" "Aliexpress"dən edilən alış-verişlərə "Kapital bank" ƏDV adı ilə, "Rabitə bank" da komissiya adı ilə,18% tutur..." "DİA-AZ" xəbər verir ki, bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımında Ramil Məmmədov adlı istifadəçi gileylənir.
"Bu hansı qanuna əsasən baş verir..." deyə sual edən narazı vətəndaş daha sonra əlavə edir:
"Bank bu əməliyyat üçün elə sənədlər tələb edir ki, "Aliexpress"dən o sənədləri almaq qeyri-mümkündür..."








