ABŞ, Böyük Britaniya, İspaniya və digər ölkələrdə səfirlər dəyişsə də
Tarix: 28-07-2021, 08:48 |
Çap et
Əfqanıstan və İraqdakı müharibələrdə ABŞ trilyonlarla dollar xərclədi, lakin heç bir şey əldə edə bilmədi.
Axar.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş casusu Filip Giraldi deyib.
"Əfqanıstan və İraqdakı müharibələr nəinki pis olan vəziyyəti daha da pisləşdirdi, həm də yüz minlərlə ölüm və tamamilə heç bir şey əldə etmədən trilyonlarla itkiyə səbəb oldu. Vaşinqtonda heç kimin qələbə qazana bilməməsi və bir çıxış strategiyası düşünməməsi müharibələrin və qeyri-sabitliyin hələ də bizimlə olduğunu göstərir", - Giraldi vurğulayıb.
Keçmiş MKİ casusu ABŞ-ın Suriyadakı varlığını da tənqid edərək, ölkəsinin buradakı neft sahələrini işğal etməyə davam etdiyini bildirib.