"Hörmətli TƏBİB... Ağdam rayon Mərkəzi Xəstəxanasına dünən səhər tezdən saat 6 dan 1 gün yarımdı sidiyə getməyən 3 yaşlı uşağı aparıblar. Ağdam Mərkəzi Xəstəxanasında Validə "həkim" uşağı UZİ dən, ordan-burdan keçirtdirib vərəqlərə baxaraq - mənim başım çıxmır, uşağı Bərdə Diaqnostikasına yollayıb. Həmişəki kimi Cənab Prezidentimin tikdirib səriştəsiz "həkim"lərin yığıncağına çevrilən o boyda Bərdə Müalicə Diaqnostika Mərkəzində də heç kimin başı çıxmayıb. Uşağı Bərdə Şəhər Uşaq Polikiıinikasına yollayıblar. Orda da - "niyəliyin bilmirik" cavabı verilib. Və yenidən Validə "həkim" Diaqnostikada Günel adlı "həkim"ə get..."
TEREF xəbər verir ki, bunu Ağdam sakini, şəhid anası Maya Quliyeva yazır. Maya xanım daha sonra yazır:
"Günel "həkim" də "Ömürdən pay" da UZİ elətdir gəl deyib . Ağdam Mərkəzi Xəstəxanasının UZİ ni qəbul etməyən " həkim", bəs o boyda Diaqnostikada da UZİ aparatı yoxdurmu ki , bu camaatı bu istidə , əlində xəstə körpə uşaqla salmısınız Bərdənin düzünə...
İndi biz nə edək?.."






