Rusiyaya zərbələr üçün xüsusi komandanlıq yaradıldı .....                     "Bahar Point" MMC fəaliyyətini dayandırdı: .....                     “Kristal”dan ev alanlar DÜŞÜNSÜN Kİ... .....                     S-400 məsələsinin həlli üçün Rusiya ilə danışıqlar vacibdir .....                     Tehrandan Bakı və Ankaraya xəbərdarlıq .....                     "Niyə hər dəfə, “qulağı kəsib sonra sayırsınız”?" .....                     "İnsan bəzən özünə belə tam zəmanət verə bilmir" .....                     Tramp Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiqinə razılıq verdi .....                     Elə görünürdü ki, başqalarının yalnız arzulaya biləcəyi hər şeyə sahibdir... .....                     "Budur sahibkara DÖVLƏT DƏSTƏYİ?" .....                     Sülh masasında ANKLAV söhbəti... .....                     Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi NİYƏ İŞLƏMİR? .....                     Zəfər Qurbanovun SAĞ ƏLİ... .....                     Fransa yığması Afrika komandasıdır .....                     Nə qədər çox imtina etmisənsə... .....                     "Bizi qul kimi işlətmək istəyirlər" .....                     BU... Azərbaycan futbolunun uğurudur! .....                     Deputatın fikrinə sözardı: .....                     "Qaradağ Şüşə Zavodu" ASC özəlləşdirilib .....                     “Qardaşımla birgə 16 milyon vermişik” .....                     Qərb Gürcüstanı “vurub”, Ermənistanı niyə gücləndirir: .....                     Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib .....                     Rektor Afət Seyidzadəyə vəzifə verdi .....                     "İnsanların həyatına qənim kəsilmisiniz?" .....                     Anar Bayramov ona etimad göstərdi .....                     İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib .....                     Deputat sahibkarların problemindən danışdı .....                     Moskva və Ankara "S-400"lərin mümkün təkrar satışını müzakirə edir .....                     “Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı .....                     Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi .....                     “Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi .....                     Azərbaycan iqtisadiyyatının nə qədər böyüdüyü açıqlandı .....                     Bazarda mağazanın qarşısına paltar asmaq üstündə qadınlar arasında dava .....                     Sanki kimsə Naxçıvanın boşaldılmasına çalışır... .....                     Avropada və Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi .....                     Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi .....                     Simonyana “torba”nı onlar tikibmiş .....                     Qardaşına çıxarılan hökmə görə qadın hakimə qarşı xuliqanlıq etdi, həbs olundu .....                     Balakəndə qəbiristanlığı sel basdı: .....                     "Rabitəbank"da yeni təyinatlar .....                 

Sülh masasında ANKLAV söhbəti... - NƏ ETMƏLİ?
Tarix: Bu gün, 06:54 | Çap et

Müasir beynəlxalq münasibətlərdə anklav-eksklav probleminin bir neçə mümkün həll variantı mövcuddur və Ermənistanın Baş naziri Paşinyan onlardan yalnız ikisini müzakirə üçün təklif edir: 1) anklav və eksklavların de-yure aid olduqları dövlətlərin ərazisi kimi saxlanması; 2) delimitasiya prosesi çərçivəsində ekvivalent ərazilərlə mübadilə aparması
Paşinyanın Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki mümkün variant irəli sürməsi ilk baxışdan texniki xarakter daşıyan açıqlama kimi görünsə də, mahiyyət etibarilə sülh prosesinin ən mürəkkəb komponentlərindən birinin artıq açıq siyasi müzakirə predmetinə çevrildiyini göstərir. İrəli sürülən bu 2 variant mahiyyət etibarilə fərqli hüquqi fəlsəfəyə əsaslanır. Birinci modelə görə, anklav və eksklavlar de-yure mənsub olduqları dövlətlərin suveren əraziləri kimi qalır və delimitasiya bu hüquqi reallığı dəyişmir. İkinci variant isə faktiki reallıq nəzərə alınaraq delimitasiya prosesində qarşılıqlı razılaşma əsasında ekvivalent ərazilərin mübadiləsi həyata keçirilir.
