"RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı .....                     Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib .....                     İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi .....                     Toy olmayacaq .....                     Çindəki böhran Azərbaycanı da "vurdu"? .....                     Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil .....                     Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” .....                     Bakı və İrəvan arasında müharibə “mesajı”? .....                     Azərbaycanda bu iki şirkət birləşir .....                     Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi .....                     Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var .....                     Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü .....                     Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi .....                     Ermənistan hərbi büdcəsini artırır: .....                     Kremllə İrəvan arasında QIRĞIN: .....                     Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” .....                     Peşə Təhsili Agentliyində mükafat qalmaqalı .....                     Armen Qriqoryanın yeni iş yeri məlum oldu .....                     Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": .....                     “FINCA Azərbaycan”da yeni təyinat .....                     Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər .....                     DOST Agentliyinin binalarının təmirinə başlanılır .....                     Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb .....                     İmişlidə iti asıb öldürən HƏBS OLUNDU .....                     Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR .....                     Mehriban Xanlarovadan Elgizə cavab .....                     DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün .....                     Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz .....                     Cənubi Qafqazda dönüş: .....                     Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb .....                     “Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” .....                     Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib .....                     Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? .....                     19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU .....                     Qaziyə saxta sənədlə torpaq satanlar .....                     “Hər əkilən ağac havanı çirklənmədən qoruyur” .....                     Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir .....                     "O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." .....                     Deputatın qardaşına HÖKM OXUNDU .....                     Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik .....                 

DİN-NİN KEÇMİŞ ƏMƏKDAŞI QƏTLDƏ İTTİHAM OLUNUR
Tarix: 15-11-2012, 10:59 | Çap et
DİN-NİN KEÇMİŞ ƏMƏKDAŞI QƏTLDƏ İTTİHAM OLUNUR
SABİRABADDA BAŞ VERMİŞ BİR FACİƏDƏ ŞOK YARADAN MÜƏMMALAR

DİA.AZ: - Redaksiyamıza Sabirabad rayonunun Qasımbəyli kənd sakini Əhmədova Zinyət Rəşid qızının dövlət başçısına ünvanlanmış müraciəti daxil olub. DİA.AZ-a daxil olan müraciətdə bildirilir:

"Hörmətli cənab Prezident!

25 oktyabr 2009-cu il tarixdə səkkiz aylıq hamilə olan qızım Xoşbəxt Əhmədovanı Cəfərov Rövşən Əhməd oğlu, anası Qəmbərova Səriyyə Əmiraslan qızı və bacısı Cəfərova Gülər Əhməd qızı birlikdə qətlə yetiriblər.

Həmin vaxt prokurorluq ölüm faktı üzrə Azərbaycan Respublikası CM-nin 120-ci maddəsi ilə cinayət işi başlamaq əvəzinə, Rövşən Cəfərovla anası Səriyyə Qəmbərovanın "Xoşbəxt Əhmədova özü-özünü bıçaqla vuraraq öldürüb" deməsi ilə CM-nm 125-ci maddəsi ilə cinayət işi açaraq, müəyyən edib ki, guya qızım Rövşən Cəfərovun ofisinə gələrək orada özü-özünü bıçaqla vurub öldürüb.

İş materiallarında olan fotolara baxanda aydın görünür ki, ofisdə yerdə 1 kv.m ərazidə qan gölməçəsi var. Deməli, qızımı bıçaqla vurduqdan sonra qanının tam axmasını gözləyiblər ki, həkimlər onu həyata qaytara bilməsin.

Məhkəmədə Rövşən Cəfərov və anası dedilər ki, guya Xoşbəxt həm taksidə, həm təcili yardımda, həm də xəstəxanada özü-özünü bıçaqla vurduğunu deyib. Məhkəmədə isə taksi sürücüsü, təcili yardımın işçiləri və həkimlər dedilər ki, qızım özündə deyilmiş və danışa bilmirmiş.

Şahidlər Sidiqə Quliyeva və Yelena Karasavidi dedilər ki, Xoşbəxtin bədənində və paltarında qan qurumuşdu və özündə deyildi. Yelena Karasavidi hətta bildirdi ki, Xoşbəxtin yanında Rövşən Cəfərov və anası Səriyyə olublar, Onlar əvvəlcə yaralını tanımadıqlarını, sonra onlarda işlədiyini və onu yoldan yaralı vəziyyətdə tapdıqlarını, sonra isə onlarda əvvəllər işlədiyini deyiblər. Bu da onu deməyə əsas verir ki, qızımı onlar vurub öldürüb.

Özünə ev almaq üçün qızıma 17500 ABŞ dolları vermişdik və o da pulu Rövşənə vermişdi. O vaxt Xoşbəxt Rövşəndən hamilə idi. Başqa bir qadınla - Cəmilə Babayeva ilə evlənən Rövşən Cəfərov qızımı öldürməkdə məqsədi həm uşaqdan, həm də torpaq və daş almaq üçün qızımın ona verdiyi 17500 ABŞ dollarını ört-basdır etmək idi. İstintaq orqanı qızımın yatağının altından onun yazdığı bir məktub tapmışdı. Məktubun mətnindən bəlli olur ki, o, Rövşən Cəfərovun diktəsi ilə yazılıb. Məktubu isə qızımın döşəyinin altına qətldən 6 gün əvvəl kəbin kəsdirdiyi və 29 avqust 2010-cu ildə rəsmi nikaha girdiyi Cəmilə Babayeva tərəfindən qoyulub. Cəmilə ifadəsində yazıb ki, guya Rövşənin telefonuna təhqirli mesajlar gəlirmiş. O da kimdən olduğunu soruşanda, Rövşən deyib ki, vaxtilə əlaqə saxladığı Xoşbəxt adlı bir qadındandır. Cəmilə buna tam əmin olmaq üçün Xoşbəxtlə görüşmək istədiyini bildirəndə, Rövşən guya hər şeyi etiraf edib. Buna isə prokurorluq tam inanıb.

Məhkəmədə şahid qismində ifadə verən qızımın kirayədə qaldığı evin sahibi Elmira Babayeva dedi ki, "Xoşbəxt heç bir zaman özü-özünü öldürməzdi. O, çox ağıllı qadın idi... Xoşbəxt mənə demişdi ki, Rövşənə pul vermişəm mənə torpaq alıb. Bir gün də dedi ki, daş almaq üçün Rövşənə yenə də pul vermişəm".

Rövşən, anası və digər qohumları deyir ki, Xoşbəxt yalnız daş üçün 1500 ABŞ dolları verib, daş alınaraq Rövşənin atası Əhməd Cəfərova məxsus Yeni Suraxanı qəsəbəsindəki 4 sotluq torpaq sahəsinə boşaldılıb. Torpaq olmadığı halda, daşın alınması nə qədər inandırıcıdır? Həmin 4 sotluq torpaq sahəsinin həqiqətən də Xoşbəxtə satılması Rövşənin bacısı Gülər Cəfərova ilə danışığı zamanı tam sübuta yetir.

Gülər Cəfərovanın Rövşənlə və dayısı oğlu Fərman Qəmbərovla olan telefon danışıqları var. Telefon danışıqları qanuni şəkildə məhkəmənin icazəsi ilə MTN tərəfindən yazılıb.

Gülər Rövşənə zəng edib deyir ki, onu müstəntiq çağırıb. Rövşən də Gülərə izah edir ki, metronun "28 may" stansiyasının yanında Baş Prokurorluğun istintaq idarəsi var, getsin ora müstəntiq Ceyhunun yanına və ifadə versin.

Gülərin Rövşənə "məndən onlar sənin o yerini soruşsalar nə deyim?" sualı nə deməkdir? O deməkdir ki, qızım Xoşbəxt həqiqətən də Rövşənə torpaq almaq üçün pul verib və bəhs olunan həmin 4 sot torpağı da Rövşən qızıma satıb.

Rövşən Güləri öyrədir ki, "denən ki, mən o haqda heç nə bilmirdim... Amma denən ki, ailədir, pul verilsəydi, torpaq satılsaydı, mən də bilərdim... De ki, bizim 4 sot torpağımız var idi, onlar da demişdi ki, satsanız alarıq. Bizdə də satılıq torpaq-zad yoxdur deyərsən".

Əgər qızımı öldürdükləri vaxt Gülər orada olmayıbsa. nə üçün Rövşənə deyir ki, "Bəs soruşsalar ki, o ölən vaxt orada olmusan, onda nə deyim, əsas onu soruşacaq da...". Rövşən isə Güləri öyrədir ki, "de ki, xəbərim olmayıb, axşamı ya da sabahı bilmişəm. İşdə olmuşam, xəbərim olmayıb, axşam bilmişəm".

Gülər Cəfərova qardaşı Rövşənə deyir ki, "deyəcəm ki, anası deyirdi ki, mən adam-zad öldürənəm, mənlik deyil, mən hüquq işçisiyəm. O da deyirdi ki, sən öldürməsən, onda mən öldürəcəm, hətta deyirdi ki, qıza demişəm, getsin özü-özünü öldürsün". Gülərin bu cümləsi tam qənaətə gəlməyə əsas verir ki, bu məsələdən Cəmilənin də xəbəri olmuşdur, ona görə ki, o da ifadəsində guya ki, Zinyətin Xoşbətə gedib ofisdə özünü öldürsün deməsini o da eşidib.

Gülər Cəfərovanın dayısı oğlu Fərman Qəmbərovla telefon danışığından aydın olur ki, Rövşənlə anası qızımı öldürəndə Gülər də orada olub və istintaqdan bunu gizlədərək, yalan ifadə verib. Gülər Fərmana deyir ki, "...gəlirəm onları ana-bala doğruyam. Mən kim çıxsa qabağıma öldürəcəm, Allah haqqı, ya anası, ya balası, alçaqlar. Onu prokurorluqda birtəhər etmək mənə borc olsun. Onları prokurorluğa çəkdirmək mənə borc olsun. Darıxmasın. Gedib mən izahatı dəyişim, ana-bala aparıb ağlatsınlar, onda onlar bilərlər. Qatil, adam öldürən əclaflar..." deməsinin səbəbini məhkəmədə belə izah etdi ki, "...bu mənə aid tamam başqa bir şeydir, başqa ölüm işidir, mən bunu deyəndə, anam Səriyyəni və qardaşım Rövşəni nəzərdə tutmamışam..."

Müstəntiq Gülər Cəfərovanın yuxarıda bəhs etdiyimiz telefon danışıqları zamanı "qardaşı Rövşəni və anası Səriyyəni təhdid etməsi, hədələməsi" ilə bağlı məsələləri araşdırmışdır. Bu araşdırmanı aparanda yəqin müstəntiq fikirləmişdir ki, yəqin bunu oxuyan adamlar yazılanları başa düşməyəcəklər.

Müstəntiq Gülərə sual verir: "İş materiallarından görünür ki, sizinlə dayınız oğlu Fərman Qəmbərov arasında 27 may 2011-ci il tarixdə saat 00:03-00:04 də telefon danışığınız olub və ona ana və balası dediyiniz şəxsləri hədələyən sözlər demisiniz. Həmin vaxt ana və bala deyəndə kimləri nəzərdə tutmağınız, həmin şəxslərə qarşı o sözləri deməyinizin səbəbləri barədə nə deyə bilərsiniz?"

Gülərin cavabı: "Mən ana-bala deyəndə kimi nəzərdə tutduğumu xatırlamıram. Onda hirsləndiyimdən hədələyici sözlər demişdim, əsəbiləşməyimə səbəb ailədaxili məsələ olduğundan bu bərədə heç nə demək istəmirəm".

Sonra müstəntiq Gülər Cəfərovanın dayısı oğlu Fərman Qəmbərovla danışarkən işlətdiyi "Allah haqqı, ya anası, ya balası, alçaqlar, onu prokurorluqda birtəhər etmək mənə borc olsun. Səhər onları prokurorluğa çəkdirmək mənə borc olsun. Darıxmasın. Mən gedib izahatı dəyişim, ana-bala aparıb ağlatsınlar, onda onlar bilərlər. Qatil, adam öldürən əclaflar" deməsinin səbəbini soruşur.

Gülərin cavabını olduğu kimi yazmağa məcburam: "...anama və qardaşım Rövşənə hirslənmişdim, həmin gün işlədiyim "Azneftyağ"da işdə olmuşam, hadisəni görməmişəm, həmin gün qardaşım Elşən mənə onlara getməyi dedi. Mən də getmədim, gecə anam evə gələndə ondan eşitdim ki, Xoşbəxt özü-özünü bıçaqla vurub, onu xəstəxanaya aparıblar, orada ölüb".

Müstəntiqin verdiyi sual hara, bu cavab hara? Görünür, bu cavab müstəntiqi tam qane edib, sanki verdiyi suala lazımli cavabı alıb.

Müstəntiqin Gülərə son sualı: "Nə qədər əsəbi olsanız da, qardaşınızın ünvanına "qatil" sözünü deməyinizin əsası olub, bu barədə nə deyə bilərsiniz?"

Cavab: "Mən Azərbaycan Respublikası DİN-də işləyəndə iş yerində başımdan xəsarət almışdım. Konkret tarixi xatırlamıram, həm də həmin vaxt mən şikayət etmədim, amma bir ay DİN-nin Ayna Sultanovanın heykəlinin yaxınlığında yerləşən hospitalında müalicə aldım. O vaxtdan sonra əsəbiləşəndə ağzıma gələni deyirəm və həmin vaxt da o sözləri işlətməyimə heç bir əsas olmamışdı, əsəbiləşib demişəm".

Məgər bu araşdırmadır? Həm prokurorluq, həm də məhkəmə bu məsələlərə nə səbəbdən biganə qalır, niyə tam araşdgrma aparmaq istəmir?

Rövşən Cəfərova AR CM-nin 125-ci maddəsindən başqa, 178.3.2 və 180.3.2 maddələri ilə də ittiham elan edilmişdir. R.Cəfərov CM-nm 178.3.2-ci maddəsi ilə ona görə ittiham edilmişdir ki, vətəndaş İsrafil Cəfərovu Zeytunluq Sovxozunda 0,20 hektar torpaq sahəsini satmaq adı ilə aldadaraq 15500 ABŞ dollarını ələ keçirmişdir, CM-nın 180.3.2-ci maddəsi ilə isə ona görə təqsirləndirilir ki, soyrunçuluq yolu ilə özgəsinin yəni, Reyhan Atayevanın 12600 manat pulunu və 50 manat dəyərində mobil telefonunu talamışdır. İş materiallarından da görünür ki o, bu cinayətlərdən başqa, əvvəllər də dələduzluq əməllərinə görə iki dəfə məhkum olunmuşdur.

Deməli, Rövşən Cəfərovun qızımı öldürməkdə bir məqsədi də olub, törətdiyi digər cinayətləri ört-basdır etmək. Xoşbəxtin ölümündən sonra bizə gələn Rövşən Cəfərov dedi ki, indi vəziyyəti pisdir, bizim torpaq üçün verdiyimiz pulun 10000 manatını iki-üç günə qaytaracaq. Hətta bu barədə qəbzdə yazıb verdi. Əgər o torpaq üçün qızımdan pul almamışdısa, niyə bizə 10000 manat verəcəyi barədə qəbz yazırdı?

Azərbaycan Respublikası CPM~nin 318.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərinin əlamətlərinin mövcud olmasına görə Cəfərov Rövşən Əhməd oğluna, başqa daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün cinayət işini ibtidai araşdırmaya, prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə verdiyim vəsatəti dövlət ittihamçısı müdafiə etmədi, məhkəmə isə təmin etmədi".

Şikayətçi sonda dövlət başçısından bu işin nəzarətə götürülməsini, günahkarların məsuliyyətə cəlb edilməsini və layiqli cəza almalarını xahiş edir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı - vergi borcu qalıb
Bu gün, 06:02
Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib - "Agerpres"
Bu gün, 06:01
İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi – Maraqlı gediş
Bu gün, 05:57
Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Dünən, 18:02
Çindəki böhran Azərbaycanı da "vurdu"? - AKTUAL
Dünən, 18:00
Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil - ONA GÖRƏ DƏ...
Dünən, 17:57
Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Dünən, 17:54
Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Dünən, 17:50
Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Dünən, 17:47
Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Dünən, 17:46
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Dünən, 17:44
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Dünən, 17:38
Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Dünən, 17:32
Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Dünən, 17:16
Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Dünən, 17:11
Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Dünən, 17:04
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Dünən, 17:00
Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Dünən, 16:55
Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Dünən, 16:50
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:48
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Dünən, 16:43
DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Dünən, 16:41
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Dünən, 16:40
İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 16:35
Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı
Dünən, 16:30
Mehriban Xanlarovadan Elgizə cavab
Dünən, 16:27
DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün 3 milyon manat ödəyəcək
Dünən, 16:14
Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz - Tanınmış vəkildən XƏBƏRDARLIQ
Dünən, 16:10
Cənubi Qafqazda dönüş: - Əliyevlə Putin arasındakı söhbətin arxasında nə dayanır?
Dünən, 16:08
Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Dünən, 16:03
“Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” - İTTİHAM VAR...
Dünən, 15:54
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Dünən, 15:50
Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - İLGİNC İDDİALAR
Dünən, 15:47
19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU - BUNA GÖRƏ...
Dünən, 15:40
Qaziyə saxta sənədlə torpaq satanlar HAKİM QARŞISINDA
Dünən, 15:38
“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” - FOTO
Dünən, 15:29
Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir - Şəki faciəsi
Dünən, 15:26
"O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." – Brilyant
Dünən, 15:13
Deputatın qardaşına HÖKM OXUNDU - TƏFƏRRÜAT
Dünən, 15:12
Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik - Xandanyan
Dünən, 15:07
İrəvanın “Metsamor” höcəti - Bakıdan SƏRT xəbərdarlıq
Dünən, 15:05
Ermənistana arpa və buğda göndəriləcək
Dünən, 15:02
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
Dünən, 13:14
Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? – Ekspertdən AÇIQLAMA
Dünən, 13:11
Ölkədə orta maaş 1176,7 manatdır – Rəsmi
Dünən, 13:09
"Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" - TƏFƏRRÜAT
Dünən, 13:01
Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Dünən, 12:59
Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı
Dünən, 12:57
Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
Dünən, 12:53
100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır - HESABAT
Dünən, 12:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru