Lavrovdan İŞİD-lə bağlı maraqlı iddia – “İŞİD ilə YPG razılığa gəlib, çəkiləcək”
Tarix: 1-06-2017, 11:01 |
Çap et
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İŞİD-in döyüşmədən Raqqadan Palmiraya (Tedmur) çəkilmək barədə YPG ilə razılığa gəldiyini iddia edib.
Avropa.info xəbər verir ki, Lavrov İŞİD-in Raqqanı PKK-nın Suriya qolu olan YPG-yə təhvil verəcəyini iddia edərək “Rusiyanın Müdafiə Nazirliyi bu məlumatı təsdiq edir və etibarlı məlumatlara dayanır” deyə bildirib.
Paytaxt Moskvada təşkil etdiyi mətbuat konfransında danışan Lavrov YPG-nin bununla bağlı açıqlamaları qəbul etmədiyini eşitdiyini vurğulayaraq əllərində olan məlumatın bunun tam əksini dediyini bildirib.
“Rusiyanın Müdafiə Nazirliyi bu məlumatı təsdiq edir və etibarlı məlumatlara dayanır. Bundan əlavə bu məlumat açıldıqdan sonra İŞİD üzvləri Raqqdan Palmiraya doğru hərəkətə başlayıb. Bildiyiniz kimi rus ordusu bu hərəkəti müəyyən edərək onların karvanlarını vurub.”