Dövlət Məşğulluq Agentliyi auditor seçir .....                     Amaliya Pənahovanın qılıncı satışa çıxarılıb .....                     Toyda başlayan mübahisə faciə ilə nəticələndi: 2 qardaş həmkəndlisini döyərək öldürdü .....                     Adil Vəliyev Sabunçuda obyektlərin üstünü satır .....                     Zonabendin iflasa məhkum tamaşası və puç olan arzular .....                     Gürcüstandan işğal olunan Abxaziyaya yanacaq göndərilir .....                     Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edildi .....                     Şadlıq sarayında mahnı sifarişinə görə dava salaraq qonağın burnunu sındırdı .....                     Kəmaləddin Heydərov Baş İdarəni ləğv etdi .....                     “Mahnılarım unudulmur, xarici ölkələrdən dəvətlər gəlsə də getmədim” .....                     FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi .....                     Ermənistan bu kəndi Azərbaycana qaytaracaq .....                     Qəbiristanlıqdan güldan, marketdən “Redbul” oğurladı, .....                     Nazir müavininə ağır itki .....                     Azərbaycan nefti 95.5 dollara satılır .....                     Bakıdan Tbilisiyə gedən qatarda müəmma: Nə baş verir? .....                     Ermənistanın ikili oyunu: nə gözlənilir? .....                     Elə bil kimsə buraları şumlayıb... .....                     Adnan Əhmədzadənin Minerva Marina tankerindən 100 milyonluq əməliyyatı .....                     Gəncəli erməni agentinin gizli əməliyyatı və 70 il sonrakı seçkilərdə Moskva izi .....                     "Rzayev Group"un 700 mindən çox vergi borcu üzə çıxdı .....                     “Türk anakondası” İranı mühasirəyə alır .....                     ABŞ-nin 533 milyon dollar xərclədiyi zavod bir mərmi belə istehsal etməyib .....                     Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? .....                     SOCAR KÜTLƏVİ İXTİSAR DALĞASINI ETİRAF ETDİ .....                     Ukrayna-Rusiya savaşında YENİ MƏRHƏLƏ... .....                     Kəramətdən gözləntiniz nə idi? .....                     Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb .....                     Bu sahədə də ermənilərdən geri qalmağa başlamışıq... .....                     «Araz 2011 A» tikinti şirkəti kimə nə qədər verib ki... .....                     Bakıda qoçu peyda olub: YOL KƏSİRLƏR... .....                     "Bank ilə 3 gündür əlaqə saxlayıram, AMMA..." .....                     Fazil Mustafadan Mübariz Əhmədoğluna SƏRT SÖZLƏR .....                     ARƏSTƏ HÜSEYNOVA KÜÇƏSİ... .....                     Cavid Qurbanovun KƏLBƏCƏR PLANI .....                     "Bu keyfiyyətimizi itirmək olmaz..." .....                     Burda KORRUPSİYA QOXUSU aşkar duyulur .....                     Neft Qaz Çıxarma İdarəsində OĞURLUQ .....                     Həm vaxt itkisidir, həm də... .....                     Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi .....                 

İraqda yarışiə-yarışünni ittifaqı qurulur – Bağdad Tehrana “əlvida” deyəcəkmi?
Tarix: 12-10-2021, 15:01 | Çap et
İraqda yarışiə-yarışünni ittifaqı qurulur
İraqda keçirilən parlament seçkilərinin ilk nəticələri açıqlanıb.

Ovqat.com-un xəbər verir ki, İraq MSK-nın açıqlamasına görə, seçkiyə qatılan partiyalardan heç biri təkbaşına hökumət quracaq sayda millət vəkili çıxara bilməyiblər.

329 mandatlı parlamentdə ən çox deputat yeri qazanan Müqtəda əs-Sədrin partiyası Sədr Qrupu olub. Qrup sandıqdan 73 millər vəkili çıxarıb. Onu sünnilərin siyasi təşkilatı İraq Təqəddüd Partiyası təqib edir. Partiyanın 38 namizədi deputat mandatı qazana bilib. Seçkilərin 3-cüsü Hüquqi Dövlət Koalisiyası isə 37 millət vəkili ilə parlamentdə təmsil olunacaq. Dəqiq olmayan məlumatlara görə, Kürdüstan Demokratik Partiyasından 32 millət vəkili seçilib.

