"Mən ABB-yə məxsus platinium debet kartımdan digər ABB kartına müəyyən qədər pul köçürdüm və..." "DİA-AZ" xəbər verir ki, bunu "AZBank Klubu" sosial qrupundakı paylaşımında Xeyrulla Həsənov adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra bildirir: "Mənim köçürdüyüm məbləğdən 5 manat 21 qəpik pul tutuldu. Bu nə ilə əlaqədardır? Və nə dərəcədə ədalətlidir?
Axı hər iki kart ABB-yə aiddir..."








