Elman Abdullayev UNESCO-dan geri çağırılıb, .....                     Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb .....                     Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib .....                     Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı .....                     "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" .....                     Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? .....                     Vardanyan ətrafında şou yaradanların məqsədi .....                     Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində .....                     “Unibank”ın səhmdarları sentyabrda toplanır .....                     “Azərbaycan Evro-Kredit” BOKT .....                     Jurnalistin dənizdə batan qardaşı tələbə imiş .....                     Bakıda kişi binadan yıxılaraq ölüb .....                     "Bəs bu artırılan vaqonlar HARDADIR?" .....                     "Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm" .....                     Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər .....                     İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib .....                     Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. .....                     Güney Qafqaz YOL ARAYIŞINDA... .....                     “Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” .....                     Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... .....                     Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya .....                     DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni təyinat .....                     Dövlət işçilərinin tibbi sığortasını hansı şirkət edir? .....                     Çingiz Qənizadə Fransada QALİB GƏLDİ .....                     Yorğun ayaqlarla marketinq: .....                     Qəbələdəki dəhşətli qətl hadisəsi ilə bağlı kassasiya şikayəti verildi .....                     Nazir ona yüksək vəzifə verdi .....                     ABŞ–İsrail–İran münaqişəsi neft nəhənglərinə milyardlar qazandırdı .....                     Ermənistanın yeni təsdiqlənmiş xanım daxili işlər naziri Zəngəzurdakı postlara baş çəkdi... .....                     Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxslə bağlı .....                     Maaşı 300 manat olan kitabxanaçıya qənaət, qanunsuz gəlir dövriyyəsinə şərait? .....                     Paşinyan Qırğızıstana gedib .....                     30-40 ilin hərbçiləri Prezidentdən KÖMƏK İSTƏYİRLƏR... .....                     "Bahar Energy Operating Company"də NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Ermənistan suriyalı ermənilərə pasport verir .....                     Azyaşlıların müdafiəsi üçün sərt nəzarət başlayır .....                     Kulevi sanksiyaları və Azərbaycan maraqlarına təsir .....                     Sabiq nazirin müsadirə olunan mənzillərindən biri hərracda 463 minə satılıb .....                     “Qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxsə .....                     Azərbaycan İnvestisiya Holdinqini audit edəcək şirkət .....                 

Kiyev və Vaşinqtondan vacib mesajlar: sülh masası qurulur? - Görünəni odur ki...
Tarix: 6-03-2025, 11:35 | Çap et
Kiyev və Vaşinqtondan vacib mesajlar: sülh masası qurulur?
Ağ Evdə, Oval kabinetdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp və vitse-prezidenti J.D.Vens arasında yaşanan qalmaqaldan sonra yaranan gərginlik aradan qalxmaq üzrədir. Belə ki, Oval kabinetdə baş verən qalmaqala münasibət bildirən Zelenski təəssüfləndiyini deyib və münaqişənin həlli üçün ABŞ Prezidenti ilə işləməyə hazır olduğunu bəyan edib. Zelenski bildirib ki, Ağ Evdə keçirilən danışıqlar gözlənildiyi kimi keçməyib və buna görə təəssüflənir.

“Cümə günü Ağ Evdəki görüşümüz lazım olduğu kimi getmədi. Bunun baş verdiyinə görə üzr istəyirəm. Hər şeyi yoluna qoymağın vaxtıdır”, - Ukrayna lideri bəyan edib.

Prezident həmçinin gələcəkdə ABŞ ilə konstruktiv əməkdaşlığa ümid etdiyini söyləyib və “Prezident Trampın güclü rəhbərliyi altında işləməyə” hazır olduğunu bəyan edib. Bundan əlavə, Zelenski ABŞ-a Ukraynaya göstərdiyi köməyə, o cümlədən “Javelin” tank əleyhinə raket komplekslərinin tədarükünə görə təşəkkür edib. Siyasətçinin sözlərinə görə, “onlar döyüş meydanında vəziyyəti dəyişiblər”.

Ukrayna lideri münaqişənin sülh yolu ilə həlli üçün danışıqlara hazır olduğunu deyib. Onun sözlərinə görə, bunu ən çox ukraynalılar istəyir: “Heç birimiz sonsuz müharibə istəmirik. Ukrayna davamlı sülhün yaxınlaşması üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır. Heç kim ukraynalılardan çox sülh istəmir”.

Zelenski ilk addım olaraq əsirləri azad etməyi, havada və dənizdə atəşkəs elan etməyi təklif edib: "Sonra biz bütün sonrakı addımları çox sürətlə keçmək və güclü yekun razılaşma əldə etmək üçün ABŞ ilə işləmək istəyirik". Sonda Ukrayna lideri Vaşinqtonla nadir torpaq metalları üzrə saziş imzalamağa hazır olduğunu bildirib: "Ukrayna onu istənilən vaxt və istənilən əlverişli formatda imzalamağa hazırdır". Onun sözlərinə görə, Kiyev bu sənədi “daha ​​böyük təhlükəsizlik və etibarlı təhlükəsizlik təminatlarına doğru bir addım” kimi qiymətləndirib.

Zelenskinin mütaciətinə Trampdan cavab gecikməyib. ABŞ lideri Konqresdə çıxışı zamanı Ukrayna liderindən məktub aldığını vurğulayıb: “Bu gün Zelenskidən çox vacib məktub aldım. Zelenski danışıqlar masasına oturmağa hazırdır. Biz Rusiyadan da onların sülhə hazır olduqlarına dair güclü siqnallar alırıq. Bu, gözəl deyilmi?".

Tramp həmçinin bildirib ki, Ukrayna nadir torpaq mineralları üzrə saziş imzalamağa hazırdır, lakin bu məlumatı heç bir şəkildə təsdiqləməz. “Avropa Rusiyadan alınan neft və qaza təhlükəsizlikdən daha çox pul xərcləyib”, deyən Tramp son üç ildə ABŞ və Avropa arasında Ukraynaya xərclənən vəsaitlərin bərabərsizliyinə diqqət çəkib.

Analitiklər qarşılıqlı mesajların yaxın vaxtlarda atəşkəsə nail olunacağının göstəricisi olduğu qənaətindədirlər. Ukrayna münaqişəsi ilə bağlı diplomatik gedişlərin nə ilə nəticələnəcəyi suallar doğurur. Siyasi şərhçi Rəşad Bayramov deyib ki, əslində gözlənilənlər baş verir:

- Oval kabinetdəki insidentdən sonra proseslərin təxminən indiki trayektoriya ilə inkişaf edəcəyi proqnozlaşdırılırdı. Çünki ABŞ-ın Ukraynaya yardımları dayandırması fonunda Avropanın Ukraynanın təhlükəsizliyini təkbaşına təmin edəcəyi gözlənilmirdi. Çünki Avropanın bu imkanları yoxdur, ya da ki, məhduddur. Üstəlik, Avropa İttifaqı Ukraynaya görə Amerika ilə münasibətlərinin korlanmasında maraqlı deyil. Xatırladım ki, Zelenski ABŞ-dan Böyük Britaniyaya səfər etdi və Britaniya kralı ilə, Baş naziri ilə görüşlər keçirdi. Həm kral, həm də Baş nazir məsləhət gördülər ki, Ukrayna lideri tez zamanda ABŞ rəhbərliyi ilə münasibətlərini yaxşılaşdırsın. Eyni zamanda, Londonda Avropa ölkələri liderlərinin sammitində də Zelenskiyə eyni tövsiyələr verildi: Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq. Bunun ardınca Ukrayna Ali Radasının Trampa, Konqresə və Amerika xalqına müraciəti oldu. Bu müraciətlərdə Kiyev Vaşinqtondan yardım istədi. Ən sonda isə Zelenski Trampa məktub ünvanladı. Bütün bunlar onu deməyə əsas verir ki, Ukrayna rəhbərliyi Vaşinqtonla münasibətlərin yaxşılaşdırılmasından, Tramp tərəfindən edilən çağırışlara müsbət cavab verilməsindən başqa yolun olmadığını anladı. Bu mənada, Zelenskinin müraciətini təbii qarşılamaq lazımdır.

- Zelenski müraciətində Trampın rəhbərliyi ilə sülh danışıqlarında iştiraka hazır olduğunu bildirdi. Bununla Kiyev imtina etdiyi masaya otururmu?

- Bilirsiniz, söhbət ondan gedir ki, Rusiyanı kənara qoyub hansısa danışıqlar aparmağın mənası yoxdur. Mütləq münaqişə tərəflərinin hər ikisinin danışıqlar prosesində iştirakı vacibdir. Amme belə sual ortaya çıxır: niyə indiyədək aparılan danışıqlarda Kiyev masada deyildi?! Məsələn, Amerika nümayəndələri ilə Rusiya nümayəndələrinin iki görüşü keçirildi, heç birində Ukrayna nümayəndəsi yox idi. Oval kabinetdə baş verənlərdən sonra aydın oldu ki, tərəflər masaya bərabər əyləşdirilməlidir. Tərəflərdən biri masada olmasa, hansısa nəticənin əldə edilməsi mümkün olmayacaq. Hesab edirəm ki, indi tərəflərlə bərabərhüquqlu danışıqlar başlayacaq.

Təbii ki, Tramp üçün bu gün bir nömrəli məsələ Ukraynanın təbii ehtiyyatlarına ABŞ-ın çıxış imkanının əldə edilməsindən ibarətdir. Əslində Avropa üçün də bu gün bir nömrəli məsələ məhz budur. Biz bilirik ki, Avropa İttifaqı da Kiyevlə oxşar saziş imzalamaq istəyir. Demək istəyirəm ki, indi atəşkəs və bütün tərəflərin iştirakı ilə danışıqların başlaması vacibdir. Yəqin ki, yaxın vaxtlarda biz Vaşinqton-Kiyev görüşünün yenidən təşkili olacaq və saziş imzalanacaq. Ondan sonra tərəflərin sülh danışıqları başlayacaq.

- Yəni Zelenskinin yenidən Vaşinqtona gedəcəyi realdır?

- Bu görüş Trampla Zelenski arasında olmaya da bilər. Məsələn, iki ölkənin iqtisadiyyat nazirləri arasında görüş ola və müvafiq saziş imzalana bilər. Vacib deyil ki, Zelenski Vaşinqtona getsin, Trampla minerallarla bağlı saziş imzalasın. Ukrayna rəhbərliyindəki başqa hansısa bir şəxslə ABŞ hakimiyyətini təmsil edən hansısa rəsmi də bu sənədi imzalaya bilərlər.

Hesab edirəm ki, Ukrayna rəhbərliyi həm Qərbin etibarlı tərəfdaş olmadığını anladı, həm də başa düşdü ki, ölkənin taleyi ilə bağlı kimlərəsə bel bağlayıb addım atmaq olmaz. Təbii ki, bu, Ukrayna üçün dərs oldu. Məncə, bundan sonrakı mərhələdə danışıqlar prosesinin intensivləşməsinə şahidlik edəcəyik.

AYNA.AZ








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Bu gün, 14:10
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 14:07
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 14:05
Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər
Bu gün, 13:07
"Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" -Overçukdan etiraf
Bu gün, 13:03
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
Bu gün, 13:00
Vardanyan ətrafında şou yaradanların məqsədi – Cinayətkara qahmar çıxanların niyyəti belədir
Bu gün, 12:57
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində YEKUN QƏRAR ELAN OLUNDU
Bu gün, 12:35
“Unibank”ın səhmdarları sentyabrda toplanır
Bu gün, 12:29
“Azərbaycan Evro-Kredit” BOKT – LƏĞV EDİLİR
Bu gün, 12:25
Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO
Bu gün, 12:22
Bakıda kişi binadan yıxılaraq ölüb
Bu gün, 12:19
"Bəs bu artırılan vaqonlar HARDADIR?" - ETİRAZ!
Bu gün, 12:12
"Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm"
Bu gün, 12:01
Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər – Zəngəzur, yoxsa...
Bu gün, 11:57
İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib - DETALLAR
Bu gün, 11:55
Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. - Sonra da deyirlər ki...
Bu gün, 11:49
Güney Qafqaz YOL ARAYIŞINDA... - İNCƏLƏMƏ
Bu gün, 11:40
“Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” - deputat
Bu gün, 11:33
Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... - SİYAHI
Bu gün, 11:24
Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya MÜRACİƏT
Bu gün, 11:20
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni təyinat - ƏMR
Bu gün, 11:15
Dövlət işçilərinin tibbi sığortasını hansı şirkət edir? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 11:12
Çingiz Qənizadə Fransada QALİB GƏLDİ - Qənimət Zahid dəymiş ziyanı qəpiyinə kimi ÖDƏDİ
Bu gün, 11:02
Yorğun ayaqlarla marketinq: - ticarət mərkəzlərinin etikanı yada salmasının vaxtıdır
Bu gün, 11:01
Qəbələdəki dəhşətli qətl hadisəsi ilə bağlı kassasiya şikayəti verildi - TƏFƏRRÜAT
Bu gün, 10:59
Nazir ona yüksək vəzifə verdi - BUNDAN SONRA...
Bu gün, 10:58
ABŞ–İsrail–İran münaqişəsi neft nəhənglərinə milyardlar qazandırdı - “The Guardian” qəzeti
Bu gün, 10:56
Ermənistanın yeni təsdiqlənmiş xanım daxili işlər naziri Zəngəzurdakı postlara baş çəkdi... - FOTO, VİDEO
Bu gün, 10:51
Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 10:46
Maaşı 300 manat olan kitabxanaçıya qənaət, qanunsuz gəlir dövriyyəsinə şərait? - BU NƏDİ BELƏ?
Bu gün, 10:43
Paşinyan Qırğızıstana gedib - Ermənistan mediası
Bu gün, 10:40
30-40 ilin hərbçiləri Prezidentdən KÖMƏK İSTƏYİRLƏR... - MÜRACİƏT
Bu gün, 10:36
"Bahar Energy Operating Company"də NƏ İŞLƏR ÇEVRİLİR... - Öz kadrlarımıza NƏ OLUB Kİ?
Bu gün, 10:29
Ermənistan suriyalı ermənilərə pasport verir – 81 min dollar ayırıb
Bu gün, 10:16
Azyaşlıların müdafiəsi üçün sərt nəzarət başlayır - ŞƏRH
Bu gün, 10:15
Kulevi sanksiyaları və Azərbaycan maraqlarına təsir - İNCƏLƏMƏ
Bu gün, 10:11
Sabiq nazirin müsadirə olunan mənzillərindən biri hərracda 463 minə satılıb - DETALLAR
Bu gün, 10:10
“Qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxsə AĞIR CƏZA
Bu gün, 10:09
Azərbaycan İnvestisiya Holdinqini audit edəcək şirkət – MƏLUM OLDU
Bu gün, 10:07
Borc üstündə yaranan mübahisə qanlı insidentlə nəticələndi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Bu gün, 09:49
"Hamını aldatdılar ki, idarə ixtisara düşüb..." - "Azəriqaz"ın keçmiş işçisindən İFŞA!
Bu gün, 09:45
Bakıda həbsdə olan müxalifət Ermənistanda xilaskar rolunda - NƏ BAŞ VERİR?
Bu gün, 09:36
Putinin Ukraynadan sonrakı ŞOK planı – Postsovet ölkələrinə TƏHLÜKƏ!
Bu gün, 08:19
Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
Bu gün, 08:17
"Qeyri-peşəkar xidmət göstərilir.." - burda pullar yoxa çıxır...
Bu gün, 08:11
SOCAR-ın daha bir YEYƏNİ: Rüfət Rzayev... - İLGİNC İDDİALAR
Bu gün, 08:03
Tum aldı... içindən siqaret kötüyü çıxdı - FOTO
Bu gün, 07:53
"Kapital Bank": bunlar sələmçidən də betərdilər... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru