Putin kifayət qədər güzəştə gedə bilər .....                     Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! .....                     Müğənni kiçik oğlunu xaricə yolladı .....                     Minlərlə rus 5 ölkəyə “hücum edəcək”: Tarix verildi, siyahıda Azərbaycan da var .....                     “Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb .....                     ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu .....                     Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər .....                     “Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” .....                     Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır .....                     Nazirliyin addımı: ət ucuzlaşacaq? .....                     TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? .....                     "ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var .....                     ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb .....                     Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal .....                     Gəncədə 33 yaşlı kişi bıçaqlanıb .....                     Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... .....                     AZERCELL cibə girməyə DAVAM EDİR... .....                     LEOBANK yenə də narazılıq yaratdı... .....                     Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? .....                     "Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." .....                     "Beşiktaş" üçün Bakı da doğma divarlardır... .....                     Bəli, nazir Əmrullayev düz deyir... .....                     Hər yanı korrupsiya... EY ANA VƏTƏN! .....                     Ermənilərlə müharibə yox, ticarət olmalıdır... .....                     Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... .....                     "İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." .....                     Maaş artımında sürücülər unudulub? .....                     Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? .....                     "Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." .....                     "Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." .....                     “Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək .....                     Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? .....                     Media hara gedir? .....                     Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! .....                     Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır .....                     Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi .....                     ASCO sədri ona yüksək vəzifə verdi .....                     Mətanət Əsədovadan İSMARIŞ: .....                     Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI .....                     8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb? .....                 

В«ƏBU-BƏKRВ» MƏSCİDİNƏ QADAĞA GÖTÜRÜLÜR
Tarix: 11-01-2012, 12:49 | Çap et
В«ƏBU-BƏKRВ» MƏSCİDİNƏ QADAĞA GÖTÜRÜLÜR

RƏSMİ BAKI KÜVEYTLİ DEPUTATIN TƏLƏBLƏRİNƏ ƏMƏL EDİR

DİA.AZ: - Məlum olduğu kimi, Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, doktor Vəlid ət-Tabatabayinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda olarkən Milli Məclisdə Küveytlə dostluq qrupunun rəhbəri, millət vəkili Çingiz Əsədullayevlə görüşündə çox ciddi bəyanatlar səsləndirmişdi. Həmin ərəfədə yayılan məlumatlarda deyilirdi ki, Vəlid ət-Tabatabayi görüşdə təkcə qarşılıqlı dostluq əlaqələrindən danışmayıb. Elə xəbərlərdə də bildirilirdi ki, o, Bakıdakı “Əbu Bəkr” məscidinin fəaliyyətinin dayandırılması Küveytin xeyriyyə fondlarının Azərbaycandakı işinə mənfi təsir göstərə biləcəyini də xüsusi olaraq vurğulayıb.

Əslində bu faktın özü çox ciddi məqamlardan xəbər verməkdədir. Söhbət Azərbaycanda fəaliyyətdə olan vəhabi icmalarının arxasında duran qüvvənin rəsmən özünü açığa çıxarmasından gedir. Çünki bu vaxta qədər Azərbaycan vəhabiləri ilə bağlı mətbuatda çox qaranlıq təəssüratlar var idi.

Əslində Vəlid ət-Tabatabayinin vəhabilərə bu şəkildə sahib çıxması həm də digər mühüm bir məqamı ortaya çıxarmış olur. Məlum olur ki, vəhabilər Azərbaycanda özbaşına deyillər və onların fəaliyyəti üçün rəsmi Bakının qeyri-rəsmi icazəsi var. Və elə buna görə də Vəlid ət-Tabatabayi hətta rəsmi Bakını şantaj edə biləcək səviyyədə mövqe ortaya qoyur.

Bu barədə daxil olan məlumatlarda vurğulanır ki, Vəlid ət-Tabatabayinin bu tonda dnışığı səbəbsiz deyil: В«Küveyt dövlətinə aid xeyriyyə fondları tərəfindən Azərbaycan məmurlarına yaxın strukturlara il ərzində 200 milyon dollara yaxın pullar köçürülürВ».

Mənbəmizin açıqladığı bu faktın özü belə dəhşətli mənzərəni ortaya qoyur. Yəni əgər vəhabilər həqiqətən də Azərbaycan dövlətçiliyi üçün təhlükə mənbəyi hesab olunurlarsa, o zaman bu təhlükəyə şərait yaradan elə ayrı-ayrı məmurlardır. Əslində bu işin araşdırılmasına ehtiyac var.

Xatırladaq ki, Vəlid ət-Tabatabayi В«Əbu-BəkrВ» məscidinin bağlanmasından danışarkən bunları da söyləyib: В«Bu məsciddə bir çox insan ibadət edirdi. O insanlar terror hadisəsi törədən cinayətkarlara görə məsuliyyət daşımamalıdır. Hesab edirəm ki, bu məscidin fəaliyyət göstərməməsi gələcəkdə Küveytin Azərbaycanda xeyriyyəçilik fəaliyyətini də dayandıra bilərВ», - deyə o qeyd edib.

Ç.Əsədullayev isə bildirib ki, Azərbaycan Cənubi Qafqazda ən tolerant ölkə sayılır. Deputat “Əbu Bəkr” məscidi ilə bağlı məsələyə də aydınlıq gətirib: В«Bu məsciddə terror aktı törədilmiş, nəticədə insanlar həlak olmuş və yaralanmışdı. İstintaq indiyə qədər davam edir. İstintaqı başa çatdıqdan sonra məscidin fəaliyyəti bərpa olunacaq. Siz Azərbaycanda 70-ə yaxın məscid tikmisiniz, bu gün onların hamısı fəaliyyət göstərirВ».

Hər iki fikirdən də aydın olur ki, Azərbaycan tərəfi üveyt qarşısında izahat verəcək səviyyədə məsuldur. Bu isə mənbəmizin söylədiklərinin bir növ təsdiqi kimi də qəbul edilə bilər. Digər tərəfdən bu polemika həmçinin Azərbaycanda vəhabilərə geniş - sərhədsiz haqqların tanınmasının da sübutu kimi qəbul edilə bilər. Hər halda, azərbaycanda heç bir ənənəvi dini cərəyanın son illər ərzində 70 məscid inşa etdirməsinə icazə verilməyib. Əksinə, bu gün çoxluq təşkil edən məzhəblərə aid ibadət evlərinin fəaliyyətinin ancaq durdurulması ilə bağlı xəbərlər artmaqdadır. Bu isə istənilən halda qaranlıq məqamların mövcudluğuna işarə kimi qəbul edilməlidir.

Bu barədə redaksiyamıza məlumat verən hökumət içindəki qaynaqlar da təsdiqləyir ki, vəhabiləri Azərbaycanda himayə edən konkret qüvvələr var: В«Məlumdur ki, vəhabilərə qarşı qadağa məsələsi də hakimiyyətiçi qruplaşmaların toqquşma predmetinə çevrilmişdi. Hələ В«Əbu-BəkrВ»də məlum terror aktının baş verməsi zamanı bəzi məmurların vəhabilərin müdafiəsinə qalxması barədə yayılan xəbərləri təsadüfi hesab etmək olmazВ».

Mənbəmizin sözlərinə görə, hər il birbaşa olaraq Prezident Administrasiyasına yaxın dairələrə vəhabilərin rahat şəkildə fəaliyyət göstərə bilmələri üçün 200 milyon manata yaxın pul - rüşvət çatdırılır. Bu pulun qarşılığında nələrin baş verdiyini artıq kimsəyə izah etməyə lüzum yoxdur. Vəhabilərin Bakıdakı liderlərindən olan Şeyx Qamətin dediyi kimi, əgər bir zümrə cümə namazına 10 minə yaxın insan çıxarırsa, artıq real qüvvədir. Vəhabilərin real qüvvəyə çevrilməsinin isə Azərbaycan dövlətinin milli maraqlarına hansı dərəcədə və əhəmiyyətdə təhlükə olduğu da məlum məsələdir.

Məlumatlı mənbəmiz bu məqamları xüsusi olaraq vurğulamaqla yanaşı, onu da bildirdi ki, artıq Vəlid ət-Tabatabayini qəzəbləndirən problem həll olunmaq üzərədir: В«Təxminən iki aydan sonra В«Əbu-BəkrВ» məscidi yenidən fəaliyyətini bərpa edəcək. Bu barədə istintaqı aparan qurumlara da xəbərdarlıq edilib və məlum terror aktı ilə bağlı hüquqi araşdırmaların təcili şəkildə yekunlaşdırılması tapşırığı verilibВ».

Mənbəmiz bildirir ki, əgər vəziyyət bu şəkildədirsə, deməli, rəsmi Bakı yenidən vəhabilərin geniş fəaliyyətinə razılıq vermiş olur: В«Bunun hansı formada fəsad yaradacağını təxmin etmək belə çətindirВ». Deməli, hakimiyyətin vəhabilərdən qidalanan iç qruplaşması yenə də tamah naminə Azərbaycanın dövlət maraqlarını təhlükə altında qoymaqdan belə çəkinmədi.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin kifayət qədər güzəştə gedə bilər
Bu gün, 08:30
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
Bu gün, 08:28
Müğənni kiçik oğlunu xaricə yolladı
Bu gün, 08:20
Minlərlə rus 5 ölkəyə “hücum edəcək”: Tarix verildi, siyahıda Azərbaycan da var - NƏ BAŞ VERİR?
Bu gün, 08:16
“Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb
Bu gün, 08:14
ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu - MÜRACİƏT
Bu gün, 07:51
Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər – 3 SAATLIQ
Bu gün, 07:35
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
Bu gün, 07:32
Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır - belə deyirlər...
Bu gün, 07:27
Nazirliyin addımı: ət ucuzlaşacaq? - AKTUAL
Bu gün, 07:05
TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? - GƏLİŞMƏ
Bu gün, 07:03
"ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 06:59
ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb - "Associated Press"
Bu gün, 06:57
Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal - FOTO
Bu gün, 06:53
Gəncədə 33 yaşlı kişi bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 06:50
Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:04
AZERCELL cibə girməyə DAVAM EDİR... - "Nə vaxta kimi belə davam edəcək?"
Bu gün, 05:56
LEOBANK yenə də narazılıq yaratdı... - MÜRACİƏT
Bu gün, 05:41
Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:26
"Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." - GİLEY
Bu gün, 05:23
"Beşiktaş" üçün Bakı da doğma divarlardır... - Elə "Hapoel" üçün də...
Bu gün, 05:11
Bəli, nazir Əmrullayev düz deyir... - AMMA...
Bu gün, 05:05
Hər yanı korrupsiya... EY ANA VƏTƏN! - REPLİKA
Bu gün, 05:00
Ermənilərlə müharibə yox, ticarət olmalıdır... - Bəs siz onların mallarını alarsınızmı?
Bu gün, 04:55
Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... - ÇÜNKİ...
Bu gün, 04:49
"İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." - İlqar Məmmədov
Bu gün, 04:46
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? - REPLİKA
Bu gün, 04:26
"Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." - ÇAĞIRIŞ
Bu gün, 04:20
"Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." - ETİRAF
Bu gün, 04:08
“Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək
Dünən, 18:06
Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?
Dünən, 17:58
Media hara gedir? – Azər Ayxan yazır
Dünən, 17:51
Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:45
Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır - NARAZILIQ VAR...
Dünən, 17:38
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
Dünən, 17:36
ASCO sədri ona yüksək vəzifə verdi - FOTO
Dünən, 17:31
Mətanət Əsədovadan İSMARIŞ: - “Az idi cadu edənim, sən də…”
Dünən, 17:26
Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI - Şahid DANIŞIR
Dünən, 17:20
8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?
Dünən, 17:14
Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?
Dünən, 17:10
Bakıda evlər bahalaşacaq, amma hamısı yox - Ekspertdən proqnoz
Dünən, 17:06
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
Dünən, 17:03
Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir - BUNA GÖRƏ...
Dünən, 17:00
“Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” - Harut Sassunyan
Dünən, 16:56
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir
Dünən, 16:52
Putin ailəsi haqda sirri açdı: - “Atam və anam…”
Dünən, 16:48
Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi
Dünən, 16:46
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
Dünən, 16:26
Anar Əsədli barəsində qərar verilib - MƏHKƏMƏ
Dünən, 16:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru