20 YANVAR GÜNÜ BAKIDA SÖKHASÖK OLDU
Tarix: 20-01-2012, 16:47 |
Çap et
HƏTTA MATƏM BELƏ EVYIXANLARIN NİYYƏTİNƏ ƏNGƏL OLA BİLMƏDİ
DİA.AZ: - Bakının mərkəzindəki Şəmsi Bədəlbəyli küçəsində mənzillərin söküntüsü davam edir. Bu barədə Ş.Bədəlbəyli küçəsi, 8 saylı evin sakini Teyyub Quliyev bildirib.
Hətta 20 yanvar - ümummilli hüzn günü də bu adamların həmin gündə biabırçılıq etmələrinə mane ola bilməyib. Hansı idarəyə mənsub olduqları bilinməyən 5-6 nəfər şəxs boş mənzillərin döşəmə və tavanlarını sökür, qapı-pənjərələrini çıxarırlar.
Hələ də binada yaşayan sakinlər bunun qarşısını ala bilmirlər. Onlar bu adamların yaşadıqları mənzillərə zərər verəcəyindən ehtiyat edirlər.
Qeyd edək ki, sözügedən binanın sakinləri bir neçə səbəbdən evlərini tərk etmirlər. Belə ki, təklif edilən mənzillər şəhərdən uzaqdır, binalar yararsızdır, verilən kompensasiya isə azdır. Onu da bildirək ki, sakinlərə mənzillər 14-cü və daha yuxarı mərtəbələrdə təklif olunur.