"Guya mebel ehtiyatsızlıqdan zədələnib" .....                     Ermənistan xaricdə parlament seçkiləri üçün məntəqə açmayacaq .....                     Tramp Pekin səfəri zamanı Çinlə münasibətləri sabitləşdirmək niyyətindədir .....                     Qəbrinə yazılmış söz aranı qatdı .....                     ABŞ Hərbi Hava Qüvvələri Kuba yaxınlığında uçuşları artırıb .....                     Rusiyanın bir xətti var ki, onu keçənləri artıq bağışlamırlar .....                     "Onlar üçün hər şərait yaradıram" .....                     “Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini Heydər Əliyev xilas etdi” .....                     Polşa 5000 ABŞ əsgərini qəbul etməyə hazırdır .....                     Vasif Talıbov uzun müddət sonra... .....                     Xamenei ortaya çıxdı və təhlükəsizlik müşavirəsi keçirdi .....                     İrəvandan Putinə cavab: Vaxtı gələndə qərar verəcəyik .....                     Qətər sahillərində yük gəmisi PUA hücumuna məruz qalıb .....                     Putin Paşinyana ona görə təzyiq edir ki... .....                     "Ulu Öndər təmkin və anlayış nümunəsi idi..." .....                     “Qarabağ bizim yox, bir neçə generalın idi, buğda əkirdilər...” .....                     “Atam Heydər Əliyevin aktyor müəllimi olub, birlikdə qardaşımla yataqxanada qalıblar” .....                     “Narahat deyiləm” .....                     Ağdamda dəhşət .....                     "Qalatasaray"ın Çempionlar Liqasındakı potensial rəqibləri bəlli olub .....                     Rusiyaya qarşı sanskiyalar buna səbəb oldu .....                     Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət .....                     Bəs kimə təhsil eksperti demək olar? .....                     AzəriQaz-da MAAŞLAR QALXIB: Amma görün, necə... .....                     İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu .....                     Bu qiymətlərlə NƏ ETMƏLİ?.. .....                     Şərur xəstəxanası ACINACAQLI DURUMDA .....                     Tarixin unutduğu 'Ölüm batalyonu" üzvü olan Azərbaycanlı qadınlar .....                     Simonyan niyə partladı... .....                     Putin Ermənistanı “sivil boşanmaya” çağırdı .....                     Məmur tamahının qurbanı olan 120 milyard manat... .....                     Hörmüz boğazında 100-ə yaxın Honkonq gəmisi bloklanıb .....                     İran Hörmüzdən sui-istifadə etməyə başlayıb .....                     Burda da müştəriyə KƏF GƏLİRLƏR .....                     Putin keçmiş baş naziri şou-biznes nümayəndəsi adlandırdı .....                     Cənubda 76 hektar meşə zolağı “buxarlanıb”… .....                     Ölkənin təhsil işçilərinin 90%-i Araz Paşayevi tanımır .....                     "Ayıbdır, keçmişinizi yaddan çıxarmayın “bəylər“..." .....                     "CBC Sport"da nə baş verir? .....                     Kəmalə Günəşliyə “padxod” edən həkim... .....                 

Ukrayna ordusunun Baş Komandanının istefasının səbəbi bəlli oldu: - Müdafiə nazirini məhkəməyə veribmiş
Tarix: 28-07-2021, 09:09 | Çap et
Ukrayna ordusunun Baş Komandanının istefasının səbəbi bəlli oldu:
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Ruslan Xomçakın dünən işdən azad edilməsinin yeni detalları aydın olub.

Ovqat.com xəbər verir ki, səbəb - Ruslan Xomçakla Ukrayna Müdafiə naziri Andrey Taran arasında uzun müddətdir durmadan sərin yellərin əsməsi imiş.

Hətta iş o yerə çatıb ki, Xomçak öz nazirini bu ilin fevral ayında məhkəməyə verib. Üstəlik, nazirə qarşı üsyan bayrağı qaldıran təkcə Baş komandan da olmayıb. Onun kimi, Hava Qüvvələrinin komandanı Sergey Drozdov və Baş Qərargah rəisi Sergey Korniyçuk da Müdafiə naziri ilə məhkəmədə hesablaşmaq qərarına gəliblər. Hərbçilər ötən ilin noyabr ayında müdafiə naziri Andrey Taranın xidməti araşdırmalar nəticəsində onlara verdiyi ciddi töhmətlərə etiraz ediblər. Məlumata görə, Korniyçuk və Xomçak Kiyev rayon İnzibati Məhkəməsinə, Drozdov isə Vinnitsa Məhkəməsinə şikayət ərizəsi veriblər. Yüksək rütbəli hərbçilərin üçünün də Taranın bir sıra əmrlərini yerinə yetirməkdən imtina etdikləri bildirilir.

Ekspertlərin fikrincə, nazirlə hərbçiləri qarşı-qarşıya gətirən əsas səbəb Ukrayna hərbi sisteminin NATO-ya inteqrasiya məqsədilə aparılan islahatların yarımçıqlığıdır. NATO-nun idarəetmə anlayışında ordunun maliyyələşdirilməsi, hərbi siyasətin həyata keçirilməsinə nəzarət nazirə həvalə edilir. Adətən mülki şəxslər arasından seçilən nazirin hərbi büdcənin təyinatı üzrə xərclənib-xərclənməməsini yoxlamaq hüququ var. Görünən budur ki, Taranın bu hüququndan istifadə etməsi və bəzi nöqsanları aşkarlaması generalları bərk qəzəbləndirib. Onlar da nazirlə məhkəmədə qarşılaşmaq fikrinə düşüblər. Bu isə ordudakı vahid komandanlığı zəiflətdiyindən Ukrayna prezidenti ikisindən birini seçmək məcburiyyətində qalıb və Xomçakı istefaya göndərib.

Müdafiə nazirinin generalların fəaliyyətində hansı ciddi nöqsanları ortaya çıxardığı bilinmir, hərbi sirr kimi qorunur. Amma böyük ehtimalla, söhbət maliyyə vəsaitlərinin mənimsənilməsi, korrupsiya faktından gedir.

Hərbi mütəxəssislər Taran-Xomçak ixtilafını yalnız subyektiv amillərlə əlaqələndirməyin yanlış olacağı qənaətindədirlər. Hakim qənaətə görə, bu ixtilafın obyektiv səbəbləri var və başlıca səbəb nazirlə hərbi rəhbərliyin səlahiyyət sahəsində bir çox nöqtələrin kəsişməsidir. NATO standartlarına inteqrasiya edən Ukrayna ordusu köhnə ənənələrdən də tam xilas olmadığından bu cür problemlər yaşanır. Ölkə rəhbərliyi, xüsusilə parlament bu kəsişmə nöqtələrini ortadan qaldıracaq ciddi hüquqi islahatlara getməsə, Xomçakın yerinə gələn yeni Baş komandanla nazir arasında bənzər ixtilaflar ortaya çıxa bilər. İki güc arasında əsas problem isə büdcə vəsaitlərinə nüfuz etmək və təsir uğrunda mübarizə aparmaq cəhdlərindən doğur.

Xomçakın hərbi nizam-intizamı pozan fəaliyyətlərə yol verməsi Ukrayna prezidenti Vladimir Zelenski və onun sözçüləri tərəfindən də etiraf edilib. Dünən Zelenski istefa barədə verdiyi açıqlamada bildirib ki, Ruslan Xomçak Müdafiə Nazirliyi və təhlükəsizlik sektorunda kadr dəyişiklikləri çərçivəsində Silahlı Qüvvələrin Baş Komandanı vəzifəsindən azad edilib. Prezident qeyd edib ki, müdafiə sahəsi sabit, əlaqələndirilmiş, rəhbərlər arasında dəqiq perspektiv və anlaşılmazlıq olmadan fəaliyyət göstərməlidir. Onun sözlərinə görə, rotasiyalar müdafiə sahəsində irəliləyişlər üçün həyata keçirilir: dövlət sifarişi hazırlanmasından "ön cəbhədəki hərbçilərin komandanlığına qədər.

Prezidentinin mətbuat katibi Sergey Nikiforov isə istefanın səbəbini daha konkret sözlərlə əsaslandırıb: “Xomçak, Taranla daimi münaqişələrə görə vəzifədən kənarlaşdırılıb. Zelenski onun vətənpərvərliyinə, sədaqətinə və peşəkarlığına şübhə etmir, amma Müdafiə Nazirliyi ilə Baş Komandanlıq arasında hələ də mövcud olmayan sinerji yaradılmalıdır”.

Nikiforov bundan əvvəlki açıqlamalarından birində isə təsdiq etmişdi ki, Xomçak və Taran arasındakı münaqişə “hərbi rəhbərlərin səlahiyyətlərinin kəsişməsindən”, onların bəzi məsələlərdə bir-birinə zidd qərarlar verməsindən qaynaqlarınır və “problemi yalnız hər iki vəzifənin təsir dairəsini qanunla bölüşdürməklə həll etmək mümkündür”.

Qeyd edək ki, dünən vəzifəsindən uzaqlaşdırılan Xomçak Ukrayna Milli Təhlükəsizlik Şurası katibinin birinci müavini vəzifəsinə təyin edilib. İki ildən bir qədər çox Silahlı Qüvvələrin Baş Komandanı vəzifəsini icra edən Xomçak bundan əvvəl Donbasdakı silahlı münaqişədə, o cümlədən İlovaysk uğrunda gedən döyüşlərdə fəal iştirakı ilə seçilən "B "sektoru" hərbi bölmələrinin komandanı olub.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Guya mebel ehtiyatsızlıqdan zədələnib" - GİLEY
Bu gün, 06:17
Ermənistan xaricdə parlament seçkiləri üçün məntəqə açmayacaq - TƏFƏRRÜAT
Bu gün, 06:09
Tramp Pekin səfəri zamanı Çinlə münasibətləri sabitləşdirmək niyyətindədir - Ağ Ev
Bu gün, 06:07
Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi
Bu gün, 06:06
ABŞ Hərbi Hava Qüvvələri Kuba yaxınlığında uçuşları artırıb - CNN
Bu gün, 06:03
Rusiyanın bir xətti var ki, onu keçənləri artıq bağışlamırlar – Köçəryan belə deyir...
Dünən, 18:07
"Onlar üçün hər şərait yaradıram" - Əməkdar artist
Dünən, 18:03
“Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini Heydər Əliyev xilas etdi”
Dünən, 18:01
Polşa 5000 ABŞ əsgərini qəbul etməyə hazırdır - İqnatski
Dünən, 17:58
Vasif Talıbov uzun müddət sonra... BELƏ GÖRÜNDÜ
Dünən, 16:22
Xamenei ortaya çıxdı və təhlükəsizlik müşavirəsi keçirdi - "Fars" agentliyi
Dünən, 16:20
İrəvandan Putinə cavab: Vaxtı gələndə qərar verəcəyik - GƏRGİNLİK
Dünən, 16:18
Qətər sahillərində yük gəmisi PUA hücumuna məruz qalıb
Dünən, 15:09
Putin Paşinyana ona görə təzyiq edir ki... - AKTUAL
Dünən, 14:54
"Ulu Öndər təmkin və anlayış nümunəsi idi..."
Dünən, 12:10
“Qarabağ bizim yox, bir neçə generalın idi, buğda əkirdilər...” - Paşinyan etiraf etdi
Dünən, 12:04
“Atam Heydər Əliyevin aktyor müəllimi olub, birlikdə qardaşımla yataqxanada qalıblar”
Dünən, 10:08
“Narahat deyiləm” - Azər Həsrət
Dünən, 10:06