Məlumdur ki, SSRİ dağıldıqdan sonra həm Azərbaycan, həm də Ermənistan beynəlxalq hüququn "uti possidetis juris" keçmiş ittifaq respublikalarının inzibati sərhədləri çərçivəsində müstəqillik əldə etmiş dövlətlər kimi tanınıblar və beynəlxalq hüququn "uti possidetis juris" prinsipinə görə müstəqillik əldə edilən anda mövcud olan inzibati sərhədlər yeni dövlətlərin beynəlxalq sərhədləri kimi tanınınır. Bu isə o deməkdir ki, sovet dövründə mövcud olmuş anklav və eksklavların hüquqi statusu prinsip etibarilə dəyişməyib. Bu baxımdan delimitasiya yeni ərazi bölgüsü mexanizmi yox, mövcud hüquqi sərhədlərin yerində dəqiqləşdirilməsi prosesidir.
Ərazi mübadiləsi beynəlxalq praktikada anklav-eksklav probleminin həlli üçün tətbiq olunan mexanizmlərdən biridir. Dövlətlər qarşılıqlı razılıq əsasında sərhədləri dəyişə bilərlər. Bunun üçün əsas şərt könüllü razılıq və ekvivalentliyin təmin edilməsidir.
Anklav və eksklavların de-yure aid olduqları dövlətlərin ərazisi kimi saxlanması daha güclü hüquqi arqumentlərə söykənir, lakin bir çox problemlər yarada bilər.
Qeyd etmək lazımdır ki, Azərbaycan ilə Ermənistan arasında anklav-eksklav məsələsi post-sovet məkanında mürəkkəb sərhəd problemlərindən biri hesab olunmaqla həm hüquqi, həm siyasi, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Məsələ bundan ibarətdir ki, Ermənistanda eksklav kimi yerləşən Azərbaycan kəndləri hazırda Ermənistanın tam nəzarəti altındadır, həmin kəndlərdə Azərbaycanın heç bir mülki və ya hərbi strukturu yoxdur və azərbaycanlı əhali yaşamır. Yuxarı Əksipara tamamilə dağıdılıb və yaşayış üçün yararsızdır. Digər 3 kənddə (Kərki, Sofulu və Barxudarlı) isə erməni əhalisi məskunlaşdırılıb.
Eləcə də Azərbaycan ərazisində Ermənistanın eksklavı hesab olunan Başkənd faktiki olaraq Ermənistanın deyil, Azərbaycanın nəzarəti altındadır. Və orada erməni əhalisi deyil, Azərbaycan əhalisi yaşayır. Problemi mürəkkəbləşdirən daha bir amil ondan ibarətdir ki, Azərbaycanın eksklav kəndləri Ermənistan üçün strateji əhəmiyyətli ərazilər hesab olunur. Eləcə də Başkənd Azərbaycan üçün strateji əhəmiyyətli hesab olunur.
Başqa sözlə Azərbaycan və Ermənistan arasında anklav-eksklav hesab olunan ərazilər son onilliklər ərzində faktiki olaraq əvvəlki inzibati vəziyyətdə mövcud deyil: orada yaşayan əhalinin tərkibi, infrastruktur və nəqliyyat marşrutları dəyişib, təhlükəsizlik mühiti tamamilə yenidən formalaşıb və s. Belə bir şəraitdə yalnız hüquqi statusun bərpası, yəni anklav və eksklavların de-yure aid olduqları dövlətlərin ərazisi kimi saxlanması məsələnin bütün praktik problemlərini avtomatik həll etmir. Eksklavların de-jure mənsub olduğu dövlətlər tərəfindən faktiki idarə olunması üçün ayrıca dəhlizlər, təhlükəsizlik mexanizmləri, yeni infrastruktur və s. yaradılmalıdır ki, bu da öz növbəsində qarşılıqlı etimad mühiti formalaşmadığına görə gələcəkdə yeni gərginlik mənbələrinə çevrilə bilər.
