Ukrayna yeni dördillik genişləndirilmiş maliyyələşdirmə proqramı (EFF) çərçivəsində Beynəlxalq Valyuta Fondundan (IMF) təxminən 690 milyon dollar məbləğində ikinci tranşı alıb.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski sosial şəbəkələrdə məlumat verib.
"Vəsaitlər artıq dövlət büdcəsinə daxil olub və makromaliyyə sabitliyinin dəstəklənməsinə, xüsusilə də prioritet xərclərin maliyyələşdirilməsinə yönəldiləcək", - o yazıb.