Görünən budur ki, İraqda hökumət qurmağa ən yaxın partiya Sədr Qrupudur. Onun quracağı hökumət ən azı 4 partiyanın koalisiyasından ibarət olacaq.

Sədr Qrupu indidən 2 ortağının kim olacağını bəyan edib. Qrupun sözçüsü İssam Hüseyn, “böyük ittifaq qurmaq üçün sünni lider Məhəmməd Helbusinin rəhbərlik etdiyi İraq Təkəddüm Partiyası və Kürdüstan Demokratik Partiyası (KDP) ilə əməkdaşlığa meylli olduğunu bildirib. KDR-in Bərzani əşirətinə bağlı, Bərzanilərin isə sünni olduğunu nəzərə alsaq, İraqın yeni hökumətinin İran şiəçiliyindən xeyli uzaqlaşacağı nəticəsi ortaya çıxır.

Üstəlik, İraqın yazılmamış qanununa görə, ölkənin prezidenti mütləq kürd, parlamentinin sədri sünni, Baş naziri isə şiə olmalıdır. Yeni hökumətdə Baş nazir şiə olsa da, onun formalaşdırdığı kabinetdə şünnilərin mühüm postlar tutacağı indidən aydındır. Yeri gəlmişkən, Baş nazirliyə ən yaxın namizəd Müqtəda əs-Sədrin də bacardığı qədər İranla məsafə saxladığı bilinir. Müqtəda əs-Sədrin 2017-ci ildə Səudiyyə Ərəbistanına səfəri və orada vəliəhd Məhəmməd bin Salmanla görüşməsi təkcə İraqda deyil, İranda da böyük şok yaratmışdı. Ekspertlər bu görüşdən çəkilən foto-şəkillərin paylaşılmasını İrana göndərilən açıq mesaj olduğuna və bu mesajla rəsmi Riyadın Sədri dəstəkləyəcəyini dosta-düşmənə çatdırıldığına inanırlar. Həqiqətən də bu görüşdən bir il sonra – 2018-ci ildə keçirilən seçkilərdə Müqtəda əs-Sədrin rəhbərlik etdiyi koalisiya ilk dəfə ən çox səs toplayan partiya olmuşdu. Di gəl ki, o, öz ətrafına yetərli səviyyədə deputat toplaya bilmədiyindən hökumət də qura bilməmişdi.

Üzərindən 3 il keçəndən sonra Sədr Qrupu qatıldığı seçkilərdə yenə də ən çox səs toplayan təşkilat kimi hökumət qurmaq haqqı əldə etdi. Onunla seçkinin ikincisi arasında hardasa iki qat fərq var və bu da Sədrin şansını artır. Sədr isə öz komandasını yalnız şiələrdən yox, həm də sünnilər arasından seçir. Bundan əlavə, parlament sədrinin və prezidentin də sünni olacağını hesaba qatsaq, İranın İraqa təsir imkanlarının məhdudlaşdırılmasının tamamlanacağı güman etmək olar.

Ən əsası isə, İraqın əsas söz sahibi olan Ayətullah Sistani də İran cizgisində deyil və zaman-zaman Həşdi Şabiyə qarşı yumşaq mövqeyini ortaya qoyur. Onun bu mövqeyi də anti-İran koalisiyasının əlini gücləndirir.

İraqdakı bu əhval-ruhiyyənin formalaşmasının əsas günahkarı İrandır. ABŞ işğalından sonra hakimiyyətə gətirilən şiə hökumətlərinin yumşaq damarından və İŞİD təhlükəsindən sui-istifadə edən İran İraqı amansızcasına sömürərək və Həşdi Şabi kimi xalqın nifrətini qazanan qüvvələri dəstəkləyərək ölkədəki nüfuzunu tamamən itirdi. İş o yerə çatdı ki, İraq şiələri belə, 2019-cu ildə İranpərəst hökumətlərə və Həşdi Şabiyə qarşı ölüm-dirim mübarizəsinə qalxdılar. Son günlərə qədər davam edən bu mübarizədə yüzlərlə dinc sakin öldü, İraq iqtisadiyyatı iflic vəziyyətə düşdü. Hətta İran bu təhlükənin öz ölkəsinə də sıçrama ehtimalını nəzərə alıb uzun müddət İraqla sərhədləri bağladı. İran zülmünə qarşı aktiv mübarizəyə qalxan İraqlıların son parlament seçkilərinə bəslədiyi ümid nəticəsində etiraz dalğaları səngisə də, gözləntilər özünü doğrultmayacağı təqdirdə ölkənin yenidən xaosa sürüklənməsi qaçınılmaz olacaq.

Xatırladaq ki, İraq hökuməti xalqın Həşdi Şabiyə və İrana təsirlərinə qarşı ayaqlanması nəticəsində Körfəz Əməkdaşlıq Şurasının nəzarəti altında seçki keçirmək şərtilə razılaşmışdı. Bu isə faktiki olaraq İraqın İrandan təmizlənməsi mərhələsinin başlanğıcı demək idi.

Sözsüz ki, İran özü üçün həyati əhəmiyyət daşıyan coğrafiya olaraq gördüyü İraqdan asanlıqla çəkilməməyə çalışacaq. Onun Həşdi Şabi qüvvələrindən istifadə edib öz mövqeyini qorumağa çalışacağı şübhə doğurmur. Bu isə İraqı vətəndaş müharibəsinə sürükləyə və ərəb ölkələrinin prosesə müdaxiləsini şərtləndirə bilər. İranın xoşluqla İraqdan çəkilməkdən və ya bu ölkədə vətəndaş müharibəsinə qatılmaqdan başqa çarəsi qalmayıb. Hər iki hal İraq qapılarının İranın üzünə ədəbi bağlanması anlamına gəlir.

Qəribədir ki, İran Azərbaycan-Ermənistan konfliktində də strateji xətaya yol verərək, faktiki Cənubi Qafqaz qapılarını da öz üzünə bağlayıb. Fars körfəzi – Qara dəniz marşrutunu əldə saxlamaq üçün Azərbaycana qarşı Ermənistanı müdafiə etməsi heç bir nəticə vermədi. Tehranın bu dəhlizlə Avropaya çıxmaq gözləntilərinə Gürcüstan sərhədləri bağlayaraq son nöqtəni qoydu. Tehranın indiyədək yürütdüyü ermənipərəst mövqeyindən sonra Azərbaycan da ona alternativ marşrut verə bilməz, verməməlidir. Versə, özünün ciddi dövlət imicini şübhə altında qoymuş olar.

İran eyni şəkildə öz yanlış xarici siyasətləri ilə Əfqanistan, Pakistan, körfəz ölkələri, Türkiyə qapılarını da öz üzünə bağlamış vəziyyətdədir. Hazırda İranın yalnız Oman körfəzi vasitəsilə dünyaya çıxış qapısı qalıb ki, bu su hövzəsində də onu İsrail və ABŞ kimi nəhəng “timsahlar” gözləyir. Ən əsası isə bu çıxış qapısı İranın arzuladığı “Bir Kəmər, Bir yol” layihəsinə qoşulmasını təmin etmir.

Ovqat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Məşğulluq Agentliyi auditor seçir
Bu gün, 10:50
Amaliya Pənahovanın qılıncı satışa çıxarılıb – FOTO
Bu gün, 10:48
Toyda başlayan mübahisə faciə ilə nəticələndi: 2 qardaş həmkəndlisini döyərək öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:35
Adil Vəliyev Sabunçuda obyektlərin üstünü satır - VİDEO
Bu gün, 10:29
Zonabendin iflasa məhkum tamaşası və puç olan arzular - Bakının mövqeyi qətidir
Bu gün, 10:23
Gürcüstandan işğal olunan Abxaziyaya yanacaq göndərilir – Kobaxidze təsdiqləyib
Bu gün, 10:18
Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edildi - FOTO
Bu gün, 10:12
Şadlıq sarayında mahnı sifarişinə görə dava salaraq qonağın burnunu sındırdı – QƏRAR
Bu gün, 10:09
Kəmaləddin Heydərov Baş İdarəni ləğv etdi - BUNDAN SONRA...
Bu gün, 10:06
“Mahnılarım unudulmur, xarici ölkələrdən dəvətlər gəlsə də getmədim” - 89 yaşlı Elmira Rəhimova
Bu gün, 10:04
FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - TƏFƏRRÜAT
Bu gün, 09:58
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq - “Hraparak”
Bu gün, 09:47
Qəbiristanlıqdan güldan, marketdən “Redbul” oğurladı, həbs olundu
Bu gün, 09:40
Nazir müavininə ağır itki
Bu gün, 09:29
Azərbaycan nefti 95.5 dollara satılır
Bu gün, 09:26
Bakıdan Tbilisiyə gedən qatarda müəmma: Nə baş verir? - AKTUAL
Bu gün, 08:11
Ermənistanın ikili oyunu: nə gözlənilir? - ŞƏRH
Bu gün, 08:07
Elə bil kimsə buraları şumlayıb... - Nə başçı, nə də deputat maraqlanmır...
Bu gün, 08:05
Adnan Əhmədzadənin Minerva Marina tankerindən 100 milyonluq əməliyyatı – SENSASİON DETALLAR
Bu gün, 07:56
Gəncəli erməni agentinin gizli əməliyyatı və 70 il sonrakı seçkilərdə Moskva izi - Rusiya niyə Fransanın 2027-ci il prezident seçkilərinə maraq göstərir?
Bu gün, 07:45
"Rzayev Group"un 700 mindən çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:41
“Türk anakondası” İranı mühasirəyə alır — "Silah və hərbi qüvvə Zəngəzurdan daşınacaq"
Bu gün, 07:38
ABŞ-nin 533 milyon dollar xərclədiyi zavod bir mərmi belə istehsal etməyib - “ProPublica”
Bu gün, 07:34
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? – Vacib detallar açıqlandı
Bu gün, 07:31
SOCAR KÜTLƏVİ İXTİSAR DALĞASINI ETİRAF ETDİ - TƏFƏRRÜAT
Bu gün, 07:07
Ukrayna-Rusiya savaşında YENİ MƏRHƏLƏ... - Nüvə silahı artıq yada düşmür...
Bu gün, 07:01
Kəramətdən gözləntiniz nə idi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48
Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb – ŞOK İDDİA
Bu gün, 06:44
Bu sahədə də ermənilərdən geri qalmağa başlamışıq... - MALƏSƏF...
Bu gün, 06:40
«Araz 2011 A» tikinti şirkəti kimə nə qədər verib ki... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:36
Bakıda qoçu peyda olub: YOL KƏSİRLƏR... - AYNA şefinin nəzərinə...
Bu gün, 06:26
"Bank ilə 3 gündür əlaqə saxlayıram, AMMA..." - GİLEY
Bu gün, 06:17
Fazil Mustafadan Mübariz Əhmədoğluna SƏRT SÖZLƏR - "Məzhəbçi zehniyyətə sahib..."
Bu gün, 06:05
ARƏSTƏ HÜSEYNOVA KÜÇƏSİ... - Nəriman Qasımoğlu yazır...
Bu gün, 05:59
Cavid Qurbanovun KƏLBƏCƏR PLANI - İndi də orda HÖKM EDİR...
Bu gün, 05:57
"Bu keyfiyyətimizi itirmək olmaz..." - İlqar Məmmədov
Bu gün, 05:50
Burda KORRUPSİYA QOXUSU aşkar duyulur - MÜRACİƏT
Bu gün, 05:44
Neft Qaz Çıxarma İdarəsində OĞURLUQ - Niyə araşdırılmır?
Bu gün, 05:31
Həm vaxt itkisidir, həm də... - REPLİKA
Dünən, 18:07
Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi
Dünən, 18:00
Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... - Görünəni odur ki...
Dünən, 17:55
Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? - AÇIQLAMA
Dünən, 17:49
Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? - AKTUAL
Dünən, 17:46
“Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” - Yeqoyan
Dünən, 17:44
Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar - KİV
Dünən, 17:24
Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: - Ekspert problemin kökünü açıqladı
Dünən, 17:23
“Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:21
“Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb - HESABAT
Dünən, 17:13
Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi - TƏFƏRRÜAT
Dünən, 17:09
TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? - Görünəni odur ki...
Dünən, 16:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru