Bakı şəhəri Nizami rayonu Qara Qarayev küçəsi 32 saylı 9 mərtəbəli bina 60-cı illərin sonu ARDNŞ-nin Xəzərdəniznefttikinti trestinin TQİ-4 tərəfindən inşa olunub. "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
O daha sonra bildirir: "9 mərtəbəli daş binadır. O zaman həmin binanın iş icraçısı olan Arif İsmayılov deyirdi ki, binanın 9 bal zəlzələyə davam gətirəcəyinə qarant verirəm. Binanın ha, liftin yox!..
Bakı şəhər İcra Hakimiyyətinə müraciət edirəm: bu binaya təşrif gətirib, zorla qalxıb-düşən liftdən feyziyab olmanız mütləqdir..."
Qeyd edək ki, aşağıdakı şəkillər həmin binanın 4-cü blokunda çəkilib...








