Milli Mətbuatın məzarı başında şərqi deyənlər... .....                     Əməkdar artist Yadigar Muradov vəfat edib .....                     Maduro ABŞ administrasiyası ilə dialoqa hazır olduğunu təsdiqləyib .....                     AQTA-nın bundan yəqin ki, xəbəri yoxdur... .....                     Kadrları da özü kimi işləyirdi... .....                     İmişli icra hakimiyyətində NƏ BAŞ VERİR? .....                     Nizami rayonunun 'ƏZRAYILI': CƏBRAYILOV... .....                     Valeh Qaraşovun müqavilə bağladığı 18 günlük MMC kimə məxsusdur .....                     Böyük məramlar və xırda maraqlar .....                     Emin Əmrullayev pis-yaxşı, illərdir oturuşmuş sistemi çökdürdü .....                     DGK Maliyyə Nazirliyinə birləşdirilir .....                     Peşə Təhsili üzrə Dövlət Agentliyi: Yenə də yarıtmazlıq... .....                     "Bu görüş xüsusi əhəmiyyət daşıyır..." .....                     Tehran rejimi türk mənşəli toponimləri farslaşdırır .....                     Ermənistanın “Göyçə isteriyası” .....                     ABŞ-ın dünyada ən güclü ordusu var .....                     Bakıdan Avropaya ötürülən “donos”lar .....                     "Uşaqlıqdan demokratik mühitdə böyümüşəm" .....                     Bakıda lüks həyat, milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... .....                     "Mən onlara deyirdim ki, Ramiz Mehdiyev heç vaxt Azərbaycan prezidenti olmayacaq" .....                     Azərbaycanda eyni şəxsin 5 şirkəti bağlanır .....                     “Aygün Bəylər də kişi paltarı geyinirdi, heç ona deyən vardı ki, niyə geyinirsən?!” .....                     Universitet heyvanlar üçün 56 min manatlıq yem alır .....                     44 günlük Vətən müharibəsinin iştirakçısı Ukraynadakı döyüşlərdə öldü .....                     Daha bir icra başçısının Ramiz Mehdiyevə villa bağışlaması ortaya çıxdı .....                     Bakıda yerli istehsal kərə yağı 35 manata qədər BAHALAŞDI .....                     "N 1"in sahibinin tanışı mağazadan 6500 manatlıq oğurluq etdi, "mənə borcu var" dedi .....                     Yol təmir edən və elektrik malları satan "tender kralı" .....                     Sahil Tahirli yeni vəzifəyə .....                     Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq .....                     “Tez-tez komaya düşürəm, işsizəm, gedib karxanda daş da ataram, nazirlikdən xahiş edirəm ki...” .....                     Azərbaycanda LUKOIL yanacaqdoldurma məntəqələri kartla ödənişi dayandırdı .....                     "Xankəndinin adını yalanlarınızla çirkləndirməyin..." .....                     "Bu yolda nəqliyyatın vəziyyəti daha da pisləşib!" .....                     Kənd sakinlərini təhqir edən bələdiyyə sədri: "Hamısı montajdır" .....                     Naxçıvanın səhiyyə naziri haqda ŞOK: Baldızının iti üçün... .....                     “Enerji Constraction” QSC-ni “BƏYAZ İNŞAAT” MMC ilə əvəzləyən Yusif Yusifliyə bu şəraiti kimlər yaradır .....                     Bu foto AYNA-nın rüşvətxorluğunun sübutudur .....                     Nazirlik Nuradan iki şey tələb edə bilər .....                     Paşinyan erkən seçkiyə gedir .....                 

“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Tarix: 25-11-2024, 06:46 | Çap et
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq
“Press Əks-səda” qəzetinin xüsusi buraxılışı “Ədəbi əks-səda” adlanır. Bu nəşrin necə, haradan əlimizə keçdiyi önəmli deyil. Diqqətimizi çəkən nəşrdə fərqli müəlliflərin – aralarında gənclər də var, orta yaşlılar da – qələmindən çıxan ədəbi nümunələrinə yer verilməsi oldu. “O qədər də tanınan yazarlar deyil”, söyləsək, ümid edirik inciməzlər. Ədəbi cameənin “fəalları” zatən bəllidir. Maraqlı olan nəşrin hansı ehtiyacdan, hansı zərurətdən yarandığıdır. Günümüzdə populyar mətbu orqanlar, ədəbi məcmuələr var: “Azərbaycan”, “Ulduz” jurnalı, “Qobustan” toplusu, “Literaturnıy Azerbaydjan”, “Ədəbiyyat” qəzeti. Elə “525-ci qəzet” də səhifələrində şair-yazıçıların əsərlərinə daim geniş yer verir. Bir növ, ədəbi missiyanı üzərinə götürüb. Bundan başqa, hazırda ədəbi sahə üzrə ixtisaslaşmış saytlar, portallar da var. Belə bir çoxnövlülük zamanında xüsusi ədəbi buraxılış etmək də hünər istəyir. Bunu necə bacarır “Press Əks-səda” qəzeti? Yeri gəlmişkən, redaksiya heyətində təmsil olunan yazar Nicat Həşimzadə ilə bu barədə söhbət etdik.

- Nicat bəy, “Ədəbi əks-səda” nə qədər müddətdir nəşr olunur?
- Əvvəlcə “Şərq” qəzetinin bütün kollektivinə təşəkkür edirəm ki, qəzetimizə belə maraq göstərirsiniz. Oktyabr ayında “Ədəbi əks-səda” qəzetinin ilk nömrəsi nəşr olundu. Noyabr ayında ikinci nömrəni nəşr etdik. Üçüncü nömrəni bir neçə gün öncə 23 yaşında vəfat edən çox istedadlı gənc şairimiz Rauf Raya həsr edəcəyik. “Press əks-səda” qəzeti illərdir ki, nəşr olunur. Əvvəllər ədəbiyyat əlavəsi də olub. Sonra bəzi səbəblərdən dolayı ədəbiyyat əlavəsinin çapı dayanıb. Süleyman Abdulla oktyabr 1-ci nömrənin girişində bu haqda yazıb.

- Xüsusi buraxılışın təqdimat bölümündə redaksiya heyətinə daxil olanlar arasında adınız var, ona görə sizə müraciət etdik. Bilmək istərdim, siz ancaq xüsusi buraxılışın redaksiya heyətində çalışırsınız, ya “Press əks-səda” qəzetinin əməkdaşısınız?
- Səmimi cavab verəcəm. Redaksiya deyəndə ki, ofisimiz, bəlli bir məkanımız yoxdur. Redaksiyamız var ki, heyəti də olsun?! Bunu xahiş edirəm ki, oxucular şikayətlənmək kimi qəbul etməsinlər. Ədəbiyyat bir qara sevdadır. Ondan heç nə qazana bilməsən də, onsuz yaşaya bilmirsən. Bu, bəşər tarixinin ən gözəl qara sevdasıdır. Bu qara sevdanın səfasını yaşamasan da, olar. Bu qara sevdanın cəfası bütün səfalardan daha gözəl, daha şirin, daha müqəddəsdir. Bu taleyi özümüz seçmişik. “Press əks-səda” qəzetinin bütün zəhmətini dəyərli şairimiz, daim bizə öz dəyərli fikirləri və əməksevərliyi ilə dəstək olan Süleyman Abdulla müəllim çəkir. “Ədəbi əks-səda”nın da bütün zəhməti biz klubun rəhbəri, yazar dostumuz Nemət Mətinə və Süleyman Abdullaya aiddir. Nemət yazıları toplayır, müəlliflərlə danışır. Süleyman müəllim də nəşr, dizayn işlərini görür. Qəzetlərin köşklərə paylanmasında da Süleyman müəllimin danılmaz əməyi var. Peyğəmbər adaşlı bu insandan başqa biri, çətin ki bizim kimi ərköyün gənclərə dözəydi. O ki qaldı mənim redaksiya heyətində olmağıma, hazırda ADU-nun Tərcümə fakültəsində müəllim vəzifəsində çalışıram. Həm də repetitoram. Son iki ildə işlərin çoxluğu səbəbindən bircə cümlə də yaza bilməmişəm. Mətbuat da məni çoxdan unudub. Bu gün siz mənə mesaj yazanda çox təəccübləndim sözün düzü. Azər Qismət, mən və digər dostlar imkan tapdıqca “Ədəbi əks-səda” qəzetinin oxunulması, oxucular və müəlliflər tərəfindən tanıdılması, gənc müəlliflərin cəlb olunması istiqamətində işlər görürük. Bunun qəzetin redaksiya heyətinin üzvlüyü işinə nə qədər aid olub-olmadığını da bilmirəm. Heç zaman heç bir qəzetdə çalışmamışam. Heyif ki, bu sahədə təcrübəm yoxdur. Saytlarda olmuşam, elektron media siyasəti ilə az-çox tanışam. Amma qəzet tamamilə fərqli imiş. Əgər “Ədəbi əks-səda” olmasaydı, bu həqiqəti heç vaxt bilməyəcəkdim. Bu gün qəzetçiliyi yaşadanlar böyük hörmətə layiqdirlər. Şəxsən mən, qəzetsiz bir dünyada, kağız kitablar olmayan bir dünyada yaşamaq istəmərəm.

- Maraqlıdır, belə bir xüsusi buraxılış nəşr etmək qərarına necə gəlindi?
- Mərhum sənətşünas Ənvər Börüsoy müəllim məsləhət görmüşdü ki, “Yeddi gözəl adam” serialını izləyim. Türkiyənin ədəbi, siyasi mühitini, tarixini çox yüksək səviyyədə ifadə ediblər bu serialda. Serialın adı şair Cahit Zarifoğlunun “Yeddi gözəl adam” adlı şeirindən götürülüb. Bu serialda yeddi ədəbiyyat sevdalısı dərgi nəşr edirlər, biri-birilərinin yazılarını, fikirlərini müzakirə edirlər, həmçinin dərgiyə göndərilən şeirləri, hekayələri təhlil edirlər. Həmin məktublara cavab verənlərdən biri də mənim çox sevdiyim yazıçı Rasim Özdənörən olub. Onun “Gül yetişdirən adam” romanı dünya ədəbiyyatının ən mükəmməl romanlarından biridir. Təəssüf ki, gənclərimiz bu müəllifi, bu romanı tanımırlar. Əslində, “Əks-səda” qəzetinin ədəbiyyat əlavəsinin yaranması da bu cür səbəblərdən oldu. Noyabr sayında Rasim Özdənörən haqqında yazılan məqaləm çap edilib. Sözün düzü, bu qədər çox maraq qazanacağını düşünmürdük. Bir dəfə feysbukda yazmışdım ki, “Yeddi gözəl adam” serialını izləmədən, “Gül yetişdirən adam” romanını oxumadan ölmək günahdır. Bu film haqqında dostlarıma danışırdım. Nemət Mətinə də deyirdim ki, bir qəzetimiz, jurnalımız olsa, yaxşı olar. Bəlkə də, o daha əvvəl deyib qəzet, jurnal ideyasını. Dəqiq xatırlamıram. Bu serialı izlədikcə məndə böyük həvəs, arzu yaranırdı ki, kaş öz qəzetimiz ola. Süleyman Abdulla bu ideyamızı, istəyimizi dəstəkləməsəydi, yəqin ki, reallaşmayan arzular siyahımıza daha biri əlavə olunacaqdı.

- Müəllifləri özünüzmü cəlb edirsiniz, ya özləri göndərirlər yazılarını? İnciməzsiniz yəqin, çox da tanınmayan müəlliflərdir. Bilmirəm, bəlkə də gənc yazarlar arasında tanınırlar...
- Xüsusi buraxılışın yaradılmasında ilk səbəb bölgələrdə yaşayan müəllifləri çap etmək, oxuculara tanıtmaq olub. Əslində indi tanınmaq böyük problem deyil. İstedad varsa, maraqlı adamsansa, feysbukda səni tapırlar, izləyirlər. Ancaq qəzetdə çap olunmağın zövqünü elektron media yaşada bilmir. Kağız kitabın zövqünü elektron kitab verə bilmir. Qəzet çapdan çıxanda onun ətri insanı yaşadır, sanki insanı həyata, yaşamağa, xeyirxahlığa, gözəl əməllərə çağırır. Həm də ki kağız qalıcıdır, sayt bağlananda bütün məlumatlar itir. Bir saytda xeyli tərcümələrim çap olunmuşdu. Arxayın idim ki, kitab halında toplamaq istəyəndə saytdan yığacam. Nə biləydim ki, sayt bağlanacaq. Təəssüf ki, tərcümələrimi tapa bilmədim. Borxesin, Çarli Çaplinin, Markesin, Folknerin müsahibələrini tərcümə etmişdim. Nitsşenin, Freydin Dostoyevski haqqındakı fikirlərini tərcümə etmişdim. Tanınan müəllifləri də çap edirik. Məsələn, Tərlan müəllim poeziyada sözünü demiş, öz üslubu olan şairdir. Bu nömrədə onun şeirləri çap olunub. Keçən nömrədə Vaqif Osmanovu çap etmişdik. Azad Müzəffərlinin hekayəsi çap olunub. Çox maraqlı hekayədir. Çox səmimi yazılıb, müəllif ruhunu, qəlbini qoyub hekayəyə. Əfsər Oğuzun maraqlı üslubu var, fərqli şeirlər yazır. Elsevər Hüseynoğlunu bir neçə ildir ki, tanıyıram. Əvvəllər də şeir yazırdı, amma indiki kimi yazmırdı. Son 9-10 ay ərzində xeyli inkişaf edib, hiss olunur ki, mütaliəsi artıb, öz üzərində çalışır. Mən gənc olanda heç kim çap etmirdi yazılarımı. Tanışım da yox idi, dəstək olsun. O qədər kədərlənirdim ki, çap olunmayanda. Yazılarımın zəif olduğunu da demirdilər heç. Tənqid etsəydilər, düzəldərdim, öz üzərimdə çalışardım. Çox yazı göndərilir, seçim etmək çətindir. Cəmi iki nömrə nəşr edilib. Tam səmimi deyirəm, tanımadığım, bilmədiyim neçə istedadı özüm üçün kəşf etdim. Mən çox istəyirəm ki, gələcəkdə Azərbaycan ədəbiyyatında təsdiq ediləcək müəlliflərin ilk yazıları bizim qəzetdə çap olunsun. Azərbaycan ədəbiyyatında kiçik bir töhfə verə bilsək, özümü çox xoşbəxt sayaram. Qəzetimizi tənqid edənlər də olur. Təbii haldır. Məsələn, dizaynını tənqid edirlər. Adam utandığından deyə də bilmir ki, qardaş, bizim ofisimiz, redaksiyamız, dizaynerimiz, o qədər vəsaitimiz yoxdur.

- Çap olunan yazılar mətnin keyfiyyətinə görə çap edilir, ya tanışlıq əsas rol oynayır?
- Ədəbiyyat, sənət tanışlıq anlayışını anlamır. Mənim “Boşluqdan qaçış” romanım haqqında ən kəskin tənqidləri ən yaxın dostlarım yazıb. Mən də onları tənqid etmişəm. Ancaq bu tənqidlər bizim dostluğumuza əngəl deyil, ola bilməz, olmamalıdır da. Mətn yaradan adamlar arasında sorğu keçirsəniz ki, keyfiyyətli mətn necə olur, yetərincə subyektiv cavablarla qarşılaşacaqsınız. İstənilən keyfiyyətli mətni tənqid etmək üçün səbəblər tapmaq olar. İstənilən ortabab mətni də tərifləmək üçün səbəblər tapmaq olar. Müdriklər deyir ki, mətn məntiqi ardıcıllığı gözlənilən, strukturu nizamla qurulan, dil normaları gözlənilən cümlələr toplusudur. Əlbəttə ki, mətn üçün məntiqi əlaqə vacibdir. Qeyri-səlis məntiqin kəşfindən sonra bütün bu təriflər, düsturlar öz aktuallığını itirib. Postmodern dövrdə kimdənsə ağıllı, məntiqli mətn tələb etmək nə qədər doğrudur? Tanışlıq əsas rol oynasaydı, niyə qəzeti abunəçilərdən yığılan vəsait hesabına çap edirdik ki? Bu qədər zülmü, iztirabı niyə çəkirdik ki? Məsələn, elə abunəçi olur ki, elə bilir abunə oldusa, hər nömrədə çap edilməlidir. Ödənişini geri qaytarıb nəzakətlə sağollaşırıq. Qəzetdəki bütün mətnlər yüksək səviyyəlidirmi? Əlbəttə ki, xeyr. Siz mənə elə jurnal, elə qəzet göstərə bilərsinizmi ki, bütün nömrələrində, bütün səhifələrində bütün mətnlər əlahəzrət mətnin yüksək standartlarına ali səviyyədə uyğun olsun?!.

- “Ədəbi Əks-səda”da müəllif Ülviyyə Niyazqızının şeirləri sovet filmlərini xatırlatdı, sanki “Qəribə təsadüf və ya həmişə təmizlikdə” filmində səslənən mahnının mətnidir. Çox üzr istəyirəm, mənə plagiat təsiri bağışladı... Xəbəriniz var, o şeirdən?
- Hər bir qəzetin son səhifəsində qeyd edilir ki, müəlliflə redaksiyanın fikri üst-üstə düşməyə bilər. Yaxşı olar ki, bu suala Ülviyyə xanım özü cavab verərdi. Amma bildiyim, tanıdığım qədər Ülviyyə xanım plagiatlığa yol verməz. Mətndə plagiatlıq şübhəsi yaradan amillər varsa, inanın ki, bu səmimi bir nostaljidir, xoş bir təsirlənmədir. Hər birimiz nə zamansa, hansısa şeirdən, hansısa mətndən təsirlənmişik. Bəzən bilmədən oğurluq da etmişik. Məsələn, bəzən elə olur ki, 5 il əvvəl oxuduğum kitabdan bir cümlə qəfil gəlir beynimə. Ancaq elə zənn edirəm ki, bu cümlə öz beynimin, öz qəlbimin məhsuludur. Bu, bilmədən oğurluq sayılır. Bizi alt şüurumuz idarə edir. Bir cümlə ilişib qalır beynində, 5 il sonra cümlə kimi ağ kağıza köçürülür. Sənsə elə zənn edirsən ki, bu cümləni özün yazmısan. Həyatımız da plagiatdır əslində, bizdən əvvəl də bizim kimilər olub, bizim yaşadıqlarımızı yaşayıb, bizdən sonra da bizim yaşadıqlarımızı yaşayacaqlar. Həyatın plagiat olduğu dünyada şeir plagiat olmazmı? Ülviyyə xanım da özüm üçün kəşf etdiyim müəllif oldu. Şeirlərini bəyəndim. İçdən yazıb, səmimi yazıb, təbii yazıb. Ədəbiyyatda ən ali amil təbiilikdir, səmimiyyətdir.

- Çox sağ olun belə səmimi cavablara görə. Başqa nə deyə bilərik... Sizə uğur arzu edirik.
- Mən də qəzetimizə, işimizə göstərdiyiniz diqqət üçün sizə təşəkkür edirəm. Çox sağ olun.

Sherg.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Mətbuatın məzarı başında şərqi deyənlər... - MALƏSƏF...
Bu gün, 07:39
Əməkdar artist Yadigar Muradov vəfat edib
Bu gün, 07:32
Maduro ABŞ administrasiyası ilə dialoqa hazır olduğunu təsdiqləyib - "Venezolana de Televisión"
Bu gün, 07:18
AQTA-nın bundan yəqin ki, xəbəri yoxdur... - FOTOFAKT
Bu gün, 07:14
Kadrları da özü kimi işləyirdi... - yəni YARITMAZ...
Bu gün, 07:03
İmişli icra hakimiyyətində NƏ BAŞ VERİR? - Məmur vətəndaşı TƏHDİD EDİR...
Bu gün, 06:51
Nizami rayonunun 'ƏZRAYILI': CƏBRAYILOV... - Kim... harda... nəyi... necə istəyirsə, edir!
Bu gün, 06:44
Valeh Qaraşovun müqavilə bağladığı 18 günlük MMC kimə məxsusdur – Xanım sahibkara, yoxsa…
Bu gün, 06:40
Böyük məramlar və xırda maraqlar - İNCƏLƏMƏ
Bu gün, 06:35
Emin Əmrullayev pis-yaxşı, illərdir oturuşmuş sistemi çökdürdü - FAKT BUDUR!
Bu gün, 06:28
DGK Maliyyə Nazirliyinə birləşdirilir - Gömrük Xidməti yaradılacaq
Bu gün, 06:23
Peşə Təhsili üzrə Dövlət Agentliyi: Yenə də yarıtmazlıq... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:21
"Bu görüş xüsusi əhəmiyyət daşıyır..." - ONA GÖRƏ DƏ...
Bu gün, 06:15
Tehran rejimi türk mənşəli toponimləri farslaşdırır - NƏ ETMƏLİ?
Bu gün, 06:09
Ermənistanın “Göyçə isteriyası” - Bakı tarixi adı çəkdi, İrəvan dəstə-dəstə mif uydurdu
Bu gün, 06:03
ABŞ-ın dünyada ən güclü ordusu var - Tramp
Bu gün, 05:58
Bakıdan Avropaya ötürülən “donos”lar - Xaricdəki blogerlərə Bakıdan sifariş gedir...
Dünən, 22:23
"Uşaqlıqdan demokratik mühitdə böyümüşəm"
Dünən, 22:15
Bakıda lüks həyat, milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... - TƏFƏRRÜAT
Dünən, 22:14
"Mən onlara deyirdim ki, Ramiz Mehdiyev heç vaxt Azərbaycan prezidenti olmayacaq" - SİRRLƏR AÇILIR...
Dünən, 22:11
Azərbaycanda eyni şəxsin 5 şirkəti bağlanır
Dünən, 17:53
“Aygün Bəylər də kişi paltarı geyinirdi, heç ona deyən vardı ki, niyə geyinirsən?!” - deputat
Dünən, 17:48
Universitet heyvanlar üçün 56 min manatlıq yem alır
Dünən, 17:46
44 günlük Vətən müharibəsinin iştirakçısı Ukraynadakı döyüşlərdə öldü
Dünən, 17:42
Daha bir icra başçısının Ramiz Mehdiyevə villa bağışlaması ortaya çıxdı - BİR-BİR ÜZƏ ÇIXIRLAR...
Dünən, 17:32
Bakıda yerli istehsal kərə yağı 35 manata qədər BAHALAŞDI - FOTO
Dünən, 17:25
"N 1"in sahibinin tanışı mağazadan 6500 manatlıq oğurluq etdi, "mənə borcu var" dedi - TƏFƏRRÜAT
Dünən, 17:17
Yol təmir edən və elektrik malları satan "tender kralı" - Bir ildə 8 müqavilə
Dünən, 17:15
Sahil Tahirli yeni vəzifəyə TƏYİN EDİLDİ
Dünən, 17:08
Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq - “Nar”da böyük həyəcan
Dünən, 17:05
“Tez-tez komaya düşürəm, işsizəm, gedib karxanda daş da ataram, nazirlikdən xahiş edirəm ki...” - İLLƏRİN SƏNƏTKARINDAN MÜRACİƏT
Dünən, 17:02
Azərbaycanda LUKOIL yanacaqdoldurma məntəqələri kartla ödənişi dayandırdı - səbəb ABŞ sanksiyalarıdır
Dünən, 17:01
"Xankəndinin adını yalanlarınızla çirkləndirməyin..." - jurnalistdən ETİRAZ!
Dünən, 16:53
"Bu yolda nəqliyyatın vəziyyəti daha da pisləşib!" - jurnalistdən SOS!
Dünən, 16:46
Kənd sakinlərini təhqir edən bələdiyyə sədri: "Hamısı montajdır" - TƏFƏRRÜAT
Dünən, 16:42
Naxçıvanın səhiyyə naziri haqda ŞOK: Baldızının iti üçün... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:38
“Enerji Constraction” QSC-ni “BƏYAZ İNŞAAT” MMC ilə əvəzləyən Yusif Yusifliyə bu şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Dünən, 16:32
Bu foto AYNA-nın rüşvətxorluğunun sübutudur - FOTO
Dünən, 16:28
Nazirlik Nuradan iki şey tələb edə bilər – Qalmaqallı məsələyə RƏSMİ REAKSİYA
Dünən, 16:23
Paşinyan erkən seçkiyə gedir - Vaxt yaydan yaza çəkilir
Dünən, 16:20
42 yaşlı Namiq ACIQ VERDİ - “Mənə 50 yerdən elçi düşənlər var”
Dünən, 16:17
Xam nefti hansı ölkələrə və neçəyə satırıq? - SİYAHI
Dünən, 16:12
Rafael İsgəndərovdan Qurbanovla bağlı səhnəciyə - Münasibət
Dünən, 16:09
Ramiz Mehdiyevin gəlininin yerinə o təyin olundu - FOTO
Dünən, 16:06
Əhməd Oruc insult keçirdi: vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 15:49
Ət bazarında böhran: Qoyun ətinin kilosu 30 manata qədər qalxacaq? - BELƏ HARA GEDİRİK...
Dünən, 15:47
Bakı Mərkəzi Asiyada qərarverici gücə çevrilir -ŞƏRH
Dünən, 15:44
“Macarların çoxu hakimiyyət dəyişikliyinin sərt iqtisadi tədbirlər, xaos və küçə zorakılığı gətirəcəyindən qorxur” - ONA GÖRƏ DƏ...
Dünən, 15:43
Avtomobil idxalı 17% artıb, gömrük dəyəri isə aşağı düşüb
Dünən, 15:41
Milyonçunun oğlu növbəti dəfə axtarışa verildi – aliment qaçağı
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru