Qətərdən Körfəz vətəndaşlarına çağırış
Tarix: 12-06-2017, 08:55 |
Çap et
Qətər iyunun 11-də bildirib ki, qonşu Körfəz ölkələrinin vətəndaşları onun ərazisində qala bilərlər. Bu arada Qətər regiondakı ərəb ölkələri tərəfindən blokadaya salınıb.
Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və digər ölkələr Qətərlə dəniz, quru və hava nəqliyyatı əlaqələrini kəsib. Onlar Dohanı ekstremist qruplaşmaları dəstəkləməkdə suçlayır. Çoxu qətərlilərə ölkələrindən çıxmaq əmri verib.
ABŞ prezidenti Donald Trump Qətərə qarşı addımları dəstəklədiyini bildirib. Digər ABŞ rəsmiləri, o cümlədən dövlət katibi Rex Tillerson gərginliyin azaldılmasına çalışıb.
Birləşmiş Ştatların Qətərdə böyük hərbi bazası var.
Qətər terrorçuluğu dəstəkləməsiylə bağlı iddiaları rədd edir, gərginliyin azaldılmasından ötrü danışıqlara hazır olduğunu bildirir.