Sentyabrda əti 20 manata ala bilərik .....                     "Gəlmirsə, heç gəlməsin!" .....                     Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib .....                     Tiktoker “Beniz”dən sonra müəmma yarandı .....                     Dövlət qurumu iki şirkətdən geyim alır .....                     Daha bir qadın estetik əməliyyatdan sonra öldü .....                     Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                     "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" .....                     "Dəfələrlə uzaq işıqla yol istədik..." .....                     Ceyhun Bayramovun o HƏRƏKƏTİ... .....                     Media və Yayım Şurası yaradılıb .....                     "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." .....                     "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." .....                     Aytən Abdullayevaya yüksək vəzifə verildi .....                     Ramiz Mehdiyevin bankının binası əlindən alındı .....                     ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib .....                     Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? .....                     "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" .....                     Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! .....                     Ukraynadan möhtəşəm HƏRBİ yenilik .....                     "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." .....                     Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir .....                     Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb .....                     Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi .....                     "Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." .....                     Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” .....                     "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Əlizamin Salayev azadlığa buraxıldı .....                     Yeni konstitusiyanın dərci gecikir: .....                     Daşnakların Kərki mərəkəsi .....                     Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var .....                     Paşinyan Anna ilə yenidən evlənib? .....                     Miqrantların üzərinə vintləri sıxın! .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib .....                     Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir .....                     Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ .....                     Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? .....                     Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... .....                     “ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” .....                     Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb .....                 

Professor Səfəvi müzakirəsinə son qoydu: - “İran Xətai ilə bağlı bir cümlə çıxartsın ki...”
Tarix: Dünən, 15:10 | Çap et

Son günlər indiki İranın ideoloji əsaslarının Səfəvi dövləti ilə bağlılığı yenidən müzakirə mövzusuna çevrilib.

Belə ki, İranın Ali liderinin hərbi müşaviri Yəhya Rəhim Səfəvinin Səfəviləri müasir İran dövlətçiliyinin siyasi, hüquqi və mədəni varisi kimi təqdim edən açıqlamaları bu müzakirələri daha da aktuallaşdırıb.

Azərbaycanda da son günlər Səfəvilər və hətta Şah İsmayıl Xətai ilə bağlı müzakirələr artıb. Bu müzakirələrə deputatlar, tarixçilər, mətbuat nümayəndələrinin qoşulması onu daha da aktuallaşdırıb.

"Cebheinfo.az" tanınmış Azərbaycan tarixçisi, professor və Səfəvişünaslıq tədqiqatçısı Zabil Bayramlının müsahibəsini təqdim edir:

- Zabil bəy, Səfəvilər dövlətinin yaranmasına qədər bölgənin siyasi xəritəsi necə idi?

- 651-ci ildə Sasanilər sülaləsinin sonuncu nümayəndəsi Xilafət ordusu tərəfindən öldürüldü. 651-ci ildən 1925-ci ilə qədər İranda mərkəzləşmiş dövlət olmayıb. İran adı isə sonradan, 1935-ci ildə qəbul edilib.

IX əsrə qədər bu ərazilər Xilafətə tabe idi. IX–XI əsrlərdə Yaxın Şərqdə Xilafətin zəifləməsi ilə kiçik dövlətlər meydana gəldi. İran ərazisində də belə kiçik dövlətlər mövcud idi, lakin mərkəzləşmiş dövlət yox idi. XI əsrdə Səlcuq imperiyası yarandı.

Bu, türk imperiyası idi. Onun sərhədləri Çin səddindən Aralıq dənizinə, Dərbənddən Kəngər körfəzinə (iranlıların Fars körfəzi adlandırdığı körfəzə) qədər uzanırdı.

Sonradan bu imperiya parçalandı və böyük türk sultanlıqlarına bölündü. Bunlardan biri İraq Səlcuq Sultanlığı idi. Eyni zamanda, Mərkəzi Asiyada da böyük türk dövləti meydana gəldi.

Səlcuq imperiyası dövründə Fars bölgəsi Səlcuq hökmdarlarının təyin etdiyi naiblər tərəfindən idarə olunurdu. Bundan sonra da təxminən 100 il ərzində həmin ərazilərə türklər rəhbərlik etdilər. Yenə də orada mərkəzləşmiş dövlət yox idi və bu ərazilər Böyük Səlcuq imperiyasının müxtəlif sultanlıqlarından birinə tabe idi.

XIII–XIV əsrlərdə Elxanilər dövləti Orta Şərqdə yarandı. Elxanilər dövlətinin metropoliyası Azərbaycan idi. Elxanilər ordusunun 80–90 faizini türklər təşkil edirdi. Dövlətin mərkəzi Təbriz və Sultaniyyə şəhərləri idi. Yəni bu dövrü "İran" adı ilə təqdim etmək tarixin böyük bir mərhələsini təhrif etmək deməkdir.

Ardınca Orta Şərq və Azərbaycan Cəlayirilər sülaləsi tərəfindən idarə olundu. Cəlayirilər də türk sülaləsi idi. Onlardan sonra XV əsrdə Baharlı və Bayandurlu sülalələri hakimiyyətə gəldi. Bu sülalələr tarixdə Qaraqoyunlu və Ağqoyunlu adları ilə də tanınır.

Baharlılar Qaraqoyunlu, Bayandurlular isə Ağqoyunlu adı ilə tanınır. Hər iki sülalə türk mənşəlidir. Bütün İran ərazisi də həmin dövrdə bu sülalələrin hakimiyyəti altında idi. Onların metropoliyası Azərbaycan idi, yəni dövlət Azərbaycandan idarə olunurdu. Bu dövrdə "İran" adlı dövlət mövcud deyildi.

- Səfəvilərin mənşəyi ilə bağlı əsas tarixi mənbələr nə deyir?

- XV əsrin sonu – XVI əsrin əvvəllərində Səfəvilər sülaləsi hakimiyyətə gəldi. Səfəvilər kim idi? Bununla bağlı əsas mənbələrdən biri 1357–1358-ci illərdə Təvəkkül ibn Bəzzaz tərəfindən qələmə alınmış "Səfvətüs-səfa" əsəridir.

Həmin əsərdə Şah İsmayılın ulu babası Şeyx Səfiəddinin türk olması ilə bağlı faktlar yer alır. Şeyx Səfiəddinin və Şah İsmayılın ulu babasının başqa millətdən olması barədə isə heç bir məlumat verilmir.

Mənbələrdə qeyd olunur ki, Şeyx Səfiəddin Şiraza gedəndə də "türk oğlu, türkzadə" kimi qarşılanıb. Həmçinin Gilan bölgəsində olduğu müddətdə də türk övladı kimi qəbul edilib. Ümumilikdə, mənbələrdə Səfəvilər sülaləsinin kökünün türk olması ilə bağlı kifayət qədər material var.

- Səfəvilər dövlətinin Azərbaycan türklərinin dövlətçilik ənənələri ilə əlaqəsini daha hansı faktlar göstərir?

- Ən azı xilafət dövründə də biz xüsusi statusla idarə olunurduq. Ərəblər farslara bərabər hüquqlar vermir, onlara mədəniyyətsiz bir toplum kimi yanaşırdılar. Türklərin isə imtiyazları var idi.

Niyə? Çünki əgər türklərlə xilafət arasında əlaqə olmasaydı, İslamın Əndəlüsə, İspaniyaya qədər, eləcə də Çin səddinədək yayılması mümkün olmazdı. Bunda türk orduları mühüm rol oynadı və Xilafət də hərbi baxımdan əsasən türk qüvvələrinə arxalanırdı. Məhz buna görə də türklərin müəyyən imtiyazları var idi.

İkinci bir şərt bizim Tanrıçılıq dinimizin olması idi. Xilafət də bunu bilirdi. Məsələn, bir rəvayətdə deyilir ki, Tanrıya and içən bəylərdən birinə Xilafət ordusunun öndə gedən kəşfiyyatçısı deyir:

“Siz kimə and içirsiniz?” O isə cavab verir: “O, bizim Allahımızdır”. Kəşfiyyatçı soruşur: “Allah sizdə də təkdir?”

Cavab verir: “Bəli, təkdir”. O zaman kəşfiyyatçı deyir: “Elə isə xəlifə bizi niyə göndərib? Siz Allahın təkliyini bizə qədər də qəbul etmisiniz".

Yəni belə məsələlər də var və gərək buna ədalətli yanaşasan. Mirzə Ələkbər Sabir deyirdi ki, dövri-zaman dəyişib, hamı gümandan danışır. Ona görə də məsələlərə gümanla deyil, faktlar və mənbələr əsasında yanaşmaq lazımdır. Bu, böyük imperiya idi. O dövrdə fars da, Əfqanıstan da bizə tabe idi. Bütün mənbələrdə “Təxti-səltənət Azərbaycan” ifadəsi qeyd olunur.

- Sizcə müasir İran ilə XVI əsrdə mövcud olmuş Səfəvi dövləti arasında hüquqi varislikdən danışmaq nə dərəcədə doğrudur?

- Eyni mənbə əsasında məlum olur ki, onlar Ərdəbil şəhərinin yaxınlığındakı Kəhrəlan kəndindən idilər və soy-kök baxımından türk mənşəli hesab olunurlar. Bu mənbə kifayət qədər mötəbər mənbələrdən biri sayılır.

Şah İsmayılın 1394-cü ildən etibarən apardığı dini-ideoloji fəaliyyət artıq həmin sülalənin siyasi hakimiyyət iddiasını da ortaya qoyurdu. Bunu Bayandurlar da bilirdilər.

Xüsusilə Bayandurların son nümayəndələrindən olan Rüstəm Mirzə çalışırdı ki, Səfəvi nəslini aradan götürsün. Buna görə də İsmayıl, onun anası Aləmşah bəyim və qardaşı uzun müddət gizli şəkildə yaşadılar.

- Bəs onlara niyə “qızılbaş” deyirdilər?

- “Qızılbaş” anlayışı iki mənanı ifadə edir. Birinci məna dini-ideoloji xarakter daşıyır. İkinci mənada isə türk kimliyi ilə əlaqələndirilir. Bütün Şərq və Qərb ədəbiyyatında da “qızılbaş” sözünün türk anlayışı ilə bağlı işlədildiyi nümunələr mövcuddur.

Şeyx Heydər Şah İsmayılın atasıdır. Mənbələrdən birində qeyd olunur ki, ona qeybdən bir səs gəldi və bildirildi ki, 12 imamın şərəfinə qırmızı ipək parçadan hazırlanmış 12 zolaqlı tac geyinsin. Həmin mənbədə yazılır ki, Şeyx Heydər türkmən tərbiyəsini başından çıxardı və səhəri gün həmin tacı geyindi.

O, hansı papağı başından çıxarmışdı? Türkmən papağını. Deməli türkmən idi. Lakin Şeyx Heydər bu tacı bütün insanlara taxmağı əmr etməmişdi. O, böyük mürşid hesab edildiyi üçün onun ardıcılları onun yolunu davam etdirərək həmin qızılbaş tacını qəbul etdilər. Məhz bundan sonra onun tərəfdarları “qızılbaşlar” adı ilə tanınmağa başladılar.

- Amma tarixi mənbələrin sonrakı dövrlərdə fərqli şərh edilməsinə, müxtəlif iddialara rast gəlirik.

- 1501-ci ildə isə Şah İsmayılın Təbrizdə taxtaçıxma mərasimi keçirildi. Mənbələrdə qeyd olunur ki, Gülüstan qalasının mühasirəsində qeybdən səs gəldi. Şah İsmayıla belə bir xəbər çatdırıldı:

"Sizə Azərbaycan taxtı səltənəti lazımdır, yoxsa Gülüstan qalası?" Bundan sonra o, müridlərini və qazilərini toplayaraq müşavirə keçirdi və bildirdi ki, əsas məsələ Azərbaycandır.

Mənbələrin hamısında göstərilir ki, Şah İsmayıl Azərbaycan şahlıq taxtına oturdu. Şiraz taxtına və ya "İran taxtına" çıxdığı yazılmır. Lakin hazırda bu mənbələr çox hiyləgərliklə təhrif olunur.

Bütün mənbələrdə onun Azərbaycanda, Təbrizdə şahlıq taxtına oturduğu qeyd edilir. Birmənalı şəkildə bütün mənbələrdə açıq şəkildə "Azərbaycanda, Təbrizdə şahlıq taxtına oturduğu" ifadəsi yer alır.

- Səfəvi dövlətinin etnik, siyasi və tarixi kimliyi barədə elmi ədəbiyyatda fərqli mövqe olması iddiası nə dərəcədə doğrudur?

- Hətta "Xüldabərin" ("Əbədi cənnət") adlı mənbədə də qeyd olunur ki, Şah İsmayıl şahlıq taxtına oturanda onun adına bütün Azərbaycan məmləkətində xütbə oxundu. Bu məlumatın müəllifi Məhəmməd Yusif Qəzvinidir.

Mənbədə bildirilir ki, Şah İsmayılın və On iki İmamın adına bütün Azərbaycanda eyni vaxtda xütbə oxunmuşdur. Burada maraqlı bir sual yaranır ki, o dövrdə indiki kimi informasiya və rabitə vasitələri olmadığı halda bu, necə mümkün olmuşdu?

Bunun səbəbi odur ki, belə mərasimlər əvvəlcədən planlaşdırılırdı. Tacqoyma mərasiminin keçiriləcəyi tarix və o xoş saat öncədən müəyyən edilir, xəbərlər elçilər vasitəsilə Azərbaycanın müxtəlif şəhər və bölgələrinə göndərilirdi.

Beləliklə, təyin olunmuş vaxtda ölkənin hər yerində eyni anda xütbə oxunurdu.Şah İsmayıl hakimiyyətə gəldikdən sonra bəzən onun Azərbaycan türkcəsini dövlət dili elan etməsi ilə bağlı ayrıca fərman vermədiyi iddia olunur.

Halbuki buna ehtiyac da yox idi. Çünki Şah İsmayılın hakimiyyəti dövründə Azərbaycan türkcəsi onun yaradıcılığı ilə öz inkişafında yeni bir mərhələyə daxil olmuşdu.

Xüsusilə Xətai təxəllüsü ilə yaratdığı zəngin irs Azərbaycan türk ədəbi dilinin inkişafında yeni bir mərhələnin başlanğıcı oldu. Şah İsmayıl sarayında Şairlər Məclisi yaratmışdı. Bu məclisə əslən Göyçayın Bərgüşad mahalından olan Həbibi rəhbərlik edirdi və o, əsərlərini türk dilində yazırdı.

Həmin dövr fars poeziyasının tənəzzül mərhələsi, türk poeziyasının isə yüksəliş dövrü idi. Türk poeziyası məhz bu dövrdə yeni bir inkişaf zirvəsinə çatdı. Şah İsmayıl türk dilində yazılmış ədəbiyyatda heca vəzninin geniş yayılmasına və yazılı ədəbiyyatda möhkəmlənməsinə mühüm töhfə verdi.

- Şah İsmayıl Xətai ilə bağlı mübahisə səviyyəsinə çatan müzakirələrdə emosional yanaşmadan uzaq, elmi əsaslara söykənən qiymətləndirmə necə aparılmalıdır?

- Şah İsmayıl Xətai vəfat etdikdən sonra Azərbaycan türk xalqı ona mərsiyə üslubunda qoşmalar və gəraylılar həsr etdi. Bunu Azərbaycan xalqı, türk xalqı etdi. İran demədi axı.

İndi İran da çıxartsın bir cümlə, bir şeiri misal göstərsin ki, Xətai ilə bağlı belə bir söz deyib. Bu fakt da göstərir ki, xalq onu öz hökmdarı və milli şəxsiyyəti kimi qəbul edirdi.

Bu baxımdan, Şah İsmayılın irsi ilə bağlı iddialar irəli sürülərkən həmin dövrün mənbələrinə əsaslanmaq vacibdir. Mədəniyyət sahəsində də Şah İsmayılın xidmətləri müstəsnadır. O, elə bir mədəni mühitin əsasını qoydu ki, XVI–XVII əsrlərdə türk dili və türk mədəniyyəti öz inkişafının ən yüksək mərhələlərindən birini yaşadı.

Səfəvi hökmdarları bu ənənəni davam etdirdilər. Məsələn, Şah Abbasın da türk dilində şeirləri var. Bu isə Səfəvilər sülaləsində türk dilinə və türk ədəbi-mədəni irsinə verilən yüksək dəyərin göstəricisidir.

Başqa bir fakt. Şah İsmayıl Lahicanda olarkən ona ərəb və fars dillərini öyrətmək üçün müəllim tutmuşdular. Əgər o türk olmasaydı, mənbələrdə ona türk dili müəllimi tutulduğu qeyd olunardı.

Lakin mənbələrdə göstərilir ki, Mövlanə Şəmsəddin Gilani ona ərəb və fars dillərini tədris edib. Deməli Şah İsmayıl 7 yaşına qədər ərəb və fars dillərini bilməyib, bu dilləri sonradan öyrənib.

- Tarixi faktlar göstərir ki, Səfəvi dövləti Azərbaycan dövlətidir. Bəs indiki İran İslam Respublikası barədə tarix nə deyir?

- İranın 651-ci ildən 1925-ci ilə qədər mərkəzləşmiş dövləti olmayıb. Səfəvilər sülaləsindən sonra hakimiyyətə Nadir şah Əfşar gəldi. Əfşarlar da türk sülaləsi idi.

Nadir şahdan sonra isə hakimiyyətə Qacarlar gəldi və 1925-ci ilə qədər Azərbaycan da daxil olmaqla, geniş əraziləri idarə etdilər. Qacarlar da türk mənşəli hakim sülalə idi.

Təbii ki, bu siyasi reallıq Qərb dövlətlərinin də diqqətindən kənarda qalmırdı və İngiltərə diplomatiyası bölgədə fəal siyasət aparırdı. Qacarlar dövründə vəliəhdin iqamətgahı Təbriz şəhəri idi və bu şəhər dövlət idarəçiliyində mühüm siyasi mərkəz hesab olunurdu.

Tehranın tarixi də Qacarlarla sıx bağlıdır. Tehranın, İsfahanın Farsıstanla heç bir əlaqəsi yoxdu. Tehranı Qacarlar şəhər etdi. Qacarlar hakimiyyətə gələnədək Tehran kiçik bir qəsəbə idi. İsfahan mədəniyyəti isə qədəm Səlcuq, türk mədəniyyətidir.

1925-ci ildə Pəhləvi hakimiyyəti quruldu. 1935-ci ildə isə dövlətin beynəlxalq səviyyədə rəsmi adı "İran" kimi qəbul edildi. Bundan əvvəl İran adı yox idi. Qeyd etdiyim kimi, 651-ci ildən 1925-ci ilə qədər mərkəzləşmiş dövlətləri olmayıb.

Mərkəzləşmiş dövlətləri yox idi, amma kiçik dövlət qurumları mövcud idi. Lakin onlar da əsasən türk sülalələrinə tabe idilər. XVI–XVII əsrlərə aid bütün mənbələrdə qeyd olunur ki, Şah İsmayıl Azərbaycan şahlıq taxtına oturdu. Azərbaycan türkləri mərkəzləşmiş dövlətlər qurmuş və idarə etmişlər.

- Sizcə, müasir İranın milli siyasətində tarix, etnik kimlik və dil məsələlərinin yeri necə qiymətləndirilməlidir?

- Hüseyn Cavidin belə bir fikri var:

"Nə vaxt ki, kişnərsə türkün atı,
Kopar bir ölkənin qanadı."

Bütün bunları nəzərə alaraq, bu məsələlərə ehtiyatla yanaşmaq lazımdır. Burada xarici güclərin, xüsusilə də Qərbin də barmağı vardı.

Fars mədəniyyət xadimləri ən azı insaflı danışıb etiraf etməlidirlər ki, Qacarlar dövründə ortaq dövlətçilikdən danışmaq mümkündür. Lakin Qacarlara qədər ortaq dövlətçilik yoxdur. Həmin dövrdə sırf türk dövlətçiliyi var. Bu məsələyə obyektiv və tarixi reallıqlar əsasında yanaşmaq daha insaflı və ədalətli olardı.

Türk sülalələri hakimiyyətdə olduqları dövrdə bölgə xalqlarının mədəniyyətinə və mənəvi dəyərlərinə toxunmadılar. Bəs 1925-ci ildən sonra vəziyyət necə dəyişdi?

İran Konstitusiyasında nəzərdə tutulan hüquqlar, xüsusilə də ana dilində təhsil hüququ praktikada təmin olunurmu? Ana dilində orta və ali təhsil imkanları mövcuddurmu?

Ən azı bu suallar açıq şəkildə müzakirə edilməlidir. Çünki iddia olunur ki, türk dövlətləri Yaxın Şərq xalqlarının mənəvi dəyərlərinə müdaxilə etmədilər. Amma onlar dərhal toxundular və "hər şey bizimdir" iddiası ilə yaşayırlar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:46
"Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Bu gün, 15:43
Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Bu gün, 15:40
Tiktoker “Beniz”dən sonra müəmma yarandı – Rəşad Dağlı və Həsənovun nəvəsi…
Bu gün, 15:37
Dövlət qurumu iki şirkətdən geyim alır – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 15:35
Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Bu gün, 15:28
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Bu gün, 15:12
"Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Bu gün, 14:50
"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Bu gün, 14:37
Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Bu gün, 13:07
Media və Yayım Şurası yaradılıb - DETALLAR
Bu gün, 13:06
"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Bu gün, 13:00
"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Bu gün, 12:51
Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:41
Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Bu gün, 12:39
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Bu gün, 12:36
Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Bu gün, 12:35
"Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Bu gün, 12:27
Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Bu gün, 12:19
Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Bu gün, 12:15
"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Bu gün, 11:56
Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Bu gün, 11:48
Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Bu gün, 11:46
Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Bu gün, 11:35
"Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Bu gün, 11:33
Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Bu gün, 11:31
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:29
Əlizamin Salayev azadlığa buraxıldı
Bu gün, 11:11
Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Bu gün, 11:08
Daşnakların Kərki mərəkəsi - KİV
Bu gün, 11:04
Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var - Politoloqdan İDDİA
Bu gün, 11:02
Paşinyan Anna ilə yenidən evlənib? - Ermənistanda hamı çaş-baş qalıb
Bu gün, 11:01
Miqrantların üzərinə vintləri sıxın! - Kremlin qanunvericiliyinin əsas fəndləri
Bu gün, 10:57
“Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
Bu gün, 10:54
Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - SİYAHI
Bu gün, 10:53
Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Bu gün, 10:47
Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? – QURUMLAR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 10:45
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
Bu gün, 10:26
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
Bu gün, 10:22
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 10:20
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Bu gün, 10:18
Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır - Paşinyan
Bu gün, 10:15
Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: - “Telefon yazışmalarından xəyanət etdiyini öyrəndim”
Bu gün, 09:15
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? - Görünəni odur ki...
Bu gün, 09:12
Neft bahalaşdı
Bu gün, 09:09
İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ - DİQQƏT
Bu gün, 08:33
Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! - varsa... BU NƏDİ BELƏ?
Bu gün, 08:28
Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL - AXI NİYƏ?..
Bu gün, 08:09
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55
İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru