Gədəbəy rayon Mərkəzi Xəstəxanasında `oklad` DAVASI - İTTİHAM VAR!
Tarix: 14-03-2023, 09:22 | Çap et
 Bir müddət əvvəl Etibar Hüseynov Gədəbəy rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edildi. Əvvəlki baş həkim Firdovsi Sarıyev isə xəstəxanaya direktor vəzifəsinə təyin edildi. Bildirim ki, E.Hüseynov 20 ildən çox hərbidə həkim kimi çalışıb. Kapitan rütbəsi ilə ehtiyata buraxılıb. 20 ilə kapitan olmaq da hər zabitin işi deyil. TƏBİB-in, İcbari Tibbi Sığortanın və qismən də Səhiyyə Nazirliyinin birgə yaratdığı qanuna əsasən xəstəxanalarda idarəetmə baş həkim aiddir. Lakin baş həkimə nəzarət direktorun səlahiyyətinə daxildir. Məsələn, baş həkim kimisə işdən azad etmək üçün direktora təqdimat verir. Yekun qərarı direktor verir. Direktor isə baş həkimin işinə tam müdaxilə edə bilmir. Bir sözlə qarışıq bir daxili nizamnamə yaradılıb. Uzun müddət hərbi sistemdə çalışan Etibar Hüseynov Gədəbəy rayon Mərkəzi Xəstəxanasında hərbi qanunlar formalaşdırmağa çalışır. Əhaliyə və xəstəxana əməkdaşlarına divan tutur. Hərbi komandir əsgəri ayaqüstə saxladığı kimi E.Hüseynov da işçiləri və vətəndaşları ayaqüstə saxlayır. Hətta, bundan həzz alaraq ayağını ayağının üstünə qoyaraq damağına da bir siqaret qoyur. Dövlətin Etibar həkimə verdiyi xidməti otaqda çayxana abu-havası yaradır. Vətəndaş da siqaretin qurtarmasını gözləyir ki, bəlkə işi düzələ. Xüsusilə qeyd edim ki, Gədəbəy rayon Mərkəzi Xəstəxanasında 60-dan çox həkim çatışmazlığı var. Universitet bitirən həkimlər relyefinə, şəraitinə, mərkəzdən uzaq olduğuna görə Gədəbəydə işləmək istəmirlər. Fürsət tapan qaçır. 60-dan çox həkim çatışmayan xəstəxanada eyni işləri 40 həkim görür. TibbinTəcili Yardıma növbəyə çıxan, Hərbi Həkim Komissiyasında xidmət edən, Tibbi Sosial Ekspertiza Komissiyasının üzvləri, sahə həkimləri, kəndlərin baş həkimləri, gündəlik insanlara xidmət göstərən eyni adamlardır. Yəni, həkim çatışmazlığından bir neçə vəzifəni bir həkimə tapşırıblar. Belə olan halda həkimlərin əksəriyyətinə məvacib "oklad"(maaş) yarım yazıılır. Yəni, həkimin maaşı 400 manatdırsa, əlavə xidmətlərə cəlb olunduğuna görə, aldığı maaşın yarısı qədər də əlavə verilir. 400+200 fomatında. Yeni baş həkim E.Hüseynov yarım "oklad"ın kəsilməsi üçün direktora təqdimat yazır. Xəstəxananın direktoru Firdovsi Sarıyev də təqdimatı müsbət qiymətləndirirək bütün yarım "oklad" alanları kəsir. Baş həkim də daxil. Bu zaman həngamə başlayır. Etibar Hüseynov özünün yarım "oklad"ının kəsilməsinə göz yummur. Direktordan bərpasını tələb edir və bacarır da. Yekunda yarım "oklad"ı kəsilən həkimlər və baş həkimin yarım "oklad"ı bərpa edilir. Sual yaranır ki, damağında siqaret otaqda pöhrələnən baş həkim yarım "oklad" almalıdır, amma sahələrdə, kəndlərdə, 3-4 vəzifə tapşırılan həkimlər yarım "oklad" almamalıdır. Niyə də niyə? Bu azmış kimi Etibar həkim öz adamlarına nömrəli pul verərək həkimlərin qəbuluna göndərir. Hansı həkim alarsa, torbası hazırdı. Sanki əsgərlikdə "dedovşinalar" yeni gələn "maladoyların" pulunu almaq üçün taktika işlədir. Eyni zamanda bülleten və göndəriş(naprableniya) məsələsində xəstələrə büokratik əngəl yaradır. Həftənin hər 5-ci günü xəstəxananın iclasında həkimlərlə qırğına çıxır. Qeyd etdiklərim olanların bir qismidir. Baş həkimin hoqqalarına tap gətirməyən 10-a yaxın həkim qonşu rayonlarda iş axtarırlar. 60-dan çox həkimi çatışmayan və cəmi 40 həkimi olanda Gədəbəy rayon Mərkəzi Xəstəxanasında yaxınlarda baş həkim Etibar Hüseynov, direktor Firdovsi Sarıyev, bir də qapıdakı mühafizəçi qalacaq. Görünür, Etibar həkim xəstəxanada ya hərbi rejim yaratmaq istəyir, ya da verdiyini(ola bilər vəd verdiyini) çıxartmağa çalışır. Xüsusilə bildirim ki, kimsə düşünər və deyə bilər ki, Etibar Hüseyov hərbidə vicdanla xidmət edib. O adama E.Hüseynov adı keçən məhkəmə sənədi göstərə bilərəm və sübut edərəm ki, vicdanlı xidmət belə olmur. //sarkazm.az//

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Bu gün, 14:10 |
|
|
|
| • Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 14:07 |
|
|
|
| • Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 14:05 |
|
|
|
| • Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər
Bu gün, 13:07 |
|
|
|
| • "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" -Overçukdan etiraf
Bu gün, 13:03 |
|
|
|
| • Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
Bu gün, 13:00 |
|
|
|
| • Vardanyan ətrafında şou yaradanların məqsədi – Cinayətkara qahmar çıxanların niyyəti belədir
Bu gün, 12:57 |
|
|
|
| • Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində YEKUN QƏRAR ELAN OLUNDU
Bu gün, 12:35 |
|
|
|
| • “Unibank”ın səhmdarları sentyabrda toplanır
Bu gün, 12:29 |
|
|
|
| • “Azərbaycan Evro-Kredit” BOKT – LƏĞV EDİLİR
Bu gün, 12:25 |
|
|
|
| • Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO
Bu gün, 12:22 |
|
|
|
| • Bakıda kişi binadan yıxılaraq ölüb
Bu gün, 12:19 |
|
|
|
| • "Bəs bu artırılan vaqonlar HARDADIR?" - ETİRAZ!
Bu gün, 12:12 |
|
|
|
| • "Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm"
Bu gün, 12:01 |
|
|
|
| • Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər – Zəngəzur, yoxsa...
Bu gün, 11:57 |
|
|
|
| • İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib - DETALLAR
Bu gün, 11:55 |
|
|
|
| • Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. - Sonra da deyirlər ki...
Bu gün, 11:49 |
|
|
|
| • Güney Qafqaz YOL ARAYIŞINDA... - İNCƏLƏMƏ
Bu gün, 11:40 |
|
|
|
| • “Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” - deputat
Bu gün, 11:33 |
|
|
|
| • Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... - SİYAHI
Bu gün, 11:24 |
|
|
|
| • Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya MÜRACİƏT
Bu gün, 11:20 |
|
|
|
| • DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni təyinat - ƏMR
Bu gün, 11:15 |
|
|
|
| • Dövlət işçilərinin tibbi sığortasını hansı şirkət edir? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 11:12 |
|
|
|
| • Çingiz Qənizadə Fransada QALİB GƏLDİ - Qənimət Zahid dəymiş ziyanı qəpiyinə kimi ÖDƏDİ
Bu gün, 11:02 |
|
|
|
| • Yorğun ayaqlarla marketinq: - ticarət mərkəzlərinin etikanı yada salmasının vaxtıdır
Bu gün, 11:01 |
|
|
|
| • Qəbələdəki dəhşətli qətl hadisəsi ilə bağlı kassasiya şikayəti verildi - TƏFƏRRÜAT
Bu gün, 10:59 |
|
|
|
| • Nazir ona yüksək vəzifə verdi - BUNDAN SONRA...
Bu gün, 10:58 |
|
|
|
| • ABŞ–İsrail–İran münaqişəsi neft nəhənglərinə milyardlar qazandırdı - “The Guardian” qəzeti
Bu gün, 10:56 |
|
|
|
| • Ermənistanın yeni təsdiqlənmiş xanım daxili işlər naziri Zəngəzurdakı postlara baş çəkdi... - FOTO, VİDEO
Bu gün, 10:51 |
|
|
|
| • Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 10:46 |
|
|
|
| • Maaşı 300 manat olan kitabxanaçıya qənaət, qanunsuz gəlir dövriyyəsinə şərait? - BU NƏDİ BELƏ?
Bu gün, 10:43 |
|
|
|
| • Paşinyan Qırğızıstana gedib - Ermənistan mediası
Bu gün, 10:40 |
|
|
|
| • 30-40 ilin hərbçiləri Prezidentdən KÖMƏK İSTƏYİRLƏR... - MÜRACİƏT
Bu gün, 10:36 |
|
|
|
| • "Bahar Energy Operating Company"də NƏ İŞLƏR ÇEVRİLİR... - Öz kadrlarımıza NƏ OLUB Kİ?
Bu gün, 10:29 |
|
|
|
| • Ermənistan suriyalı ermənilərə pasport verir – 81 min dollar ayırıb
Bu gün, 10:16 |
|
|
|
| • Azyaşlıların müdafiəsi üçün sərt nəzarət başlayır - ŞƏRH
Bu gün, 10:15 |
|
|
|
| • Kulevi sanksiyaları və Azərbaycan maraqlarına təsir - İNCƏLƏMƏ
Bu gün, 10:11 |
|
|
|
| • Sabiq nazirin müsadirə olunan mənzillərindən biri hərracda 463 minə satılıb - DETALLAR
Bu gün, 10:10 |
|
|
|
| • “Qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxsə AĞIR CƏZA
Bu gün, 10:09 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqini audit edəcək şirkət – MƏLUM OLDU
Bu gün, 10:07 |
|
|
|
| • Borc üstündə yaranan mübahisə qanlı insidentlə nəticələndi - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
| • Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Bu gün, 09:49 |
|
|
|
| • "Hamını aldatdılar ki, idarə ixtisara düşüb..." - "Azəriqaz"ın keçmiş işçisindən İFŞA!
Bu gün, 09:45 |
|
|
|
| • Bakıda həbsdə olan müxalifət Ermənistanda xilaskar rolunda - NƏ BAŞ VERİR?
Bu gün, 09:36 |
|
|
|
| • Putinin Ukraynadan sonrakı ŞOK planı – Postsovet ölkələrinə TƏHLÜKƏ!
Bu gün, 08:19 |
|
|
|
| • Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
Bu gün, 08:17 |
|
|
|
| • "Qeyri-peşəkar xidmət göstərilir.." - burda pullar yoxa çıxır...
Bu gün, 08:11 |
|
|
|
| • SOCAR-ın daha bir YEYƏNİ: Rüfət Rzayev... - İLGİNC İDDİALAR
Bu gün, 08:03 |
|
|
|
| • Tum aldı... içindən siqaret kötüyü çıxdı - FOTO
Bu gün, 07:53 |
|
|
|
| • "Kapital Bank": bunlar sələmçidən də betərdilər... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:46 |
|
|
|
|