""Kapital bank" kartı ilə Tickets.az - dan aviabilet alınıb. 5 saat sonra geri qaytarma edilib..." "DİA-AZ" xəbər verir ki, bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımında Nihad Baxşıyev adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Tickets.az geri qaytarma sorğusundan 6 saat sonra ödənişin uğurla geri qayıtdığı barədə mail atib və mail'də "karta pulun oturmağı 24 saata qədər çəkə bilər" yazılıb. "Kapital bank"dan isə səs yoxdur. Təsdiq mailinin üstündən artıq 2 gün keçib. Bu proses nə qədər çəkər? Tickets.az deyir pul qayıdıb. "Birbank chat" deyir: 10 gün gözlə... Bu niyə belə olmalıdır axı..."












