Ayanın "havalı" obrazları .....                     “O illərdə telefon nömrəmi heç kim bilmirdi, bu gün bekaram, indi məni axtarıb tapmağa nə var ki?” .....                     Bakıda sevgilisini ov tüfəngi ilə vuraraq öldürmək istədi .....                     Rusiya XİN Ermənistanla bağlı açıqlama verdi .....                     Qonşu köməyi: Pezeşkianın Azərbaycana təşəkkürünün arxasında nə dayanır? .....                     MİDA Naxçıvanda 24 milyon manatlıq yeni yaşayış kompleksi salır .....                     TENDER DƏLƏDUZU Naxçıvanda BOY GÖSTƏRDİ... .....                     Mərmər-qranit biznesi ilə məşğul olan Azərbaycan şirkətinin .....                     "Mərdəkanlı Amin"in qardaşı yenidən .....                     Azərbaycanda ən bahalı ixtisaslar açıqlanıb .....                     Azərbaycan nefti bahalaşıb .....                     "Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram..." .....                     Tələbələrin DƏRS saatı dəyişir? .....                     Dəməşq və Moskva arasındakı razılaşmanın detalları .....                     FHN Kəramət Böyükçölü niyə “yandırdı”? .....                     "Allah bilir nə oyun çevirirlər..." .....                     Suda boğulanlara QURU MÜNASİBƏT .....                     Neft bazarına HÖRMÜZ TƏSİRİ .....                     "İndi biz onların səhvini təkrarlayıb tarixi diskursa girişmişik." .....                     XALQ ADAMI və ZƏMANƏ ADAMI... .....                     Trampın Ankaradan gizli şəkildə hərbi təyyarə ilə aparıldığı iddia edilir .....                     AHİK-in elektron yollayış sistemi əlilləri və veteranları hüquqlarından məhrum edir? .....                     Qərbi Azərbaycanlıların Ermənistana qayıtmasını kim və niyə istəmir? .....                     "Online Tikinti Bazarı" fəaliyyətini dayandırdı .....                     Başdan-başa korrupsiyalaşmış GÖYGÖL... .....                     Ermənilərlə birləşib Paşinyanı devirmək üçün “qolları çırmaladılar” .....                     Bir uşaq bağçasından bu qədər yazılırsa... .....                     Ermənistan 70 min GPU ilə süni intellektə sıçrayır: “Azərbaycan ləngiyir” .....                     Nazirliyin dediyi 10 min manatlıq işə işçi tapılmır? .....                     “Özü xəstəxanaya getdi, qəfil öldü, vəsiyyət də edə bilmədi; qəbrinə getməmişəm...” .....                     "Azurit Group" MMC-nin 3,7 milyonluq borcu üzə çıxdı .....                     ABŞ kəşfiyyatı Leypsiqdəki dron insidentini Rusiya ilə əlaqələndirir .....                     “Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..” .....                     “7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…” .....                     Hansı universitetlərdə təhsil haqqı azaldılıb? .....                     “Ermənistan iqtisadi cəhətdən Azərbaycanın təsiri altına düşür” .....                     “Nizami” stansiyasının tuneli ləğv edilir .....                     “Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 60 qəpik azalıb .....                     Xamenei ilə yeddi saatlıq görüş keçirdim .....                 

Türkiyə NATO və Rusiya arasında: Ankara kimin maraqlarını önə çəkir? - İNCƏLƏMƏ...
Tarix: 24-12-2022, 10:03 | Çap et
Türkiyə NATO və Rusiya arasında: Ankara kimin maraqlarını önə çəkir?
Türkiyə NATO üzvü olsa da, alyansla bir çox mövzudakı inciklikləri mövcuddur.
Ankaranın xarici siyasət kursundakı NATO gündəliyi nahamar müstəvidə inkişaf edir. Problemlərə baxmayaraq, Türkiyənin böyük strategiyasının mərkəzində NATO xüsusi yer tutur. Elə bu səbəbdəndir ki, Ankaranın Moskva ilə əməkdaşlıq sferasını genişləndirməsi alyansı sancılandırır.
Normaldır, çünki NATO da Türkiyəyə ehtiyac duyur və özünün aydın əlamətlərlə girə bilmədiyi regionlara Ankara vasitəsilə soxulmağa can atır.