Ona görə də ərazi mübadiləsi variantı daha məqsədəuyğun görünür. Nəzəri cəhətdən ərazi mübadiləsi variantının müəyyən üstünlüklərini göstərmək olar. Dövlətlərarası sərhəd xəttinin nisbətən sadələşdirilməsi, faktiki və hüquqi idarəetmənin asanlaşması, təhlükəsizlik risklərinin azalması, gələcəkdə gərginlik və münaqişə ocaqlarının yaranma ehtimalının minimuma endirilməsi kimi amilləri bu variantının nisbi üstünlüklərini hesab etmək olar.
Hesab edirəm ki, bu baxımdan ərazi mübadiləsi variantının reallaşma ehtimalı daha yüksəkdir.
Lakin bu variantda müəyyən siyasi və hüquqi problem yarana bilər. Belə ki, ərazi mübadiləsi variantına getmək müəyyən mənada hüquqi mövqelərdən geri çəkilərək siyasi kompromisə keçid kimi qiymətləndirilə və daxili siyasi həyatda müəyyən gərginliklər yarada bilər. Bundan başqa ərazi mübadiləsi barədə siyasi razılaşmanın olması hələ problemin tam həlli demək deyil. Ərazi mübadiləsinin real baş tutması üçün hər 2 dövlətdə referendum keçirilməlidir. Ermənistan cəmiyyətində Azərbaycana münasibətdə revanşizm əhval-ruhiyyəsinin və ərazi iddialarının qaldığını qaldığını nəzərə alsaq, bu variantın reallaşması üçün risklərin olduğu qənaətinə gəlmək olar.
Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında anklav-eksklav probleminin tezliklə həlli və sərhədlərin delimitasiyasının başa satması sülh prosesinin daha sürətli inkişafına kömək edə bilər. Bu məsələdə hər 2 dövlət istər-istəməz kompromis tapmağa, ortaq məxrəcə gəlməyə məhkümdür.

Müəllif: Qulamhüseyn Əlibəyli - Mənbə: "DİA-AZ"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyaya zərbələr üçün xüsusi komandanlıq yaradıldı - KİV
Bu gün, 08:01
"Bahar Point" MMC fəaliyyətini dayandırdı: - Dövlətə vergi borcu qaldı
Bu gün, 07:58
“Kristal”dan ev alanlar DÜŞÜNSÜN Kİ... - YANA BİLƏRLƏR...
Bu gün, 07:57
S-400 məsələsinin həlli üçün Rusiya ilə danışıqlar vacibdir - Fidan
Bu gün, 07:51
Tehrandan Bakı və Ankaraya xəbərdarlıq - Xameneinin dəfnində prezidentləri niyə gözləyiblər?
Bu gün, 07:48
"Niyə hər dəfə, “qulağı kəsib sonra sayırsınız”?" - FAKT BUDUR!
Bu gün, 07:38
"İnsan bəzən özünə belə tam zəmanət verə bilmir" - REPLİKA
Bu gün, 07:32
Tramp Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiqinə razılıq verdi - BUNDAN SONRA...
Bu gün, 07:16
Elə görünürdü ki, başqalarının yalnız arzulaya biləcəyi hər şeyə sahibdir... - ANI
Bu gün, 07:08
"Budur sahibkara DÖVLƏT DƏSTƏYİ?" - ETİRAZ
Bu gün, 07:00
Sülh masasında ANKLAV söhbəti... - NƏ ETMƏLİ?
Bu gün, 06:54
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi NİYƏ İŞLƏMİR? - Və ümumiyyətlə, İŞLƏYİRMİ?
Bu gün, 06:48
Zəfər Qurbanovun SAĞ ƏLİ... - İLGİNC İDDİALAR
Bu gün, 06:40
Fransa yığması Afrika komandasıdır - BU yaxşıdır?
Bu gün, 06:24
Nə qədər çox imtina etmisənsə... - o qədər çox insansan!
Bu gün, 06:16
"Bizi qul kimi işlətmək istəyirlər" - Naxçıvanda ÖZBAŞINALIQ
Bu gün, 06:08
BU... Azərbaycan futbolunun uğurudur! - Ona inanırlar...
Bu gün, 05:57
Deputatın fikrinə sözardı: - Yerli məhsulları marketə kim buraxmır?
Dünən, 18:05
"Qaradağ Şüşə Zavodu" ASC özəlləşdirilib
Dünən, 17:53
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Dünən, 17:51
Qərb Gürcüstanı “vurub”, Ermənistanı niyə gücləndirir: - Tiflis hələ də “Ukrayna ssenarisi”ndən yayınmağa çalışır
Dünən, 17:47
Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Dünən, 17:44
Rektor Afət Seyidzadəyə vəzifə verdi - FOTO
Dünən, 17:28
"İnsanların həyatına qənim kəsilmisiniz?" - ETİRAZ VAR!
Dünən, 17:23
Anar Bayramov ona etimad göstərdi - ƏMR
Dünən, 17:18
İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib - İSNA
Dünən, 17:12
Deputat sahibkarların problemindən danışdı – İqtisadçı ÇIXIŞ YOLUNU göstərdi
Dünən, 15:45
Moskva və Ankara "S-400"lərin mümkün təkrar satışını müzakirə edir - Peskov
Dünən, 15:33
“Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı
Dünən, 15:09
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
Dünən, 15:07
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi
Dünən, 14:58
Azərbaycan iqtisadiyyatının nə qədər böyüdüyü açıqlandı
Dünən, 14:54
Bazarda mağazanın qarşısına paltar asmaq üstündə qadınlar arasında dava – QƏRAR
Dünən, 13:12
Sanki kimsə Naxçıvanın boşaldılmasına çalışır... - FAKT BUDUR...
Dünən, 13:08
Avropada və Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi - SİYAHI
Dünən, 12:55
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi - "Press TV"
Dünən, 12:51
Simonyana “torba”nı onlar tikibmiş - Adları açıqlandı
Dünən, 12:47
Qardaşına çıxarılan hökmə görə qadın hakimə qarşı xuliqanlıq etdi, həbs olundu - TƏFƏRRÜAT
Dünən, 12:44
Balakəndə qəbiristanlığı sel basdı: - İcra nümayəndəsi son vəziyyəti AÇIQLADI
Dünən, 12:35
"Rabitəbank"da yeni təyinatlar - BUNDAN SONRA...
Dünən, 12:27
"Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..." - Ansamblı haqdakı şayiələrə son qoydu
Dünən, 12:24
Təhsil TV-yə yeni direktor təyin edildi - FOTO
Dünən, 12:21
Hərbi gücümüzü artırmağa MƏHKUMUQ... - ÇÜNKİ...
Dünən, 12:19
"Qarabağ" Kamilo Duranın "Seltik"ə keçdiyini açıqlayıb
Dünən, 12:16
Qubanın korrupsiya bazarı: Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır? - İTTİHAM VAR...
Dünən, 12:07
Cərrahiyyə Klinikası 124 min manatlıq tikiş sapları alır - DETALLAR
Dünən, 12:03
“Azərbaycan artıq Cənubi Qafqazın hava məkanının sahibidir” - Poqosyan
Dünən, 11:59
Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi? - Məşhur aşpaz AÇIQLADI
Dünən, 11:57
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var? - İLGİNC
Dünən, 11:48
"Bakını sürücülərin başına dar etməyin!" - AYNA-ya sərt MESAJ
Dünən, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru