“Darıxmasınlar, onların da “halvası çalınır” yavaş-yavaş”.
Bunu Yenicag.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.
Xeyli vaxtdır televiziya ekranlarında görünməyən sənətçi qalmaqallı açıqlaması ilə şou-biznes gündəmini silkələyib:
“5-6 nəfər müğənni var, çıxıb efirdə yekə-yekə sənətdən danışır, ona-buna məsləhət verirlər. Oxuya bilməyənləri tərifləyirlər, onlara “sənətkar” deyirlər. Səsi yoxdur, nə məcburdur onu bəh-bəhlə tərifləyirsən? Elə səsi olanı təriflə də… O tərif vuranların çoxu da xalq artistidir. Darıxmasınlar, onların da “halvası çalınır” yavaş-yavaş. Taxtdan düşən vaxtlarına çox qalmayıb, efirdən onlar da gedəcək. Vaxtilə xalq artistləri var idi, hamısı da sənətkar idilər. Hamı onlara hörmət edirdi. İndikilərə baxırsan, bəzilərinin heç sənətdən xəbərləri yoxdur”.









