İvanişvili məni və ailəmi məhv etmək istəyir .....                     “Faytonçu” Nazimin görünüşündə diqqətçəkən dəyişiklik .....                     Ermənistanda şaftalı böhranı: .....                     TƏBİB 1,6 mln. manatlıq tibbi vasitə alır .....                     Agentlik rəhbəri bu peşə mərkəzinə direktor təyin etdi .....                     Lisenziyadan kənar işlər görülürmüş... .....                     İş adamı Quvat Beybutovun "pulunu yeyənlər" .....                     Moskvada terrora çağırış edən jurnalistə cinayət işi açıldı .....                     Paşinyanın yeni təhlükəsizlik şefi müharibə elan etdi .....                     Akademikin oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ .....                     “David Seliverstov” indi də ayın 20-də gəlir .....                     Sakinlər 114 sayılı marşrut avtobusundan narazıdırlar .....                     Fərhad Adıgözəlov 4 ay sonra bu idarəyə rəis əvəzi gətirdi .....                     Buğda bahalaşdı: Bəs çörək? .....                     “Əliyev son açıqlaması ilə əslində bizə xəbərdarlıq edib” .....                     Tramp İrana qarşı nüvə silahından istifadə edəcək .....                     Rusiya asılılığı ilə Azərbaycan alternativi arasında: .....                     Tiflisdən Qarabağ açıqlaması: .....                     Parisdə dincələn Səmradan .....                     TƏBİB sədri daha iki vəzifəlini işdən çıxardı .....                     Səfalı MTK ilə bağlı növbəti qalmaqal .....                     Marketlərdə erməni malları .....                     Sentyabrın əsas xərci: .....                     Ərzaq məhsulları xaricdən Azərbaycana neçəyə gətirilir? .....                     Gömrük sistemində ÖZBAŞINALIQ... .....                     Bunu necə Ermənistanla müqayisə etmək olar? Xəyanətdir! .....                     Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsi həbs edilib .....                     Palata ikisinin lisenziyasını ləvğ edib, .....                     Sumqayıtda FACİƏ: .....                     Arvadı Zelenskiyə təsir edir, “qızıl veto”ya malikdir .....                     Dünya çempionu niyə azadlıqda qaldı? .....                     Paşinyanın partiyasından Moskvaya cavab: .....                     Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi .....                     AZAL Atırauya ilk reysini həyata keçirib .....                     “Ermənilərin Qarabağa qayıdışı münaqişəni diriltməkdir” .....                     İranşünasdan Bakıya qarşı .....                     “İtirən siz olarsınız, Türkiyə yox” .....                     Azərbaycanda da kuryerlərin gigiyenasına, sağlamlığına ciddi nəzarətdə olmalıdır .....                     Azərbaycanda böyürtkən yığan qadınların başına iş gəldi .....                     "Cəhənnəmə gedən özünə yoldaş axtarır" .....                 

Latın Amerikası siyasəti bizə nə verir? - TƏHLİL
Tarix: 3-05-2019, 08:48 | Çap et
Latın Amerikası siyasəti bizə nə verir?
Azərbaycan diplomatiyası öz sərhədlərinin hüdudlarını genişləndirərək uzaq Uruqvay, Argentina, Venesuela və Paraqvaya qədər uzadıb. Bu siyasətin rəsmi Bakıya nə verdiyi tez-tez sual olunur.

Dünyanın siyasi episentri ABŞ, Britaniya, Fransa, Avropa Birliyi, BMT, NATO və s. mərkəzlər olduğu halda, Azərbaycan xarici siyasətində Latın Amerikası istiqamətinə doğru addımlar atır.

Hətta Bakı və Montevideo (Uruqvayın paytaxtı) iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığa dair bir sıra sazişlər imzalamağa hazırlaşır. Bu barədə mayın 1-də xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşdə deyib.

Halbuki nazirlərin görüşündən 1 həftə əvvəl Azərbaycan XİN Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Masis Mailyanın Uruqvaya getməsi və orada görüşlər keçirməsinə etirazını bildirmiş, nota göndərmişdi.

XİN-dən deyilmişdi ki, separatçı rejimin nümayəndəsi Uruqvay hökumətinin rəsmiləri tərəfindən qəbul edilməyib, erməni icmasının dəvəti ilə səfər edibmiş.

Uruqvay Senatı sədrinin parlamentdə qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən tədbirdə iştirakına isə Argentinadakı səfirliyimiz Uruqvay Xarici İşlər Nazirliyinə nota təqdim etməklə etirazını bildirmişdi.

Xatırladaq ki, “erməni soyqırımı”nı tanıyan ilk ölkə Uruqvay olub. 1965-ci ildə çıxardılan qanunla 24 aprel “1915-də ”milli soyqırıma" məruz qalan “erməni şəhidlərini” anma günü" elan edilib. Sonra dəfələrlə bu qərar Uruqvay parlamenti tərəfindən təsdiq edilib.

Azərbaycanın yaxınlıq etdiyi Argentina da zaman-zaman ermənipərəst mövqeyi ilə seçilib. Argentinada “erməni soyqırımı”nı tanıma qanunu 1985-ci ildə qəbul edilib.

Azərbaycana bu coğrafiyada yaxın ölkələrdən biri də Venesueladır. Hazırda bu ölkədə hakimiyyət əleyhinə nümayişlər davam edir. Neftlə zəngin dövlətin rəsmi Bakı ilə əlaqələri yüksək səviyyədədir.

Venesuela prezidenti Nikolas Maduro Azərbaycanın müstəqillik əldə etdiyi gündən etibarən Bakıya gələn ilk Latın Amerikası dövlət başçısı olub.

Bir sıra ölkələrlə əldə olunmuş bu münasibətlərin dərəcəsini Kolumbiya, Peru, Panama, Qonduras, Paraqvay və Qvatemala parlamentlərinin Xocalı soyqırımı və Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı müvafiq sənədlər qəbul etməsi göstərir.

İki ölkə arasında iqtisadi sahədə münasibətlər hələlik çox məhduddur, amma siyasi cəhətdən Venesuela artıq Cənubi Qafqaz regionunda Azərbaycanın xeyrinə seçim edib.

Bakıda keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsini nəzərdə tutan Maduro belə deyib: “Azərbaycan həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi məsələlərində bizim iradəmizə və dəstəyimizə arxalana bilər. Biz dünyanın bir çox ölkələrinin dəstəyi ilə Təhlükəsizlik Şurasına üzv seçilmişik. TŞ çərçivəsində biz beynəlxalq hüququn tətbiqi üçün əlimizdən gələni edəcəyik. Azərbaycan öz milli maraqlarının müdafiəsində kifayət qədər məntiqli hərəkət edib. Venesuela sizin yeni etibarlı dostunuzdur”.

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan xarici siyasət coğrafiyasını genişləndirib.

Onun sözlərinə görə, hazırda Bakıda keçirilən forumda Latın Amerikası ölkələrinin parlament rəhbərləri iştirak edirlər: “Azərbaycan haqlı mövqeyi üçün dəstək gözləyir.

Meksikada Xocalı abidəsi ucaldılıb, Kolumbiyada Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. Biz dünyanın dəstəyini qazanmalıyıq. Azərbaycan torpaqları işğal edilib ki, inkişafımızın qarşısı alınsın. Bu baxımdan biz dünyanın simpatiyasını qazanmalıyıq. BMT-dəki dəstəyimizi Amerika ölkələri hesabına artırmalıyıq. Azərbaycanın həm rəsmi, həm parlament diplomatiyasının fəaliyyətini xüsusi qiymətləndirərdim və medianın bu məsələlərə diqqət ayırmasına ehtiyac var”.

Siyasi şərhçi Elxan Şahinoğlunun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanla bu ölkələr arasında məsafə baxımdan uzaqlıq var. Onun fikrincə, iqtisadi əlaqələrin qurulması çətindir, bu səbəbdən siyasi təmaslara önəm verilir.

“Bu da ona görədir ki, BMT-də səs verilərkən Azərbaycana birmənalı dəstək olsun. Çünki adını çəkdiyiniz ölkələrdə erməni lobbisi çox güclüdür, illər əvvəl kök salıblar.

Bizim erməni lobbisinin əleyhimizə apardığı fəaliyyəti neytrallaşdırmaq üçün Latın Amerikasında aktiv işləməyimiz lazımdır. Düzdür, onların lobbiləri çoxdan kök atıblar deyə qısa zamanda effektiv nəticə göstərmək çətindir, amma Azərbaycanın maraqları nəzərə alınmalıdır",-deyə, analitik bildirdi.

Ekspert hesab edir ki, bəzi ölkələr üzdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etsələr də, arxada ermənilərə köməyini əsirgəmirlər.

“Uruqvay aydınlıq gətirməlidir ki, separatçı rejimin ”naziri" ilə senator niyə görüşmüşdü. Azərbaycanın maraqları arxa plana atılmamalıdır. Bu bölgələrdə siyasi fəallığımızı artırmalıyıq".

Venesuelaya gəlincə, E.Şahinoğlu düşünür ki, Azərbaycan orada baş verənlərə neytral mövqe göstərir: “Maduroya Rusiya və Türkiyə dəstək verir. İkincisi, biz kiçik dövlətik və regional münaqişələrdə mühüm rol oynaya bilmərik. Biz Qarabağ problemi ilə bağlı fəaliyyətimizi göstərməliyik. Bundan başqa, bu ölkələrin yaxşı tarixi təcrübələri var. Azərbaycanı tez-tez bu ölkələrlə müqayisə edirlər. Çünki onlarda da orta təbəqə yoxdur, var yuxarı, var aşağı zümrə... Bu təcrübədən yararlana bilərik”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İvanişvili məni və ailəmi məhv etmək istəyir - Gürcüstanın keçmiş baş naziri
Bu gün, 17:53
“Faytonçu” Nazimin görünüşündə diqqətçəkən dəyişiklik - FOTO
Bu gün, 17:51
Ermənistanda şaftalı böhranı: - Fermerlər yolu bağladı
Bu gün, 17:49
TƏBİB 1,6 mln. manatlıq tibbi vasitə alır
Bu gün, 17:47
Agentlik rəhbəri bu peşə mərkəzinə direktor təyin etdi - FOTO
Bu gün, 17:47
Lisenziyadan kənar işlər görülürmüş... - Nazirlik “Medicare” klinikası cərimələndi
Bu gün, 17:41
İş adamı Quvat Beybutovun "pulunu yeyənlər" MƏHKƏMƏDƏ DANIŞDI
Bu gün, 17:34
Moskvada terrora çağırış edən jurnalistə cinayət işi açıldı
Bu gün, 17:33
Paşinyanın yeni təhlükəsizlik şefi müharibə elan etdi - Hədəfdə bu şəxslərdir...
Bu gün, 17:22
Akademikin oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
Bu gün, 17:17
“David Seliverstov” indi də ayın 20-də gəlir – “Bir günə həqiqət üzə çıxacaq” nağılı bitəcəkmi?
Bu gün, 17:14
Sakinlər 114 sayılı marşrut avtobusundan narazıdırlar - GİLEY
Bu gün, 17:06
Fərhad Adıgözəlov 4 ay sonra bu idarəyə rəis əvəzi gətirdi - ƏMR
Bu gün, 16:56
Buğda bahalaşdı: Bəs çörək? - AKTUAL
Bu gün, 16:53
“Əliyev son açıqlaması ilə əslində bizə xəbərdarlıq edib” - Erməni deputat
Bu gün, 16:45
Tramp İrana qarşı nüvə silahından istifadə edəcək - ŞOK İDDİA
Bu gün, 16:43
Rusiya asılılığı ilə Azərbaycan alternativi arasında: - Gürcüstanın iqtisadi seçimi
Bu gün, 16:39
Tiflisdən Qarabağ açıqlaması: - Məsələnin daha ağır tərəfi Paşinyanla bağlıdır
Bu gün, 16:35
Parisdə dincələn Səmradan EHTİRASLI FOTOLAR
Bu gün, 16:23
TƏBİB sədri daha iki vəzifəlini işdən çıxardı - YENİ TƏYİNATLAR
Bu gün, 16:21
Səfalı MTK ilə bağlı növbəti qalmaqal - Bu binada sakinlər qorxu içindədir
Bu gün, 16:17
Marketlərdə erməni malları – Alan olacaqmı?
Bu gün, 16:07
Sentyabrın əsas xərci: - Valideynlər bir uşağı məktəbə neçəyə yola salacaqlar?
Bu gün, 15:49
Ərzaq məhsulları xaricdən Azərbaycana neçəyə gətirilir? – Qiymətlər
Bu gün, 15:42
Gömrük sistemində ÖZBAŞINALIQ... DAVAM EDİR
Bu gün, 15:35
Bunu necə Ermənistanla müqayisə etmək olar? Xəyanətdir! - Bakaradze
Bu gün, 15:28
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 15:20
Palata ikisinin lisenziyasını ləvğ edib, digər ikisinə lisenziya verib
Bu gün, 15:17
Sumqayıtda FACİƏ: - gənc qız binadan düşüb ÖLDÜ
Bu gün, 15:07
Arvadı Zelenskiyə təsir edir, “qızıl veto”ya malikdir - “RBK Ukrayna”
Bu gün, 15:04
Dünya çempionu niyə azadlıqda qaldı? - “1 manat da ödəmədi...”
Bu gün, 14:59
Paşinyanın partiyasından Moskvaya cavab: - Təşkilatdan çıxmaq qərarı necə veriləcək?
Bu gün, 14:56
Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 14:50
AZAL Atırauya ilk reysini həyata keçirib - FOTO
Bu gün, 14:45
“Ermənilərin Qarabağa qayıdışı münaqişəni diriltməkdir” – Parlamentin sədri Rubinyandan müxalifətə sərt cavab
Bu gün, 14:41
İranşünasdan Bakıya qarşı SƏRSƏMLİK
Bu gün, 13:18
“İtirən siz olarsınız, Türkiyə yox” - Ərdoğandan MESAJ
Bu gün, 13:16
Azərbaycanda da kuryerlərin gigiyenasına, sağlamlığına ciddi nəzarətdə olmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:09
Azərbaycanda böyürtkən yığan qadınların başına iş gəldi – AÇIQLAMA
Bu gün, 13:05
"Cəhənnəmə gedən özünə yoldaş axtarır" - Xarici "ət" və Belarus domeni ".bel"
Bu gün, 13:03
Azərbaycan daha az buğda alıb, amma daha çox xərc çəkib
Bu gün, 12:59
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 12:57
“Əsgər formasında rəqs: - Müğənninin görüntüləri etiraz doğurdu”
Bu gün, 12:55
"Paşa Bank"dan "Paşa Holdinq"ə... - Əmir Məmmədov menecer təyin edildi
Bu gün, 12:51
“Qutusu açılmayıb” deyib köhnə telefon satırlar - Azərbaycanda alıcıları necə aldadırlar?
Bu gün, 12:48
Məhkəmə deputatın professor olan qudası ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 12:40
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib - İyun ayında saxlanılmışdı...
Bu gün, 12:34
“Başına zərbə vurdum, sonra prokurorluğa gedib təslim oldum” – meşədəki qətlin TƏFƏRRÜATI
Bu gün, 12:31
Tehrandan İraq Kürdüstanına gözlənilməz hücum: - Məsrur Bərzaninin rezidensiyası hədəf alındı
Bu gün, 12:28
“Shein” geyimlərinin etiketlərində uyğurlardan şok mesaj: “Yardım edin” - FOTO
Bu gün, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru