Çavuşoğlu və Kerri Fətullah Gülənin ekstradisiyasını müzakirə edib
Tarix: 17-08-2016, 09:04 |
Çap et
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Con Kerri ilə Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə edib.
SalamNews-un “Timetürk”ə istinadla verdiyi xəbərə görə, Çavuşoğlu və Kerri arasında telefon danışığı baş tutub.
Telefon danışığında Gülənin ekstradisiyası, ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Türkiyə səfəri və Suriya mövzusunun müzakirə edildiyi bildirilir.
15 iyul dövlət çevrilişi cəhdindən sonra Con Kerrinin Ankaraya gəlməsi gözlənilirdi. Lakin sonra Kerrinin deyil, Baydenin Türkiyəyə gələcəyi açıqlanıb.