Rus dilini bilməsəniz, işsiz qalacaqsınız – Avropa ölkəsinin paradoksları
Tarix: 22-06-2021, 08:30 | Çap et
 Latviya Prezidenti Egils Levits bugünlərdə Seymdə (parlament) çıxış edərək, rus dilini işğalın qalığı adlandırdı və ölkədə onun ingilis dili tərəfindən sıxışdırılacağını proqnozlaşdırdı. “Delfi” portalının verdiyi məlumata görə, Levits hesab edir ki, latviyalıların əksəriyyəti rus dilini bilmədikləri üçün əmək bazarında ayrı-seçkiliklə üzləşirlər və səlahiyyətlilər problemi həll etmək üçün ölkə ərazisində “Avropa Birliyinin dillərindən birinin” yayılmasına kömək etməlidirlər.
“Bu Sovet irsinin qalıqlarına son qoymalıyıq, çünki əks halda xaricdən qayıdan soydaşlarımız və rus dilini bilməyən gənclər əmək bazarından kənarda qalacaqlar”, - deyə dövlət başçısı bildirib.
Əlavə etdi ki, respublika parlamenti daha tez-tez bu mövzuda mübahisələr aparmalı və onlara Baş naziri, xarici işlər naziri və ombudsmanı dəvət etməlidir.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova dərhal buna reaksiya verdi - Latviya hakimiyyətini “rusdilli vətəndaşlara qarşı sistemli ayrıseçkiliyi dayandırmağa və rus dilinə rəsmi hüquqi status verməyə” çağırdı.
“Cənab Levitsə cavab vermək istərdim ki, bu, Sovet mirası deyil, Avropa Birliyinin bu günüdür. Latviyanın bu qədər can atdığı demokratiya”, - deyə Zaxarova iddia edib.
Rusiya XİN sözçüsü hesab edir ki, Levits bu açıqlaması ilə “ictimaiyyətin diqqətini beynəlxalq cəmiyyətin iddialarından - onun rəhbərlik etdiyi dövlətin rusdilli vətəndaşlara qarşı sistemli ayrı-seçkilik təmin edən daxili siyasətindən yönəltməyə” qərar verib.
Mövzunu AYNA-ya latviyalı jurnalist (Liepaya şəhəri) Yuris Ekşteins şərh edib:
“Levits təbii ki, bir az idealistdir. Ancaq onun rus dilini Avropa Birliyi dilləri ilə əvəzləməyə çağırması aydın deyil. Latış dili həm də Avropa Birliyinin dillərindən biridir. Məsələn, ingilis dilindən danışırıqsa, bu dilin Latviyada başqa dili əvəzləməsi yaxın gələcəyin işi deyil. Məsələn, Qərbi Avropadan olan mütəxəssislər burada Liepayada yaşayırlar. Əlbəttə ki, ingilis dilində danışırlar və hər zaman onlara bu dildə cavab veriləcək.
Ya da tutalım, mağazalarda bütün malların üzərində latış dilində nə olduğunu izah edən məcburi bir annotasiya olmalıdır. Məsələn, yuyucu vasitələrlə bağlı bir növ xəbərdarlıq ola bilər və ingilis, fransız, alman dillərində olan məlumat kifayət etmir, mütləq latış dilinə tərcüməsi olmalıdır.
Ancaq əsas olan bu deyil. Müşahidələrimə görə, Latviyanın yeni nəsilləri demək olar ki, hər yerdə - işdə, nəqliyyatda, şirkətlərdə, tətildə latış dilində səlist danışırlar. Elə həmin insanların evdə rusca danışması tamamilə mümkündür. Ancaq hamısı öz aralarında latışca danışırlar.
Bir çoxu qarışıq ailələrdə doğulub. Və mənə görə, onlar Mariya Zaxarovanın nədən danışdığını belə, başa düşməyəcəklər. Çünki, buradakı hər kəs rus dilini mükəmməl başa düşür və bu da hər yerdə səslənir və bununla bağlı heç bir problem yoxdur.
Ancaq Prezident Levitsin danışdığı problem mövcuddur. Məsələn, bir hadisəni xatırlayıram: Liepayada bir restorana gələn rusdilli qonaqlar, rus dilində güclü latış aksenti ilə danışdığına görə ofisiantdan rəhbərliyə şikayət etdilər. Şübhəsiz ki, qonaqlar üçün ofisiantın belə danışığı xoşagəlməz idi. Və restoran rəhbərliyi müştərilərin tərəfini tutdu. Ofisiant işdən qovulmasa da, aylıq mükafatdan məhrum edildi.
Digər tərəfdən, bir biznesdə müştəri sizin məkanı narazı halda tərk edərsə, bu, pisdir. Bu səbəbdən iş üçün müraciət edərkən həmişə rus dilində danışan namizədlərə üstünlük veriləcək. Eyni zamanda, Latviyada belə bir tələbin heç bir hüquqi əsası yoxdur. Yəni istənilən sahədə işçinin rus dilini bilməmək hüququ var”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ermənistan Rusiyaya qarşı sanksiyalara QOŞULUR
Dünən, 18:52 |
|
|
|
| • Bakıda lazeroloqu öldürməyə cəhddə təqsirləndirilən şəxs 10,5 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Dünən, 18:46 |
|
|
|
| • Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib - İranlı general
Dünən, 18:38 |
|
|
|
| • Unibankda kredit ödənişi ilə bağlı müştəri narazılığı - GİLEY
Dünən, 18:17 |
|
|
|
| • Paşinyan niyə Qriqoryanı vurub Simonyanı önə çəkdi? - sensasion detallar
Dünən, 18:10 |
|
|
|
| • Marketdən şampun və dezodorant götürdü, ödəniş etmədi - Həbs olundu
Dünən, 18:06 |
|
|
|
| • Rusiyanın Ermənistanla yerüstü əlaqəsi kəsildi
Dünən, 17:51 |
|
|
|
| • Ət bazarında xəstəlik təlaşı: - UCUZLAŞACAQ?
Dünən, 17:48 |
|
|
|
| • Bu şadlıq sarayı müsadirə olunaraq hərraca çıxarıldı – Fotolar
Dünən, 17:41 |
|
|
|
| • Naxçıvan Regional DOST Mərkəzinə direktor təyin edildi - ƏMR
Dünən, 17:39 |
|
|
|
| • “Bank VTB Azərbaycan”la bağlı nə baş verir? - Nizamnamə kapitalını 221 milyon azaldır
Dünən, 17:34 |
|
|
|
| • Azərbaycanda ŞOK OLAY: Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 17:31 |
|
|
|
| • “Məkkə sazişi” və Azərbaycan: Bakı yeni bloka qoşulmalıdırmı? - AKTUAL
Dünən, 17:24 |
|
|
|
| • “Ermənistan Azərbaycanın arzusunu yerinə yetirməklə məşğuldur” - Tatevin Hayrapetyan
Dünən, 16:36 |
|
|
|
| • İsrailə minlərlə ton hərbi texnika gətirildi
Dünən, 16:33 |
|
|
|
| • “Avroviziya”-da qaydalar dəyişdi: - Bu ölkələrə QADAĞA
Dünən, 16:27 |
|
|
|
| • 258 milyon manatlıq Naxçıvan planı: Blokadadan regional mərkəzə - RƏY
Dünən, 16:24 |
|
|
|
| • Deputat QHT-si getdi, məmur QHT-si gəldi: qrant islahatının yeni modeli - BU NƏDİ BELƏ?..
