İraq Kürd Regional Hökumətindən referendumla bağlı qəti qərar – Tarix açıqlandı
Tarix: 3-04-2017, 14:27 |
Çap et
İraqdakı Kürd Regional Hökuməti müstəqillik üçün referendumun 2017-ci ildə təşkil olunması yönündə konkret addımlar atacağını açıqlayıb.
Avropa.info xəbər verir ki, əldə olunan məlumata görə İraq Kürd Regional Hökuməti referendumun bu il təşkil edilməsi ilə bağlı qərar qəbul edib.
Kürdüstan Demokrat Partiyası ilə Kürdüstan Vətənpərvər Birliyi üzvlərinin iştirakı ilə dünən təşkil olunan iclas zamanı müştərək bir komitə qurulması və referendumun bu il keçirilməsi ilə bağlı qərar qəbul olunub.
İclasdan sonra verilən açıqlamada hər iki partiyanın referendumun bu il keçirilməsi ilə bağlı razılığa gəldiyi bildirilir.