İCRA BAŞÇILARININ QİYAMI GÖZLƏNİLİR
Tarix: 20-01-2012, 12:12 | Çap et
BİR NEÇƏ RAYONDA MƏMMƏDƏMİN RƏSULZADƏYƏ ANIM TÖRƏNLƏRİ TƏŞKİL EDİLƏCƏK
DİA.AZ: - Hakim Yeni Azərbaycan Partiyasının və iqtidar cinahının 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olmuş Məmmədəmin Rəsuzladəyə hansı münasibətdə olduğu hər kəsə məlumdur. YAP iqtidarı ilk hakimiyyət günlərindən Rəsulzadə şəxsiyyətinə qarşı mübarizə aparmış, onun adının silinməsi, unudulması yolunda 70 illik sovet rejimindən az iş görməmişdir.
Bunun da nəticəsidir ki, bu gün gənclərimizin böyük əksəriyyəti Rəsulzadə kimliyindən xəbərsizdirlər. Bunun qarşılığında isə YAP öz ideyalarını və ideallarını alt şüura yeritməklə məşğuldur.
Amma deyəsən, hakim cinaha aid hər kəs bu şəkildə düşünmür. Bunu redaksiyamıza iqtidara aid çevrələrdən sızan məlumatlar da təsdiqləyir. Belə ki, mötəbər mənbələrin В«DünyaВ» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) ötürdüyü məlumatlarda deyilənə görə, hakimiyyət içində hazırki idaretməyə, daha doğrusu, birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı olan qüvvələr var və onlar özlərini 31 yanvar tarixində nümayiş etdirəcəklər.
Təbii ki, həmin bu tarix təsadüfən seçilməyib. Bu tarix Məmmədəmin Rəsulzadənin doğum günüdür və bu il AXC-nin banilərindən olan tarixi liderimizin 128 yaşı tamam olur.
Mötəbər mənbələrin bildirdiklərindən belə aydın olur ki, 31 yanvar tarixində Rəsulzadənin 128 yaşı bir neçə rayonda yerli rəhbərlik tərəfindən ən yüksək səviyyədə təşkil olunacaq: В«Həmin rayonların icra başçıları antiMehdiyev qrupuna bağlıdırlar və onlara qrup liderlərindən bununla bağlı təlimatlar verilibВ».
Mənbəmiz bildirir ki, konkret olaraq Sabirabad rayonunda böyük bir törən hazırlanır. Onu da xatırladaq ki, digər rayonlardan və ölkə paytaxtından fərqli olaraq Sabirabadda icra hakimiyyətinin binası qarşısında da Rəsulzadənin heykəli ucalmaqdadır.
Məlumatlardan aydın olur ki, Sabrabad rayonu ilə yanaşı, anoloji tədbirlər Kəmaləddin Heydərovun nəzarətində olan rayonlarda da təşkil olunacaq: В«Buna icra başçılarının antiMehdiyev siyasətinə üsyanı da demək olar. Çünki çox ciddi hazırlıq gedir. Və hətta bununla bağlı В«yuxarılarВ» da məlumatlandırılıb. Hakimiyyətiçi qruplaşmaların davası artıq ideoloji müstəviyə qədəm qoyubВ».
Onu da bildirək ki, Müsavat Partiyasının lideri və ilk başqanı Məmmədəmin Rəsulzadə 1884-cü il yanvar ayının 31-də Bakı şəhərində ruhani ailəsində anadan olmuşdur. Atası Hacı Molla Ələkbər Rəsulzadə, anası Zinyət Zal qızıdır.
İlk tərbiyə və təhsilini ailəsi yanında alan Məmmədəmin Rəsulzadə, sonradan Texniki məktəbə daxil olmuşdur. 1902-ci ildə M.Ə.Rəsulzadə "Müsəlman Gənclik" təşkilatını yaratmışdır. 1903-cü ildə M.Ə.Rəsulzadənin ilk məqaləsi "Şərqi - rus" qəzetində çap edilmişdir. Sonradan "Həyat", "İrşad", "Tərəqqi" və başqa qəzetlərdə məqalələrlə çıxış etmiş, "Təkamül" (Bakı), "İrani-nou" (Tehran), " Açıq söz " (Bakı 1915-1917), İstanbulda yayınlanan "Yeni Qafqaziya" (1923-1928), "Azəri türk" (1928-1929), "Odlu Yurd" (1929-1931) və 1933-1939-cu illərdə Berlində çap olunan "Qurtuluş" curnallarının və "İstiqlal" qəzetinin yaradıcısı olmuşdur. 1952-ci ildə isə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə "Azərbaycan" dərgisi nəşr edilib.
M.Ə.Rəsulzadənin jurnalist fəaliyyətindən başqa çoxlu kitabları da çap edilmişdir.
1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunan M.Ə.Rəsulzadə 1908-1911-ci illərdə İranda çalışıb, Səttar xan hərəkatında yaxından iştirak edib. 1911-ci ildə isə rus səfirliyinin tələbi ilə İrandan çıxarılıb.
1911-13-cü illərdə İstanbulda Türk ocağında çalışıb.
1913-cü ildən Bakıda fəaliyyətə başlayıb.
1918-ci il mayın 28-də Azərbaycan istiqlalı elan olunduqdan sonra Azərbaycan Milli Şurasının sədri seçilmişdir.
1920-ci ildə Azərbaycan ruslar tərəfindən işğal olunduqdan sonra M.Ə.Rəsulzadə həbs olunub. Sonra keçmiş dostu Stalin onu ölümdən qurtarıb.
1922-ci ildən M.Ə.Rəsulzadənin mühacirət həyatı başlayıb.
Müxtəlif illərdə o, Türkiyədə, Polşada, Almaniyada yaşamış, Azərbaycan istiqlalı uğrundakı mübarizəsini davam etdirmişdir.
1955-ci ilin mart ayında Məmmədəmin Rəsulzadə Ankara şəhərində həyata göz yummuş, Əsri məzarlıqda dəfn edilmişdir.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tramp 9-10 sentyabr tarixlərində Respublikaçıların qurultayında çıxış edəcək
Bu gün, 08:59 |
|
|
|
| • Putin kifayət qədər güzəştə gedə bilər
Bu gün, 08:30 |
|
|
|
| • Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
Bu gün, 08:28 |
|
|
|
| • Müğənni kiçik oğlunu xaricə yolladı
Bu gün, 08:20 |
|
|
|
| • Minlərlə rus 5 ölkəyə “hücum edəcək”: Tarix verildi, siyahıda Azərbaycan da var - NƏ BAŞ VERİR?
Bu gün, 08:16 |
|
|
|
| • “Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb
Bu gün, 08:14 |
|
|
|
| • ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu - MÜRACİƏT
Bu gün, 07:51 |
|
|
|
| • Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər – 3 SAATLIQ
Bu gün, 07:35 |
|
|
|
| • “Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
Bu gün, 07:32 |
|
|
|
| • Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır - belə deyirlər...
Bu gün, 07:27 |
|
|
|
| • Nazirliyin addımı: ət ucuzlaşacaq? - AKTUAL
Bu gün, 07:05 |
|
|
|
| • TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
| • "ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 06:59 |
|
|
|
| • ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb - "Associated Press"
Bu gün, 06:57 |
|
|
|
| • Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal - FOTO
Bu gün, 06:53 |
|
|
|
| • Gəncədə 33 yaşlı kişi bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 06:50 |
|
|
|
| • Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:04 |
|
|
|
| • AZERCELL cibə girməyə DAVAM EDİR... - "Nə vaxta kimi belə davam edəcək?"
Bu gün, 05:56 |
|
|
|
| • LEOBANK yenə də narazılıq yaratdı... - MÜRACİƏT
Bu gün, 05:41 |
|
|
|
| • Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:26 |
|
|
|
| • "Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." - GİLEY
Bu gün, 05:23 |
|
|
|
| • "Beşiktaş" üçün Bakı da doğma divarlardır... - Elə "Hapoel" üçün də...
Bu gün, 05:11 |
|
|
|
| • Bəli, nazir Əmrullayev düz deyir... - AMMA...
Bu gün, 05:05 |
|
|
|
| • Hər yanı korrupsiya... EY ANA VƏTƏN! - REPLİKA
Bu gün, 05:00 |
|
|
|
| • Ermənilərlə müharibə yox, ticarət olmalıdır... - Bəs siz onların mallarını alarsınızmı?
Bu gün, 04:55 |
|
|
|
| • Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... - ÇÜNKİ...
Bu gün, 04:49 |
|
|
|
| • "İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." - İlqar Məmmədov
Bu gün, 04:46 |
|
|
|
| • Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43 |
|
|
|
| • Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? - REPLİKA
Bu gün, 04:26 |
|
|
|
| • "Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." - ÇAĞIRIŞ
Bu gün, 04:20 |
|
|
|
| • "Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." - ETİRAF
Bu gün, 04:08 |
|
|
|
| • “Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək
Dünən, 18:06 |
|
|
|
| • Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?
Dünən, 17:58 |
|
|
|
| • Media hara gedir? – Azər Ayxan yazır
Dünən, 17:51 |
|
|
|
| • Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:45 |
|
|
|
| • Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır - NARAZILIQ VAR...
Dünən, 17:38 |
|
|
|
| • Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
Dünən, 17:36 |
|
|
|
| • ASCO sədri ona yüksək vəzifə verdi - FOTO
Dünən, 17:31 |
|
|
|
| • Mətanət Əsədovadan İSMARIŞ: - “Az idi cadu edənim, sən də…”
Dünən, 17:26 |
|
|
|
| • Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI - Şahid DANIŞIR
Dünən, 17:20 |
|
|
|
| • 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?
Dünən, 17:14 |
|
|
|
| • Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?
Dünən, 17:10 |
|
|
|
| • Bakıda evlər bahalaşacaq, amma hamısı yox - Ekspertdən proqnoz
Dünən, 17:06 |
|
|
|
| • Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
Dünən, 17:03 |
|
|
|
| • Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir - BUNA GÖRƏ...
Dünən, 17:00 |
|
|
|
| • “Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” - Harut Sassunyan
Dünən, 16:56 |
|
|
|
| • Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir
Dünən, 16:52 |
|
|
|
| • Putin ailəsi haqda sirri açdı: - “Atam və anam…”
Dünən, 16:48 |
|
|
|
| • Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi
Dünən, 16:46 |
|
|
|
| • ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
Dünən, 16:26 |
|
|
|
|