Ağdamda dəhşət - 4 hərbçi öldü
Dünən, 10:03
"Qalatasaray"ın Çempionlar Liqasındakı potensial rəqibləri bəlli olub - SİYAHI
Dünən, 09:46
Rusiyaya qarşı sanskiyalar buna səbəb oldu - Fitso
Dünən, 09:35
Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə məzar sahəsi satılır
Dünən, 09:33
Bəs kimə təhsil eksperti demək olar? - ŞƏRH
Dünən, 09:20
AzəriQaz-da MAAŞLAR QALXIB: Amma görün, necə... - İLGİNC FAKTLAR
Dünən, 09:12
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - TƏFƏRRÜAT
Dünən, 09:00
Bu qiymətlərlə NƏ ETMƏLİ?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:46
Şərur xəstəxanası ACINACAQLI DURUMDA - MÜRACİƏT
Dünən, 08:38
Tarixin unutduğu 'Ölüm batalyonu" üzvü olan Azərbaycanlı qadınlar - ANIM
Dünən, 08:23
Simonyan niyə partladı... - AKTUAL
Dünən, 08:20
Putin Ermənistanı “sivil boşanmaya” çağırdı - Fərqli variantın Ukrayna ssenarisi olacağını elan etdi
Dünən, 08:13
Məmur tamahının qurbanı olan 120 milyard manat... - BU NƏDİ BELƏ?
Dünən, 08:09
Hörmüz boğazında 100-ə yaxın Honkonq gəmisi bloklanıb
Dünən, 08:02
İran Hörmüzdən sui-istifadə etməyə başlayıb
Dünən, 07:48
Burda da müştəriyə KƏF GƏLİRLƏR - GİLEY
Dünən, 07:46
Putin keçmiş baş naziri şou-biznes nümayəndəsi adlandırdı - KİV
Dünən, 07:33
Cənubda 76 hektar meşə zolağı “buxarlanıb”… - Nazir Nəsimi Nəsibovu niyə cəzalandırmır?
Dünən, 07:20
Ölkənin təhsil işçilərinin 90%-i Araz Paşayevi tanımır – Sadalanmayan milyon səbəb…
Dünən, 07:15
"Ayıbdır, keçmişinizi yaddan çıxarmayın “bəylər“..." - ETİRAZ
Dünən, 07:09
"CBC Sport"da nə baş verir? - "Texniki problemlər"in sıralanması təsadüfdürmü?
Dünən, 07:02
Kəmalə Günəşliyə “padxod” edən həkim... - Qalmaqallı VİDEO
Dünən, 06:59
Əvvəlcə Azərbaycanın şərti yerinə yetirilməlidir - ÇÜNKİ...
Dünən, 06:49
“Paşinyan və Simonyanın mesajları erməni cəmiyyətini sülhə hazırlamağa hesablanıb” - GƏLİŞMƏ
Dünən, 06:46
"TURKUAZ-555" MMC-nin vergi borcu 130 min manatı keçdi - FOTO
Dünən, 06:43
Hər kəsin unutduğu xalq artisti...
Dünən, 06:38
İran Hörmüz blokadasını Xəzər üzərindən yarır - Limanlar gecə-gündüz işləyir
Dünən, 06:32
İsrail İraq səhrasında gizli hərbi baza qurub - WSJ
Dünən, 06:30
75 min ailəyə hər ay 500 manat yardım... – Bu, uşaqpulunu əvəz edir?
Dünən, 06:27
Sabiq MTN şefi xaricdəki milyonlarını itirə bilər! - rəsmi Berlin QƏRAR VERMƏYƏ HAZIRLAŞIR
Dünən, 06:25
ABŞ Venesueladakı reaktordan zənginləşdirilmiş uranı çıxarıb - KİV
Dünən, 06:18
Paşinyan və revanşistlər ölüm-dirim savaşında: - Ermənistanın gələcəyi təhlükədə
9-05-2026, 13:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru