Ermənistan Rusiyaya qarşı sanksiyalara QOŞULUR .....                     Bakıda lazeroloqu öldürməyə cəhddə təqsirləndirilən şəxs 10,5 il azadlıqdan məhrum edilib .....                     Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib .....                     Unibankda kredit ödənişi ilə bağlı müştəri narazılığı .....                     Paşinyan niyə Qriqoryanı vurub Simonyanı önə çəkdi? .....                     Marketdən şampun və dezodorant götürdü, ödəniş etmədi .....                     Rusiyanın Ermənistanla yerüstü əlaqəsi kəsildi .....                     Ət bazarında xəstəlik təlaşı: .....                     Bu şadlıq sarayı müsadirə olunaraq hərraca çıxarıldı .....                     Naxçıvan Regional DOST Mərkəzinə direktor təyin edildi .....                     “Bank VTB Azərbaycan”la bağlı nə baş verir? .....                     Azərbaycanda ŞOK OLAY: Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu .....                     “Məkkə sazişi” və Azərbaycan: Bakı yeni bloka qoşulmalıdırmı? .....                     “Ermənistan Azərbaycanın arzusunu yerinə yetirməklə məşğuldur”  .....                     İsrailə minlərlə ton hərbi texnika gətirildi .....                     “Avroviziya”-da qaydalar dəyişdi: .....                     258 milyon manatlıq Naxçıvan planı: Blokadadan regional mərkəzə .....                     Deputat QHT-si getdi, məmur QHT-si gəldi: qrant islahatının yeni modeli .....                     “Məni efirə çıxarmaq üçün 800 manat istəyən veriliş bağlandı” .....                     Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib .....                     Metronun “28 May” stansiyasından qeyri-müəyyənliyə: yeni dövr başlayır .....                     Bakı-Tehran münasibətlərində yeni səhifə açılırmı? .....                     Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər? .....                     Marketə iki dəfə girib oğurluq və soyğunçuluq edən şəxsin cəzası azaldıldı .....                     "Yeni ulduz" geri qayıdır: Necə keçiriləcək? .....                     Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU .....                     İran səfirinin addımı müzakirə doğurdu .....                     “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib .....                     Mübariz Əhmədoğlu Fazil Mustafaya sərt cavab verdi .....                     Polşa yaxın günlərdə Ukraynaya “Patriot” raketləri verəcək .....                     Niderland şirkəti Bakıdakı fəaliyyətini dayandırdı .....                     İran səfirinin sərgi macəraları: .....                     “Azsığorta” zərərlə işləməyə başlayıb .....                     Peşə məktəbi pelet sobalar üçün 51,5 min manatlıq material alır .....                     İcra hakimiyyəti prospektin 500 metrlik hissəsini 138 min manata abadlaşdırmaq istəyir .....                     Nazir Musa Paşayevə yüksək vəzifə verdi .....                     Generalın qızı ilə bağlı iddia .....                     Xəstəxanalardakı uzman həkimlər .....                     Dünya sülhünə ən böyük təhdid hesab edilən ölkələr .....                     Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib .....                 

ABŞ mövqelərini sürətlə tərk edir - Əfqanıstandan sonra körfəz ölkələrindən çıxır
Tarix: 15-07-2021, 09:15 | Çap et
ABŞ mövqelərini sürətlə tərk edir
ABŞ Yaxın Şərqdə, əsasən də körfəz ölkələrinə (Səudiyyə, Qətər, BƏƏ və sair) yerləşdirilmiş hava hücumundan müdafiə sistemlərini çıxarır.

Bəzi ekspertlərə görə, bu HHM-lər Asiya-Sakit okean regionuna, yəni Çin və Şimali Koreya tərəfə, bəzilərinə görə isə Rusiya cəbhəsinə, Ukrayna və Şərqi Avropanın digər ölkələrinə yerləşdiriləcək. Yaxın Şərqdən çıxarılması o deməkdir ki, ya ABŞ artıq orada ciddi təhlükə, yəni İranla münaqişə gözləmir, ya da İranla razılaşmaq məqsədilə etimad mühiti yaratmaq üçün edir. İstənilən halda ekspertlər bunu maraqlı gediş kimi qəbul edirlər. Çünki ABŞ ordusu hazırda Əfqanıstandan da çıxır. Üstəlik, İraqda amerikan ordusuna qarşı ciddi təzyiq var. Ümumi olaraq belə demək olar ki, Amerika prezidenti Co Bayden kartları qarışdırıb yenidən düzəcək. Onun gəlişindən sonra ABŞ-ın bütün dünyada, əsasən Yaxın Şərqdə siyasətini dəyişdiyini söyləmək olar.

Hər kəsə məlumdur ki, Amerika heç bir bölgəyə səbəbsiz girmir, heç yerdən də səbəbsiz çıxmır. “Gedirəm” deyirsə, demək, getdiyi yerdə yeni savaş, qan-qada olacaq...

Onun gedişi də gəlişi kimi qan-qada ilə müşayiət olunacaqmı?

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayevin bu istiqamətdəki fikirləri maraqlıdır: “Öncədən təxmin edildiyi kimi, Bayden hakimiyyətə gələndən sonra ilk növbədə, ABŞ-ın xarici siyasətinə, xüsusilə konfliktli ərazilərdə mövcudluğuna ciddi korrektələr edəcək. Belə də olur. Amma bu addım əsla ABŞ-ın qarşıya qoyduğu məqsəddən imtinası kimi qəbul olunmamalıdır. Hesab edirəm ki, əksinə, uzun illərdir ki, hədəflədiyi məqsədlərinə çatmaq üçün fərqli strategiya hazırlanır. Çünki vəziyyət göstərir ki, Obama və Tramp dövrünün üsulları istənilən effekti verməyib. Yəni Suriyada Bəşər Əsəd hələ də yerindədir, Rusiyaya qarşı 2014-cü ildən tətbiq olunan sanksiyalar lazımi effekt verməyib, Belarusla körpülər yandırılıb və danışıqlar üçün hər hansı əl yeri qoyulmayıb, İranda rejim hələ ki fəaliyyətindədir və s. Mənə elə gəlir ki, ABŞ-ın körfəz ölkələrinin bəzilərindən özünə aid hava hücumundan müdafiə sistemlərini çıxarması ilə bağlı olan söhbətlər məhz yeni strategiyanın tərkib hissədir. Bu addım əsla həmin körfəz ölkələrinin təhlükəsizliyinə təhdid yaratmır. Çünki birincisi, ABŞ həmin ölkələrdən tamamilə çıxmır, ikincisi isə son illər ABŞ tərəfindən silahlandırılan Səudiyyə Ərəbistanı bölgənin təhlükəsizliyini tam təmin edəcək qədər hərbi potensiala malikdir ki, bunun içində yeni nəsil bütün silahlar da daxildir. Son 10 ildə Səudiyyə Ərəbistanı yüz milyardlarla dollar dəyərində ABŞ-dan silah alıb. Hansı ki, bu silahların əksəriyyətini ABŞ hər dövlətə satmır. Bu o deməkdir ki, həmin yeni nəsil silahlar istismar adı altında öz mütəxəssislərinin nəzarətindədir.

Bu digər körfəz ölkələrinə də aid edilə bilər. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ-ın yaxın illərdə əsas hədəfi Rusiya və İran ola bilər və bu ikisinin orbitində fırlanan dövlətlər də təbii ki açıq hədəfə çevriləcəklər. Eyni yanaşmanın hazırkı dövrdə Çinə tətbiq olunacağına isə inanmıram. Amma Şimali Koreya tamam başqa bir problem olduğunda hər zaman gündəlikdə olacaq. Aylar öncə məlum olanda ki, ABŞ Əfqanıstandan hərbi kontingentinin böyük hissəsini çıxaracaq, məlum idi ki, bu konkret strateji hədəfə hesablanmış addım idi. Bundan sonra baş verənlər В«TalibanВ»ın Orta Asiya dövlətlərinin sərhədlərini nəzarətə götürməsi və hətta Rusiya hərbiçilərinin də qoruduğu sərhədləri keçməsi ilə nəticələnib. Bununla Rusiya üçün ciddi problem yaranıb. Proseslərin qarşısı alınmazsa, Orta Asiyada Rusiya hərbi kontingentinin cəlb olunacağı növbəti qaynar nöqtə yarana bilər. Son aylar Ukrayna və Rusiya arasında məlum hadisələrdən dolayı əsəb savaşı, hərbi əməliyyatların başlanması ilə bağlı xəbərdarlıqların özü belə nəbz yoxlaması ola bilər. Beləliklə, məlum olur ki, əgər ciddi hadisələr baş verməsə, Rusiya ABŞ-ın birbaşa iştirakı olmayan, amma tam nəzarətində olan 4-5 fərqli yerdə eyni vaxtda hərbi əməliyyatlara cəlb oluna bilər. Rusiya üçün yeni bir problem bir neçə gün öncə Moldovadan gəldi. Birmənalı qərbyönümlü Moldova prezidenti xanım Maiya Sandunun partiyası həftə sonu parlament seçkilərində mütləq çoxluqla qalib gələrək Moldovada Moskvanın əsas qalası olan Rusiyayönümlü parlamenti tam qərbyönümlü etdi. Moldovada parlamentin səlahiyyətləri çox böyük olduğundan hansı itkiyə sahib olduqlarını Kremldə yaxşı anlayırlar. Yəni qısa müddət sonra orada Dnestryanı ərazidə Moldovanın ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı addımlarını görə biləcəyik. Bu səbəbdən Şərqi Avropada müdafiə sistemlərinin gücləndirilməsini və hərbi kontingentin artırılmasını təbii qəbul etmək lazımdır. Göründüyü kimi, hadisələrin inkişafı fərqli formatlarda yeni qarşıdurmaların anonsunu artıq verir. Eyni zamanda görünən odur ki, sonunda nə olmasından asılı olmayaraq bundan sonra olacaq hadisələr sürətlə inkişaf edəcək”.

Siyasi şərhçi Azər Hüseynov bildirdi ki, Amerikanın bölgələrdən çıxışı onun xarici siyasətinin deyil, metodlarının dəyişməsi ilə bağlı ola bilər: “Ən qorxuducu odur ki, Amerika çıxdığı yerlərdə partlamasını gözləyən bombalar, hücrələr qoysun. PYD-ni misal çəkə bilərik. Dünyada, xüsusilə müsəlman dünyasında bir antiamerikanizm havası var. Digər tərəfdən isə onun çıxdığı yerlərdə Britaniya dolayısı ilə güclənir. Burada Türkiyənin artan nüfuzu var. Yerli oyunçular belə bir ortamda Türkiyə ilə çalışmasalar, yeni suriyalar əmələ gələ bilər. Rusiyaya gəldikdə isə Amerikanın qlobal mənada ”davası" onlarla deyil, ingilislərlədir. Ruslar burada, sadəcə, layihənin böyük regional tərəfidir. Rusların qorxuducu tərəfi hər dəfə kiçildikcə yeni daha güclü dövlət çıxardıb, dünyaya problem olmalarıdır. Rusiya imperiyası dağıldı, SSRİ gəldi. İndi oxşar oyunlar gedir. Daha mobil və yeni Rusiya təhlükəsini də amerikalılar nəzərə ala bilər. Bununla belə, amerikalıların çıxdıqları yerlər bölgəsəl olaraq Türkiyə və Pakistanın yaxın ətrafıdır. Ona görə də bu yeni konfiqurasiyada Türkiyə və Pakistanın sıx kordinasiyası lazımdır. Bizim də burada olmağımız lazımdır. Unutmayaq ki, yanımızda bir “amerikalı” Paşinyan var".
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Rusiyaya qarşı sanksiyalara QOŞULUR
Bu gün, 18:52
Bakıda lazeroloqu öldürməyə cəhddə təqsirləndirilən şəxs 10,5 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Bu gün, 18:46
Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib - İranlı general
Bu gün, 18:38
Unibankda kredit ödənişi ilə bağlı müştəri narazılığı - GİLEY
Bu gün, 18:17
Paşinyan niyə Qriqoryanı vurub Simonyanı önə çəkdi? - sensasion detallar
Bu gün, 18:10
Marketdən şampun və dezodorant götürdü, ödəniş etmədi - Həbs olundu
Bu gün, 18:06
Rusiyanın Ermənistanla yerüstü əlaqəsi kəsildi
Bu gün, 17:51
Ət bazarında xəstəlik təlaşı: - UCUZLAŞACAQ?
Bu gün, 17:48
Bu şadlıq sarayı müsadirə olunaraq hərraca çıxarıldı – Fotolar
Bu gün, 17:41
Naxçıvan Regional DOST Mərkəzinə direktor təyin edildi - ƏMR
Bu gün, 17:39
“Bank VTB Azərbaycan”la bağlı nə baş verir? - Nizamnamə kapitalını 221 milyon azaldır
Bu gün, 17:34
Azərbaycanda ŞOK OLAY: Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Bu gün, 17:31
“Məkkə sazişi” və Azərbaycan: Bakı yeni bloka qoşulmalıdırmı? - AKTUAL
Bu gün, 17:24
“Ermənistan Azərbaycanın arzusunu yerinə yetirməklə məşğuldur”  - Tatevin Hayrapetyan
Bu gün, 16:36
İsrailə minlərlə ton hərbi texnika gətirildi
Bu gün, 16:33
“Avroviziya”-da qaydalar dəyişdi: - Bu ölkələrə QADAĞA
Bu gün, 16:27
258 milyon manatlıq Naxçıvan planı: Blokadadan regional mərkəzə - RƏY
Bu gün, 16:24
Deputat QHT-si getdi, məmur QHT-si gəldi: qrant islahatının yeni modeli - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16
“Məni efirə çıxarmaq üçün 800 manat istəyən veriliş bağlandı” – “Yeni ulduz”un Habili
Bu gün, 16:14
Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib - Azərbaycanın FMCG sektorunda ilk
Bu gün, 16:10
Metronun “28 May” stansiyasından qeyri-müəyyənliyə: yeni dövr başlayır - “Yaşıl” və “Qırmızı xətt”lər arasında
Bu gün, 16:06
Bakı-Tehran münasibətlərində yeni səhifə açılırmı? - ŞƏRH
Bu gün, 16:02
Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər? – AÇIQLAMA
Bu gün, 16:00
Marketə iki dəfə girib oğurluq və soyğunçuluq edən şəxsin cəzası azaldıldı
Bu gün, 15:58
"Yeni ulduz" geri qayıdır: Necə keçiriləcək? - Mübariz Tağıyevdən açıqlama
Bu gün, 15:56
Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU - Şok FAKTLAR
Bu gün, 15:53
İran səfirinin addımı müzakirə doğurdu – Politoloq məsələyə münasibət bildirdi
Bu gün, 15:49
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib - ARAŞDIRMA
Bu gün, 15:24
Mübariz Əhmədoğlu Fazil Mustafaya sərt cavab verdi - Mübahisə qızışdı
Bu gün, 15:21
Polşa yaxın günlərdə Ukraynaya “Patriot” raketləri verəcək
Bu gün, 15:17
Niderland şirkəti Bakıdakı fəaliyyətini dayandırdı
Bu gün, 15:15
İran səfirinin sərgi macəraları: - “Artsax” pavilyonunda göy qutabı
Bu gün, 15:13
“Azsığorta” zərərlə işləməyə başlayıb
Bu gün, 15:11
Peşə məktəbi pelet sobalar üçün 51,5 min manatlıq material alır - DETALLAR
Bu gün, 15:09
İcra hakimiyyəti prospektin 500 metrlik hissəsini 138 min manata abadlaşdırmaq istəyir
Bu gün, 14:43
Nazir Musa Paşayevə yüksək vəzifə verdi - ƏMR
Bu gün, 14:40
Generalın qızı ilə bağlı iddia -Natiq Əliyev kimdir?
Bu gün, 14:35
Xəstəxanalardakı uzman həkimlər KİMLƏRDİR?
Bu gün, 13:08
Dünya sülhünə ən böyük təhdid hesab edilən ölkələr – 7 ölkədə sorğu
Bu gün, 13:01
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib - "Yaxın vaxtlarda..."
Bu gün, 12:59
Ramiz Mehdiyevin kürəkəninin iddiası təmin edilmədi - Ali Məhkəmə NÖQTƏNI qoydu
Bu gün, 12:56
Açıq ürək əməliyyatı olunan Aqil Məlikov evə buraxıldı - "Evimdəyəm, ocağımdayam..."
Bu gün, 12:53
Orxan Rəhimov direktor təyin edildi - ƏMR
Bu gün, 12:44
Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər - Paşinyandan AÇIQLAMA
Bu gün, 12:40
Ermənistanda hərbçinin güllələnmiş meyiti tapıldı
Bu gün, 12:32
“Dinamo” göylə gedir, “Qarabağ” isə yerini göstərməyə hazırlaşır - Bakıdakı böyük savaş
Bu gün, 12:27
Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib - Ermənistan mediası
Bu gün, 12:20
Sabiq deputatın dövlətə 1 milyondan çox borcu var - DETALLAR
Bu gün, 12:18
Rusiyada doğum səviyyəsinə görə lider region açıqlandı - KİV
Bu gün, 12:12
Ermənistan Aİ-yə kənd təsərrüfatı ixracatçılarına 14 milyon dollardan çox subsidiya ödəyəcək
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru