Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsinin Baloğlan Bağırov küçəsi, 56 ünvanda yerləşən qeyri-yaşayış binasında həyata keçirilən qanunsuz artırmalarla bağlı “Nyus.az” saytı redaksiyasına müfəssəl məlumatlar daxil olub, video-çəkilişlər təqdim edilib. Video materials mərtəbənin metal konstruksiyası quraşdırılır.
Faktla əlaqədar tərəfimizdən 31 July 2026-cı il tarixli məktubla Prezidentə, Vitse-Prezidentə, Baş nazirə, FHN və ƏƏSMN rəhbərlərinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə, Bakı şəhər və Sabunçu rayon icra hakimiyyətləri başçılarına müraciət edilmiş, özbaşınalığın qarşısının alınmasına ümid ifadə olunmuşdur.
Anlaşılandır ki, məktub göndərdiyimiz adresatlar arasında bircə sonuncu – Sabunçu RİH başçısı Adil Vəliyev məsuliyyət sorulan, birincilər isə məsuliyyət tələb edən nüfuzlu ünvanlardır. Home məsələsini “aidiyyəti üzrə” yerli icra hakimiyyətlərinə yönləndirirlər. Sabunçu RİH başçısının haqqında söz açdığımız faktla bağlı mövqeyini bildirəcəyi cavab məktubu yoxdur. Sözsüz ki, cənab Adil Vəliyevin poçtunda bu qəbildən olan məsələlərlə bağlı Prezident Administrasiyasından, Nazirlər Kabinetindən, paytaxt meriyasından yönləndirilmiş yüzlərlə müraciət vardır və onlarda ehtiva olunan problemlərin böyük əksəriyyəti həll olunmayıb. Sosial ekspertlər qanunsuz tikililərə göz yumulması ilə bağlı bu mənfi tendensiyanı rayon rəhbərinin özünün şəxsi marağı ilə izah edirlər. Adil Vəliyevin yürütdüyü kadr siyasəti də məhz torpaq satışı və qanunsuz tikililərə nəyinsə qarşılığında göz yummağa hesablanıb. Belə ki, başçı rayonun qəsəbələrindəki nümayəndələrinin qeyd olunan müstəvidəki fəaliyyəti (yaxud, fəaliyyətsizliyi) barədə şikayətlər, ictimai qınaqlar çoxalanda onları vəzifədən qovmur, sadəcə olaraq söz-söhbəti səngitmək üçün yerlərini bir inzibati ərazi dairəsindən digərinə dəyişir. Əksinə, RİH-nin tabeliyində dürüst işləyən məmurların vəzifələrini itirmək ehtimalları daha çoxdur.




