Ankara geosiyasi proseslərdə strateji tarazlaşdırıcıdır
Onu da nəzərə almaq lazımdır ki, Türkiyə NATO-nun Rusiya və Çin ilə rəqabətində bufer zonasıdır. Hətta yeri gələndə Ankara NATO üçün elçilik edərək Moskva ilə münasibətlərdə tarazlaşdırıcı missiya ilə çıxış edir.
Ankaranın belə gizli missiyası onu Avropa və Asiyanın kəsişməsində qlobal güc olmasına münbit zəmin yaradır.
Elə buna görədir ki, Türkiyə sürətlə regional çərçivələri aşıb qlobal oyunçu statusu qazanmağa namizəd rolundadır. Bu istiqamətdə Ankaraya Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında baş verən hadisələr stimullaşdırıcı dəstək verir.
Türkiyənin bu iki ərazi ilə yanaşı digər regionlarda da oyunçuluq bacarıqlarını inkişaf etdirməsi Rusiyaya da, NATO-ya da sərf edir. Elə isə sual olunur: Türkiyə daha çox hansının maraqlarını təmin edir?
Hesab etmək olar ki, bu, regionun xarakterindən asılı olaraq dəyişir. Lakin Türkiyə müvazinətini maksimal saxlamaqla təhlükəli böyük planların ortasında qalmaqdan kənarlaşır.
Türkiyə Rusiya-NATO qarşıdurmasından və onun mümkün nəticələrindən özünün milli maraqlarını inkişaf etdirmək üçün istifadə edir. Məsələn, Cənubi Qafqaz regionunda Ankara çəkisini Rusiya vasitəsilə artırır, atdığı addımların nəticələri isə NATO-nun xeyrinə işləyir.
Cənubi Qafqazda Türkiyənin təsirinin artması Azərbaycanın marağındadır
Türkiyənin çəkisinin Cənubi Qafqaz üzərində böyüməsi Azərbaycanın hədsiz marağındadır, çünki Ankara regional təhdidlərin önündə dayanmaq üçün böyük potensiala sahibdir.
Türkiyə Cənubi Qafqazda strateji maraqlarının təmini üçün Rusiya ilə əməkdaşlıq formatına üstünlük verir, çünki Moskvanın region üzərindəki nəfəsi kəsilməyib və Qərb hələ də ofsaydda qalmaqda davam edir.
Ankara isə gözləmək niyyətində deyil, çünki qlobal toqquşmalardan qopan qəlpələrin ona dəymək risklərini hesablayır, buna görə də qonşu regionlarda hansısa formada möhkəmlənməyi qarşıya məqsəd qoyur.
Cənubi Qafqazda Türkiyə üçün uyğun format Azərbaycanla dərinləşən strateji müttəfiqlik əlaqələrini Rusiyaya qarşı cəbhə kimi inkişaf etdirməməkdir. Lakin Ankaranın Bakıya dəstəyi də Moskvadan əsən küləklərin xəfiflədilməsində mühüm çəki qazanır.
Cənubi Qafqazda Azərbaycanla Türkiyəni narahat edən digər məsələ Gürcüstan-Rusiya gərginliyidir. Bakı ilə Ankara Tbilisinin təhlükəsizlik zolağında mövqelənməsi üçün çalışır və bu amil Kremli Gürcüstana hansısa məqamda hərbi müdaxilə etməkdən çəkindirir.
Yəni başıbəlalı və taleyində qara səhifələr çox olan bu regionda göründüyündən də artıq problemlər mövcuddur, Azərbaycanın Qarabağ münaqişəsini həll etməsi ilə Türkiyənin regiona gəlişi xoşagələn presedentlər üçün həlledici amil sayıla bilər.
Gürcüstan amili Azərbaycan-Türkiyə-NATO üçbucağında kanalların açıq qalması üçün bir mövzudur, çünki Şimali Atlantika Müqaviləsi Təşkilatı Cənubi Qafqazda Tbilisini öz bucağı altına çəkə bilib.
Göründüyü kimi Türkiyənin həm Qərblə, həm də Rusiya ilə mübahisələri, fikir ayrılıqları olsa da, bir-birinə əks qütbə dayanan oyunçular Ankara ilə bağlı xarici siyasət gündəminə praqmatik ideyaları gətirməyə məcburdurlar.
Rusiya və NATO-nun TDT-yə olan marağı
Rusiya və NATO-nu cəlb edən digər platforma Türk Dövlətləri Təşkilatıdır və onların hər ikisi bu qurumu regional güc kimi dəyərləndirdiyindən ondan müdafiə zolağı kimi yararlanmaq prioritetləri üzərində işləyirlər.
TDT-nin hansı strateji şüurla – Avroatlantik, yoxsa Avrasiyaçı – inkişaf edəcəyi suallar yaratsa da, hesab edirik ki, Türkiyə onu məhz öz proqramı çərçivəsində, yəni “həm Rusiya, həm də Qərb” modeli ilə meydana atmağı hədəfləyir.
Sadəlikdən mürəkkəbliyə doğru yön aldıqca, ortaya digər bir fərqli oyunçu olan Çinin çıxdığını görürük. Pekin də TDT-dən maksimal faydalar götürməkdə israrlı olduğu üçün onun Mərkəzi Asiyadakı maraqları Cənubi Qafqazdakı prioritetləri ilə düz mütənasib şəkildə qurulur.
Azərbaycanla Türkiyə NATO üçün rəqib, Rusiya üçün mehriban düşmən olan Çinin maraqlarının artmasından narahatlıq keçirmir. Çünki Pekin regiona ərazi təhdidləri gətirmir və iqtisadi prioritetlərlə əməkdaşlıq təklif edir.
Uzaq perspektiv üçün proqnoz
Rusiya-Ukrayna müharibəsinin gedişatı və hesablanan nəticələri digər oyunçuların maraqlarını redaktə etməsinə gətirib çıxaracaq. Lakin Türkiyənin Moskva ilə əməkdaşlıq xəttini sarsıdacağı real görünmür.
Cənubi Qafqaz bölgəsində hələ uzun illər Rusiya-Türkiyə birgə prioritetləri ilə proseslər inşa ediləcək. Əgər Ukraynadakı müharibədən Moskva məğlub çıxsa, onun bu regionda təsir imkanları zəifləyəcək. Bu zaman Türkiyə strateji dərinliklərdə NATO-nun regionda möhkəmlənməsinə şərait yaradacaq.
Ancaq NATO daxilində Türkiyəyə heç də xoş münasibət bəsləməyən ölkələr olduğundan Ankara alyansın maraqlarının təminində üzərinə düşən limiti aşmayacaq.
Aqşin Kərimov,
"Kaspi"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ayanın "havalı" obrazları - Fotolar
Bu gün, 10:20
“O illərdə telefon nömrəmi heç kim bilmirdi, bu gün bekaram, indi məni axtarıb tapmağa nə var ki?” - Akif İslamzadə
Bu gün, 10:04
Bakıda sevgilisini ov tüfəngi ilə vuraraq öldürmək istədi - MƏHKƏMƏ
Bu gün, 09:58
Rusiya XİN Ermənistanla bağlı açıqlama verdi - "...vədlər verirlər"
Bu gün, 09:54
Qonşu köməyi: Pezeşkianın Azərbaycana təşəkkürünün arxasında nə dayanır? - Görünəni odur ki...
Bu gün, 09:49
MİDA Naxçıvanda 24 milyon manatlıq yeni yaşayış kompleksi salır - DETALLAR
Bu gün, 09:47
TENDER DƏLƏDUZU Naxçıvanda BOY GÖSTƏRDİ... - BU NƏDİ BELƏ?
Bu gün, 09:43
Mərmər-qranit biznesi ilə məşğul olan Azərbaycan şirkətinin mənfəəti bölüşdürüləcək
Bu gün, 09:40
"Mərdəkanlı Amin"in qardaşı yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 09:38
Azərbaycanda ən bahalı ixtisaslar açıqlanıb - SİYAHI
Bu gün, 09:35
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:21
"Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram..." - "Azəriqaz" şefinə işçisindən AÇIQ MƏKTUB
Bu gün, 09:14
Tələbələrin DƏRS saatı dəyişir? – Bakıda YENİ hazırlıq
Bu gün, 08:29
Dəməşq və Moskva arasındakı razılaşmanın detalları - TƏFƏRRÜAT
Bu gün, 07:59
FHN Kəramət Böyükçölü niyə “yandırdı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:57
"Allah bilir nə oyun çevirirlər..." - ETİRAZ VAR!
Bu gün, 07:49
Suda boğulanlara QURU MÜNASİBƏT - AXI NİYƏ?..
Bu gün, 07:35
Neft bazarına HÖRMÜZ TƏSİRİ - aydınlıq yoxdur deyə...
Bu gün, 07:25
"İndi biz onların səhvini təkrarlayıb tarixi diskursa girişmişik." - partiya sədri
Bu gün, 07:20
XALQ ADAMI və ZƏMANƏ ADAMI... - replika
Bu gün, 07:09
Trampın Ankaradan gizli şəkildə hərbi təyyarə ilə aparıldığı iddia edilir - “Washington Post“
Bu gün, 06:47
AHİK-in elektron yollayış sistemi əlilləri və veteranları hüquqlarından məhrum edir? — “Qara otaqda olmayan qara pişiyi tapın” tələbi
Bu gün, 06:42
Qərbi Azərbaycanlıların Ermənistana qayıtmasını kim və niyə istəmir? - AKTUAL
Bu gün, 06:37
"Online Tikinti Bazarı" fəaliyyətini dayandırdı – 85 minlik vergi borcu var
Bu gün, 06:25
Başdan-başa korrupsiyalaşmış GÖYGÖL... - İTTİHAM VAR...
Bu gün, 06:23
Ermənilərlə birləşib Paşinyanı devirmək üçün “qolları çırmaladılar” - GƏLİŞMƏ
Bu gün, 06:15
Bir uşaq bağçasından bu qədər yazılırsa... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:12
Ermənistan 70 min GPU ilə süni intellektə sıçrayır: “Azərbaycan ləngiyir” - ÇAĞIRIŞ
Bu gün, 06:03
Nazirliyin dediyi 10 min manatlıq işə işçi tapılmır? - AKTUAL
Bu gün, 06:02
“Özü xəstəxanaya getdi, qəfil öldü, vəsiyyət də edə bilmədi; qəbrinə getməmişəm...” - ANIM
Bu gün, 05:59
"Azurit Group" MMC-nin 3,7 milyonluq borcu üzə çıxdı - FOTO
Bu gün, 05:53
ABŞ kəşfiyyatı Leypsiqdəki dron insidentini Rusiya ilə əlaqələndirir - “The Guardian”
Bu gün, 05:51
“Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..” – İran səfirindən xalq artistinə İLGİNC TƏKLİF
Dünən, 18:14
“7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…” – Sərkisyan
Dünən, 18:09
Hansı universitetlərdə təhsil haqqı azaldılıb? –Siyahıdakı adlar
Dünən, 17:31
“Ermənistan iqtisadi cəhətdən Azərbaycanın təsiri altına düşür” - “Past”
Dünən, 17:23
“Nizami” stansiyasının tuneli ləğv edilir - Mütəxəssis izah etdi
Dünən, 17:22
“Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var - "Nazirliyə rəsmi müraciət etsək də..."
Dünən, 17:17
Azərbaycanda orta aylıq əməkhaqqı 60 qəpik azalıb - RƏQƏMLƏR
Dünən, 17:14
Xamenei ilə yeddi saatlıq görüş keçirdim - Pezeşkian
Dünən, 17:10
Məktəblərdə dərslər gec başlaya bilər – Yeni sistemə keçməyin vaxtıdır
Dünən, 17:07
VTB-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək
Dünən, 17:06
“Yığımcıl oldum, amma varlı olmadım”
Dünən, 17:04
Prokuror "Okean" restoranında tanışını bıçaqlayana CƏZA İSTƏDİ
Dünən, 16:59
60 milyon avro... - Azərbaycan bu məsələdə Rusiyanı əvəz edə bilərmi?
Dünən, 16:54
Yasəmənin ölümü yenidən araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:52
"Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik" - İTTİHAM VAR...
Dünən, 16:45
"‘Kasko’ nəyə lazımdır?" - ETİRAZ
Dünən, 16:36
Daşnakların “tələb”ləri varmış: Saqatelyan Bakıyla sülhə necə baxır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:31
“David Seliverstov”la deputatı nə birləşdirir? – Rafailovun təkzib edə bilmədiyi FAKTLAR
Dünən, 16:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru