin etdi - FOTO
Dünən, 17:47
Lisenziyadan kənar işlər görülürmüş... - Nazirlik “Medicare” klinikası cərimələndi
Dünən, 17:41
İş adamı Quvat Beybutovun "pulunu yeyənlər" MƏHKƏMƏDƏ DANIŞDI
Dünən, 17:34
Moskvada terrora çağırış edən jurnalistə cinayət işi açıldı
Dünən, 17:33
Paşinyanın yeni təhlükəsizlik şefi müharibə elan etdi - Hədəfdə bu şəxslərdir...
Dünən, 17:22
Akademikin oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
Dünən, 17:17
“David Seliverstov” indi də ayın 20-də gəlir – “Bir günə həqiqət üzə çıxacaq” nağılı bitəcəkmi?
Dünən, 17:14
Sakinlər 114 sayılı marşrut avtobusundan narazıdırlar - GİLEY
Dünən, 17:06
Fərhad Adıgözəlov 4 ay sonra bu idarəyə rəis əvəzi gətirdi - ƏMR
Dünən, 16:56
Buğda bahalaşdı: Bəs çörək? - AKTUAL
Dünən, 16:53
“Əliyev son açıqlaması ilə əslində bizə xəbərdarlıq edib” - Erməni deputat
Dünən, 16:45
Tramp İrana qarşı nüvə silahından istifadə edəcək - ŞOK İDDİA
Dünən, 16:43
Rusiya asılılığı ilə Azərbaycan alternativi arasında: - Gürcüstanın iqtisadi seçimi
Dünən, 16:39
Tiflisdən Qarabağ açıqlaması: - Məsələnin daha ağır tərəfi Paşinyanla bağlıdır
Dünən, 16:35
Parisdə dincələn Səmradan EHTİRASLI FOTOLAR
Dünən, 16:23
TƏBİB sədri daha iki vəzifəlini işdən çıxardı - YENİ TƏYİNATLAR
Dünən, 16:21
Səfalı MTK ilə bağlı növbəti qalmaqal - Bu binada sakinlər qorxu içindədir
Dünən, 16:17
Marketlərdə erməni malları – Alan olacaqmı?
Dünən, 16:07
Sentyabrın əsas xərci: - Valideynlər bir uşağı məktəbə neçəyə yola salacaqlar?
Dünən, 15:49
Ərzaq məhsulları xaricdən Azərbaycana neçəyə gətirilir? – Qiymətlər
Dünən, 15:42
Gömrük sistemində ÖZBAŞINALIQ... DAVAM EDİR
Dünən, 15:35
Bunu necə Ermənistanla müqayisə etmək olar? Xəyanətdir! - Bakaradze
Dünən, 15:28
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 15:20
Palata ikisinin lisenziyasını ləvğ edib, digər ikisinə lisenziya verib
Dünən, 15:17
Sumqayıtda FACİƏ: - gənc qız binadan düşüb ÖLDÜ
Dünən, 15:07
Arvadı Zelenskiyə təsir edir, “qızıl veto”ya malikdir - “RBK Ukrayna”
Dünən, 15:04
Dünya çempionu niyə azadlıqda qaldı? - “1 manat da ödəmədi...”
Dünən, 14:59
Paşinyanın partiyasından Moskvaya cavab: - Təşkilatdan çıxmaq qərarı necə veriləcək?
Dünən, 14:56
Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi - ƏMR
Dünən, 14:50
AZAL Atırauya ilk reysini həyata keçirib - FOTO
Dünən, 14:45
“Ermənilərin Qarabağa qayıdışı münaqişəni diriltməkdir” – Parlamentin sədri Rubinyandan müxalifətə sərt cavab
Dünən, 14:41
İranşünasdan Bakıya qarşı SƏRSƏMLİK
Dünən, 13:18
“İtirən siz olarsınız, Türkiyə yox” - Ərdoğandan MESAJ
Dünən, 13:16
Azərbaycanda da kuryerlərin gigiyenasına, sağlamlığına ciddi nəzarətdə olmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:09
Azərbaycanda böyürtkən yığan qadınların başına iş gəldi – AÇIQLAMA
Dünən, 13:05
"Cəhənnəmə gedən özünə yoldaş axtarır" - Xarici "ət" və Belarus domeni ".bel"
Dünən, 13:03
Azərbaycan daha az buğda alıb, amma daha çox xərc çəkib
Dünən, 12:59
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Dünən, 12:57
“Əsgər formasında rəqs: - Müğənninin görüntüləri etiraz doğurdu”
Dünən, 12:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru