Putin kifayət qədər güzəştə gedə bilər .....                     Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! .....                     Müğənni kiçik oğlunu xaricə yolladı .....                     Minlərlə rus 5 ölkəyə “hücum edəcək”: Tarix verildi, siyahıda Azərbaycan da var .....                     “Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb .....                     ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu .....                     Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər .....                     “Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” .....                     Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır .....                     Nazirliyin addımı: ət ucuzlaşacaq? .....                     TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? .....                     "ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var .....                     ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb .....                     Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal .....                     Gəncədə 33 yaşlı kişi bıçaqlanıb .....                     Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... .....                     AZERCELL cibə girməyə DAVAM EDİR... .....                     LEOBANK yenə də narazılıq yaratdı... .....                     Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? .....                     "Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." .....                     "Beşiktaş" üçün Bakı da doğma divarlardır... .....                     Bəli, nazir Əmrullayev düz deyir... .....                     Hər yanı korrupsiya... EY ANA VƏTƏN! .....                     Ermənilərlə müharibə yox, ticarət olmalıdır... .....                     Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... .....                     "İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." .....                     Maaş artımında sürücülər unudulub? .....                     Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? .....                     "Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." .....                     "Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." .....                     “Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək .....                     Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? .....                     Media hara gedir? .....                     Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! .....                     Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır .....                     Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi .....                     ASCO sədri ona yüksək vəzifə verdi .....                     Mətanət Əsədovadan İSMARIŞ: .....                     Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI .....                     8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb? .....                 

RƏSUL QULİYEVİN YUXULU AÇIQLAMALARI
Tarix: 12-01-2012, 19:12 | Çap et
RƏSUL QULİYEVİN YUXULU AÇIQLAMALARI

ACP LİDERİ MÜXALİFƏTİ NİYƏ VƏ NƏDƏ İTTİHAM ETDİ?

DİA.AZ: - Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatın bu gün keçirilən təsis konfransında Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə İctimai Palatanın nümayəndəsi Yeganə Əmiraslanova arasında polemika olub.

Bildirək ki, yığıncaqda iştirak edən Y. Əmiraslanova “skape” vasitəsilə toplantıya qoşulan R. Quliyevə üzünü tutaraq deyib ki, bu qurumun yaranması müxalifəti və iqtidardan narazı olan toplumu çətin seçim qarşısında qoyub: “Artıq neçə müddətdir iqtidarın keçirdiyi son seçkidən narazı olanlar və müxalifətdə olan bir sıra partiyalar İctimai Palatada təmsil olunurlar. Ötən dövr də onu göstərdi ki, İctimai Palata mübarizəsində inamlıdır. Burada İctimai Palatanın işində iştirak edən dostları da görürəm”. O qeyd edib ki, yeni təsis olunan hərəkatda da onun mübarizədə yoldaş hesab etdiyi insanlar cəmləşib. Lakin bu qurumun yaradılması onu və onun kimi digər müxalifətçiləri ciddi seçim qarşısında qoyub: “Rəsul bəy, sizin vəziyyəti düzgün qiymətləndirmək bacarığınızı bilirəm. Aydınlıq gətirin görək, İctimai Palata olduğu halda bu qurumun yaradılmasına nə lüzum var idi? Biz seçim qarşısında qalmışıq. Nə edək?”

Rəsul Quliyev isə İP nümayəndəsinin fikirlərindən təəccübləndiyini və məsələnin yanlış yerə yozulduğunu deyib: “İctimai Palata bizim təbii müttəfiqimizdir. Biz İctami Palataya hər zaman dəstək verməyə hazırıq”.

R. Quliyev qeyd edib ki, İctimai Palata konsensusla işləyən təşkilat olduğundan, fəaliyyətində bir sıra problemlər meydana çıxa bilir: “İctimai Palatada qərar verib, icra etmək problemdir. Ancaq bu hərəkatın formatında bu problemlər yoxdur. Məsələni başqa yerə yönəltmək olmaz və sizin də İctimai Palatada iştirakınız məqbul sayılır”.

Onu da bildirək ki, sözügedən toplantıda Rəsul Quliyevin söylədikləri tək bunlardan ibarət olmayıb. Ümumiyyətlə, toplantı boyunca müxalifətin radikal cinahını qeyri-radikallıqda suçlayan Rəsul Quliyev bir çox məqamlarla bağlı da ilginc açıqlamaları ilə diqqətə gəldi. Və biz də səbəb düşdüyündən həmin açıqlamaları, eyni zamanda digər faktları diqqətinizə çatdırırıq.

Rəsul Quliyev korrupsiyadan danışdı…

Bəli, Rəsul Quliyev korrupsiyadan danışdı və bu hakimiyyəti korrupsionerlikdə ittiham etdi. Hər halda, bu hadisə sizləri təəccübləndirməz. Təsəvvür edin, Rəsul Quliyev - zamanında korrupsiya məsələsində əməlli-başlı gül vurmuş bu adam indi kimlərisə korrupsiyada, rüşvət almaqda, dövlətin malını talamaqda ittiham edir. Daha kimsənin ağlına gəlmir ki, internet vasitəsilə tədbir iştirakçılarına cəsarət dərsi keçən bu zatdan В«sən hansı pullarla bu gün varsan və Amerikada oturub düzü-aləmə meydan oxuyursanВ» sualına cavab istəsin.

Rəsul Quliyev guya ki, öz aləmində Azərbaycan məmurlarının rüşvətxorluğunu açıb-ağardır, onları ittiham edir: В«Doğrudur, SSRİ vaxtında da korrupsiya, rüşvət var idi. Amma bu şəkildə deyildi. O zaman rüşvət alanlar qorxurdular, ehtiyat edirdilər. İndi isə açıq-aşkar korrupsiyaya yol verilir, hamının gözü qarşısında rüşvət alırlar. Bunlar harınlayıblar. O qədər harınlayıblar ki, kimsədən çəkinmədən rüşvət alırlarВ».

Hə, möhtərəm oxucu. Yəqin ki, sizlər də bizim gəldiyimiz qənaətə gəldiniz. Bəli, Rəsul Quliyevin rüşvətxor məmurlarımıza guya ki, tənqidi mövqedən olan bu tənələri əslində həsəddən başqa bir şey deyil. Bu adam açıq-aşkar bu gün xalqın malını talayan Kəmaləddin Heydərova, Ziya Məmmədova və digər korrupsionerlərə həsəd aparır, onlara paxıllığı tutur. Çünki Rəsul Quliyev rüşvət alarkən, Azərbaycanın neft pullarını mənimsəyərkən, qorxurdu, ehtiyat edirdi. Amma bugünkü məmurlarımızın belə bir qayğıları yoxdur. Çünki Rəsul Quliyev nefti kanistr-kanistr satıb, mənimsəyib. Amma bugünkü məmurlar vaqon-vaqon satırlar. Budur adamın dərdi!!!

Əslində Rəsul Quliyevin korrupsiyadan danışmasına dözmək olardı. Amma bu həsəd məsələsinin nümayişkaranə formada adamın gözünə girməsi imkan vermir ki, əlini qələmə atmayasan…

Rəsul Quliyev: Nərdən nərəyə?..

Rəsul Quliyevin dünənki tədbirdə İctimai Palata barədə söylədiklərinə gəlməzdən öncə, bu adamın ümumiyyətlə, müxalifətə transferi məsələsini qısa da olsa təhlil edək. Türkiyəlilər demişkən, nərdən nərəyə… Bu adamın hardan hara gəldiyinə nəzər saldıqda ilk olaraq diqqətə gələni onun mərhum prezident Heydər Əliyevlə qucaqlaşıb ayrılması mənzərəsi olur.

Ardından da müxaliflik dönəmi başlayır. Rəsul Quliyev müalicə adı altında getdiyi xarici ölkədə bir daha vətənə dönə bilməyəcəyini dərk etdikdə, əslində Azərbaycanın yox, əlini sıxıb, qucaqlaşaraq ayrıldığı hakim komandanın həsrətini çəkdi. Onun müxalifliyi bu həsrətdən yarandı. Ki, pulları ilə yıxdığı Əbülfəz Elçibəy (ifadə mərhum prezident Əbülfəz Elçibəyə məxsusdur) hakimiyyətinin yerində qurulmaqda olan YAP iqtidarının sağmal dövrünə düşə bilməyəcək. Rəsul Quliyev bunun xiffətini etdiyindən müxalifətçi oldu. Onu hansısa milli duyğu, vətənpərvərlik hissləri müxalifət cinahına daşımadı. Bu adamın millətinə zərrə qədər sayğısı olsaydı, ən azından elə Elçibəyə qarşı olan qüvvələri maliyyələşdirməzdi.

Amma yenə də zaman fırlandı və Rəsul Quliyev 1998-ci il prezident seçkiləri ərfəsində ilk dəfə olaraq bir müxalif kimi seçkilərə qatıldığını elan etdi, Əbülfəz Elçibəyin müttəfiqinə çevrildi. Rəhmətlik Əbülfəz bəy yenə də böyüklüyü özündə saxladı. Amma 1998-ci il seçkilərinin ardından Elçibəylə Rəsul Quliyevi bir arada birləşdirən SİDSUH adlı abstrakt bir təşkilat darmadağın oldu və Rəsul Quliyev Əbülfəz Elçibəyin üzərinə yerimə haqqını da özündə hiss etdi. Elçibəyi hakimiyyəti qoyub qaçmaqda ittiham etdi. Və o zaman Əbülfəz bəyin ona bir cavabı oldu: В«RƏSUL, MƏNİ SƏNİN PULLARIN YIXDI, MƏN HAKİMİYYƏTİ QOYUB QAÇMADIMВ».

Əbülfəz Elçibəyin vəfatından sonra isə Rəsul Quliyevin əsas hədəfi bu gün də ittham etdiyi İctimai Palatanın qurucuları - Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli oldu. 2003-cü ilin prezident seçkilərində İsa Qəmbəri dəstəkləyən Rəsul Quliyevin hvösələsi 2005-ci ilin parlament seçkilərinə qədər çatdı. Ondan sonra əsl kimliyini ortaya qoyan bu adamın aktivində artıq Fərhad Əliyevlə, Əli İnsanovun damlanması kimi qaramatlar da var idi.

2005-ci ilin məğlubiyyətinin ardından Rəsul Quliyevin hədəfinə maraqlıdır ki, seçkiləri saxtalaşdıran hakimiyyət yox, onunla bərabər seçilmə haqqı əlindən alınan İsa Qəmbərlə Əli Kərimli oldu. Hər iki müxalifət liderini o zamanlar APA agentliyinə verdiyi müsahibəsində harınlıqda ittiham edən Rəsul Quliyev AXCP və Müsavat rəhbərlərinin ünvanına sərt ittihamlar da ünvanladı: В«Əli Kərimli və İsa Qəmbər bu gün məmur həyatı yaşayır. Amma məmurların bir məsuliyyəti var. Yəni hansısa sahəyə görə, cavabdehdirlər. Amma bunların heç bir məsuliyyəti yoxdur və alınmayan bir işə görə, kimsə bunları sorğu-sual edə bilməz. Yaşayışları isə məmur həyatıdır. Belə adamlar heç bir zaman inqilabda, dəyişiklikdə maraqlı ola bilməzlərВ».

Və beləcə Rəsul Quliyev əslində çəkici hansı zindana vurduğunu tam olaraq ortaya qoydu.

Rəsul Quliyev müxalifətdən də danışdı

Bundan sonra isə özünə Açıq Cəmiyyət adlı partiya yaradan Rəsul Quliyev yenə də internet, mobil rabitə araçılığı ilə millətə cəsarət dərsi keçməyə başladı və yenə də hədəfi hakimiyyət yox, müxalifət oldu. İndi isə hakimiyyətə qarşı yeni təşkilat yaradır. Bu təsis konfransında isə yenə də müxalifət liderlərini ittiham edir, onların, yəni İctimai Palatada təmsil olunan Əli Kərimli ilə İsa Qəmbərin Rəsul Quliyevin yaratdığı təsisatda iştirak etməməsinə münasibəti belə oldu: В«Kimlərsə bu gün özünü şəxsiyyət hesab edir. Mən özüm yaşda olanlarla bağlı bunu deyirəm. Və bildirirəm ki, içi özüm qarışıq Azərbaycanda şəxsiyyət yoxdur. Əgər biz şəxsiyyət olsaydıq, Azərbaycan bu günə qalmazdıВ».

Hər halda, bu ağır ittihamlara daha çox Rəsul Quliyevin В«həmyaşıdlarınınВ» cavab verməsi doğru olardı. Amma biz sadəcə olaraq bir məqamı vurğulamaq istərdik. Cənab Quliyev, məşhur bir ifadə var, hər qoyunu öz ayağından asırlar. Və kimlərsə sizin etdiklərinizə görə cəza məsuliyyətini bölüşmək niyyətində deyil və ümumiyyətlə, bu məsuliyyət bölüşülə bilməz. Axı sizin pullar və səyiniz bu biabırçı Azərbaycanın memarıdır. Nədən kimlərsə bundan sorumlu olmalıdır və kimlərinsə şəxsiyyəti şübhəyə alınmalıdır?

Amma burada bir müsbət məqam da var: Rəsul Quliyev etiraf edir…

P.S. Onu da qeyd edək ki, Rəsul Quliyev bu açıqlamaları verərkən Amerikada gecə saat 5 radələri idi. Yəni yuxulu olub. Əlində sonradan təkzib üçün tam əsası var...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin kifayət qədər güzəştə gedə bilər
Bu gün, 08:30
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
Bu gün, 08:28
Müğənni kiçik oğlunu xaricə yolladı
Bu gün, 08:20
Minlərlə rus 5 ölkəyə “hücum edəcək”: Tarix verildi, siyahıda Azərbaycan da var - NƏ BAŞ VERİR?
Bu gün, 08:16
“Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb
Bu gün, 08:14
ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu - MÜRACİƏT
Bu gün, 07:51
Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər – 3 SAATLIQ
Bu gün, 07:35
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
Bu gün, 07:32
Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır - belə deyirlər...
Bu gün, 07:27
Nazirliyin addımı: ət ucuzlaşacaq? - AKTUAL
Bu gün, 07:05
TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? - GƏLİŞMƏ
Bu gün, 07:03
"ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 06:59
ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb - "Associated Press"
Bu gün, 06:57
Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal - FOTO
Bu gün, 06:53
Gəncədə 33 yaşlı kişi bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 06:50
Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:04
AZERCELL cibə girməyə DAVAM EDİR... - "Nə vaxta kimi belə davam edəcək?"
Bu gün, 05:56
LEOBANK yenə də narazılıq yaratdı... - MÜRACİƏT
Bu gün, 05:41
Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:26
"Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." - GİLEY
Bu gün, 05:23
"Beşiktaş" üçün Bakı da doğma divarlardır... - Elə "Hapoel" üçün də...
Bu gün, 05:11
Bəli, nazir Əmrullayev düz deyir... - AMMA...
Bu gün, 05:05
Hər yanı korrupsiya... EY ANA VƏTƏN! - REPLİKA
Bu gün, 05:00
Ermənilərlə müharibə yox, ticarət olmalıdır... - Bəs siz onların mallarını alarsınızmı?
Bu gün, 04:55
Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... - ÇÜNKİ...
Bu gün, 04:49
"İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." - İlqar Məmmədov
Bu gün, 04:46
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? - REPLİKA
Bu gün, 04:26
"Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." - ÇAĞIRIŞ
Bu gün, 04:20
"Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." - ETİRAF
Bu gün, 04:08
“Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək
Dünən, 18:06
Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?
Dünən, 17:58
Media hara gedir? – Azər Ayxan yazır
Dünən, 17:51
Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:45
Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır - NARAZILIQ VAR...
Dünən, 17:38
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
Dünən, 17:36
ASCO sədri ona yüksək vəzifə verdi - FOTO
Dünən, 17:31
Mətanət Əsədovadan İSMARIŞ: - “Az idi cadu edənim, sən də…”
Dünən, 17:26
Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI - Şahid DANIŞIR
Dünən, 17:20
8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?
Dünən, 17:14
Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?
Dünən, 17:10
Bakıda evlər bahalaşacaq, amma hamısı yox - Ekspertdən proqnoz
Dünən, 17:06
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
Dünən, 17:03
Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir - BUNA GÖRƏ...
Dünən, 17:00
“Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” - Harut Sassunyan
Dünən, 16:56
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir
Dünən, 16:52
Putin ailəsi haqda sirri açdı: - “Atam və anam…”
Dünən, 16:48
Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi
Dünən, 16:46
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
Dünən, 16:26
Anar Əsədli barəsində qərar verilib - MƏHKƏMƏ
Dünən, 16:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru