"9 il öncə aprel ayından hesablanmaqla "Pasha Bank"dan 10 illik ipoteka krediti götürmüşəm..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elşən Orucov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "İpoteka krediti müqaviləmin bitməsinə 1 il 1 ay qalıb.
Pasha sığorta 3 illik əmlak sığrta müqaviləsi hazırlayaraq göndərib ki, imzala.
Müqaviləni imzalamaqla, 1 illik sığorta ödəniçi öncədən ödəməklə yenidən ayda müəyyən qədər (illik məbləğin aylara bölünmüş hissəsi) əmlak sığorta məbləği ödəməliyəm.
"Pasha Bank"la əlaqə saxlamışam, deyir bizlik deyil, "Pasha sığorta" ilə əlaqə saxlayın. "Pasha sığorta" isə deyir sistemimiz belədir, siz mütləq ödənişləri etməlisiniz və ipoteka ödğnişləri bitğndən sonra bizə ərizə ilə müraciət edib, artıq 1 il ödədəyiniz sığorta məbləğini geri istəyəcəksiniz.
Müqavilədəki ikinci nöqsan isə banka qalan borcumu və beləliklə müqavilə məbləğini 1,000 (min) manata kimi artıq göstərmələridir.
Mərkəzi Banka şikayət etmişəm, hələ də şikayətim baxılmaqdadır.
Müqaviləni hələ imzalamamışam..."








