Cənubi Qafqazdakı otuz illik dramın sonu .....                     Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR .....                     Aktrisadan kədərli paylaşım .....                     AYNA şefi bax beləcə milyonçu olur... .....                     Cənubi Qafqazda böyük dəyişiklik başlayır .....                     Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? .....                     NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı .....                     Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub .....                     “İranı Qəzzanın gününə salmaq istəyirlər” .....                     Azərbaycanın ən çətin günlərində yanımızda idi... .....                     Bakı-Vaşinqton xəttində yeni mərhələ: .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı .....                     "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." .....                     İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: .....                     Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik .....                     Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı .....                     ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir .....                     Paşinyan İlham Əliyevə zəng edib .....                     Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? .....                     Maliyyə Nazirliyi bu il dövlət qurumlarında .....                     "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" .....                     Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! .....                     Ermənistanda qalmaqallı həbs .....                     Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI .....                     Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: .....                     4 azərbaycanlı cinayət başında yaxalandı: .....                     “Fazil Mustafa saytların dost siyahısındadır” .....                     Blogerin əri xanımının ad günündə vəfat edibmiş .....                     DOST Agentliyinin TENDERYEYƏN "dostu"... .....                     Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... .....                     “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi .....                     Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır .....                     Xocavənddə traktor minaya düşdü .....                     8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür .....                     Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? .....                     “Qala Sığorta”da 19 milyon manatlıq azalma .....                     Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: .....                     ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır .....                     Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb .....                 

Kritik qərar ərəfəsində: hələlik pıçıltılar dolaşır - NƏ BAŞ VERİR?
Tarix: 30-11-2023, 14:00 | Çap et
Kritik qərar ərəfəsində: hələlik pıçıltılar dolaşır
Almaniyanın məşhur “Bild” qəzeti Berlin və Vaşinqtonda Ukraynanın Rusiya ilə danışıqlara məcbur edilməsinə dair planlar hazırlandığını iddia edib. Nəşr yazır ki, Litvanın xarici işlər naziri Gabrielus Landsbergis ehtimal olunan planlardan narahatlığını ifadə edib.

Qeyd edək ki, bundan öncə Ağ Evin əsas təbliğat ruporlarından olan “Foreign Affairs” nəşri də ABŞ-ın Ukraynaya dəstəkdən imtina edəcəyini, artıq buna ehtiyac olmadığını, bu kontekstdə Bayden administrasiyasında ciddi müzakirələrin aparıldığını açıqlamışdı. Nəşrin məlumatına görə, ABŞ Ukrayna və onun avropalı tərəfdaşları ilə atəşkəsə əsaslanan strategiya üzərində məsləhətləşmələrə başlayacaq.

Beynəlxalq analitiklər gələn il Amerikada keçiriləcək seçkilərdə hazırda şansları yüksək qiymətləndirilən keçmiş Prezident Donald Trampın qələbəsini əngəlləmək, seçkilərə qədər Rusiya-Ukrayna müharibəsini başa çatırmaq üçün belə bir addımın atılacağını bəyan edirlər. Onların sözlərinə görə, enerji asılılığı səbəbindən bəzi Avropa dövlətləri də ABŞ-ın təşəbbüsünü dəstəkləyir.

Məlumdur ki, 2022-ci ilin fevral ayından başlanan və bu günə qədər tam şiddəti ilə davam edən Rusiya-Ukrayna müharibəsi zamanı paytaxt Kiyev də daxil olmaqla böyük şəhərlər, qəsəblər və kəndlər ciddi dağıntılara məruz qalıb. Milyonlarla ukraynalı isə mühacirətə üz tutub.

Yüzminlərlə hərbçinin və mülki şəxsin öldüyü bu müharibənin hansı sonluqla bitəcəyi dünya çapında ciddi maraqla izlənilir. Hər kəsi düşündürən sual da budur: ABŞ Ukraynanı qurban verəcək, yoxsa Rusiyanı təslimçi sülhə məcbur edəcək?

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, ABŞ və müttəfiqlərinin Ukraynaya yardımı dayandıracağı gözlənilən idi: “Bununla bağlı beynəlxalq analitiklər uzun müddət idi müxtəlif proqnozlar irəli sürürdülər. Ötən iki ilə yaxın müddət ərzində ABŞ və Qərb Ukraynaya hərbi və iqtisadi dəstək nümayiş etdirdi. Lakin bu, uzun müddət belə davam edə bilməzdi. Çünki Rusiya da kifayət qədər böyük dövlətdir və onu sarsıtmaq elə də asan məsələ deyil. Bunu okeanın o tayında da, Avropanın özündə də başa düşürlər”.

“Hesab edirəm ki, ABŞ və Qərbin məqsədi Rusiyanı kifayət qədər zəiflətmək idi ki, müəyyən mənada buna nail oldular. Rusiyanı faktiki olaraq Avropanın qaz bazarından uzaqlaşdırdılar. İqtisadi embarqolarla şimal qonşumuzu beynəlxalq iqtisadi proseslərdən kənarda qoydular. Bütün bunlara nail oldular və hazırkı şəraitdə Amerikanın geri çəkilməsi, Ukraynanı sülhə məcbur etməsi gözləniləndir. Bu mənada Qərb nəşrlərində iddia olunan məqamlarla razılaşıram. Yəqin ki, yaxın aylarda bu, baş verəcək”, - deyə həmsöhbətimiz bildirib.

Deputat əmindir ki, bu müharibədən nə Rusiya, nə də Ukrayna qalib çıxacaq: “Məlumdur ki, ABŞ və müttəfiqləri regionda sabitliyi pozmağa, bölgəni öz nəzarətinə almağa çalışır. Biz bunu Ukraynanın, Gürcüstanın və digər dövlətlərin timsalında aydın gördük. Ölkələri müharibəyə qızışdırır, toqquşduur və öz maraqlarını həyata keçirirlər. Bu, dünya, habelə bütün region dövlətləri üçün dərs olmalıdır”.

“Burada bir məqamı da qeyd edim ki, cənab Prezident İlham Əliyevin məntiqli, rasional və praqmatik siyasəti nəticəsində biz bütün bu təhlükələrdən xilas ola bildik. Nəinki regional konfilktlərin mərkəzinə çevrildik, əksinə, beynəlxalq münasibətlər sisteminin gərgin olduğu bir şəraitdə, 30 ildir işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdik. Bütün bunlar bir daha göstərir ki, regionda beynəlxalq maraqların toqquşduğu bir şəraitdə Azərbaycan xalqı hamılıqla cənab Prezident İlham Əliyevin yanında olmalı və onun apardığı siyasəti dəstəkləməlidir. Yeganə nicatımız da məhz bundadır”, - deyə Məhəməliyev vurğulayıb.

ABŞ-ın Ukraynanı yarıyolda qoyacağı barədə iddiaları AYNA-ya şərh edən politoloq Xəqani Cəfərli isə fərqli düşünür. Onun fikrincə, hətta Bayden istəsə belə, Ukraynaya dəstəyi dayandıra bilməyəcək: “İddiaların məzmunu ondan ibarətdir ki, ABŞ-dakı seçkilər öncəsi Bayden adminitrasiyası Ukrayna müharibəsini bitirmək istəyir. Eləcə də Respublikaçıların əsas namizədi, keçmiş Prezident Donald Tramp da Ukrayna müharibəsinin başa çatmasını tələb edir”.

“Lakin bir məqam var ki, ABŞ və Qərb ölkələrində dövlət başçısının iradəsi heç də hər şeyi həll etmir. Hesab edirəm ki, bu informasiyalar şişirdilib və müəyyən qüvvələrin maraqlarına xidmət edir”, - deyə analitik söyləyib.

Onun sözlərinə görə, Ukraynaya dəstəyin nəinki azaldılması, əksinə, artırılması istiqamətində ciddi müzakirələr gedir: “ABŞ-da və Avropada da başa düşürlər ki, Ukraynanı yarıyolda qoymaq Qərnbin reputasiyasını ciddi şəkildə zədələyəcək və anti-Qərb koalisiyasının güclənməsinə gətirib çıxaracaq. ABŞ və Qərbin buna gedəcəyi, belə bir ehtimalla razılaşacağı qətiyyən inandırıcı deyil”.

Cəfərli hesab edir ki, Rusiyanın çöküşü qısa müddət ərzində və sürətli formada baş verəcək: “Rusiya cəmiyyəti elə bir cəmiyyətdir ki, orada baş verəcək prosesləri əvvəlcədən birmənalı şəkildə proqnozlaşdırmaq mümkün deyil. SSRİ-nin də çöküşü belə olmuşdu. Gözlənilməz bir şəraitdə proseslər o qədər sürətlə inkişaf etdi ki, Sovet İttifaqı kimi nəhəng imperiya çökdü. Hesab edirəm ki, Rusiyanın çöküşü də məhz belə olacaq. Buna isə çox qalmayıb”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Bu gün, 06:56
Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Aktrisadan kədərli paylaşım - FOTO
Bu gün, 06:46
AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Bu gün, 06:40
Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Bu gün, 06:30
Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Bu gün, 06:27
NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Bu gün, 06:22
Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Bu gün, 06:18
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Dünən, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Dünən, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Dünən, 13:35
Qazaxda taxıl biçini başa çatıb
Dünən, 13:31
Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Dünən, 13:29
"O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Dünən, 12:55
İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Dünən, 12:53
Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Dünən, 12:47
Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Dünən, 12:44
ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Dünən, 12:40
Paşinyan İlham Əliyevə zəng edib
Dünən, 12:37
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Dünən, 12:35
Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Dünən, 12:32
"Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Dünən, 12:31
Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Dünən, 12:29
Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Dünən, 12:26
Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Dünən, 12:24
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Dünən, 12:21
4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Dünən, 12:17
“Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Dünən, 12:15
Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Dünən, 12:14
DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Dünən, 12:02
Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Dünən, 11:49
“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Dünən, 11:43
Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Dünən, 11:25
Xocavənddə traktor minaya düşdü
Dünən, 11:06
8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Dünən, 11:04
Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Dünən, 11:01
“Qala Sığorta”da 19 milyon manatlıq azalma
Dünən, 10:56
Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Dünən, 10:40
ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır - CNN
Dünən, 10:34
Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan
Dünən, 10:32
Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... SİLSİLƏSİNDƏN...
Dünən, 10:30
"Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı - FOTO
Dünən, 09:24
ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə - GƏLİŞMƏ
Dünən, 09:22
Sülh prosesində hələ son mərhələyə çatmamışıq - Paşinyan belə deyir...
Dünən, 09:20
Dünya bazarlarında neft bahalaşıb
Dünən, 09:18
Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Dünən, 09:13
Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Dünən, 08:42
Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Dünən, 08:28
"Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Dünən, 08:25
NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Dünən, 08:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru