Ağ Ev Qətərin “İŞİD”lə əlaqəsindən xəbərdar olub – “Wikileaks”
Tarix: 6-06-2017, 11:37 |
Çap et
“Wikileaks” vebsaytı Amerika Birləşmiş Ştatları hökumətinin Qətərin “İŞİD”lə əlaqəsindən xəbərdar olduğuna dair məxfi məlumatları ifşa edib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat sabiq dövlət katibi Hilari Klintonun elektron məktublarında yer alır.
Qətərlə yanaşı, Səudiyyə Ərəbistanı da “İŞİD” terror qruplaşmasına maliyyə və nəqliyyat dəstəyi göstərib.
Klintonun Con Podesta ilə yazışmasında bu sözlər qeyd olunur.
“Hərbi əməliyyatlarla yanaşı, biz diplomatik və ənənəvi kəşfiyyat resursarından istifadə edərək İŞİD və digər radikal sünni qruplaşmalara dəstək olan Qətər və Səudiyyə Ərəbistanına qarşı daha çox təzyiq göstərməliyik”
Qətərin terrorizmə dəstək verməsi ilə əlaqədar yayılan iddialar bir sıra ərəb ölkələrinin, o cümlədən, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Bəhreyn, Misir, Liviya, Maldiv və Mavrikinin rəsmi Doha ilə diplomatik əlaqələrini kəsməsinə səbəb olub.