Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı .....                     "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" .....                     Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? .....                     Vardanyan ətrafında şou yaradanların məqsədi .....                     Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində .....                     “Unibank”ın səhmdarları sentyabrda toplanır .....                     “Azərbaycan Evro-Kredit” BOKT .....                     Jurnalistin dənizdə batan qardaşı tələbə imiş .....                     Bakıda kişi binadan yıxılaraq ölüb .....                     "Bəs bu artırılan vaqonlar HARDADIR?" .....                     "Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm" .....                     Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər .....                     İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib .....                     Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. .....                     Güney Qafqaz YOL ARAYIŞINDA... .....                     “Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” .....                     Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... .....                     Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya .....                     DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni təyinat .....                     Dövlət işçilərinin tibbi sığortasını hansı şirkət edir? .....                     Çingiz Qənizadə Fransada QALİB GƏLDİ .....                     Yorğun ayaqlarla marketinq: .....                     Qəbələdəki dəhşətli qətl hadisəsi ilə bağlı kassasiya şikayəti verildi .....                     Nazir ona yüksək vəzifə verdi .....                     ABŞ–İsrail–İran münaqişəsi neft nəhənglərinə milyardlar qazandırdı .....                     Ermənistanın yeni təsdiqlənmiş xanım daxili işlər naziri Zəngəzurdakı postlara baş çəkdi... .....                     Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxslə bağlı .....                     Maaşı 300 manat olan kitabxanaçıya qənaət, qanunsuz gəlir dövriyyəsinə şərait? .....                     Paşinyan Qırğızıstana gedib .....                     30-40 ilin hərbçiləri Prezidentdən KÖMƏK İSTƏYİRLƏR... .....                     "Bahar Energy Operating Company"də NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Ermənistan suriyalı ermənilərə pasport verir .....                     Azyaşlıların müdafiəsi üçün sərt nəzarət başlayır .....                     Kulevi sanksiyaları və Azərbaycan maraqlarına təsir .....                     Sabiq nazirin müsadirə olunan mənzillərindən biri hərracda 463 minə satılıb .....                     “Qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxsə .....                     Azərbaycan İnvestisiya Holdinqini audit edəcək şirkət .....                     Borc üstündə yaranan mübahisə qanlı insidentlə nəticələndi .....                     Azərbaycan nefti ucuzlaşmaqda davam edir .....                     "Hamını aldatdılar ki, idarə ixtisara düşüb..." .....                 

Rusiya İran üçün etibarlı vasitəçi ola bilərmi? - AKTUAL
Tarix: 9-03-2025, 05:42 | Çap et
Rusiya İran üçün etibarlı vasitəçi ola bilərmi?
Rusiya İran-ABŞ danışıqlarında vasitəçilik təklif edir. Bu həftə verilən xəbərlərə görə, Rusiya Birləşmiş Ştatlar və İran arasında vasitəçilik təklif edib və Kreml hər iki ölkənin məsələləri dialoq yolu ilə həll etməli olduğunu israrla vurğulayıb.

Məlumatlara əsasən, ABŞ prezidenti Donald Tramp Moskvadan təkcə İranın nüvə proqramı ilə bağlı deyil, həm də onun regional fəaliyyətləri barədə kommunikasiya qurmaq üçün kömək istəyib.

Bununla belə, İran mediası bu təklifə şübhə ilə yanaşır. Onlar hesab edirlər ki, Moskvanın əsas məqsədi yalnız öz maraqlarını təmin etməkdir.

ABŞ "İranı yenidən iflas etdirmək" istəyir
ABŞ-nin maliyyə nazir Skott Bessent bu həftə bildirib ki, Tramp administrasiyasının sanksiyaları İranın neft sənayesini tamamilə çökdürmək və onsuz da zəifləyən iqtisadiyyatını iflasa uğratmaq məqsədi daşıyır.

O əlavə edib ki, "İranı yenidən iflasa uğratmaq" ABŞ hökumətinin İran ilə bağlı sanksiya siyasətinin başlanğıcı olacaq.

Tehran, hələlik, Bessentin bu açıqlamalarına münasibət bildirməyib.

Müttəfiq, yoxsa qurban?
Səudiyyə Ərəbistanının İran və ABŞ arasında vasitəçilik etmək istədiyi barədə xəbərlər yayılandan cəmi bir neçə həftə sonra Rusiya da prosesə qoşula biləcəyini açıqlayıb.

Səudiyyənin mümkün vasitəçiliyi İran mediası və ekspertləri tərəfindən müsbət qarşılansa da, Rusiyanın təklifinə şübhə ilə yanaşılıb.

Tehran və Moskva bir-birini müttəfiq adlandırsa da, tənqidçilər hesab edirlər ki, Rusiya hər şeydən öncə öz maraqlarını düşünür və lazım gəldikdə İranı qurban verməkdən çəkinməz.

İranın ali dini rəhbəri Əli Xamenei Tramp administrasiyası ilə birbaşa danışıqlara qarşı çıxıb. O, Trampın 2015-ci il nüvə sazişindən birtərəfli şəkildə çıxdığını xatırladaraq ABŞ hökumətinə etibar etmədiyini bildirib.

Bu tarixi sazişi imzalayan beş dünya gücündən biri də Rusiya idi. Lakin İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif əvvəllər Moskvanın sazişi qəsdən zəiflətməyə çalışdığını iddia etmişdi.

Son illərdə İran və Rusiya arasında əlaqələr inkişaf etsə də, Tehranın Moskva ilə bağlı dərin etimadsızlığı hələ də qalır.

Bu narahatlıq xüsusilə keçən ay ABŞ və Rusiya rəsmilərinin Səudiyyə Ərəbistanında görüşərək əlaqələri normallaşdırma və Ukrayna müharibəsini bitirməyi müzakirə etməsindən sonra güclənib. İrandakı narahatlığın səbəbi odur ki, Rusiya yaxşı bir razılaşma naminə İranı qurban verəcək və Tramp administrasiyası ilə barışıq yoluna gedəcək.

"Rusiya dürüst vasitəçi ola bilməz"
Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun əməkdaşı Həmidreza Əzizi AzadlıqRadiosunun "Fərda" xidmətinə bildirib ki, Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinə başladıqdan sonra İranın nüvə sazişini imzalayanlardan biri kimi öz nüfuzunu itirib.

O, Moskvanın vasitəçilik təklifi ilə "yerini bərpa etmək" və hətta İranın qərar qəbul etməsinə təsir göstərmək niyyətində olduğunu iddia edib.

Omandakı keçmiş səfir Nemətullah İzadi isə deyib ki, "Rusiya qərəzsiz və dürüst vasitəçi ola bilməz". O, Səudiyyə Ərəbistanının daha yaxşı vasitəçi olacağı fikrini müdafiə edib, çünki Tehran və Vaşinqton arasındakı münasibətlər İranın Səudiyyə Ərəbistanı ilə münasibətlərinə az təsir göstərəcək. Onun sözlərinə görə, eyni şeyi Tehranın Moskva ilə münasibətlərinə aid etmək olmaz.

İranda nüfuzlu media qurumları arasında ümumi fikir odur ki, Rusiya yalnız öz maraqlarını düşünür.

İslahatçıyönümlü "Sazandeqi" qəzeti yazıb ki, "Moskva keçmişdə dəfələrlə sübut edib ki, o, öz maraqlarını hər şeydən üstün tutur".

Qəzet həmçinin vurğulayıb ki, ABŞ və Rusiya arasında hər hansı bir razılaşma əldə olunarsa, bu, ilk növbədə İranın zərərinə olacaq.

Hətta baş redaktoru birbaşa Xamenei tərəfindən təyin edilən "Keyhan" qəzeti belə israr edib ki, "Tehran vasitəçiyə ehtiyac duymur".

Bəzi analitiklər, həmçinin Beynəlxalq Böhran Qrupundan Əli Vaez və "Eurasia Group"un analitiki Qriqori Bryu hesab edirlər ki, 2015-ci il nüvə sazişini imzalayan Avropa ölkələri – Britaniya, Fransa və Almaniya Rusiyanın vasitəçiliyinə ehtiyatla yanaşacaq və prosesdən kənarda qala biləcəklərindən narahat olacaqlar.

"Tamamilə mümkündür ki, qarşıdakı aylarda BMT-nin İrana qarşı sanksiyalarının yenidən tətbiqinə qarşı ABŞ-nin Rusiyaya qoşulacağı bir ssenariylə üzləşək", - "Nüvə Təhdidi Təşəbbüsü" təşkilatının Nüvə Materiallarının Təhlükəsizliyi Proqramı üzrə sədr müavini Erik Brur bildirib.


Qeyd: Yazını AzadlıqRadiosunun İran məsələləri üzrə ixtisaslaşmış əməkdaşı Kian Şərifi hazırlayıb.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər
Bu gün, 13:07
"Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" -Overçukdan etiraf
Bu gün, 13:03
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
Bu gün, 13:00
Vardanyan ətrafında şou yaradanların məqsədi – Cinayətkara qahmar çıxanların niyyəti belədir
Bu gün, 12:57
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində YEKUN QƏRAR ELAN OLUNDU
Bu gün, 12:35
“Unibank”ın səhmdarları sentyabrda toplanır
Bu gün, 12:29
“Azərbaycan Evro-Kredit” BOKT – LƏĞV EDİLİR
Bu gün, 12:25
Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO
Bu gün, 12:22
Bakıda kişi binadan yıxılaraq ölüb
Bu gün, 12:19
"Bəs bu artırılan vaqonlar HARDADIR?" - ETİRAZ!
Bu gün, 12:12
"Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm"
Bu gün, 12:01
Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər – Zəngəzur, yoxsa...
Bu gün, 11:57
İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib - DETALLAR
Bu gün, 11:55
Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. - Sonra da deyirlər ki...
Bu gün, 11:49
Güney Qafqaz YOL ARAYIŞINDA... - İNCƏLƏMƏ
Bu gün, 11:40
“Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” - deputat
Bu gün, 11:33
Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... - SİYAHI
Bu gün, 11:24
Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya MÜRACİƏT
Bu gün, 11:20
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni təyinat - ƏMR
Bu gün, 11:15
Dövlət işçilərinin tibbi sığortasını hansı şirkət edir? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 11:12
Çingiz Qənizadə Fransada QALİB GƏLDİ - Qənimət Zahid dəymiş ziyanı qəpiyinə kimi ÖDƏDİ
Bu gün, 11:02
Yorğun ayaqlarla marketinq: - ticarət mərkəzlərinin etikanı yada salmasının vaxtıdır
Bu gün, 11:01
Qəbələdəki dəhşətli qətl hadisəsi ilə bağlı kassasiya şikayəti verildi - TƏFƏRRÜAT
Bu gün, 10:59
Nazir ona yüksək vəzifə verdi - BUNDAN SONRA...
Bu gün, 10:58
ABŞ–İsrail–İran münaqişəsi neft nəhənglərinə milyardlar qazandırdı - “The Guardian” qəzeti
Bu gün, 10:56
Ermənistanın yeni təsdiqlənmiş xanım daxili işlər naziri Zəngəzurdakı postlara baş çəkdi... - FOTO, VİDEO
Bu gün, 10:51
Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 10:46
Maaşı 300 manat olan kitabxanaçıya qənaət, qanunsuz gəlir dövriyyəsinə şərait? - BU NƏDİ BELƏ?
Bu gün, 10:43
Paşinyan Qırğızıstana gedib - Ermənistan mediası
Bu gün, 10:40
30-40 ilin hərbçiləri Prezidentdən KÖMƏK İSTƏYİRLƏR... - MÜRACİƏT
Bu gün, 10:36
"Bahar Energy Operating Company"də NƏ İŞLƏR ÇEVRİLİR... - Öz kadrlarımıza NƏ OLUB Kİ?
Bu gün, 10:29
Ermənistan suriyalı ermənilərə pasport verir – 81 min dollar ayırıb
Bu gün, 10:16
Azyaşlıların müdafiəsi üçün sərt nəzarət başlayır - ŞƏRH
Bu gün, 10:15
Kulevi sanksiyaları və Azərbaycan maraqlarına təsir - İNCƏLƏMƏ
Bu gün, 10:11
Sabiq nazirin müsadirə olunan mənzillərindən biri hərracda 463 minə satılıb - DETALLAR
Bu gün, 10:10
“Qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxsə AĞIR CƏZA
Bu gün, 10:09
Azərbaycan İnvestisiya Holdinqini audit edəcək şirkət – MƏLUM OLDU
Bu gün, 10:07
Borc üstündə yaranan mübahisə qanlı insidentlə nəticələndi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Bu gün, 09:49
"Hamını aldatdılar ki, idarə ixtisara düşüb..." - "Azəriqaz"ın keçmiş işçisindən İFŞA!
Bu gün, 09:45
Bakıda həbsdə olan müxalifət Ermənistanda xilaskar rolunda - NƏ BAŞ VERİR?
Bu gün, 09:36
Putinin Ukraynadan sonrakı ŞOK planı – Postsovet ölkələrinə TƏHLÜKƏ!
Bu gün, 08:19
Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
Bu gün, 08:17
"Qeyri-peşəkar xidmət göstərilir.." - burda pullar yoxa çıxır...
Bu gün, 08:11
SOCAR-ın daha bir YEYƏNİ: Rüfət Rzayev... - İLGİNC İDDİALAR
Bu gün, 08:03
Tum aldı... içindən siqaret kötüyü çıxdı - FOTO
Bu gün, 07:53
"Kapital Bank": bunlar sələmçidən də betərdilər... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:46
Həddindən artıq planlaşdırılmış uşaqlıq - AKTUAL
Bu gün, 07:35
"Əgər "Kristal" belə bir şirkətlə əməkdaşlıq edirsə..." - İctimai fəaldan şikayət
Bu gün, 07:23
Ramik Əşrəfovun ört-basdır etməyə çalışdığı YAŞIL TERROR - BU DA FAKT...
Bu gün, 07:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru