Azərbaycanda iki şirkət birləşdi: .....                     Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib .....                     İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? .....                     Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. .....                     Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu .....                     Rusiya Ermənistana etiraz notası göndərib .....                     İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumu tarixi sənəddir .....                     Azərbaycanda boşanma çətinləşdirilə bilər .....                     Sülh sazişinə ən böyük maneə... .....                     Neft Fondunun 22 ton qızılı hara və... .....                     Ermənistan 3 ildir üzvlük haqqı ödəmir .....                     Quzularını qurda tapşırsa, heç belə olmazdı: 700 minlik yeyinti... .....                     Paşinyan son qərarını açıqladı: Ermənistanda yeni seçkilər keçiriləcəkmi? .....                     Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu .....                     Belarus Ukraynaya nota verib .....                     Mirzoyan Avropa İttifaqından yardım istədi .....                     Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir .....                     Bakıda 20 yaşlı oğlan evlənmək vədi verdi, azyaşlı qızla qaçdı: “İki gecə küçədə qaldıq” .....                     Paşinyandan TRIPP-lə bağlı .....                     Namizəd Səfərovun məhkəməsi başlayıb .....                     TÜRK KİMLİYİNƏ QARŞI "DNT HÜCUMU"? .....                     Bakıda qadın müştərilərlə tanış olmaq istəyən taksi sürücüləri .....                     Arvadını öldürmüşdü .....                     Yanan binada övladını itirən vəkil Prezidentə üz tutdu .....                     Anasını itirən Ləman əməliyyat masasında .....                     Yazıçılar Birliyinə qəbul müvəqqəti dayandırıldı .....                     Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu... .....                     “Zeytun Pharma” işçiləri istismar edir .....                     Ya 60 qəpiyi qaytarın, ya da 20 manatı... .....                     Moskva aeroportlarında xaos .....                     Sayımızı necə artıraq... ARTIRAQMI? .....                     Paşinyan Avrasiya İqtisadi İttifaqının .....                     Dünya düzəni “böyük yeddilər”in masasında... .....                     Cənub-şərq küləyi əsəcək .....                     TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin edilib .....                     Azərbaycan öz güclü əlaqələri ilə regional və qlobal səhnədə mühüm iştirakçıya çevrilib .....                     Dünya ölkələrin əksər hissəsinin dəstəyinin qazanılması Azərbaycanın naliyyətlərinə əsaslanır .....                     ETSN Gəncə Avtomobil Zavodundan tullantı daşıyan avtomobillər alacaq .....                     Oliqarxik idxala “yaşıl dəhliz”: dostluq dostluqdur, amma tütün və konyak ayrıdır .....                     Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin `ZERKALNI` tenderi... .....                 

'Alovlu at' ili dünyamız üçün sakit keçməyəcək... - İNCƏLƏMƏ
Tarix: 1-01-2026, 06:53 | Çap et

2026-cı ilin geosiyasi proqnozu
 2026-ci ilin ilk gününə qədəm qoymuşuq.
Bəs, Çin təqviminə görə “alovlu at ilində” bizi və dünyamızı nələr gözləyir?
Çin nücum elminə inansaq, “alovlu at ili” çox sürətli dəyişikliklərin baş verdiyi bir ildir. İşin içində bir də alov olduğunu nəzərə alsaq, bu sürətli dəyişikliklər asan keçməyəcək. Sözsüz ki, bir çoxumuz kimi, məndə nücum elminə çox inanmıram.
Bəs, dünyada yaşanan hadisələr gələn ilin necə keçəcəyi barədə nə deyir?
Açığını desəm, dünyada baş verənlərin ümumi təhlili də gələn ilin çox da hamar keçməyəcəyini göstərir. Ən ciddi dəyişikliklərin isə Sakit-Hind okeanında yaşanacağını proqnozlaşdırmaq olar. Söhbət, əlbəttə, əsasən ABŞ-Çin qarşıdurmasından gedir.
Sakit-Hind okeanı
Son dövrlər ABŞ və müttəfiqlərinin Çinə qarşı ritorikalarının kəskinləşdiyi müşahidə olunur. Bir müddət əvvəl Yaponiyanın yeni Baş naziri Çinin Tayvana müdaxiləsi baş verərsə, ölkəsinin buna seyrçi qalmayacağını vurğulamışdı. İki dövlət arasında qarşılıqlı söz atışmaları səngiməmiş Çinin Tayvan ətrafında misli görünməmiş hərbi manevrlərə başladığı xəbərləri gəlməyə başladı. Mütəxəssislərin fikrincə, bu hərbi manevrlər adi təlimlərdən daha çox Çinin Tayvana 4 tərəfdən hücumunun real “provası”na bənzəyirdi. Çinin hərbi təlimləri ərəfəsində ABŞ da boş dayanmadı, Tayvana dəyəri 10 milyard dolların üzərində silah satışını təsdiqlədi. Paketdə Tayvana HIMARS raketləri, haubitsalar, pilotsuz təyyarələr və tank əleyhinə raketlər də daxil olmaqla müxtəlif hərbi texnikanın satışı nəzərdə tutulur. İddialara görə, bu, indiyədək Tayvanın müdafiəsi məqsədi daşıyan ən böyük silah satışlarından biridir.
Sakit okeanda suaların isindiyi bir zamanda, daha konkret ifadə ilə desək 1 həftə əvvəl ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) “Çin Xalq Respublikasını əhatə edən hərbi və təhlükəsizlik hesabatını” açıqladı. 100 səhifəlik hesabatda Çinin mənzili ABŞ-a qədər çatan 600 ədəd nüvə silahları istehsal etdiyini, 2030-cu ildə rəqəmlərin 1000-i keçəcəyi bildirilir. İddiaya görə, 2049-cu ildə Çin dünyəvi hərbi qüdrətə çevriləcək və ABŞ artıq indidən bu qüdrət qarşısında “müdafəsiz” duruma düşüb. Hesabatın bu cür pessimist tərzdə yazılması ABŞ-ın təhlükəni beşikdəcə boğmaq istəyəcəyindən xəbər verir. Pentaqonun bu hesabatından bir neçə gün əvvəl yayımlanan Ağ evin ictimailəşdirdiyi “Təhlükəsiz Strategiyası – 2025” doktrinası da Çinə qarşı mübarizədə müttəfiqlərin yardımına ehtiyac duyulduğu irəli sürülmüşdü. Bu iki hesabatın fonunda Yaponiyanın Çinlə təhdidvari dildə danışması və Pekinin bütün tələblərinə rəğmən öz bəyanatını geri çəkməməsi 2026-cı ildə ən ciddi “alovlu at” gedişinin bu regionda yaşanacağını göstərir. Yeri gəlmişkən, Pentaqonun Çin hesabatında da Pekinin 2027-ci ildə Tayvana hücum edəcəyi proqnozlaşdırılır. Bir çox mütəxəssislərə görə isə, Çin-Tayvan qarşıdurması 2027-ci ildən daha erkən başlaya bilər. Belə çıxır ki, gələn il biz Tayvandan çox “alovlu” xəbərlər alacağıq. Təbii ki, bu proqnozlar özünü doğrultsa, ilk növbədə Yaponiyanın və Filippinlərin hadisələri soyuqqanlılıqla izləməsi mümkün olmayacaq. Böyük ehtimalla, hadisələrin inkişafından asılı olaraq, ikinci mərhələdə QUAD (ABŞ, Hindistan, Yaponiya və Avstraliya 4-lüsü) ölkələri də bu qarşıdurmaya qoşulacaq.
Yaxın Şərq
a) Türkiyə-İsrail xətti
Hazırda Azərbaycanı maraqlandıran ciddi proseslərdən biri Türkiyə-İsrail xəttində baş verir. Məlum olduğu kimi, 26 dekabr 2025-ci il tarixində İsrailin Baş naziri Binjamin Netanyahu Somalinin separatçı bölgəsi Somalilandı tanıdığını elan etmişdi. Dünən isə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan somalili həmkarı Həsən Mahmudu İstanbulda qəbul edərək, İsrailin bu qərarını ağır bir dillə tənqid atəşinə tutdu.
Maraqlıdır ki, Netanyahu qucağına sığınmağa çalışdığı ABŞ-dan da istədiyi dəstəyi ala bilmədi. ABŞ prezidenti iki gün öncə Netanyahunu qəbul edərkən açıq şəkildə Türkiyə və Suriya liderlərini dəstəklədiyini bəyan etdi. Hətta Netanyahunun da onunla eyni fikirdə olduğunu İsrailin Baş nazirinin boynuna qoydu. Netanyahu isə Trampın bu “səhvini” düzəltmədi və sadəcə dürziləri dəstəklədiyini deməklə kifayətləndi. Bu isə o deməkdir ki, İsrail baş naziri dürzilər qarşılığında Türkiyənin yaxın zamanlarda başlamağı planlaşdırdığı Suriyalı PKK-çılarla mübarizəsinə etiraz etməyəcəyini nəzərə çatdırmaq istəyir. Türkiyə və digər region dövlətləri bununla razılaşarmı? Sanmıram. Görünən budur ki, 2026-cı ilin ilk aylarında Türkiyə və Suriya gücləri ABŞ-ın bu zamanadək dəstəklədiyi SDG güclərinə qarşı hərbi əməliyyatlara başlayacaq. Netanyahu isə dostu ABŞ prezidenti Donald Trampın yanında dayanıb bu əməliyyata çəpik çalacaq. Böyük ehtimalla, Türkiyə və Suriya birlikləri ilin əvvəllərində PKK-nın kökünü qurutduqdan sonra ilin sonlarında dürzi separatizminə qarşı aktiv mübarizəyə başlayacaq.
Somalilanda gəlincə, Somalinin ərazi bütövlüyünə aid olan və 1991-ci ildə müstəqilliyini elan edən bu torpaq parçasının da taleyinin Türkiyəyə həvalə olunacağını gözləyirəm. Çünki İsrailin istəyindən asılı olmayaraq, bu ərazinin yerləşdiyi geosiyasi məkan dünyanın yeni nizamının ən həssas bölgəsində - Qırmızı dənizdə yerləşir. Ağ evin “Təhlükəsizlik Strategiyası – 2025” doktrinasında açıq şəkildə bildirilir ki, ABŞ bu kimi həssas əraziləri etibarlı əllərə tapşırıb öz qınına çəkilmək niyyətindədir. Əks halda bu strateji ərazilər yad əllərə keçə bilər. Sözsüz ki, yad əllər deyiləndə Çin və Rusiya nəzərdə tutulur. Türkiyə isə ABŞ-ın regionda ən yaxın müttəfiqidir və Trampın Yaxın Şərq üzrə sözçüsü kimi çıxış edən Tom Barak Xəzərdən Aralıq dənizinə qədər bölgələrin qardaş ölkənin əlində cəmləşməsinin vacibliyini dəfələrlə vurğulayıb. Qırmızı dəniz Xəzər-Aralıq dənizi coğrafiyasında yerləşməsə də, hər halda onun davamıdır və açar bölgə xarakteri daşıyır. Bu məntiqlə, Qırmızı dənizə nəzarət etməyən hər hansı qüvvənin Aralıq dənizindəki varlığının da heç bir anlamı qalmır.
Son illərdə Türkiyənin dəniz hegemoniyası strategiyasına nəzərə salsaq görərik ki, Ankara bütün siyasətlərini məhz 3 dövlət üzərində qurur – Liviya, Suriya və Somali. Liviya və Suriyadakı Binqazi, Tartus limanlarına nəzarət etməyə çalışan Türkiyənin Somalidə də özünün ölkə xaricindəki ən böyük hərbi bazalarından birini qurub. 2017-ci ildə təməlləri atılan TÜRKSOM hərbi bazasında Somali əsgərlərinə döyüş təlimləri keçirilir. Bundan əlavə,Türkiyə Somalidə kosmik gəmilərin göyə fırladıldığı bazalar qurmaq fikrindədir. Bu isə onu göstərir ki, Türkiyə ən azı mühüm strateji hərbi bazalarını qorumaq üçün Somaliyə tam hakim olmaq əzmindədir.
Türkiyənin hərbi baza olaraq Somalini seçməsi təsadüfi deyil. Somali dünya dəniz ticarətinin 15-20 faizinin keçdiyi və Avropanı isti sulara – Hind okeanına bağlayan əsas tranzit xəttinin ən həlledici nöqtəsində yerləşir. Qırmızı dənizin cənub qapısı sayılan Bab-ül-Məndəbə yaxın ərazilərdə yerləşən Somalidə hərbi baza qurması Türkiyənin bu regionda önəmli gücə çevirəcək. Nəzərə alsaq ki, ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi qüvvəsi (təxminən 4 min əsgəri və çox sayda gəmiləri) Babül-Mənbəd boğazının üzərində - Cibutidə yerləşir, onun strateji müttəfiqi Türkiyənin də Somalidə lövbər salması dünyanın əsas ticarət yollarının təhlükəsizliyini təmin edir. İsrailin Somalilandi tanıması isə bu təhlükəsizlik strategiyasını alt-üst edir. Məhz bu səbəbdən də Trampın Netanyahunu cilovlamaqdan başqa çarəsi yoxdur.
Qeyd edim ki, Çin də Qırmızı dənizdə hərbi baza qurmaqda maraqlıdır. Onun da Cibutidə xüdmani bir hərbi bazası var və əsasən, hərbi müttəfiqi Rusiya vasitəsilə bölgəyə yerləşmək istəyir. 2019-cu ilə qədər Rusiya həm Liviyada, həm də Sudanda öz hərbi limanlarını qurmağa çalışırdı. Suriyanın Tartus limanı isə onsuz da Rusiyanın əlində idi. Beləcə Tartus-Binqazi-Port-Sudan limanı üzərindəki təhlükəsizlik üçbucağı ilə Qırmızı və Aralıq dənizinə hökm etmək istəyirdi. Lakin Türkiyənin 2019-cu ildə Tripoli əməliyyatı ilə Rusiyanın təhlükəsizlik sac ayağının birini yerindən qoparan Ankara 2025-ci ilin sonlarında Suriyanı da onun əlindən xilas etdi. Port-Sudan limanını isə ABŞ-ın dəstəklədiyi proksi qüvvələri elə həmin il Sudanda dövlət çevrilişi edərək Ömər Bəşiri devirdi. Beləcə, Rusiyanın 2017-ci ildə Sudanın ozamankı diktatoru Ömər Bəşirlə bağladığı Port-Sudan limanı ilə bağlı müqaviləsi də pozuldu. İsrailin Somaliland projesinin də ABŞ əngəlinə ilişməsi ilə regionun Türkiyənin nəzarətinə keçməsini daha da möhkəmləndirə bilər.
Maraqlıdır ki, Rusiya və İsrailin regiondakı ən yaxın müttəfiq BƏƏ-nin Yəməndəki proksi qüvvələrinə göndərdiyi hərbi texnikalar dünən Səudiyyə Ərəbistanına aid hərbi təyyarələr tərəfindən bombalandı. Riyad Əbu-Dabi qarşısında öz əsgərlərini Yəməndən çıxarmaq üçün 24 saat vaxt verildi. Birləşmiş Əmirliklər dərhal bu ultimatuma müsbət cavab verərək Yəməndən çəkiləcəyini açıqladı. Səudiyyə Ərəbistanının bu hərəkəti və Əbu-Dabinin geri çəkilməsinin Trampın Netanyahunu qarşısına qoyub danlamasından dərhal sonra baş verməsi onu göstərir ki, İsrail artıq regionda təklənmiş vəziyyətə düşür. BƏƏ-nin ağ bayraq qaldırması Rusiyanın da Yaxın Şərqdən tamamilə silinməsi ilə nəticələnə bilər. Çünki Kremlin bu regionda əsas sponsoru BƏƏ idi. İndi isə belə görünür ki, həm sponsora, həm də onun ideya müəllifi Tel-əvivə öz yerləri göstərilir və özlərini ağıllı aparmaları tövsiyə olunur. Sözsüz ki, onların ağa buyruğundan çıxmaq kimi şansları yoxdur.
Ukrayna-Rusiya xətti
Ukrayna-Rusiya cəbhəsində baş verənlər Azərbaycan oxucularına yaxşı aydın olduğundan bu məsələ üzərində çox dayanmaq fikrindən uzağam. Sadəcə onu demək istərdim ki, bəzi müşahidəçilərin “müharibənin yaxınlarda bitəcəyi” barədə proqnozları və müjdələri reallığı əks etdirmir. Nə yazıq ki, Ukrayna müharibəsi müxtəlif beynəlxalq güc mərkəzlərinin hesablaşması sahəsinə çevrilib və tərəflər bu məsələyə varoluş səbəbləri kimi baxırlar. Trampın təmsil etdiyi “milliyyətçilər” qrupu müharibənin tezliklə bitməsinə və Rusiya ilə əməkdaşlığa can atdığı halda, “qlobalistlər” bu ideyaya müsbət yanaşmırlar. Əsasən Avropa İttifaqında cəmləşən bu zümrənin fikrincə, savaş bitərsə, Trampçılar onları da yer üzündən silib süpürəcəklər. Bu səbəbdən də hər cür təxribatlara əl atıb savaşın bitməsinə imkan verməməyə çalışırlar. Trampla Zelenskinin ABŞ-da görüşündən öncə Rusiya prezidenti Vladimir Putinin Novqorod vilayətində yerləşən iqamətgahının dron hücumlarına məruz qalması son belə təxribatlardan biri idi. Ukrayna tərəfi bu hücumların məsuliyyətini öz üzərinə götürmür, belə çıxır ki, hücum müharibənin bitməsini istəməyən hansısa qlobal güc mərkəzi tərəfindən həyata keçirilib. Elə bu faktın özü də müharibənin tezliklə bitəcəyi barədə verilən nikbin proqnozları çürüdür.
ABŞ
Prezident Donald Trampın Ukrayna savaşının dayandırılmasında uğur qazana bilməməsi, ABŞ-ın iqtisadi cəhətdən getdikcə Çinə uduzması super gücün gələcəyinə kölgə salır. Təbii ki, ABŞ-ın tənəzzülü tədricən baş verəcək. Gələcək il isə böyük ehtimalla, Trampın təmsilçisi olduğu Respublikaçılar Partiyası ara seçkilərində ciddi sınaqla qarşı-qarşıya qalacaq. Bu seçkiləri uduzmaq Trampın özünü də amerikalıların ifadəsi ilə desək, “axsaq ördəyə çevirəcək. Təsirsiz vəziyyətə düşən Trampın sonrakı prezidentlik dövründə ABŞ öz qınına çəkilmək məcburiyyətində qalacaq. Nəticədə ABŞ-ın mövcud dünya düzənində oynadığı rol ciddi müzakirə mövzusuna çevriləcək.
Nəticə
2026-cı ildə Türkiyə və Türk dünyası öz geosiyasi mövqeyini daha da gücləndirəcək və bu proses Rusiyanın maraqlarını təhdid etdiyindən regionumuzda şimal təxribatlarının sayı artacaq;
Ukrayna savaşı Avropa dövlətlərinin birbaşa iştirakı ilə yeni mərhələyə qədəm qoyacaq;
Böyük ehtimalla, dünya düzənini dərindən silkəyəcək Çin-Tayvan qarşıdurması ən ağır dövrünü yaşayacaq;
İsrailin çığallığına son qoyulacaq və ona öz yeri göstəriləcək;
Suriya və İraqda PKK yüksəlişinin qarşısı kəsiləcək;
Azərbaycanda da hakim sinif arasında ciddi həbslərin olacağını görəcəyik;
İranda vəziyyət nəzarətdən çıxacaq və teokratik hakimiyyət ağır zədə alacaq. Enində-sonunda İran da Türk dünyası projesində yer almağa çalışacaq.
Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlanacaq və regional əməkdaşlıqlara start veriləcək;
Yaponiya, Çin, Filippinlər və Hindistan da çarpışan dünyanın alovu içərisinə daxil olacaq;
Avropa İttifaqı çatırdamağa başlayacaq;
ABŞ da ciddi siyasi və iqtisadi böhran keçirəcək və s.
Heydər Oğuz - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Bu gün, 16:30
Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Bu gün, 16:28
İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 16:22
Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Bu gün, 16:21
Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 16:19
Rusiya Ermənistana etiraz notası göndərib
Bu gün, 16:18
İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumu tarixi sənəddir - Pezeşkian
Bu gün, 16:17
Azərbaycanda boşanma çətinləşdirilə bilər - ŞƏRH
Bu gün, 16:15
Sülh sazişinə ən böyük maneə... - Konstitusiyanı dəyişməmək müharibə anonsudur
Bu gün, 16:11
Neft Fondunun 22 ton qızılı hara və... neçəyə satdığı məlum oldu
Bu gün, 16:08
Ermənistan 3 ildir üzvlük haqqı ödəmir - Masadıkov
Bu gün, 16:06
Quzularını qurda tapşırsa, heç belə olmazdı: 700 minlik yeyinti... - TƏFƏRRÜAT
Bu gün, 16:03
Paşinyan son qərarını açıqladı: Ermənistanda yeni seçkilər keçiriləcəkmi? - GƏLİŞMƏ
Bu gün, 15:50
Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - BUNDAN SONRA...
Bu gün, 15:48
Belarus Ukraynaya nota verib
Bu gün, 15:45
Mirzoyan Avropa İttifaqından yardım istədi - “Azatutyun”
Bu gün, 14:40
Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib
Bu gün, 14:39
Bakıda 20 yaşlı oğlan evlənmək vədi verdi, azyaşlı qızla qaçdı: “İki gecə küçədə qaldıq” - TƏFƏRRÜAT
Bu gün, 14:32
Paşinyandan TRIPP-lə bağlı VACİB AÇIQLAMA
Bu gün, 14:24
Namizəd Səfərovun məhkəməsi başlayıb
Bu gün, 14:22
TÜRK KİMLİYİNƏ QARŞI "DNT HÜCUMU"? – "Məsələ təkcə gen deyil..."
Bu gün, 13:36
Bakıda qadın müştərilərlə tanış olmaq istəyən taksi sürücüləri HƏBS OLUNDU
Bu gün, 13:32
Arvadını öldürmüşdü - Qayınatası onu bağışladı
Bu gün, 13:30
Yanan binada övladını itirən vəkil Prezidentə üz tutdu - MÜRACİƏT
Bu gün, 13:25
Anasını itirən Ləman əməliyyat masasında - Yasamal yanğınının dəhşəti bitmir
Bu gün, 13:23
Yazıçılar Birliyinə qəbul müvəqqəti dayandırıldı - Səbəb açıqlandı
Bu gün, 13:18
Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu... - TƏFƏRRÜAT
Bu gün, 13:17
“Zeytun Pharma” işçiləri istismar edir – İDDİA
Bu gün, 13:05
Ya 60 qəpiyi qaytarın, ya da 20 manatı... - ETİRAZ
Bu gün, 13:03
Moskva aeroportlarında xaos - uçuşlar ləğv edildi
Bu gün, 12:56
Sayımızı necə artıraq... ARTIRAQMI? - Başqa ölkələrdə...
Bu gün, 12:55
Paşinyan Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasına qatılacaq
Bu gün, 12:52
Dünya düzəni “böyük yeddilər”in masasında... - NƏLƏR OLACAQ...
Bu gün, 12:50
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:28
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin edilib - ƏMR
Bu gün, 12:25
Azərbaycan öz güclü əlaqələri ilə regional və qlobal səhnədə mühüm iştirakçıya çevrilib - İsrafil Kərimovun yazısı
Bu gün, 12:23
Dünya ölkələrin əksər hissəsinin dəstəyinin qazanılması Azərbaycanın naliyyətlərinə əsaslanır - MƏQALƏ
Bu gün, 12:21
ETSN Gəncə Avtomobil Zavodundan tullantı daşıyan avtomobillər alacaq - 21,5 milyonluq müqavilə
Bu gün, 11:56
Oliqarxik idxala “yaşıl dəhliz”: dostluq dostluqdur, amma tütün və konyak ayrıdır - Larsdakı “böcəklər” Kremlin ən intizamlı əsgərləridir
Bu gün, 11:55
Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin `ZERKALNI` tenderi... - DETALLAR...
Bu gün, 11:53
“Kinoteatr istirahət üçün sonuncu seçimdir” - Tamaşaçıya ünvanlanan giley
Bu gün, 11:51
Ağstafa MKTİB-nin direktoru işçinin maaşından kəsir - NARAZILIQ VAR...
Bu gün, 11:40
Bir milyondan çox aliment borcu olan azərbaycanlı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:35
Qohum təyinatları, təcrübəsiz kadrlar VƏ... - su təsərrüfatında mübahisəli idarəetmə
Bu gün, 11:16
Prokuror “Arzum” ləqəbli tiktokerə cəza istədi
Bu gün, 11:05
Ukrayna azərbaycanlı milyarderin BAZARINI VURDU - FOTO
Bu gün, 11:00
Bakıda kişi arvadının əvvəllər dayə kimi işlədiyi evdən oğurluq etdi
Bu gün, 10:57
Paşinyan Bakıya müraciət etdi, Azərbaycandan qaz alırlar - “Hraparak”
Bu gün, 10:52
Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Bu gün, 10:47
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Bu gün, 10:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru