BVF Moldovanın bank sistemini öyrənir
Tarix: 24-05-2016, 08:55 |
Çap et
Beynəlxalq Valyuta Fondu Kişinaunun kredit xahişinə baxarkən Moldovanın maliyyə sistemini nəzərdən keçirəcək. Moldova banklarından 1 milyard dollardan çox vəsaitin itməsi ölkədə böyük qalmaqala gətirmişdi.
BVF-nin Moldovadakı faktaraşdırıcı missiyasının rəhbəri Ivanna Vladkova-Hollar deyib ki, səfəri Moldovanın çox ehtiyac duyduğu kredit üzrə danışıqlara doğru ilk addımdır. Onun sözlərinə görə, Moldova bankları nizamlanan sistem çərçivəsində, xarici müdaxilə olmadan işləməlidirlər.
Vladkova-Hollar baş nazir Pavel Filip-lə görüşüb. Filip deyib ki, hökumət BVF-nin tələblərini yerinə yetirməkdən ötrü maliyyə, bank, ədliyyə sistemində islahatları davam etdirəcək.
Mərkəzi Bank sədri istefaya gedəndən sonra BVF ötən sentyabrda Moldovadan çıxıb.