"Şəxsi araşdırmama və müraciətlərə əsasən deyə bilərəm ki, vətəndaş nə ilə bağlı müraciət edirsə etsin 99.9 % rəsmi qurum , ilk əvvəl bütün məsələlərdə imtina verir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış diaspora fəalı Rəşad Quliyev qeyd edib.Təhsildə Keyfiyyət Təminatı Agentliyi rəhbəri Tural Əhmədovdan gileylənən R.Quliyev daha sonra fikrini belə davam etdirir: "Vətəndaşın müraciətinə kömək edək, yol göstərək, çıxış yolu göstərək deyən yoxdur. Qanun deyir ki, məmur və dövlət qurumu vətəndaş mürsciətini araşdırarkən onun vəziyyətini yüngülləşdirməyə yönəlik addım atmalıdır, çətinliyə salmamalıdır.
Bir çoxlarında bunun əksidir. Birmənalı rədd verib yaxşı yol deyib . Get ver İnzibat Məhkəməsinə al qərarını.
Bu qurumlardan biri də Təhsil Nazirliyinin Təhsildə Keyfiyyətə Təminat Agentliyidir. Bu agentlik bir çox sənədləri rədd edib vətəndaşları narazı salırlar. Nəticədə vətəndaşın narazılığı ölkə rəhbərliyinə qarşı yönəlir.
Bu məmurlar anlamalıdırlar ki, etdikləri anti xidmət dövlət rəhbərliyinin nüfuzuna mənfi mənada təsir edir.
Vətəndaşın ciddi əsasları ola-ola, niyə real ünsiyyətə dəvət edib vətəndaşla danışmadan rədd qərarı verirsiz... məqsəd nədir?"
















