MİDA Naxçıvanda 24 milyon manatlıq yeni yaşayış kompleksi salır .....                     TENDER DƏLƏDUZU Naxçıvanda BOY GÖSTƏRDİ... .....                     Mərmər-qranit biznesi ilə məşğul olan Azərbaycan şirkətinin .....                     "Mərdəkanlı Amin"in qardaşı yenidən .....                     Azərbaycanda ən bahalı ixtisaslar açıqlanıb .....                     Azərbaycan nefti bahalaşıb .....                     "Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram..." .....                     Tələbələrin DƏRS saatı dəyişir? .....                     Dəməşq və Moskva arasındakı razılaşmanın detalları .....                     FHN Kəramət Böyükçölü niyə “yandırdı”? .....                     "Allah bilir nə oyun çevirirlər..." .....                     Suda boğulanlara QURU MÜNASİBƏT .....                     Neft bazarına HÖRMÜZ TƏSİRİ .....                     "İndi biz onların səhvini təkrarlayıb tarixi diskursa girişmişik." .....                     XALQ ADAMI və ZƏMANƏ ADAMI... .....                     Trampın Ankaradan gizli şəkildə hərbi təyyarə ilə aparıldığı iddia edilir .....                     AHİK-in elektron yollayış sistemi əlilləri və veteranları hüquqlarından məhrum edir? .....                     Qərbi Azərbaycanlıların Ermənistana qayıtmasını kim və niyə istəmir? .....                     "Online Tikinti Bazarı" fəaliyyətini dayandırdı .....                     Başdan-başa korrupsiyalaşmış GÖYGÖL... .....                     Ermənilərlə birləşib Paşinyanı devirmək üçün “qolları çırmaladılar” .....                     Bir uşaq bağçasından bu qədər yazılırsa... .....                     Ermənistan 70 min GPU ilə süni intellektə sıçrayır: “Azərbaycan ləngiyir” .....                     Nazirliyin dediyi 10 min manatlıq işə işçi tapılmır? .....                     “Özü xəstəxanaya getdi, qəfil öldü, vəsiyyət də edə bilmədi; qəbrinə getməmişəm...” .....                     "Azurit Group" MMC-nin 3,7 milyonluq borcu üzə çıxdı .....                     ABŞ kəşfiyyatı Leypsiqdəki dron insidentini Rusiya ilə əlaqələndirir .....                     “Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..” .....                     “7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…” .....                     Hansı universitetlərdə təhsil haqqı azaldılıb? .....                     “Ermənistan iqtisadi cəhətdən Azərbaycanın təsiri altına düşür” .....                     “Nizami” stansiyasının tuneli ləğv edilir .....                     “Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 60 qəpik azalıb .....                     Xamenei ilə yeddi saatlıq görüş keçirdim .....                     Məktəblərdə dərslər gec başlaya bilər .....                     VTB-nin səhmdarlarının növbədənkənar .....                     “Yığımcıl oldum, amma varlı olmadım” .....                     Prokuror "Okean" restoranında tanışını bıçaqlayana .....                     60 milyon avro... .....                 

İranın Türkiyədəki gizli fəaliyyəti, altı səbəb - İNCƏLƏMƏ...
Tarix: 30-12-2022, 10:32 | Çap et
İranın Türkiyədəki gizli fəaliyyəti, altı səbəb
Türkiyə ali kəşfiyyat orqanı olan Milli İstihbarat Təşkilatının (MİT) başçılığı ilə keçirilən əməliyyatlarda İranın Vanda 5 casusu tutularaq istintaqa təhvil verilib.
İranın Türkiyə ərazisini kəşfiyyat poliqonu kimi görməsinin səbəblərini və hədəflərini analiz edərkən bir neçə istiqaməti canlandıra bilərik.
1. İranın xarici siyasətindəki siyasi islamın radikal şiəlik xətti ana məzmundur və Tehran hər vəchlə qonşu ölkələrdə, Yaxın Şərqdə genişlənən ambisiyalarında hədəflərə çatmaq vasitəsi kimi həmin ideologiyanı yayır. Bu mənada İranın Türkiyədəki kəşfiyyat fəaliyyəti son illərin məhsulu deyil, bu kök 1990-cı illərə qədər gedib çıxır.
Türkiyə dünyəvi ölkə olmasına baxmayaraq, müsəlman dünyasını parçalamağa qarşı oxları neytrallaşdırmaqdan ötrü İslamın vahid birləşdirici ideallarını təkmilləşdirərək onu siyasətə gətirir. İranın sabitliyi poza biləcək davranışları Ankaranı, Türkiyənin “Ərəb baharı”nın müsəlman dünyasında yaratdığı çaşqınlıq fonunda birləşdirici dini ideyalarla çıxışı Tehranı qıcıqlandırır.
Qarşılıqlı etirazlar və toqquşan maraqlar Türkiyə ilə İranı nüfuz uğrunda uzunmüddətli rəqabətə kökləyir. İki ölkənin böyük ticarət həcmi və perspektiv üçün zəngin imkanları olsa da, münasibətlərin ümumi xarakteri qarşılıqlı şübhə və rəqabət əsasında müəyyən edilib.
İranın xüsusi xidmət orqanlarının qayəsi Türkiyədəki sekulyar təsisatı zəiflətmək, siyasi şiəliyə əsaslanan hərəkatı gücləndirmək məqsədi daşıyır, hərçənd ki, Tehran hədəflərinə çatmaqda aciz görünür.
2. Tehranın qlobal arenadakı molla rejiminə müxalif iranlıları təqib etmək, onları qaçırmaq planını işə salması Türkiyəyə də təsirsiz ötüşmür. İranın hədəflərinin siyahısında Ankaranın təhlükəsizliyinə zəmanət verdiyi iranlıları oğurlayıb Tehran rejiminin cəbr aləti qarşısında cəzalandırılması ayrıca bir məzmun kimi keçir.
3. Türkiyənin İsraillə yaxınlaşması bu iki ölkənin “Ərəb açılımı” fonunda da proqressiv nəticələr qazandırır, bununla paralel olaraq həm Ankara, həm də Təl-Əviv Cənubi Qafqazdakı mövqelərini bərkidir. İranın regional sülh nizamını dəyişmək ambisiyaları ilə təhdidlər yağdırması həm İsrail, həm Türkiyə, həm də Azərbaycanı qayğılandırır.
İran casuslarının Türkiyədə ələ keçirilmələri tendensiyası Ankara və Tehran arasında Cənubi Qafqaz uğrunda rəqabətinin qızışmasının son əlaməti kimi də başa düşülür. Çünki Ankara Qarabağ müharibəsinin yekununda Cənubi Qafqazda genişlənən siyasətə sahiblənir. İran Türkiyə daxilində çaşqınlıq yaratmaq, Ankaranın Cənubi Qafqazdakı siyasi, hərbi-strateji maraqlarına zərbə vurmaq üçün kəşfiyyat alətlərindən istifadə edir.
4. Türkiyə və İran həm Fələstin məsələsində, həm Suriya və İraqda toqquşan maraqlara sahibdir, hərçənd ki, hər iki ölkənin rəsmi mövqeyində Fələstinə dəstək bəyanatları var.
5. İranın kəşfiyyat planları sırasında israilli diplomatların öldürülməsi, onların qaçırılması ssenariləri yer almaqdadır, Tehran bu missiyanı Türkiyədəki israillilərə qarşı da oxa çevirməkdə maraqlıdır. Bununla da İslam Respublikası Türkiyənin etibarını sarsıtmaq, onun təhlükəsizliyə qarantiya verə bilən ölkə olmaması təəssüratını yaratmağı hədəfləyir.
6. Türkiyə ilə İran arasındakı gərginliyin altıncı istiqamətini, daha çox iqtisadi məsələlərlə əlaqələndirmək olar.
Türkiyə Cənub Qaz Dəhlizi, Rusiya ilə enerji layihələri vasitəsilə, Türkmənistan qazının Avropaya ixracı ehtimallarında tutduğu mövqe ilə, iqtisadi parametrlər üzrə Tehranın regiondakı profilini aşağı sala biləcək strateji potensiallarını çoxaldır.
Altıncı bənddən bir yarımbənd də çıxarmaq olar, belə ki, Türkiyə Qərb ölkələrinin İrana qarşı total sanksiyalarını özünün iqtisadi səmərəsi üçün hesablayır.
Türkiyə İrana qarşı ağırlaşan embarqolar səbəbi ilə bu ölkədən aldığı qazın qiymətini aşağı salmağa çalışır və Tehran satış üçün münbit ölkəni əldən buraxmamaq üçün ixrac qiymətində ucuzlaşmaya getmək məcburiyyəti ilə qarşılaşır.
Tehranın Ankaraya qarşı kəşfiyyat diapazonu Türkiyəni İranın iqtisadi rıçaqlarından istifadədə davamlı olması üçün təzyiq kimi də şərh edilə bilər.
Türkiyə ilə İran aralarındakı rəqabətli mühiti, ikitərəfli münasibətlərdə sürətlə daralan ticarət əlaqələrini kompensasiya etməklə nisbətən yaxşılaşdıra bilərlər.
Lakin bu, strateji rəqabətin dostluqla əvəzlənməsi üçün əsas ola bilməz, ona görə də İranla Türkiyənin nüfuz savaşı Yaxın Şərqdə, Cənubi Qafqazda daha da qabarıqlaşacaq.
Ankara təkcə ölkə daxilində deyil, Yaxın Şərqdə də İranın agentura şəbəkəsi ilə üz-üzə gəlir, lakin MİT-in üstün zəkası, İsrail kəşfiyyatı ilə koordinasiya Tehranı məqsədinə çatmağa qoymur.
Aqşin Kərimov - DİA.AZ








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MİDA Naxçıvanda 24 milyon manatlıq yeni yaşayış kompleksi salır - DETALLAR
Bu gün, 09:47
TENDER DƏLƏDUZU Naxçıvanda BOY GÖSTƏRDİ... - BU NƏDİ BELƏ?
Bu gün, 09:43
Mərmər-qranit biznesi ilə məşğul olan Azərbaycan şirkətinin mənfəəti bölüşdürüləcək
Bu gün, 09:40
"Mərdəkanlı Amin"in qardaşı yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 09:38
Azərbaycanda ən bahalı ixtisaslar açıqlanıb - SİYAHI
Bu gün, 09:35
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:21
"Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram..." - "Azəriqaz" şefinə işçisindən AÇIQ MƏKTUB
Bu gün, 09:14
Tələbələrin DƏRS saatı dəyişir? – Bakıda YENİ hazırlıq
Bu gün, 08:29
Dəməşq və Moskva arasındakı razılaşmanın detalları - TƏFƏRRÜAT
Bu gün, 07:59
FHN Kəramət Böyükçölü niyə “yandırdı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:57
"Allah bilir nə oyun çevirirlər..." - ETİRAZ VAR!
Bu gün, 07:49
Suda boğulanlara QURU MÜNASİBƏT - AXI NİYƏ?..
Bu gün, 07:35
Neft bazarına HÖRMÜZ TƏSİRİ - aydınlıq yoxdur deyə...
Bu gün, 07:25
"İndi biz onların səhvini təkrarlayıb tarixi diskursa girişmişik." - partiya sədri
Bu gün, 07:20
XALQ ADAMI və ZƏMANƏ ADAMI... - replika
Bu gün, 07:09
Trampın Ankaradan gizli şəkildə hərbi təyyarə ilə aparıldığı iddia edilir - “Washington Post“
Bu gün, 06:47
AHİK-in elektron yollayış sistemi əlilləri və veteranları hüquqlarından məhrum edir? — “Qara otaqda olmayan qara pişiyi tapın” tələbi
Bu gün, 06:42
Qərbi Azərbaycanlıların Ermənistana qayıtmasını kim və niyə istəmir? - AKTUAL
Bu gün, 06:37
"Online Tikinti Bazarı" fəaliyyətini dayandırdı – 85 minlik vergi borcu var
Bu gün, 06:25
Başdan-başa korrupsiyalaşmış GÖYGÖL... - İTTİHAM VAR...
Bu gün, 06:23
Ermənilərlə birləşib Paşinyanı devirmək üçün “qolları çırmaladılar” - GƏLİŞMƏ
Bu gün, 06:15
Bir uşaq bağçasından bu qədər yazılırsa... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:12
Ermənistan 70 min GPU ilə süni intellektə sıçrayır: “Azərbaycan ləngiyir” - ÇAĞIRIŞ
Bu gün, 06:03
Nazirliyin dediyi 10 min manatlıq işə işçi tapılmır? - AKTUAL
Bu gün, 06:02
“Özü xəstəxanaya getdi, qəfil öldü, vəsiyyət də edə bilmədi; qəbrinə getməmişəm...” - ANIM
Bu gün, 05:59
"Azurit Group" MMC-nin 3,7 milyonluq borcu üzə çıxdı - FOTO
Bu gün, 05:53
ABŞ kəşfiyyatı Leypsiqdəki dron insidentini Rusiya ilə əlaqələndirir - “The Guardian”
Bu gün, 05:51
“Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..” – İran səfirindən xalq artistinə İLGİNC TƏKLİF
Dünən, 18:14
“7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…” – Sərkisyan
Dünən, 18:09
Hansı universitetlərdə təhsil haqqı azaldılıb? –Siyahıdakı adlar
Dünən, 17:31
“Ermənistan iqtisadi cəhətdən Azərbaycanın təsiri altına düşür” - “Past”
Dünən, 17:23
“Nizami” stansiyasının tuneli ləğv edilir - Mütəxəssis izah etdi
Dünən, 17:22
“Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var - "Nazirliyə rəsmi müraciət etsək də..."
Dünən, 17:17
Azərbaycanda orta aylıq əməkhaqqı 60 qəpik azalıb - RƏQƏMLƏR
Dünən, 17:14
Xamenei ilə yeddi saatlıq görüş keçirdim - Pezeşkian
Dünən, 17:10
Məktəblərdə dərslər gec başlaya bilər – Yeni sistemə keçməyin vaxtıdır
Dünən, 17:07
VTB-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək
Dünən, 17:06
“Yığımcıl oldum, amma varlı olmadım”
Dünən, 17:04
Prokuror "Okean" restoranında tanışını bıçaqlayana CƏZA İSTƏDİ
Dünən, 16:59
60 milyon avro... - Azərbaycan bu məsələdə Rusiyanı əvəz edə bilərmi?
Dünən, 16:54
Yasəmənin ölümü yenidən araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:52
"Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik" - İTTİHAM VAR...
Dünən, 16:45
"‘Kasko’ nəyə lazımdır?" - ETİRAZ
Dünən, 16:36
Daşnakların “tələb”ləri varmış: Saqatelyan Bakıyla sülhə necə baxır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:31
“David Seliverstov”la deputatı nə birləşdirir? – Rafailovun təkzib edə bilmədiyi FAKTLAR
Dünən, 16:26
Mahmud Əhmədinejadın İLGİNC fotosu yayıldı
Dünən, 16:22
Paşinyanın bu sözündən sonra kim Ermənistandan məhsul alar? - Xaçaturyan
Dünən, 16:20
Türkiyəyə 196 min, Ermənistana 110 min, Azərbaycana isə 10 min gürcü turist səfər edib - NECƏ GƏLSİNLƏR Kİ...
Dünən, 16:17
Azərbaycanda 7 şirkət fəaliyyətini dayandıraraq holdingə qoşuldu - SİYAHI
Dünən, 16:16
«Etibarsız təchizatçı» elan olunan «Best Auto Service» MMC-yə büdcə pullarını KİM ÖTÜRÜR? - ADLAR BƏLLİ...
Dünən, 16:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru