Tramp nə qədər çalışsa, xərcləri azaltsa, miqrasiya siyasətini sərtləşdirsə də, Amerikanın borc problemini həll edə bilmədi. Ölkə hələ də topladığı vergidən daha çox xərcləyir.
ABŞ-ın xarici borcu Bayden dövrünün sonunda təxminən 8,5 trilyon dollardan hazırda 9,2 trilyon dollara yüksəlib.
Trampın bacardığı yeganə şey borcun artım tempini müəyyən qədər zəiflətmək oldu. Amma borcu azaltmaq mümkün olmayıb, köhnə borclar yenilənir, üzərinə faiz xərcləri əlavə olunuraraq artmaqda davam edir.
Bu borcdan qazanan əsas ölkələr:
Yaponiya – 1,13 trilyon dollarlıq ABŞ borcundan ildə təxminən 55 milyard dollar faiz gəliri əldə edir
Böyük Britaniya – 809 milyard dollardan təxminən 40 milyard dollar
Çin – 757 milyard dollardan təxminən 38 milyard dollar
Kanada – 426 milyard dollardan təxminən 21 milyard dollar.
Müəllif: Orxan Atabəy - Mənbə: "DİA-AZ"



