Dünən, 16:16 |
|
|
|
| • “Məni efirə çıxarmaq üçün 800 manat istəyən veriliş bağlandı” – “Yeni ulduz”un Habili
Dünən, 16:14 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib - Azərbaycanın FMCG sektorunda ilk
Dünən, 16:10 |
|
|
|
| • Metronun “28 May” stansiyasından qeyri-müəyyənliyə: yeni dövr başlayır - “Yaşıl” və “Qırmızı xətt”lər arasında
Dünən, 16:06 |
|
|
|
| • Bakı-Tehran münasibətlərində yeni səhifə açılırmı? - ŞƏRH
Dünən, 16:02 |
|
|
|
| • Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər? – AÇIQLAMA
Dünən, 16:00 |
|
|
|
| • Marketə iki dəfə girib oğurluq və soyğunçuluq edən şəxsin cəzası azaldıldı
Dünən, 15:58 |
|
|
|
| • "Yeni ulduz" geri qayıdır: Necə keçiriləcək? - Mübariz Tağıyevdən açıqlama
Dünən, 15:56 |
|
|
|
| • Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU - Şok FAKTLAR
Dünən, 15:53 |
|
|
|
| • İran səfirinin addımı müzakirə doğurdu – Politoloq məsələyə münasibət bildirdi
Dünən, 15:49 |
|
|
|
| • “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib - ARAŞDIRMA
Dünən, 15:24 |
|
|
|
| • Mübariz Əhmədoğlu Fazil Mustafaya sərt cavab verdi - Mübahisə qızışdı
Dünən, 15:21 |
|
|
|
| • Polşa yaxın günlərdə Ukraynaya “Patriot” raketləri verəcək
Dünən, 15:17 |
|
|
|
| • Niderland şirkəti Bakıdakı fəaliyyətini dayandırdı
Dünən, 15:15 |
|
|
|
| • İran səfirinin sərgi macəraları: - “Artsax” pavilyonunda göy qutabı
Dünən, 15:13 |
|
|
|
| • “Azsığorta” zərərlə işləməyə başlayıb
Dünən, 15:11 |
|
|
|
| • Peşə məktəbi pelet sobalar üçün 51,5 min manatlıq material alır - DETALLAR
Dünən, 15:09 |
|
|
|
| • İcra hakimiyyəti prospektin 500 metrlik hissəsini 138 min manata abadlaşdırmaq istəyir
Dünən, 14:43 |
|
|
|
| • Nazir Musa Paşayevə yüksək vəzifə verdi - ƏMR
Dünən, 14:40 |
|
|
|
| • Generalın qızı ilə bağlı iddia -Natiq Əliyev kimdir?
Dünən, 14:35 |
|
|
|
| • Xəstəxanalardakı uzman həkimlər KİMLƏRDİR?
Dünən, 13:08 |
|
|
|
| • Dünya sülhünə ən böyük təhdid hesab edilən ölkələr – 7 ölkədə sorğu
Dünən, 13:01 |
|
|
|
| • Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib - "Yaxın vaxtlarda..."
Dünən, 12:59 |
|
|
|
| • Ramiz Mehdiyevin kürəkəninin iddiası təmin edilmədi - Ali Məhkəmə NÖQTƏNI qoydu
Dünən, 12:56 |
|
|
|
| • Açıq ürək əməliyyatı olunan Aqil Məlikov evə buraxıldı - "Evimdəyəm, ocağımdayam..."
Dünən, 12:53 |
|
|
|
| • Orxan Rəhimov direktor təyin edildi - ƏMR
Dünən, 12:44 |
|
|
|
| • Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər - Paşinyandan AÇIQLAMA
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanda hərbçinin güllələnmiş meyiti tapıldı
Dünən, 12:32 |
|
|
|
| • “Dinamo” göylə gedir, “Qarabağ” isə yerini göstərməyə hazırlaşır - Bakıdakı böyük savaş
Dünən, 12:27 |
|
|
|
| • Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib - Ermənistan mediası
Dünən, 12:20 |
|
|
|
| • Sabiq deputatın dövlətə 1 milyondan çox borcu var - DETALLAR
Dünən, 12:18 |
|
|
|
| • Rusiyada doğum səviyyəsinə görə lider region açıqlandı - KİV
Dünən, 12:12 |
|
|
|
| • Ermənistan Aİ-yə kənd təsərrüfatı ixracatçılarına 14 milyon dollardan çox subsidiya ödəyəcək
Dünən, 12:01 |
|
|
|
|