Milli Qəhrəman - 21 yaşında həyatının son anlarında da Azərbaycan bayrağını əlindən buraxmayan Natiq Qasımovun anası Dursun xanımın vəfatının ildönümüdür.
Bizim evdə Natiq Qasımovun adı çəkiləndə müqəddəs, doğma bir adamdan bəhs edirikmiş kimi danışırıq. Şəxsən tanımadan qardaş qədər çox istəmək kimi...
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! Onillərlə oğlunun yolunu gözlədi. Özünü, yerini bilməsə də, heç olmasa, onun Milli Qəhrəman adına layiq görüldüyünü biləndən sonra bu dünyadan köçdü.
Ruhu şad olsun!
Müəllif: Aytən Məmmədova - "DİA-AZ"

















